Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Toplum TV işi”ndə hakim: “Siz özünüzü şagird kimi aparmalısınız”

by Gozetci 20:55, 09 Fevral 2026
written by Gozetci

 

Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov istintaq dövründə müsadirə olunmuş telefonların məhkəməyə gətirilməsini tələb edib.

“Telefonların şifrələrini ancaq biz bilirik. Gətirin, açaq, siz də göstərin ki, orada cinayət əməlinə dair hansı sübutlar var. Keçən dəfə Dövlət Vergi Xidmətinin nümayəndəsi burada dedi ki, biz gəlir əldə etmişik və ödənişlər etmişik. Ödənişlərin qəbzlərini gətirin, göstərin”, – o deyib.

Akif Qurbanovun vəkili Fuad Ağayev isə istintaqa rəy vermiş ekspertlərin məhkəməyə gətirilməsi üçün vəsatət verib.

Təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də vəsatəti dəstəkləyib. O əlavə edib ki, Daxili İşlər Nazirliyinə (DİN) tabe olmayan, alternativ ekspertiza keçirilməlidir:

“Çünki DİN bu prosesdə tərəfdir. Həm də qanunsuz “sübut”lar təqdim edən, insanları şərləyən tərəfdir. Ona görə onların keçirəcəyi ekspertizanın heç bir dəyəri yoxdur. Yenidən, müstəqil ekspertiza keçirilməlidir, mənə aid olduğu iddia olunan pul vəsaitləri tozlanıb barmaq izləri yoxlanmalıdır. 40-50 dənə əskinasdan cəmi ikisində mənim barmaq izimin çıxdığını dedilər. Onun da saxta olduğunu sübut etdik”.

Azər Tağıyev Ələsgər Məmmədliyə ekspertiza ilə bağlı vəsatətinin yazılı formada verilməli olduğunu deyib.

Dövlət ittihamçısı Rauf Malışov ekspertiza rəyi vermiş şəxslərin məhkəməyə çağırılmasına lüzum görmədiyini bildirib.

Hakimlər müşavirədən sonra “ekspertiza rəylərinin aydın şəkildə tərtib olunduğunu” əsas gətirərək Fuad Ağayevin vəsatətini təmin etməyiblər. Təqsirləndirilən şəxslər hakimlərin qərarını ironiya ilə alqışlayıblar.

“İndiyə qədər bir dəfə olubmu ki, Malışovun “yox” dediyinə “hə” deyəsiniz?”, – Akif Qurbanov hakimə sual edib.

Azər Tağıyev isə bildirib ki, onun vəzifəsi dövlət ittihamçısını sadəcə dinləməkdir və yekun qərarı sonda özü qəbul edir.

Ardınca təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli çıxış edib.

“Bu iş 2024-cü il martın 6-da açılıb. Həmin gün saxlanılsam da, gecə sərbəst buraxılmışam. İki gün sonra isə məni yenidən saxlayıb, evimdə axtarış apararaq guya pul tapıblar. Əgər bu pul mənim idisə və dostlarımın, eləcə də daha əvvəl digər jurnalist və fəalların məhz bu ittihamla həbs olunduğunu bilirdimsə, niyə həmin pulu iki gün ərzində evimdən çıxarmamışam?” – deyə o, hakimə sual ünvanlayıb.

Ruslan İzzətli də qeyd edib ki, pulun ona aid olduğu iddia edilsə də, bütün əskinaslarda barmaq izi olduğuna dair sübutlar yoxdur.

“Mən sizi də anlayıram. Bu sistem belə qurulub. Ekspertiza nə rəy verir, onu təsdiq edirsiniz. Sabah zəng gəlsə ki, ABŞ vitse-prezidenti Ə.Məmmədlinin ev dustaqlığına buraxılmasını tələb edib və buraxılmalıdır, ona uyğun qərar verəcəksiniz. Bu gün tarixçilər araşdırır və görürük ki, sovet hakimiyyəti nə cür məhkəmələr qurub və hakimlər orada necə iştirak edib. Sizin də bu məhkəmədə iştirakınızı gələcək nəsillər görəcək”, – siyasətçi hakimə xitabən deyib.

Azər Tağıyev Ruslan İzzətlinin sözünü kəsərək deyib ki, “əl-qolla danışma!”. Bu zaman onların arasında mübahisə yaranıb. Akif Qurbanov isə hakimə “özünüzü sinif rəhbəri kimi aparırsnız” deyərək irad tutub.

“Siz özünüzü elə şagird kimi aparmalısınız. Sizin hörmətinizə ehtiyacım yoxdur”, – deyə Azər Tağıyev cavab verib.

Daha sonra çıxış edən, təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov hakimdən Ombudsman Aparatına şikayət etdiyini bildirib.

“Ombudsman Aparatı işçiləri mənə nə desə, yaxşıdır? ‘Allah köməyin olsun’. İndiyə qədər heç bir vəsatətimi təmin etməmisiniz. Hikmət Hacıyev COP29-da özü mənə söz verdi ki, məhkəmə ədalətli aparılacaq. Budur ədalətli məhkəmə? Ölkədə hüquq adına bir şey qalmayıb. Mən niyə gəlib-gedirəm bura?”, – o deyib.

Jurnalist artıq 10 aydır 28-ci dəfə məhkəməyə gətirildiyini xatırladaraq, ona hansı cinayətin istinad edildiyinin hələ də aydın olmadığını bildirib:

“Sənədlərdə qeyd olunur ki, Fərid İsmayılov “Toplum TV“-də araşdırmaçı jurnalist olub, vəssasalam. Özünüz etiraf edirsiniz ki, hökumət bu ölkədə həqiqi jurnalistika ilə məşğul olmağı cinayət sayır. 10 aydır suallarıma cavab verən yoxdur, prokuror susur, Dövlət Sərhəd Xidmətinin əməkdaşları susur, üç hakimdən biri Roman Ələkbərov heç danışmır”.

Daha sonra Ələsgər Məmmədli müsadirə olunmuş bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə prosesi fevralın 23-ə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

20:55, 09 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nənəsi Bəhruz Səmədovla əlaqə saxlaya bilmədiyini deyir

by Gozetci 18:31, 09 Fevral 2026
written by Gozetci

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsi ilə əlaqə saxlaya bilmədiyini deyir.

Fəalın saxlanıldığı qapalı rejimli Umbakı Penitensiar Kompleksindən Zibeydə Osmanovaya nəvəsinin iki həftəlik karantinə alındığı deyilib. Bu müddət ərzində o, nəvəsi ilə telefon əlaqəsi saxlaya və görüşə bilməyəcək.

Bəhruz Səmədov fevralın 5-dən aclıq aksiyası keçirir. Onun tələbi Umbakı həbsxanasından Bakı şəhərindəki cəzaçəkmə müəssisələrindən birinə köçürülməsidir.

Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında Bəhruz Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.

Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsi fəalın bu qərardan verdiyi şikayəti təmin etməyib.

Bəhruz Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Toplum TV 

18:31, 09 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 12:49, 07 Fevral 2026
written by Gozetci

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərə açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını oxumağa davam edib. Bu dəfə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, jurnalistlər Natiq Cavadlı, Şəmşad Ağa və Nurlan Librenin (Qəhrəmanlı) ittiham aktları elan olunub.

İclasın əvvəlində Nurlan Librenin vəkili Cavad Cavadov müvəkkilinin 21 gündür aclıq aksiyası keçirdiyini və özünü yaxşı hiss etmədiyini bildirib. Vəkilin sözlərinə görə, jurnalistin həkim müayinəsindən keçirilməsi vacibdir. Məhkəmə müayinəyə icazə verib.

Müayinədən sonra Nurlan Libre həmkarları ilə eyni boksda dayanmaq istədiyini deyib. Hakim Aytən Əliyeva isə əvvəlki iclasda jurnalistin özünə xəsarət yetirdiyini əsas gətirərək bunun mümkün olmadığını bildirib. Bu zaman təqsirləndirilən digər şəxslər etiraz edərək Nurlan Librenin yanlarına gətirilməsini tələb ediblər. Hakim tələbi təmin edib.

Nurlan Libre boksda qandallarının açılmamasına etiraz edib və bildirib ki, özünə xələl yetirmək istəsəydi, bunu ötən məhkəmədə edərdi. Bundan sonra onun qandalları açılıb.
Jurnalist məhkəməyə zorla gətirildiyini bildirib. Onun sözlərinə görə, 21 günlük aclıq dövründə iki dəfə həkim müayinəsindən keçib, qan analizləri götürülüb, lakin nəticələr ona təqdim edilməyib. Nurlan Libre həmçinin ailəsinə və vəkilinə məktub göndərməsinə icazə verilmədiyini, Prokurorluq və Ombudsman Aparatının isə onun durumu ilə maraqlanmadığını iddia edib.

“Ədalətli məhkəmə hüququnun bərpa edilməsini tələb edirəm. Son jurnalist həmkarım azadlığa buraxılanadək aclığı davam etdirəcəyəm”, – o deyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktlarını oxumağa davam edib. Jurnalist Şəmşad Ağa etiraz edərək bildirib ki, ittiham aktı oxunduğu müddətdə müdafiə tərəfinə vəsatət qaldırmağa və ittihamlara münasibət bildirməyə şərait yaradılmır. Hakim bunun prosesin sonunda müzakirə ediləcəyini söyləyib.

Şəmşad Ağa daha sonra Ali Məhkəmənin açıq keçirilən məhkəmələrlə bağlı qərarına istinad edərək bildirib ki, vətəndaşlar bu tip məhkəmələrə telefonlarını keçirə bilərlər, amma bu prosesə gələnlərin telefonları girişdə alınır. Hakim onun sözünü yarıda kəsib.

Növbəti məhkəmə iclası fevralın 13-nə təyin edilib.

“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. Məlumata görə, mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.

AbzasMedia

12:49, 07 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar azərbaycanlı qadın jurnalistlərə qarşı qısnama hallarını pisləyib

by Gozetci 18:56, 06 Fevral 2026
written by Gozetci

Ülviyyə Əli və Aysel Umudova

 

Bir sıra beynəlxalq insan hüquqları və mətbuat azadlığı təşkilatları Azərbaycanda həbsdə olan jurnalistlər Ülviyyə Əli (Quliyeva) və Aysel Umudovaya qarşı baş verən seksual qısnama hallarını qınayıb və hökuməti bu halları araşdırmağa çağırıb.

Müraciətə imza atan təşkilatlar arasında “Amnesty International”, İnsan Hüquqları Evi Fondu, İnsan Hüquqları üçün Beynəlxalq Federasiya, İşgəncəyə qarşı Ümumdünya Təşkilatı, Müstəqil Vəkillər Şəbəkəsi, “Article 19 Europe”, Azərbaycanda Repressiyaya Son Kampaniyası, “Cupidae Legum” Təşəbbüsü və İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq var.

Müraciətçilər müxtəlif vaxtlarda “Meydan TV işi” üzrə həbs olunmuş Ülviyyə Əli və Aysel Umudovanın ictimailəşdirdiyi, polis tərəfindən seksual qısnama hallarını işıqlandırıblar. Onlar xatırladır ki, Aysel Umudova ötən ilin dekabrında yazdığı məktubda bir il əvvəl saxlanılarkən polis əməkdaşları tərəfindən qısnamaya məruz qaldığını ictimailəşdirib. Ülviyyə Əli isə ötən ilin mayında saxlanılarkən işgəncəyə və zorlanma təhdidlərinə məruz qaldığını bildirib.

Müraciətçilər Avropa Şurasının qəbul etdiyi İstanbul Konvensiyasının 40-cı maddəsinə istinad edərək deyir ki, istənməyən fiziki təmas seksual qısnama olaraq qəbul olunur.

Təşkilatlar vurğulayır ki, “Meydan TV işi” üzrə fevralın 6-da baş tutacaq növbəti məhkəmə prosesi öncəsi bu cür inandırıcı və ardıcıl ittihamlar ciddi narahatlıqlar doğurur.

“Effektiv və müstəqil hər hansı araşdırmanın hələ də aparılmaması Azərbaycanın məhkəmə və istintaq orqanlarının bu cür fundamental hüquqların və insan ləyaqətinin ağır pozuntularına cavab olaraq operativ, məzmunlu və müstəqil hesabatlılıq tədbirləri görmək öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini sual altına alır”, – bəyanatda qeyd olunur.

“A.Umudovanın və Ü.Əlinin işləri Azərbaycanda siyasi motivli təqiblərin daha geniş kontekstində son dərəcə narahatedici bir tendensiyanı göstərir. Bu çərçivədə məhkəməyə qədər həbs və cinsi zorakılıq insan hüquqları müdafiəçilərini və müstəqil qadın jurnalistləri qorxutmaq, susdurmaq və cəzalandırmaq üçün vasitə kimi istifadə olunmuş kimi görünür”, – deyə onlar əlavə edib.

Təşkilatlar Azərbaycan hökumətini bu halları araşdırmağa və jurnalistlərə qarşı təqiblərə son verməyə çağırıblar. Avropa Şurasını, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumları isə bu məsələni Azərbaycan hökuməti ilə təmasda qaldırmağa çağırıblar.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.

Toplum TV 

18:56, 06 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə aclıq edən jurnalist Nurlan Libre məhkəməyə gəlməkdən imtina edib

by Gozetci 16:06, 05 Fevral 2026
written by Gozetci

Nurlan Libre

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Nurlan Libre (Qəhrəmanlı) fevralın 6-na təyin olunmuş məhkəməyə gəlməkdən imtina edəcəyini bildirib.

Bu barədə jurnalistin yaxınları Meydan TV-yə məlumat verib.

Libre qeyd edib ki, buna səbəb onun əvvəlki məhkəmədə zorakılıq görməsi ilə bağlı prokurorluğa müraciət etməsi və müsbət cavab ala bilməməsidir.

Prokurorluq zorakılıqla bağlı sorğuya cavab olaraq bildirib ki, hər hansı qanunazid əmələ rast gəlinməyib.

Belə ki, dekabrın 22-də “Meydan TV işi” üzrə keçirilən məhkəmədə qanunsuz həbslərə etiraz olaraq qollarını kəsib. Penitensiar Xidmətin əməkdaşları onun qolunu arxadan qandallayaraq zorakılıqla cəzaçəkmə müəssisəni aparıblar. Bundan sonra Nurlan Libre 2 gün karsda saxlanılıb.

Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir.

Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
16:06, 05 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə Bəhruz Səmədov barədə qərarı qüvvədə saxlayıb

by Gozetci 15:46, 05 Fevral 2026
written by Gozetci

Bəhruz Səmədov

 

Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi haqda qərardan şikayətinə baxılıb.

İctimai fəal Əmrah Təhməzovun məlumatına görə, Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə fəalın şikayəti təmin olunmayıb.

Bəhruz Səmədov, həmçinin, bir neçə vəsatət qaldırıb. O, məhkəmə prosesində çəkilişin aparılmasını, Ombudsman Aparatı işçilərinin dindirilməsini və psixoloji vəziyyətinin müayinəsi üçün ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.

Bəhruz Səmədov Umbakı həbsxanasına köçürülməsindən verdiyi şikayətlə bağlı çıxışında dəri xəstəliyindən əziyyət çəkdiyini və buna görə qapalı şəraitdə qala bilmədiyini söyləyib.

O, məhkəmənin qərarından sonra müddətsiz aclığa başladığını elan edib.

Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında Bəhruzz Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.

Bəhruz Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi  Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Toplum TV 

15:46, 05 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

Ali Məhkəmə Afiəddin Məmmədov və İlhamiz Quliyevlə bağlı hökmü qüvvədə saxlayıb

by Gozetci 22:12, 04 Fevral 2026
written by Gozetci

Afiəddin Məmmədov və İlhamiz Quliyev

 

Fevralın 4-də Ali Məhkəmədə ayrı-ayrılıqda baş tutan prosəslərdə həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov və ictimai fəal İlhamiz Quliyevin şikayətlərinə baxılıb.

“Meydan TV”-nin xəbərinə görə, məhkəmə şikayətləri təmin etməyib.

Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova hakim Nazim Mövsümova bildirib ki, əvvəlki məhkəmə instansiyalarındə verdiyi 20-yə yaxın vəsatətin heç birinə baxılmayıb.

Afiəddin Məmmədov da çıxışında prosesə ədalətli baxılmamağından şikayət edib.

İlhamiz Quliyevin kassasiya şikayətinə isə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

Afiəddin Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs almışdı.

2025-ci il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İlhamiz Quliyev isə 2023-cü il dekabrın 4-də saxlanılıb. 2024-cü ilin dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama) maddəsini 234-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik maddə əldə edib saxlama) maddəyə tövsif edib.

Fəallar ittihamları rədd edirlər.

Toplum TV 

22:12, 04 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

HRW: “Azərbaycan hökuməti qorxu mühitini daha da dərinləşdirib”

by Gozetci 16:26, 04 Fevral 2026
written by Gozetci

 

“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı 2025-ci ildə dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hesabatın Azərbaycana dair hissəsində ötən il ölkədə insan hüquqları üzrə göstəricilərin daha da pisləşdiyi qeyd olunub.

“Hökumət müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri gücləndirərək fərqli fikirləri susdurub və qorxu mühitini daha da dərinləşdirib. Hakimiyyət orqanları, həmçinin, mühacirətdə olan bloger və jurnalistlərə qarşı saxta cinayət ittihamları irəli sürüb, onlara qiyabi həbs cəzası verib və vətəndaş cəmiyyətini iflic vəziyyətinə salan qanunları qəbul etməyə və özbaşına tətbiq etməyə davam edib. Saxlanma yerlərində işgəncə və pis rəftar halları da cəzasız qalmaqda davam edib”, – hesabatda bildirilir.

Hesabatda, həmçinin, ötən il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatına tabe qurumların, habelə beynəlxalq media qurumlarının filiallarının fəaliyyətinin dayandırıldığı xatırladılır.

Daha sonra Azərbaycanla Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh prosesinin getdiyini xatırladan hesabat müəllifləri Azərbaycan hökumətinin bəyan etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağdan qaçmış etnik ermənilərin “təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsi və onların mülkiyyət hüquqlarının bərpası istiqamətində heç bir ciddi addım atmadığını” qeyd edib.

HRW Azərbaycanda müstəqil mediaya qarşı basqıların davam etdiyini də xatırladaraq 2024-cü ilin sonunda başlayan “Meydan TV işi” üzrə ümumilikdə il ərzində həbs olunan jurnalistlərin sayının 12-yə çatdığını bildirib. Həmçinin, “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlərə ötən ilin iyununda hökmlərin oxunduğu əlavə olunub.

“Toplum TV işi” üzrə isə ötən ilin əvvəlində jurnalistlər Şahnaz Bəylərqızı və Fərid İsmayılovun həbs olunduğu bildirilib. Ş.Bəylərqızı sonradan ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Toplum TV 

16:26, 04 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media”nın həbsdəki qadın jurnalistlərinin valideynləri: “Rəis məhbusları otağında döyürsə, qızlarımızın can güvənliyi də sual altındadır”

by Gozetci 10:05, 04 Fevral 2026
written by Gozetci

“Abzas Media”nın həbsdə olan qadın jurnalistlərinin valideynləri Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinin məhbuslara qarşı zorakılıq tətbiq etməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını bildiriblər. Valideynlər deyirlər ki, həbsxana rəisinin məhbusları öz iş otağında döyməsi xəbərləri fonunda övladlarının təhlükəsizliyi ilə bağlı arxayın ola bilmirlər.

“Əgər rəisin otağında başqaları döyülürsə, deməli, biz qızlarımızın da can güvənliyinə görə arxayın ola bilmərik. Həbsxananın rəisi Babək İsgəndərov qadın məhbusları aparıb öz ikiqapılı otağında döyür. Özü şəxsən zorakılıq törədirsə, onda biz onun əməkdaşlarından hansı davranışı gözləməliyik? O, sabah bizim qızlara qarşı da belə davrana bilər. Fərqi yoxdur orada kim döyülür, onlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də biz Babək İsgəndərovun cəzalandırılmağını tələb edirik. Övladlarımız Bakıda qeydiyyatda olsa da, onları Lənkəran həbsxanasına göndərdilər. Deməli, hökumət bilərək bunu edib ki, onlar zorakı rəisin tabeliyində olsunlar?”, – jurnalistlərin valideynləri belə deyiblər.

“Abzas Media”nın Lənkəran Penitensiar Kompleksində saxlanılan qadın jurnalistləri bu müəssisədə məhkumlara tətbiq edilən işgəncə halları ilə bağlı məqalə yazıblar.

Jurnalistlərin yazdıqlarına görə, hadisə yanvarın 24-də baş verib. Həmin gün Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərov öz iş otağında qadın məhkumu döyüb.

Bu məlumatı həmin məhkumdan rəisə şikayət edən nəzarətçi İlkanə Bağırova məhbuslara danışıb. O deyib ki, qəbul otağında qadın korpusunun rəisi Zamin Əliyev, nəzarətçi İlkanə Bağırova və məhkum olub.

Nəzarətçinin sözlərinə görə, rəis qadın məhkumun saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub. Eyni zamanda, döyülmə zamanı məhkumun şərəf və ləyaqətini alçaldan ifadələr də işlədilib.

İlkanə Bağırova bildirib ki, o və qadın korpusunun rəisi Zamin Əliyev baş verən zorakılığa müdaxilə etməyib və hadisəni səssiz izləyiblər.

Məlumata görə, ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb. Həmçinin ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxıldığı qeyd olunub.

Qadın məhkumun zədələrlə bağlı həkim müayinəsinə aparılmasını istədiyi, lakin bu tələbin yerinə yetirilmədiyi bildirilir. Yazıda əlavə olunub ki, həmin qadın məhkum hələ də tez-tez rəisin qəbuluna aparılır və təzyiq altında saxlanılır.

Məqalədə o da vurğulanıb ki, kompleksdə qadın məhkumlarla yanaşı, kişi məhkumların da döyüldüyü iddia edilir. Mindən çox kişi məhkumun saxlanıldığı müəssisədə rejim üzrə şöbə müdiri Azər Bağırovun onlara işgəncə verdiyi bildirilib.

Jurnalistlərin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumlar indiyədək hər hansı münasibət açıqlamayıb.

Lənkəran Penitensiar Kompleksi 2024-cü ilin dekabrında istifadəyə verilib, qadınlar üçün korpus isə 2025-ci ilin sentyabrın 3-də açılıb. Hazırda kompleksin istintaq idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın dustaq saxlanıldığı bildirilir. Kompleksdə ümumilikdə 1000 nəfərdən çox kişi dustaq cəza çəkir.

Kompleksin rəisi Babək İsgəndərov bundan əvvəl Bakıda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Həmin müəssisədə tavanın çökməsi nəticəsində bir məhkumun həlak olmasından sonra orada saxlanılan 600 məhkumun Lənkəran Penitensiar Kompleksinə köçürüldüyü, İsgəndərovun isə burada da rəis postunu tutduğu bildirilir.

AbzasMedia

10:05, 04 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP-nin iki fəalı 30 sutka inzibati qaydada həbs edilib

by Gozetci 21:40, 03 Fevral 2026
written by Gozetci

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin fəalı Orxan Baxışlının fevralın 3-də 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AXCP məlumat yayıb. Partiyanın açıqlamasına görə, qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə verilib. Məhkəmə Orxan Baxışlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilib.

Orxan Baxışlı 2018-ci ildə narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Ali Məhkəmə onun cəzasını 3 ilə qədər azaldıb və fəal 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP-nin digər üzvü Anar Ərkivanın da 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Partiyanın məlumatına görə, Ərkivan yanvarın 30-da günorta saatlarında Bakı şəhərində kirayədə yaşadığı evdən çıxarkən beş-altı nəfər mülki geyimli şəxs onu saxlayaraq 13-cü polis bölməsinə aparıb.

Açıqlamada deyilir ki, daha sonra Sabunçu Rayon Məhkəməsi Anar Ərkivanı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirli bilərək barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

AXCP bu ittihamları saxta hesab edir, üzvlərinin şərlənərək həbs olunduqlarını bildirir. Rəsmi qurumlardan bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

AXCP bildirir ki, son illər partiyanın çoxsaylı üzvləri oxşar ittihamlarla vaxtaşırı inzibati qaydada həbs edilirlər. Partiyanın açıqlamasına görə, hazırda 20-dən çox AXCP fəalı uzunmüddətli həbsdə saxlanılır. Onların arasında partiya sədri Əli Kərimli də var. AXCP bu həbslərin siyasi sifariş əsasında həyata keçirildiyini bəyan edir.

Hüquq müdafiəçilərinin tərtib etdiyi siyahılara əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, əsassız sayır və bildirirlər ki, həmin şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunublar.

AbzasMedia

21:40, 03 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia