
Anar Məmmədli
Bakı İstintaq Təcridxanası/ Strasburq (Agora) – 23 Oktyabr 2025
İnsan haqları müdafiəçisi və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 23 oktyabr 2025-ci ildə Avropa Şurasının Nazirlər Komitəsinə Məmmədli Azərbaycan qarşı qərarın fərdi tədbirləri üzrə icra vəziyyəti və onun nəticələri haqqında müraciət göndərib. Müraciətdə Avropa Məhkəməsinin 19 aprel 2018-ci il tarixli Məmmədli Azərbaycana qarşı (47145/14) qərarının icrasının əsas tələbi kimi Məmmədliyə bəraət verilməsinin məqsədli şəkildə gecikdirildiyi, məhkumluğun götürülməsi ilə bağlı Azərbaycan tərəfinin Nazirlər Komitəsini səhv məlumatlandırdığı və nəticədə əvvəlki qanunsuz məhkumluğun Məmmədlinin indi özünə qarşı saxta cinayət işində ittihamı ağırlaşdıran hal kimi nəzərə alınması kimi hallar göstərilir.
Müraciət Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məkhəməsi qərarlarının icrasına nəzarət səlahiyyətlərini müəyyənləşdirən Qaydaların 9 (1) qaydası çərçivəsində təqdim olunub. Avropa Şurası Nazirlər Komitənin qaydalarına əsasən Qayda 9(1) mexanizmi Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsini məlumatlandırmaq imkanı verən hüquqi vasitədir.
Məmmədli bildirir ki, onun qanunsuz məhkumluğu haqqında Avropa Məhkəməsinin yeddi il əvvəl qəbul etdiyi qərarının hələ də icra olunmamasını “icra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi” adlandırır və bildirir ki, bu, təkcə onun hüquqlarının pozulması deyil, həm də Strasburq sisteminin nüfuzuna qarşı açıq meydan oxumaqdır. Onun sözlərinə görə, bu davranış “qitə miqyasında təhlükəli presedent yaradır” və digər dövlətlərə AİHM qərarlarına əməl etməmələri üçün yanlış mesaj göndərir.
Məmmədli bildirir ki, 2018-ci ildə AİHM-in onun xeyrinə çıxardığı qərarın hələ də icra edilməməsi nəticəsində o, yenidən eyni və ya oxşar hal və sübutlar silsiləsinin bu dəfə daha da ağırlaşdırıcı ittihamları ilə üz-üzədir. Onun sözlərinə görə, Azərbaycan hökuməti illərdir bu qərarın icrasının yanlış şəkildə icra olunduğunu iddia edərək “məhkumluğun götürüldüyü” barədə Nazirlər Komitəsinə aldadıcı məlumat verib, amma indi ona qarşı irəli sürülən ittiham aktının 293-cü səhifəsində ittihamın təkrarlanan cinayət (cinayətlərin residivi) və ağırlaşdırıcı hal kimi nəzərə alındığı qeyd olunub.
Seçki mütəxəssisi və insan haqları müdafiəçisi Anar Məmmədli ilk dəfə 16 dekabr 2013-cü ildə “qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə həbs edilib. Onun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 19 aprel 2018-ci ildə qəbul etdiyi Məmmədli Azərbaycana qarşı (№47145/14) qərarında Məmmədlinin həbsi siyasi motivli sayılmış və Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (hüquqlardan sui-istifadənin qadağası) maddələrinin pozulduğu təsbit edilib. Lakin qərarın qəbulundan yeddi ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan hökuməti nə həmin məhkumluğu ləğv edib, nə də onun hüquqlarının bərpasını təmin edib.
Anar Məmmədli 7 il ərzində qərarın icra olunmaması ilə bağlı ardıcıl şəkildə Avropa Şurası Nazirlər Komitəsinə çoxsaylı müraciətlər edildiyini xatırladıb. Məmmədli müraciətində 540 gündən çoxdur ki, (təxminən 18 ay) Bakı İstintaq Təcridxanasında saxlanıldığını və yerli məhkəmələrin onun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı dörd dəfə qərar çıxarsa da, bu qərarların heç birində ədalətli məhkəmə araşdırması standartlarına əməl edilmədiyini vurğulayıb. O qeyd edib ki, yerli məhkəmələr hər dəfə yalnız “ittihamın ağırlığı”na istinad edib, apellyasiya instansiyaları isə eyni şablon ifadələrlə bu qərarları qüvvədə saxlayıb.
Məmmədli məsələnin hazırda onun şəxsi işindən kənara çıxdığını və bütövlükdə Avropa insan hüquqlarının müdafiəsi sisteminin etibarlılığı ilə bağlı olduğunu vurğulayıb:
“… söhbət təkcə fərdi qərarların icrasından deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra arxitekturasının etibarlılığından gedir.”
Avropa Şurası Nazirlər Komitəsini daha sərt mövqe tutmağa, qərarın icrası üçün dəqiq meyarlar və müddətlər müəyyən edən yeni aralıq qətnamə (interim resolution) qəbul etməyə çağırıb.
Məmmədli bildirir ki, bu həlledici məqamda Nazirlər Komitəsi demokratik dəyərlərə qarşı genişmiqyaslı təzyiqlər fonunda prinsipiallığını qoruyub saxlamalı və Konvensiya sisteminə inamı təmin etməlidir.
Müraciətin sonunda Məmmədli yazır:
“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir… Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur.”
Nazirlər Komitəsinə ünvanlanan müraciətin mətni ilə Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası departamentinin rəsmi onlayn məlumat bazasında – HUDOC-EXEC (hudoc.exec.coe.int) – BURADA tanış olmaq olar.
* * *
Anar Mammadli: The Non-Enforcement of the ECtHR’s Judgment Is an Open Challenge to the Authority of the Strasbourg Mechanism
Baku Investigation Isolator / Strasbourg (Agora) – 23 October 2025
Human rights defender and Chairman of the Election Monitoring and Democracy Studies Centre (EMDS), Anar Mammadli, has submitted a communication to the Committee of Ministers of the Council of Europe on 23 October 2025 concerning the implementation of individual measures in the European Court of Human Rights judgment Mammadli v. Azerbaijan (No. 47145/14, 19 April 2018) and its consequences. In his submission, Mammadli argues that the government has deliberately delayed granting his acquittal – the key requirement for execution of the judgment – and misled the Committee of Ministers by falsely claiming that his conviction had been quashed. As a result, the prior unlawful conviction continues to be treated as an aggravating factor in a new criminal case now being brought against him on fabricated charges.
The communication was submitted under Rule 9(1) of the Rules of the Committee of Ministers, which provides a formal mechanism for individuals to inform the Committee about the implementation of judgments of the European Court of Human Rights.
Mammadli describes the ongoing non-enforcement of the Court’s seven-year-old judgment as a situation where “an unimplemented judgment has itself turned into a form of punishment.” He argues that this not only violates his individual rights but also constitutes “an open challenge to the authority and credibility of the Strasbourg system.” According to him, this behavior “sets a dangerous precedent on a continental scale” and sends the wrong message to other states not to comply with ECHR decisions.
Mammadli states that as a result of the ECHR’s decision in his favor in 2018 still not being implemented, he is again facing even more aggravating charges, this time based on the same or similar circumstances and evidence. Mammadli states that, for years, the Azerbaijani authorities have misled the Committee of Ministers by claiming that his conviction had been removed, while in reality, the indictment in his current case (page 293) explicitly refers to the earlier conviction as evidence of recidivism and an aggravating circumstance.
Election expert and human rights defender Anar Mammadli*was first arrested on 16 December 2013 on charges of illegal entrepreneurship, tax evasion, and abuse of official authority. In its judgment Mammadli v. Azerbaijan (No. 47145/14) delivered on 19 April 2018, the European Court of Human Rights found that Mammadli’s arrest and conviction were politically motivated and held that there had been violations of Article 5 (right to liberty and security) and Article 18 (prohibition of misuse of power) of the European Convention on Human Rights. However, more than seven years after the judgment, the Azerbaijani government has neither quashed his conviction nor ensured the restoration of his rights.
Mammadli recalls that during these seven years, numerous communications have been submitted to the Committee of Ministers regarding the government’s failure to execute the judgment. In his latest submission, he notes that he has now been held in Baku Pre-Trial Detention Centre for over 540 days (approximately 18 months) and that domestic courts have extended his pre-trial detention four times, each time merely referring to the “seriousness of the charges.” He emphasizes that none of these decisions met fair trial standards, and appeal courts upheld them using identical formulaic reasoning.
He stresses that the issue now goes beyond his personal case and concerns the credibility of the European human rights protection system as a whole: “.. at stake is not merely the implementation of individual judgments, but the credibility of the entire enforcement architecture of the European Convention on Human Rights.”
Mammadli calls on the Committee of Ministers to adopt a firmer stance, including by issuing a new interim resolution setting clear criteria and deadlines for the judgment’s execution.
“At this critical moment,” he writes, “the Committee of Ministers must remain principled amid the broader crackdown on democratic values and ensure confidence in the Convention system.”
In conclusion, Mammadli writes:
“Political imprisonment is not only a violation of individual rights but also a direct threat to democratic values and to the European legal order itself. The continued delay in enforcing this judgments undermine the integrity of the entire Convention system.”
The text of the communication addressed to the Committee of Ministers is available on the official online database of the Department for the Execution of Judgments of the European Court of Human Rights of the Council of Europe — HUDOC-EXEC (hudoc.exec.coe.int) — and can be accessed HERE.