Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BölgəƏdalətli mühakimə hüququGəncə–DaşkəsənHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasia məhkəməsi vəkil Zabil Qəhrəmanovun həbs qərarını qüvvədə saxlayıb

by Gozetci 14:21, 29 Oktyabr 2025
written by Gozetci

Zabil Qəhrəmanov

 

 

Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsində vəkil Zabil Qəhrəmanovhaqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Təxminən beş saat davam edən məhkəmənin yekununda isə vəkil haqqında həbs qərarının qüvvədə saxlandığı açıqlanıb.

AzadlıqRadiosunun məlumatına görə, məhkəmədə təqsirləndirilən vəkil özü də, onun müdafiəçisi olan həmkarları da çıxış edib. Vəkillər Z.Qəhrəmanovun təqsirsiz olduğunu vurğulayıb, onun barəsində başlanmış cinayət işinin də, ardından Gəncə şəhər Məhkəməsində verilən həbs qərarının da qanunsuz və əsassız olduğunu bildiriblər.

Zabil Qəhrəmanov özü də ona qarşı irəli sürülmüş xuliqanlıq və dələduzluq ittihamlarını rədd edib. O bildirib ki, vəkil kimi, prinsipial fəaliyyətinə, Gəncə şəhər Baş Polis İdarəsində vətəndaşların başına açılan oyunları açıqladığına görə cəzalandırılıb.

Müstəntiq isə çıxışında apellyasiya şikayətinin təmin olunmamasını, həbs qərarının qüvvədə saxlanmasını istəyib. O iddia edib ki, Zabil Qəhrəmanov istintaq dövründə azadlıqda qalsa, şahidlərə təsir göstərmək, istintaqdan yayınmaq ehtimalı var.

Çıxışlardan sonra Əlizamin Abdullayevin sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətinin təmin olunmadığını, Gəncə şəhər Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

Xatırlatma

Gəncə Regional Vəkil Bürosunda fəaliyyət göstərən Zabil Qəhrəmanov oktyabrın 23-də Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İddia olunub ki, elə həmin gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib, onu vurub.

Ardından Z.Qəhrəmanova CM-in 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) daha bir ittiham elan edilib. İddia olunub ki, vəkil saxlandığı gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə ondan şikayət edib. İddia olunur ki, Z.Qəhrəmanov ona vəkillik edib və prosesin onun istədiyi kimi başa çatacağına söz verərək 5 min 600 manat pul alıb.

Z.Qəhrəmanov isə hər iki ittihamın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.

Həbsindən təxminən iki həftə öncə – oktyabrın 8-də Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Z.Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 aylıq dayandırılmasına qərar verilmişdi.

Z.Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi qismində çıxış edib. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il cəza alıb 4 il sonra bəraət hökmü ilə azadlığa çıxan Polad İsmayılovun, Tərtər hadisələrində bir neçə zərərçəkmişin və bir sıra ictimai-siyasi fəalların vəkili olub.

14:21, 29 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli Avropa Məhkəməsi qərarının icra edilməməsini Strasburq mexanizminin nüfuzuna açıq meydan oxuma kimi dəyərləndirir

by Gozetci 14:08, 28 Oktyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

Bakı İstintaq Təcridxanası/ Strasburq (Agora) – 23 Oktyabr 2025

İnsan haqları müdafiəçisi və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 23 oktyabr 2025-ci ildə Avropa Şurasının Nazirlər Komitəsinə Məmmədli Azərbaycan qarşı qərarın fərdi tədbirləri üzrə icra vəziyyəti və onun nəticələri haqqında müraciət göndərib. Müraciətdə Avropa Məhkəməsinin 19 aprel 2018-ci il tarixli Məmmədli Azərbaycana qarşı (47145/14) qərarının icrasının əsas tələbi kimi Məmmədliyə bəraət verilməsinin məqsədli şəkildə gecikdirildiyi, məhkumluğun götürülməsi ilə bağlı Azərbaycan tərəfinin Nazirlər Komitəsini səhv məlumatlandırdığı və nəticədə əvvəlki qanunsuz məhkumluğun Məmmədlinin indi özünə qarşı saxta cinayət işində ittihamı ağırlaşdıran hal kimi nəzərə alınması kimi hallar göstərilir.

Müraciət Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məkhəməsi qərarlarının icrasına nəzarət səlahiyyətlərini müəyyənləşdirən Qaydaların 9 (1) qaydası çərçivəsində təqdim olunub. Avropa Şurası Nazirlər Komitənin qaydalarına əsasən Qayda 9(1) mexanizmi Avropa  Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsini məlumatlandırmaq imkanı verən hüquqi vasitədir.

Məmmədli bildirir ki, onun qanunsuz məhkumluğu haqqında Avropa Məhkəməsinin yeddi il əvvəl qəbul etdiyi qərarının hələ də icra olunmamasını “icra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi” adlandırır və bildirir ki, bu, təkcə onun hüquqlarının pozulması deyil, həm də Strasburq sisteminin nüfuzuna qarşı açıq meydan oxumaqdır. Onun sözlərinə görə, bu davranış “qitə miqyasında təhlükəli presedent yaradır” və digər dövlətlərə AİHM qərarlarına əməl etməmələri üçün yanlış mesaj göndərir.

Məmmədli bildirir ki, 2018-ci ildə AİHM-in onun xeyrinə çıxardığı qərarın hələ də icra edilməməsi nəticəsində o, yenidən eyni və ya oxşar hal və sübutlar silsiləsinin bu dəfə daha da ağırlaşdırıcı ittihamları ilə üz-üzədir. Onun sözlərinə görə, Azərbaycan hökuməti illərdir bu qərarın icrasının yanlış şəkildə icra olunduğunu iddia edərək “məhkumluğun götürüldüyü” barədə Nazirlər Komitəsinə aldadıcı məlumat verib, amma indi ona qarşı irəli sürülən ittiham aktının 293-cü səhifəsində ittihamın təkrarlanan cinayət (cinayətlərin residivi) və ağırlaşdırıcı hal kimi nəzərə alındığı qeyd olunub.

Seçki mütəxəssisi və insan haqları müdafiəçisi Anar Məmmədli ilk dəfə 16 dekabr 2013-cü ildə “qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə həbs edilib. Onun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 19 aprel 2018-ci ildə qəbul etdiyi Məmmədli Azərbaycana qarşı (№47145/14) qərarında Məmmədlinin həbsi siyasi motivli sayılmış və Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (hüquqlardan sui-istifadənin qadağası) maddələrinin pozulduğu təsbit edilib. Lakin qərarın qəbulundan yeddi ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti nə həmin məhkumluğu ləğv edib, nə də onun hüquqlarının bərpasını təmin edib.

Anar Məmmədli 7 il ərzində qərarın icra olunmaması ilə bağlı ardıcıl şəkildə Avropa Şurası Nazirlər Komitəsinə çoxsaylı müraciətlər edildiyini xatırladıb. Məmmədli müraciətində 540 gündən çoxdur ki, (təxminən 18 ay) Bakı İstintaq Təcridxanasında saxlanıldığını və yerli məhkəmələrin onun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı dörd dəfə qərar çıxarsa da, bu qərarların heç birində ədalətli məhkəmə araşdırması standartlarına əməl edilmədiyini vurğulayıb. O qeyd edib ki, yerli məhkəmələr hər dəfə yalnız “ittihamın ağırlığı”na istinad edib, apellyasiya instansiyaları isə eyni şablon ifadələrlə bu qərarları qüvvədə saxlayıb.

Məmmədli məsələnin hazırda onun şəxsi işindən kənara çıxdığını və bütövlükdə Avropa insan hüquqlarının müdafiəsi sisteminin etibarlılığı ilə bağlı olduğunu vurğulayıb:

“… söhbət təkcə fərdi qərarların icrasından deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra arxitekturasının etibarlılığından gedir.”

Avropa Şurası Nazirlər Komitəsini daha sərt mövqe tutmağa, qərarın icrası üçün dəqiq meyarlar və müddətlər müəyyən edən yeni aralıq qətnamə (interim resolution) qəbul etməyə çağırıb.

Məmmədli bildirir ki, bu həlledici məqamda Nazirlər Komitəsi demokratik dəyərlərə qarşı genişmiqyaslı təzyiqlər fonunda prinsipiallığını qoruyub saxlamalı və Konvensiya sisteminə inamı təmin etməlidir.

Müraciətin sonunda Məmmədli yazır:

“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir… Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur.”

Nazirlər Komitəsinə ünvanlanan müraciətin mətni ilə Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası departamentinin rəsmi onlayn məlumat bazasında – HUDOC-EXEC (hudoc.exec.coe.int) – BURADA tanış olmaq olar.

*   *   *

Anar Mammadli: The Non-Enforcement of the ECtHR’s Judgment Is an Open Challenge to the Authority of the Strasbourg Mechanism

Baku Investigation Isolator / Strasbourg (Agora) – 23 October 2025

Human rights defender and Chairman of the Election Monitoring and Democracy Studies Centre (EMDS), Anar Mammadli, has submitted a communication to the Committee of Ministers of the Council of Europe on 23 October 2025 concerning the implementation of individual measures in the European Court of Human Rights judgment Mammadli v. Azerbaijan (No. 47145/14, 19 April 2018) and its consequences. In his submission, Mammadli argues that the government has deliberately delayed granting his acquittal – the key requirement for execution of the judgment – and misled the Committee of Ministers by falsely claiming that his conviction had been quashed. As a result, the prior unlawful conviction continues to be treated as an aggravating factor in a new criminal case now being brought against him on fabricated charges.

The communication was submitted under Rule 9(1) of the Rules of the Committee of Ministers, which provides a formal mechanism for individuals to inform the Committee about the implementation of judgments of the European Court of Human Rights.

Mammadli describes the ongoing non-enforcement of the Court’s seven-year-old judgment as a situation where “an unimplemented judgment has itself turned into a form of punishment.” He argues that this not only violates his individual rights but also constitutes “an open challenge to the authority and credibility of the Strasbourg system.” According to him, this behavior “sets a dangerous precedent on a continental scale” and sends the wrong message to other states not to comply with ECHR decisions.

Mammadli states that as a result of the ECHR’s decision in his favor in 2018 still not being implemented, he is again facing even more aggravating charges, this time based on the same or similar circumstances and evidence. Mammadli states that, for years, the Azerbaijani authorities have misled the Committee of Ministers by claiming that his conviction had been removed, while in reality, the indictment in his current case (page 293) explicitly refers to the earlier conviction as evidence of recidivism and an aggravating circumstance.

Election expert and human rights defender Anar Mammadli*was first arrested on 16 December 2013 on charges of illegal entrepreneurship, tax evasion, and abuse of official authority. In its judgment Mammadli v. Azerbaijan (No. 47145/14) delivered on 19 April 2018, the European Court of Human Rights found that Mammadli’s arrest and conviction were politically motivated and held that there had been violations of Article 5 (right to liberty and security) and Article 18 (prohibition of misuse of power) of the European Convention on Human Rights. However, more than seven years after the judgment, the Azerbaijani government has neither quashed his conviction nor ensured the restoration of his rights.

Mammadli recalls that during these seven years, numerous communications have been submitted to the Committee of Ministers regarding the government’s failure to execute the judgment. In his latest submission, he notes that he has now been held in Baku Pre-Trial Detention Centre for over 540 days (approximately 18 months) and that domestic courts have extended his pre-trial detention four times, each time merely referring to the “seriousness of the charges.” He emphasizes that none of these decisions met fair trial standards, and appeal courts upheld them using identical formulaic reasoning.

He stresses that the issue now goes beyond his personal case and concerns the credibility of the European human rights protection system as a whole: “.. at stake is not merely the implementation of individual judgments, but the credibility of the entire enforcement architecture of the European Convention on Human Rights.”

Mammadli calls on the Committee of Ministers to adopt a firmer stance, including by issuing a new interim resolution setting clear criteria and deadlines for the judgment’s execution.

“At this critical moment,” he writes, “the Committee of Ministers must remain principled amid the broader crackdown on democratic values and ensure confidence in the Convention system.”

In conclusion, Mammadli writes:

“Political imprisonment is not only a violation of individual rights but also a direct threat to democratic values and to the European legal order itself. The continued delay in enforcing this judgments undermine the integrity of the entire Convention system.”

The text of the communication addressed to the Committee of Ministers is available on the official online database of the Department for the Execution of Judgments of the European Court of Human Rights of the Council of Europe — HUDOC-EXEC (hudoc.exec.coe.int) — and can be accessed HERE.

 

14:08, 28 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nərgiz Muxtarova məhkəmədə özünü təqsirli bilmədiyini deyib

by Gozetci 19:45, 27 Oktyabr 2025
written by Gozetci

Nərgiz Muxtarova

 

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarovanın işi üzrə məhkəmə istintaqı başlayıb. Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onunla bağlı ittiham aktında yazılanları elan edib.

Qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarova “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbirlikdə ittiham olunur. İddia edilir ki, onlar beynəlxalq donor təşkilatlardan müxtəlif layihələrə görə 150 min manatdan çox maliyyə alıb, həmin vəsaitləri leqallaşdırıblar.

Nərgiz Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilib.

Nərgiz Muxtarova bu ittihamların heç birini qəbul etmir. Oktyabrın 27-də məhkəmədə prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir.

Dekabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında isə Nərgiz Muxtarova ifadə verəcək.

Şəhla İsmayıl da QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır. Ancaq onun haqqında istintaq hələ yekunlaşmayıb.

Xatırlatma

“QHT işi” üzrə ümumilikdə 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunub.

Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.

“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu

19:45, 27 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 19:39, 27 Oktyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən proses dövlət ittihamçısının Anar Məmmədliyə sulları ilə davam etdirilib.

Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran Anar Məmmədli bildirib ki, ifadəsində və ittiham aktında adları çəkilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi ona qarşı irəli sürülmüş cinayət ittihamlarına heç bir əsas vermir. O, həmçinin qeyd edib ki, ittihamda uydurulmuş faktlarla bağlı ittiham tərəfi bu barədə məlumatları həmin təşkilatlara sorğu göndərərək də dəqiqləşdirə bilər.

Dövlət ittihamçısı daha sonra SMDT-nin internet səhifəsinin və Gözətçi insan  haqları platformanın media subyektləri kimi “Media haqqında” Qanunun tələblərinə uyğun qeydiyyatdan keçmədiyini bildirib. Məmmədlinin vəkilləri Elçin Sadıqov və Cavad Cavadov suala cavab olaraq, “Abzas Media” işi çərçivəsində Medianın İnkişafı Agentliyinə reyestrlə bağlı müstəntiqlər tərəfindən göndərilən informasiya sorğusuna verilmiş rəsmi cavab məktubuna istinad edibər. “Hakim tərəfindən həmin cavab məktubu məhkəmədə oxunub və burada qeyd edilib ki, faktiki olaraq bu qəbildən olan sosial media subyektlərinin qeydiyyata alınması ilə bağlı hər hansı məcburi tələb mövcud deyil”.

Sual-cavab əsnasında ittihamçı bir neçə dəfə Məmmədlinin cavablarını yarımçıq saxlayıb, müxtəlif qanunvericilik aktlarının adlarını çəkərək onlardan xəbərdar olub-olmadığını soruşub və ümumi xarakterli suallar verməyə davam edib.

Məmmədli ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Daha sonra ictimai fəal Anar Abdullayev sərbəst ifadəsini təqdim edib. İfadədən sonra dövlət ittihamçısı Abdullayevin oxuduğu qeydləri ittihamçıya təqdim edilməsini tələb edib. Abdullayevin vəkili Günay İsmayılova bu tələblə razılaşmayaraq bildirib ki, həmin ifadənin surətini növbəti iclasda təqdim edə bilərlər.

Ancaq ittiham tərəfi bu təklifi qəbul etmədiyindən, vəkil İsmayılova məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, növbəti iclasda ifadənin yenidən təqdim ediləcəyini qeyd edib.

Hakimlərin qısa müzakirədən sonra məhkəmə iclasının Anar Abdullayevlə bağlı hissəsinin təxirə salınmasına qərar verilib.

Növbəti məhkəmə iclası 17 noyabr saat 14:00-a təyin edilib.

*    *    *

On 27 October, the Baku Grave Crimes Court held the next hearing in the case of Anar Mammadli, the chairperson of the Election Monitoring and Democracy Studies Center (EMDS), and public activist Anar Abdullayev.

The hearing, presided over by Judge Aygun Qurbanova, continued with questions from the public prosecutor addressed to Anar Mammadli.

Responding to the prosecutor’s questions, Mammadli stated that his cooperation with the international organizations mentioned in the indictment and his earlier testimony does not provide any basis for the criminal charges brought against him. He further noted that the prosecution could verify the allegedly fabricated facts by directly requesting information from those organizations.

The public prosecutor then claimed that the EMDS website and the “Gozetci” human rights platform were not registered as media entities in accordance with the requirements of the Law “On Media.” In response, Mammadli’s lawyers, Elchin Sadigov and Javad Javadov, referred to an official letter from the Media Development Agency, submitted during the “Abzas Media” case, which clarified that there is no mandatory requirement for the registration of such social media entities. The judge read this letter aloud in court and confirmed the same.

During the questioning, the prosecutor repeatedly interrupted Mammadli’s answers, cited various legislative acts, and asked whether he was familiar with them, continuing to pose general and abstract questions.
Mammadli reaffirmed that the charges against him are unfounded.

Later, public activist Anar Abdullayev presented his free statement (oral testimony). After the statement, the prosecutor demanded that the written notes read by Abdullayev be handed over to the prosecution.
Abdullayev’s lawyer, Gunay Ismayilova, objected to this request, stating that they could submit a copy of the statement at the next hearing.

Since the prosecution did not agree to this proposal, lawyer Ismayilova requested an adjournment of the hearing to present the statement at the next session.
After a short deliberation, the judges decided to postpone the part of the hearing concerning Anar Abdullayev.

The next court hearing was scheduled for 17 November at 14:00.

 

19:39, 27 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi”: Şahidlər ifadələrinin təzyiq altında alındığını deyir

by Gozetci 18:31, 27 Oktyabr 2025
written by Gozetci

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsinə başlanılıb. İclasda “Toplum TV” əməkdaşları üçün keçirilmiş təlimlərdə iştirak etmiş şəxslər şahid qismində ifadə veriblər. Onlara ibtidai istintaq mərhələsində verdikləri ifadələr barədə suallar ünvanlanıb.

Bir neçə şahid istintaqa verdikləri ifadələrin təzyiq altında alındığını bildirib və həmin ifadələrdən imtina etdiklərini deyib. Şahidlərdən biri dindirilmə zamanı telefon şifrəsinin özündən zorla alındığını qeyd edib. Müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova bu səbəbdən həmin telefonun məzmunu ilə bağlı sualların verilməsinə etiraz edib.

Dindirilmə zamanı təqsirləndirilənlərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hakimin şahidlərin ifadələrinə müdaxilə etdiyini və onların cavablarına təsir göstərməyə çalışdığını deyərək etirazını bildirib.

Şahidlərin birinin ifadəsi zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal söz alaraq şahidin prosesdə iştirak edənləri tanımadığını bildirib və əvəzində Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məhkəməyə dəvət olunmalı olduğunu deyib.

Hakim səbəbi soruşduqda, digər təqsirləndirilən şəxs – III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli xatırladıb ki, Hikmət Hacıyev COP29 çərçivəsindəki çıxışında “Toplum TV” əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçaqmalçılıq yolu ilə Azərbaycan qanunlarını pozduğunu iddia edib.

Əli Zeynal və Ruslan İzzətli deyib ki, prezidentin köməkçisinin bu iddialara dair faktları varsa, məhkəməyə çağırılaraq izahat verməlidir. Qeyd edək ki, bundan əvvəlki proseslərin birində də Əli Zeynal Hikmət Hacıyevin dindirilməsi ilə bağlı vəsatət qaldırmışdı.

Növbəti məhkəmə prosesi noyabrın 3-nə təyin olunub və şahidlərin dindirilməsi davam etdiriləcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var. Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

İlkin olaraq saxlanılan şəxslərə qarşı ittiham qaçaqmalçılıq maddəsi ilə irəli sürülmüşdü. Daha sonra ittihamların məzmunu ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.

AbzasMedia

18:31, 27 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəhruz Səmədovun “kars”da saxlanılma müddətinin daha 1 ay uzadıldığı bildirilir

by Gozetci 17:18, 27 Oktyabr 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun cəzaçəkmə müəssisəsində cərimə kamerasında (“kars”) saxlanılma müddəti daha bir ay uzadılıb.

Bu barədə ictimai fəal Əmrah Təhməzov “Toplum TV”yə Səmədovun nənəsi Zibeydə Osmanovaya istinadən məlumat verib.

Zibeydə Osmanova oktyabrın 26-da nəvəsi ilə 11 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb. Onun sözlərinə görə, Bəhruz Səmədov oktyabrın 25-də “kars”dan çıxmalı olsa da, müəssisə rəhbərliyi müddəti daha bir ay artırıb.

Səmədov görüş zamanı bildirib:

“Mənim günahım nədir ki, məni bir ay da burada saxlayırlar? Məhkəmələri qapalı keçirirlər, deyirlər dövlətə xəyanət etmişəm. Mən hansı sirri düşmən dövlətə vermişəm? Mən sadəcə sülh tərəfdarıyam, müharibə istəmirəm”.

Nənəsinin dediyinə görə, Səmədov psixoloji olaraq ağır durumda olduğunu və özünü öldürmək həddinə gəldiyini də söyləyib.

Məlumata görə, bir ay sonra onun Umbakı Penitensiar Kompleksinə köçürülməsi nəzərdə tutulur. Əmrah Təhməzov deyir ki, müəssisə rəisi Səmədovun “kars”da saxlanmasını ümumi kamerada Qarabağ müharibəsi iştirakçısının olması ilə əsaslandırıb və tərəflər arasında münaqişə riski yarana biləcəyini iddia edib.

Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Səmədov ittihamı qəbul etmir. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.

AbzasMedia

17:18, 27 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Aytac Tapdığın nikahına yenə qadağa qoyub

by Gozetci 21:55, 24 Oktyabr 2025
written by Gozetci

Aytac Tapdıq

 

Oktyabrın 23-də Xətai Rayon Məhkəməsində “Meydan TV”nin həbsdə olan jurnalisti Aytac Tapdığın saxlanıldığı təcridxanada nikaha girməsinə qoyulan qadağayla bağlı şikayətə baxılıb.

Bu barədə onun nikaha girmək istədiyi şəxs – heyvan haqları fəalı Kamran Məmmədli məlumat verib. O bildirib ki, uzun müddətdir hüquqi mübarizə apardıqdan sonra ilk dəfə şikayətə mahiyyəti üzrə baxılıb:

“İndiyədək bizə yalnız şifahi şəkildə qadağa bildirirdilər, yazılı cavab verilmir, məhkəmələr də bu səbəbdən işi icraata götürmürdülər. Nəhayət, yazılı cavab təqdim olundu və məhkəmə işə mahiyyəti üzrə baxdı”.

Məmmədlinin sözlərinə görə, iclasda həm o, həm də Aytac Tapdıq müdafiə çıxışı edib, lakin hakim onların əleyhinə qərar çıxarıb:

“Hələlik qərarın surəti bizə verilməyib. Üç gün ərzində təqdim ediləcək, sonra apellyasiya şikayəti verəcəyik. İlk dəfə işə mahiyyəti üzrə baxıldığı halda, iki vətəndaşın nikahına necə qadağa qoyulduğunu görəcəyik”.

Jurnalist Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu, bunun peşə fəaliyyətləri ilə bağlı həyata keçirildiyini bildirirlər.

AbzasMedia

21:55, 24 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Zabil Qəhrəmanovun saxlanıldığı bildirilir (YENİLƏNİB)

by Gozetci 19:38, 24 Oktyabr 2025
written by Gozetci

Zabil Qəhrəmanov

 

Vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 25-də Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanı qoruyan və ya pozulmanın qarşısını alan şəxsə qarşı zor tətbiqi) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur.

Qəhrəmanov oktyabrın 23-də Gəncədə avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Vəkil ittihamları qəbul etmir.

*   *   *

Dünən, oktyabrın 23-də Zabil Qəhrəmanovun Gəncədə saxlanıldığı bildirilir.

Bu barədə məlumatları onun yaxınları Azadlıq Radiosuna təsdiqləyiblər.

Zabil Qəhrəmanovu Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Onun xüliqanlığda ittiham edildiyi bildirilir.

Zabil Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb, meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun vəkli olub.

Xatırladaq ki, oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunmuşdu.

19:38, 24 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

by Gozetci 17:09, 23 Oktyabr 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

Bu gün, oktyabrın 23-də Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.

İttihama görə, Bəşir Süleymanlı ABŞ-ın “German Marşal Fondu”ndan (GMF) və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti – qrantı mənimsəməkdə şübhəli sayılır. İddiaya görə, o, GMF-in Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və digərləri ilə əlaqəli olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.

Bəşir Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O habelə vurğulayıb ki, bu, siyasi, qurama işdir.

Prosesdə bəlli olub ki, Mehriban Rəhimli ilə bağlı iş ayrı icraata verilib və hazırda ibtidai istintaq davam edir.

Növbəti proses noyabrın 20-nə təyin edilib.

AzadlıqRadiosu

17:09, 23 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov yenidən polis tərəfindən saxlanılıb

by Gozetci 13:15, 23 Oktyabr 2025
written by Gozetci

Əfqan Sadıqov

 

Bu barədə yerli hüquq müdafiəçisi Tamta Mikeladze “Facebook” səhifəsində polisə istinadən xəbər verib.

O, həbslə bağlı əlavə detalları hələ öyrənə bilmədiyini deyib.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova isə bildirib ki, Əfqan Sadıqovla əlaqə oktyabrın 22-i axşam saatlarından kəsilib.

“Əvvəlcə Gürcüstan polisi onun saxlanılması ilə bağlı hər hansı məlumatlarının olmadığını bildirsə də, sonradan Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun onların nəzarətində olduğunu deyib. Bu ziddiyyətli məlumatlar və şəffaflığın olmaması ciddi narahatlıq doğurur. Hazırda Əfqan Sadıqovun harada və hansı şəraitdə saxlanıldığı barədə ictimaiyyətə rəsmi məlumat verilmir. Bu vəziyyət qanunsuz azadlıqdan məhrumetmə və insan haqlarının pozulmasıdır”, – Sevinc Sadıqova qeyd edib.

Xatırladaq ki, “Azel TV” “YouTube” kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il də avqustun 3-də Tbilisidə həbs edilib.

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.

Ancaq fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist aprelin 16-da azadlığa buraxılıb.

Toplum TV 

13:15, 23 Oktyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia