
Anar Məmmədli
Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.
Daha sonra Anar Məmmədlinin vəkili Cavad Cavadov məhkəmə iclasına bir neçə vəsatət təqdim edib. Bu vəsatətlərdən biri Məmmədlinin 2019-2024-cü illər ərzində Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələrində təqdim etdiyi bəyannamələr və həmin keçidlər zamanı məruz qaldığı xüsusi yoxlamaların nəticələri barədə məlumatların əldə olunması tələb edilməsi ilə bağlı olmuşdur. Digər vəsatət isə Ədliyyə Nazirliyindən qeydiyyatsız QHT-ləri fəaliyyətinin guya qanunsuz olması ilə bağlı istintaq orqanının mövqeyinə dair hüquqi rəyin təqdim edilməsi istənilmişdir. Digər vəsatətlərdə isə məhkəmədən Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Hökumətinin nümayəndəsinə sorğu göndərilməsi və Avropa Məhkəməsinin Məmmədli və SMDT işləri üzrə qərarların icra vəziyyəti, o cümlədən icranın gecikdirilməsinin səbəbləri barədə məlumat təqdim edilməsinin tələb olunması xahiş edilmişdir.
Hakim isə vəsatətlərə baxılmasını təxirə salaraq ona növbəti məhkəmədə ayrıca münasibət bildirəcəyini qeyd edib.
Növbəti proses 18 may, saat 15:00-a təyin olunub.
Xatırladaq ki, Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.
Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
* * *
The next hearing in the case of Anar Mammadli was held
On 27 April, the Baku Court on Grave Crimes held another hearing in the case of Anar Mammadli, Chair of the Election Monitoring and Democracy Studies Centre (EMDS), and public activist Anar Abdullayev.
The hearing, presided over by Judge Aygun Qurbanova, continued with the examination of witnesses.
Anar Mammadli’s lawyer has submitted several motions to the court. One motion requested the obtaining of information on the declarations made by Mammadli during 2019-2024 years at Azerbaijan’s border and customs checkpoints, as well as the results of special inspections conducted during those crossings. Another motion sought a legal opinion from the Ministry of Justice regarding the investigative authority’s position on the alleged illegality of unregistered NGO activities. Additional motions requested the court to send an inquiry to the Government Agent before the European Court of Human Rights to provide information on the implementation status of the Court’s judgments in the Mammadli and EMDS cases, including the reasons for delays in their execution.
The judge postponed consideration of these motions, stating that they would be addressed separately at the next hearing.
The next hearing has been scheduled for 18 May at 15:00.
Anar Mammadli was detained on 29 April 2024 by the Baku City Main Police Department as part of a large-scale wave of politically motivated arrests targeting civil society and the media in Azerbaijan. On 30 April, he was charged under Article 206.3.2 of the Criminal Code (smuggling committed by a group of persons acting in prior conspiracy). The charges against him were later aggravated twice.
A number of international organisations, the European Parliament, as well as the United States Department of State and the U.S. Embassy in Azerbaijan, have called on the Azerbaijani authorities to immediately release Anar Mammadli and other detained individuals.
Anar Mammadli is the head of a non-governmental organisation specialising in electoral rights in Azerbaijan and the author of numerous critical election monitoring reports.
He has also participated in international election observation missions of the OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR) in Türkiye, Afghanistan, Germany, Norway, Ukraine, Georgia, Kyrgyzstan, and Albania.
Azerbaijani officials, for their part, routinely reject allegations that freedom of expression and media freedom are being targeted in the country or that journalists and activists are arbitrarily detained, insisting that fundamental rights and freedoms, including media freedom, are “fully ensured” in Azerbaijan.