Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarLənkəran–AstaraSliderXƏBƏRLƏR

İnanclı məhbus Mənsur Vəlişov saxlanıldığı həbsxanada zorakılığa məruz qalıb

by Gozetci 16:50, 20 Fevral 2026
written by Gozetci

Mənsur Vəlişov

 

İnanclı məhbus Mənsur Vəlişov saxlanıldığı həbsxanada zorakılığa məruz qalıb

Bu barədə məhbusun ailəsi Meydan TV-yə məlumat verib.

Ailəsinin sözlərinə görə Vəlişov başına gələnləri telefonla danışıq zamanı danışıb. O bildirib ki, həbsxana əməkdaşları onun qollarını qandallayaraq döyüblər.

“Yadımda ancaq o qalıb ki, qollarıma qandal vurub vurdular, məni çarpayıya bağlayıb döyməyə başladılar. Sonra özümdən getmişəm, üstümə su töküb ayıldıblar. Belə getsə, bir də görəcəksiniz ki, ölüm xəbərim gəlib”, – deyə Vəlişov deyib.

O bildirib ki, həbsxanadakı özbaşınalıqlar barədə dövlət qurumlarına, Prezident Administrasiyasına və Ombudsman Aparatına müraciət etsə də, cavab ala bilməyib.

Mənsur Vəlişov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

O, 2023-cü ilin 11 mart tarixində İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

16:50, 20 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Meydan TV”-nin həbsdə olan jurnalistlərinin saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalmaları ilə bağlı yeni açıqlama yayılıb

by Gozetci 21:09, 19 Fevral 2026
written by Gozetci

“Meydan TV”-nin həbsdə olan jurnalistləri Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Xəyalə Ağayevanın saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalmaları ilə bağlı yeni açıqlama yayılıb.

Açıqlamanı təqdim edirik:

“Fevralın 18-i günorta saat 12 radələrində rəis müavini Cavid Güləliyevin başçılığı ilə 10 nəfərə yaxın BİT əməkdaşı kameramıza daxil oldular. Onlar otağa girərkən Aysel Umudova sanitar qovşağında idi. Xəyalə Ağayeva və Aytac Tapdıq da yatağında əyinlərində yataq geyimi ilə nə baş verdiyini anlamağa çalışırdılar. Cavid Güləliyev axtarışın kamera nəzarəti ilə aparılacağını bildirdi və qadın əməkdaşlarla birgə özü və digər kişilər də içəridə qaldılar. Halbuki qadınlar saxlanılan kamerada axtarış-baxış zamanı kişi əməkdaşlar iştirak edə bilməz.

Daha sonra Aytac və Xəyalənin üzəri aparatla yoxlanıldı. Əşyaları əlləri ilə eşələməyə başlarkən jurnalistlər buna etiraz etdilər. Bundan sonra C.Güləliyev Aytacın üzərinə yeridi. Təcridxana əməkdaşlarına göstəriş verdi ki, Aytac və Xəyaləni zorakılıqla otaqdan çıxarsınlar. Həmin vaxt axtarış-baxış şöbəsinin rəisi Əlibala tualetin qapısını dartışdırırdı. Aysel çıxması üçün 1 dəqiqə vaxt istəsə də, o tualetin qapısını qıraraq içəri daxil oldu. Ayseldən dərhal çıxması istəndi və onun da üzərində axtarış edildi.

Cavidin göstərişi ilə təcridxana əməkdaşları Aytac və Xəyaləni təhqir edərək qollarını burub, boyunlarını aşağı sıxaraq kameradan çıxardılar. Jurnalistlər 20-dən çox əməkdaşın zorakılıqlarının müşayiəti ilə qolları arxadan burulmuş, başları aşağı vəziyyətdə saxlanıldı.

Bütün bunlar BİT əməkdaşının yaxasından asılan və rəis Elnur İsmayılovun şəxsi kabinetindən izlədiyi dəhlizdəki nəzarət kameralarının gözü qarşısında baş verdi. Jurnalistlər Cavid Güləliyevə zorakılıq etməməli olduğunu dedikdə o, fəxrlə əlini boğazına qaldırıb “mən xirtdəyədək qan içindəyən, belə olmalıdır” dedi. Biz, Cavidin təkcə fiziki və psixoloji zorakılığına məruz qalmadıq. Həm də onun verbal qısnaması ilə üzləşdik.

Təcridxana əməkdaşları Aytacı qolları arxaya qanrılmış, əlləri ilə ağzı bağlayaraq aşağı mərtəbəyə aparıb gəzinti həyətinə itələdilər. Xəyaləni isə kameraları ilə üzbəüz yerləşən telefon otağına sıxdılar. O, təcridxana rəisi Elnur İsmayılovun gəlib baş verənlərə görə hesab verməsini tələb etdi. Cahan İbrahimli adlı nəzarətçi Xəyalənin qollarını arxadan sıxarkən Cavid Güləliyev üzərinə yeridi və “Elnur yoxdur, buranın yiyəsi mənəm”, – deyə bağırdı. Otaqdakı qarşıdurmada özünü təqdim etməyən daha bir mülki geyimli qadın iştirak edirdi. Çaxnaşmada Xəyalənin sağ əlinin üzərində və sol biləyində xəsarət izləri əmələ gəlib. Cavid Güləliyev aşağı düşüb gəzinti yerinə qapadılan Aytac Tapdığın üzərinə şığıdı. Aytac ona “Cavid, sən get, böyüyün gəlsin”, – dedikdə Cavid dişlərini qıcayıb, yumruğunu Aytacın üzünə doğru havaya qaldırdı. “Sən elə burada qalmalısan”, – deyib “proqul”un (gəzinti yeri – red.) qapısını onun üzünə kilidləməyi əmr etdi. Aytac yarım saata qədər orada saxlanıldı.

Cavid Güləliyev və zorba qrupu getdikdən sonra kameraların dəmir barmaqlıqlı qapıları bir neçə saat bağlı saxlanıldı. Qapılar fasiləsiz döyəcləməmizdən sonra yenidən açıldı. 16 fevral tarixində bizə məhkəmədə şüşə kabinəni döyərək etdiyimiz etiraza görə akt tərtib olunmuşdu. Biz izahat verməkdən imtina etdik və bildirdik ki, məhkəmədə müdafiə hüququmuz təkrar pozularsa, etirazlarımıza davam edəcəyik. Biz hesab edirik ki, 14 aydır görmədiyimiz “şmon”la axırıncı məhkəmədən sonra tanış olmağımız təsadüfi deyil. Bu təzyiqlər məhkəmə çıxışlarımız və etirazlarımızla bağlıdır. Hakimiyyət BİT-in zorba əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir. Üstəlik “şmon”un hər həftə sərasər təkrarlana biləcəyi deyilir. Bu o deməkdir ki, biz hər məhkəmədən öncə psixoloji və fiziki zorakılıqla, qısnama ilə üzləşə bilərik. Bu şərtlər altında özümüzü təhlükəsizlikdə hiss etmirik və dərhal aşağıdakı tədbirlərin görülməsini tələb edirik:

Təcridxanada “işgəncə kralı” kimi ad çıxaran Cavid Güləliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə görə cinayət məsuliyyətinə cəlb olunsun, işdən kənarlaşdırılsın.

Rəis Elnur İsmayılovun şəxsi kabinetində 24 saat canlı yayımlanan nəzarət kameralarında görüntülər araşdırılsın.

Ombudsman Səbinə Əliyeva dərhal BİT-ə gələrək jurnalistlər Aysel Umudova, Xəyalə Ağayeva, Aytac Tapdıqla görüşsün, zorakılıq faktlarını araşdırsın”.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.

Toplum TV 

21:09, 19 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ərəstun Orucluya 8 il qiyabi həbs cəzası verilib

by Gozetci 11:57, 19 Fevral 2026
written by Gozetci

Ərəstun Oruclu

 

Siyasi şərhçi Ərəstun Oruclu barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qiyabi hökm fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Məhkəmə qərarına əsasən, Ərəstun Oruclu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya qrup halında törədildikdə) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal tabe olmamağa, kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırışlar etmə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, siyasi şərhçi 4 yanvar 2023-cü ildə “YouTube” platformasında yayımlanan “Ərəstun Oruclunun kanalı” adlı kanalda, həmçinin 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV”də digər şəxslərlə qabaqcadan əlbir olan qrup halında Azərbaycanda mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib və yayıb.

Ərəstun Oruclu ötən il noyabrın 14-də Baş Prokurorluğa çağırılmışdı.

Bundan əvvəl də bir sıra bloqer və jurnalistlər barəsində oxşar ittihamlarla cinayət işləri başlanıb və onlar haqqında qiyabi hökmlər çıxarılıb.

AbzasMedia

11:57, 19 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Xaricdə yaşayan Altay Göyüşov 6 il azadlıqdan məhrum edilib

by Gozetci 20:39, 18 Fevral 2026
written by Gozetci

Altay Göyüşov

 

Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan tarixçi-alim Altay Göyüşov barəsində yekun məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Altay Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müşavirədənə sonra Göyüşova hökm oxunub.

Hökmə əsasən xaricdə yaşayan tarixçi Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönəlmiş açıq çağırışlara təhrik etmək – bu əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Meydan TV

20:39, 18 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM Rüfət Səfərovun hüququnun pozulduğunu tanıyıb

by Gozetci 18:58, 17 Fevral 2026
written by Gozetci

Rüfət Səfərov

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 17-də keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərovun 2016-ci ildə rüşvət ittihamı ilə həbsindən verilmiş şikayət üzrə qərarını açıqlayıb.

Vəkil Fariz Namzlının bildirməsinə görə, ərizəçi saxta sübutlar əsasında məhkum edildiyini vurğulayıb. O qeyd edib ki, cinayət işi saxta sübutlara əsaslanaraq başlanılıb, həmin sübutlara etiraz, öz lehinə sübut təqdim etmək imkanı verilməyib, arqument və müraciətləri isə kifayət qədər əsaslandırılmadan rədd olunub.

AİHM Avropa Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) 1 və 3-cü bəndlərinin pozuntusunu tanıyıb.

Məhkəmə mənəvi zərərə görə 4 min avro, məhkəmə xərclərinə görə 1 min avro kompensasiya müəyyən edib.

Rüfət Səfərovun hüquqlarını Yalçın İmanov, Bəhruz Bayramov və Fariz Namazlı müdafiə edib.

Bu qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarının münasibəti bəlli deyil.

Rüfət Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra rüşvət ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Rüfət Səfərov 2019-cu ildə həbsdən çıxdıqdan yenidən həbs edilənə kimi hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.

Xatırlatma

Hüquq müdafiəçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən yenidən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub. O, indi də ittihamı qəbul etmir.

Rüfət Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırmışdı. Onların arasında Rüfət Səfərov da vardı. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim etmişdi.

Rüfət Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən Rüfət Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər. Rəsmilərin fikrincə, Azərbaycanda siyasi məhbus siyahılarına salınan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

18:58, 17 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər barəsində akt tərtib olunub

by Gozetci 17:05, 17 Fevral 2026
written by Gozetci

 

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlərə məhkəmədə etiraz etdikləri üçün akt tərtib edilib.

Aktda qeyd edilib ki, onlar dövlət ittihamçısının çıxışına mane olublar və əlləri ilə şüşə qəfəsi döyəcləyərək səs-küy salıblar.

Akt gizir Turac Rəcəbov, kiçik gizir Tural Quliyev, mühafizəçi Babək Babayev tərəfindən tərtib edilib.

Saxlanılan jurnalistlərin əksəriyyətinin akt tərtib olunduqdan sonra izahat verməkdən imtina etdiyi bildirilir.

“Etirazımız şüşə qəfəsin içindən bizi çıxarmamaları, vəkilimizin yanında əyləşməyimizə imkan verilməməyi ilə bağlı olub. Bu aktla isə məhkəmə zalında bizə qarşı eyni davranışların davam edəcəyinin mesajını verirlər. Əgər növbəti proseslərdə də bizi şüşə qəfəsin içərisindən çıxarmasalar, çıxış etmək üçün imkan yaradılmasa və mikrofonlarımız söndürülsə zaldakı etirazlarımız eyni qaydada davam edəcək”, – deyə jurnalistlər bildirir.

Fevralın 13-də “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı hakim Aytən Əliyeva jurnalistlərin çıxışına maneə yaradıb. Onları şüşə qəfəsdə saxlayıb.

Hakim Əliyeva məhkəmə boyu jurnalistlərin etirazlarını nəzərə almayıb və nəticədə onlar saxlanıldıqları qəfəsin şüşələrini döyəcləyərək etirazlarını bildiriblər.

Meydan TV 

17:05, 17 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərov: “Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm”

by Gozetci 14:37, 17 Fevral 2026
written by Gozetci

Rüfət Səfərov

 

Fevralın 16-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, əvvəlki iclasda Səfərovla prokuror arasında yaşanan gərginlikdən sonra bu dəfə məhkəmə heyəti onun vəkillərinin yanında deyil, şüşə kabində oturmasına qərar verib. Hakimlər qərarı əvvəlki iclasda baş verənlərlə əsaslandırıblar.

Səfərov bildirib ki, harada saxlanmasının onun üçün fərqi yoxdur. O, prokuror və hakimlər də daxil olmaqla hamının onun “siyasi sifarişlə” həbs olunduğunu bildiyini deyib:

“Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm. Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur. Məhkəmə başlanandan bircə dənə tutarlı dəlil ortaya qoyulmayıb. İki ildir dostlarımdan, ailəmdən təcrid olunmuşam. Mənim də psixoloji durumumu başa düşün”.

Hüquq müdafiəçisi vurğulayıb ki, bu gün başqalarının həbsi üçün “sifariş verən” və bunu icra edənlərin də “sabahı sığortalı deyil”. O, 1995–2000-ci illərdə baş prokuror olmuş, daha sonra bir sıra ölkələrdə səfir vəzifəsi tutmuş Eldar Həsənovun 2020-ci ildə həbsini xatırladıb və Həsənov məhkəmədə hüquqlarının pozulmasından şikayət edərkən onu hüquq müdafiəçisi kimi müdafiə etdiyini bildirib: “Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”.

İttihama görə, Rüfət Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adı ilə 60 min manat alıb, lakin nə torpağı satıb, nə də pulu qaytarıb. İddia olunur ki, bu səbəbdən 2024-cü il dekabrın 3-də İmanquliyev Səfərovgilin yaşadığı binanın qarajına gəlib, pulunu tələb edəndə aralarında dava düşüb və nəticədə Səfərov ona xəsarət yetirib.

Səfərov isə saxlanıldığı günədək İmanquliyevlə heç vaxt görüşmədiyini, ondan pul almadığını bildirir. Onun sözlərinə görə, həmin gün qarajda maşından düşərkən bu şəxs qəfil ona hücum edib.

Səfərov və vəkilləri zərərçəkmiş qismində tanınan Natiq İmanquliyevin gəlirlərinin araşdırılması üçün vəsatət qaldıraraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsini istəyiblər.

Eyni zamanda, İmanquliyevin narkotik istifadəçisi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Narkoloji Mərkəzə də sorğu göndərilməsi tələb olunub. Səfərov bunu belə əsaslandırıb: “Mən özüm də müstəntiq işləmişəm, insanın davranışları onun haqqında çox şey deyir”.

Məhkəmə hər iki sorğunun göndərilməsinə razılıq verib.

Bu iclasda qarajın gözətçisi Eldar Hacıyev şahid qismində dindirilib. O, ifadəyə başlamazdan əvvəl Səfərovun ona belə dediyini bildirib:

“Eldar dayı, bilirəm, sizi iki gün aparıb saxlayıblar, incidiblər. Necə istəyirsiniz, elə də danışın, təki sizi incitməsinlər, məni düşünməyin”.

Hacıyev ifadəsində qarajda Səfərovla İmanquliyevin davasının şahidi olmadığını deyib. Onun sözlərinə görə, səs-küyə gəlib çatanda artıq polislər Səfərovu saxlamışdılar.

Şahid vəkil Rövşanə Rəhimlinin suallarını cavablayarkən əlavə edib ki, daha sonra dörd nəfər maskalı polis onu da maşına mindirib idarəyə aparıb və orada iki gün saxlayıblar.

Növbəti məhkəmə iclası martın 2-nə təyin edilib. Həmin iclasda Eldar Hacıyevin dindirilməsi davam etdiriləcək.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə – xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma ittihamları ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.

Hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda 340 siyasi məhbusun olduğu bildirilir. Rəsmi qurumlar isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bəyan edirlər.

AbzasMedia

14:37, 17 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Əli Kərimli və Məmməd İbrahimin həbsindən verilən şikayəti təmin etməyib

by Gozetci 19:53, 16 Fevral 2026
written by Gozetci

Əli Kərimli və Məmməd İbrahim

 

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair verilən şikayətə baxılıb.

AXCP-nin yaydığı məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Əli Kərimli və Məmməd İbrahim ötən il noyabrın 29-da saxlanılıblar. Onların evlərində və ofislərində axtarış aparılıb.

Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən “Ramiz Mehdiyev işi” ilə əlaqəli olduğunu iddia edib. Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ötən il oktyabrın 14-də saxlanılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

AXCP sədri Əli Kərimli daha əvvəl Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları “tamamilə əsassız” adlandıraraq ittihamları qəti şəkildə təkzib edib. Partiya rəhbərliyi baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.

AbzasMedia 

19:53, 16 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Vüqar Məmmədovun şikayətini təmin etməyib

by Gozetci 15:57, 16 Fevral 2026
written by Gozetci

Vüqar Məmmədov

 

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində “Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun barəsindəki həbs qətimkan tədbirinin uzadılmasından verdiyi şikayətə baxılıb.

Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Ötən il oktyabrın 31-də Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 9-da həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Toplum TV 

15:57, 16 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi”: Ramin Deko barəsində həbs qərarı vermiş sabiq hakimin ona vəkillik etməsini istəyib

by Gozetci 19:52, 14 Fevral 2026
written by Gozetci

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Meydan TV”-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. O, əlləri qandallı şəkildə zorla məhkəməyə gətirilməsinə etiraz edib.

Hakim bildirib ki, Nurlan Librenin digər təqsirləndirilən şəxslər kimi məhkəməyə qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq.

Özünü pis hiss etdiyini söyləyən Nurlan Libre müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan jurnalist bildirib ki, təzyiqini ölçüblər və ona “korvalol” dərmanı veriblər. O, aclığı davam etdirmək niyyətində olduğunu əlavə edib.

Təqsirləndirilən şəxslərdən jurnalist Ramin Deko (Cəbrayılzadə) onun və həmkarlarının haqqında həbs qətimkan tədbiri qərarı verən, ötən il hakim vəzifəsindən kənarlaşdırılan, hazırda isə vəkillik fəaliyyəti ilə məşğul olan Sülhanə Hacıyevanın onu müdafiə etməsi üçün vəsatət qaldırıb.

“İstəyirəm, mənim vəkilim olsun. Necə ki, o, bizi siyasi sifarişlə həbs eləyirdi, onun özünü də siyasi sifarişlə belə elədilər”, – o deyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktının yarımçıq qalan hissəsini elan etməyə davam edib. Bu zaman təqsirləndirilən şəxslər buna etiraz ediblər. Onlar bildirib ki, “eyni yalanları dəfələrlə oxumaq vaxt itkisidir”.

Lakin məhkəmə etirazları nəzərə almayıb. Jurnalistlər narazılıqlarını saxlandıqları kabinənin şüşəsini döyməklə bildiriblər. Sonradan hakim fikrini dəyişib və ittiham aktı elan olunmuş hesab edilib.

Hakim təqsirləndirilən 12 nəfərdən bir-bir özlərini təqsirli bilib-bilmədiklərini soruşub.

“Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) bildirib ki, özünü qətiyyən təqsirli bilmir.

“Bu iş mənim üzərimdə qurulub. Halbuki, mənim əvəzimə burada Azərbaycanı talayan, korrupsiya ilə məşğul olanlar oturmalı idi. Mənim işim onların əməllərini araşdırmaq olub, buna görə buradayam”, – o deyib.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa da özünü təqsirli bilmədiyini söyləyib və fikrini əsaslandırmaq istəyib. Lakin hakim onun sözünü kəsib. Bu zaman onların arasında mübahisə yaranıb.

Jurnalistin israrından sonra ona fikrini əsaslandırmağa icazə verilib. O bildirib ki, ittiham aktı “başdan-ayağa yalanlarla doludur”.

“Dəfələrlə yazıblar ki, “Meydan TV” Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Xarici ölkədə qeydiyyatdan keçən media orqanı Azərbaycanda niyə qeydiyyatdan keçməli idi?

Mənim prokurora suallarım var. Hansı əsasla Ülviyyə Quliyevanın ittihamında göstərilib ki, mən 2025-ci il yanvarın 30-da həbs olunmuşam? Halbuki, mən həmin vaxt azadlıqda olmuşam, nə təqsirləndirilən, nə də şahid idim. 25 gün sonra həbs edilmişəm.

Mənim haqqımda həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilmişdi. Şikayəti təmin etməyən apellyasiya məhkəməsinin hakimi Cavid Hüseyn qərarın əsaslandırma hissəsində yazıb ki, “Abzas Media” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər. Mən “Abzas Media işi” üzrə təqsirləndirilən şəxsəm, yoxsa “Meydan TV işi”?”, – o sual edib.

Daha sonra təqsirləndirilən jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) də bildirib ki, ittiham aktı “başdan-ayağa şişirtmədir”.

“Bu işdə müstəntiqlər ittiham aktını yazanda çox göydə uçublar. Vəsatət qaldırıram ki, müstəntiqlər beynəlxalq uçuş qanunlarının tələblərini pozduqlarına görə məsuliyyətə cəlb olunsunlar”,– o deyib.

Hakim Ülviyyə Əlinin sözünü kəsib. O, çıxışını bu sözlərlə başa çatdırıb: “Yaşasın müstəqil media! Yaşasın azad jurnalistlər!”

Təqsirləndirilən şəxslərdən jurnalist Aytac Tapdıq (Əhmədova) isə deyib ki, “özünüzü təqsirli bilirsinizmi?” sualını təhqir hesab edir.

“Mənə bu sualı verməyi sizə qadağan edirəm. Çünki hamı bilir ki, biz siyasi sifarişlə həbs olunmuşuq. Siz isə bu işdə alətsiniz”, – o, hakimə deyib.

Jurnalist Xəyalə Ağayeva da peşə fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayıb.

Digər jurnalist Aysel Umudova da fikrini əsaslandırmaq istəyib, lakin hakim Aytən Əliyeva icazə verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aysel Umudova “çıxışımı kəssəniz, stulun üstünə çıxacam” deyib.

Bundan sonra Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası qəfildən məhkəmə zalını tərk edib.

Məhkəmə prosesinin nə vaxta təxirə salındığı da elan olunmayıb.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.

Toplum TV 

19:52, 14 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia