
Anar Məmmədli
Bu gün, 16 mart tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan məhkəmə iclası şahidlərin prosesdə iştirak etməməsi səbəbindən təxirə salınıb.
Məhkəmənin qərarına əsasən, növbəti iclas 13 aprel tarixində saat 14:00-a təyin olunub.
Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.
Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
* * *
Anar Mammadli’s court hearing postponed
Today, on 16 March, the next hearing in the criminal case against Anar Mammadli, the detained Chair of the Election Monitoring and Democracy Studies Center (EMDSC), and public activist Anar Abdulla was held at the Baku Grave Crimes Court.
The hearing, presided over by Judge Aygun Gurbanova, was postponed due to the absence of witnesses at the court hearing.
According to the court’s decision, the next hearing is scheduled for 13 April at 14:00.