Bəşir Süleymanlıya ağır itki

by Gozetci

Bəşir Süleymanlı


Siyasi məhbus, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya ağır itki üz verib.

Dünən Bəşir Süleymanlının Gürcüstanda yaşayan dayısı Əmircanov Tacit Kamil oğlu vəfat edib.
Mərhum sabah doğulduğu Qaçağan kəndində dəfn olunacaq

Bəşir Süleymanlı həbsdə olduğu üçün dayısının dəfn mərasimində iştirak edə bilməyəcək.

Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən ii martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Martın 14-də Binəqədi rayon Məhkəməsi Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.

You may also like