Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Sevinc Osmanqızı və Abid Qafarov Baş Prokurorluğa çağırılıb

by Gozetci 13:21, 14 Noyabr 2025
written by Gozetci

Sevinc Osmanqızı və Abid Qafarov

 

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı (Mirzəyeva) və ictimai fəal Abid Qafarov Baş Prokurorluğa çağırılıb.

Bu barədə məlumat noyabrın 13-də İctimai TV-də yayımlanıb. Bildirilib ki, Sevinc Osmanqızı noyabrın 20-də Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən İstintaq Baş İdarəsinə gəlməlidir.

Qurumun açıqlamasına görə, jurnalist barəsində 2025-ci il fevralın 23-də Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub və ölkə hüdudlarından kənarda olduğu üçün həmin tarixdən axtarışa verilib. Binəqədi Rayon Məhkəməsinin həmin gün çıxardığı qərarla onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq iddia edir ki, Sevinc Osmanqızı 2019–2020-ci illərdə “Sevinc Osmanqızı TV” kanalında yayımladığı videomüraciətlərdə və 2023–2024-cü illərdə digər şəxslərlə dialoqlarında “hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar” edib və bu məzmunlu videomaterialları geniş auditoriyaya çatdırıb.

Qurumun Abid Qafarovla bağlı məlumatında da onun noyabrın 20-də eyni ünvana gəlməli olduğu bildirilib. Qafarov haqqında da Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub, barəsində axtarış və qiyabi həbs qətimkan tədbiri seçilib.

2025-ci il sentyabrın 18-də ittihama dəyişiklik edilərək Qafarov Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə də təqsirləndirilən şəxs qismində cəlb olunub. Baş Prokurorluq onun “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış xarakterli videomaterialları” 2024-cü ildə müxtəlif platformalarda təkrar-təkrar yaydığını bildirir.

Qurum həm Osmanqızı, həm də Qafarova xəbərdarlıq edib ki, çağırışa gəlmədikləri halda barələrində qiyabi icraat başlanıla və qiyabi hökm çıxarıla bilər.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir sıra bloger və jurnalistlər haqqında oxşar ittihamlarla cinayət işləri açıldığını bildirib.

AbzasMedia

13:21, 14 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ali Məhkəmə “Kanal 13” rəhbərinin hökmünü qüvvədə saxlayıb

by Gozetci 17:38, 13 Noyabr 2025
written by Gozetci

Əziz Orucov

 

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində çıxarılmış hökmə qarşı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Noyabrın 13-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb.

Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində Əziz Orucovun vaxtından əvvəl azad olunması ilə bağlı vəsatətə baxılmışdı. Həbsxana rəhbərliyinin müsbət rəyi və jurnalistin davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi rəyinə əsasən, məhkəmə onun azadlığa buraxılması barədə qərar qəbul etməmişdi.

Əziz Orucov 2023-cü il noyabrın 27-də “icazəsiz ev tikintisi” ittihamı ilə həbs olunub. Daha sonra ona “valyuta qaçaqmalçılığı” ittihamı da irəli sürülsə də, istintaq yekununda bu maddə çıxarılıb. 2024-cü il fevralın 26-da Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist 2 il azadlıqdan məhrum edilib.

Orucov ittihamları qəbul etmir və həbsi jurnalist fəaliyyətinə görə siyasi motivli sayılır. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus kimi tanınır.

AbzasMedia

17:38, 13 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının məhkəməsi davam edir: “Əgər təhdid olunurdunsa, niyə demədin?”

by Gozetci 15:03, 13 Noyabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Telman Hüseynov sədrlik edib.

Məhkəmə iclası şahid ifadələri ilə davam edib.

İlk olaraq müdafiə tərəfinin şahidi Nəriman İsmayıl dindirilib. O bildirib ki, zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifov Azər Qasımlının ofisinə tez-tez gəlib-gedirmiş və onların münasibətində gərginlik müşahidə etməyib.

İş materiallarında Yusifovun Qasımlıya borclu olduğunu göstərən qəbz yer alıb. Həmin sənəddə borcun məbləği və ödəniş cədvəli göstərilib. Qurbanəli Yusifov qəbzi imzalayaraq borcu hissə-hissə ödəməyə razılıq verib. Sənəd Azər Qasımlının ofisində saxlanılıb.

Şahid Nəriman İsmayıl ifadəsində deyib ki, sənədin imzalandığı gün ofisdə olub, lakin imzalanan sənədin məzmunu ilə maraqlanmayıb:

“Azər Qasımlı sənədi mənə verib, iki nüsxə çıxarmağımı istədi. Mən də etdim. Heç bir səs-küy və ya gərginlik yox idi”.

Qurbanəli Yusifov isə əvvəlki məhkəmədə qəbzi təzyiq altında imzaladığını və həmin vaxt orada şahid olmadığını demişdi. Lakin bu dəfə o, şahidə müraciət edərək:

“Sənin yadından çıxıb ki, qəbz imzalanandan sonra birlikdə şaurma yedik?” – deyə sual verib.

Nəriman İsmayıl da Yusifova cavab olaraq bildirib ki, əgər o, doğrudan da təhdid olunmuşdusa, yemək zamanı bu barədə heç nə deməməsi qəribədir.

“Əgər təhdid vardısa, niyə o vaxt demədin?,” – deyə o, sual edib.

Zərərçəkmiş bu sualı cavabsız qoyub.

Daha sonra Qurbanəli Yusifovun dostu Fikrət Məmmədov şahid qismində ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər müşahidə olunub.

İbtidai istintaq zamanı Məmmədov bildirib ki, Azər Qasımlı ona zəng edərək Qurbanəlini axtardığını deyib. Qurbanəli Yusifov da ona Qasımlıya borcu olduğunu bildirib. Amma məhkəmədə o, Yusifovun “Azər Qasımlı məni narahat edir” dediyini söyləyib. Hakim ondan “narahat etmək” ifadəsini izah etməsini istədikdə, şahid bunun “təhdid” mənasında olduğunu söyləyib.

Azər Qasımlının vəkili Rövşanə Rəhimova şahiddən niyə fərqli ifadələr verdiyini soruşsa da, o, bu suala cavab verə bilməyib.

Hakimin “Qurbanəli Yusifovu haradan tanıyırsınız?” sualına Fikrət Məmmədov yalnız məktəb illərindən tanıdığını deyib. Bu zaman Yusifov onun sözünü kəsərək “Əgər münasibətimiz yox idisə, niyə mənə vəkil tutmusan?” deyə soruşub. Məmmədov bunu təkzib edib və aralarında qısa mübahisə yaranıb.

Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, bu ittihamı siyasi sifariş adlandırır.

Qasımlı 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati həbs cəzası almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.

AbzasMedia

15:03, 13 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Əfqan Sadıqov yenidən inzibati qaydada həbs olunub

by Gozetci 18:33, 12 Noyabr 2025
written by Gozetci

Əfqan Sadıqov

“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov Gürcüstanda yenidən inzibati qaydada saxlanılıb.

Bu barədə məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb.

Onun sözlərinə görə, noyabrın 12-də Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Əfqan Sadıqova qarşı “qanunsuz olaraq yol bağlamaq” ittihamı irəli sürülüb. Məhkəmə qərarına əsasən, jurnalist 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Sadıqov oktyabrın 23-də eyni ittihamla Tbilisidə inzibati qaydada saxlanılmış və 14 sutkalıq həbs, eləcə də 270 min lari (təxminən 99 min ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılmışdı.

Sevinc Sadıqova “Abzas Media”ya bildirib ki, bu ittihamla 55 dəfə cərimələnən jurnalistə bununla bağlı polisdən heç bir xəbərdarlıq edilməyib və yalnız məhkəməyə çıxarılanda cərimələndiyini öyrənib.

Jurnalistin xanımının sözlərinə görə, Əfqan Sadıqov 14 sutkalıq həbsdən çıxdıqdan sonra ona noyabrın 12-də eyni ittihama görə yenidən məhkəməyə gəlməsi tapşırılıb.

Sevinc Sadıqova əlavə edib ki, bu iş üzrə üç məhkəmə prosesi təyin edilib və noyabrın 12-də keçirilən iclas onlardan ikincisidir.

“Eyni ittiham olduğuna görə əslində bunlara bir yerdə də baxmaq olardı. Bundan öncə 14 sutka vermişdilər, indi də 7 sutka verdilər. Çıxandan sonra nə baş verəcək, bilmirəm. Nə baş verəcək bəlli deyil. Artıq bunu adət halına çeviriblər. Təəssüflər olsun ki, özləri necə istəyirlərsə, elə də qərar qəbul edirlər,” – Sevinc Sadıqova bildirib.

Qeyq edək ki, Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, ötən ilin iyulunda Gürcüstandan Türkiyəyə buraxılmadığını açıqlamışdı. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə saxlanılıb.

Azərbaycan tərəfi jurnalisti pul tələb etməkdə ittiham edib və onun ekstradisiyasını tələb edib. Gürcüstan hakimiyyəti isə Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar çıxarsa da, bu qərar icra olunmayıb.

Sadıqov ittihamları siyasi motivli və qurama adlandırıb. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari (təqribən 3 min manat) girov qarşılığında azadlığa buraxılıb.
18:33, 12 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP rayon şöbəsi sədri Faiq Nağıyevin yeri bilinmir (YENİLƏNİB)

by Gozetci 16:34, 12 Noyabr 2025
written by Gozetci

Faiq Nağıyev

 

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka həbs edildiyi bildirilir.

Bu barədə noyabrın 12-i, axşam saatlarında AXCP-dən məlumat verilib. Amma partiyadan həbsin təfərrüatlarının hələ bilinmədiyi qeyd edilib.

Hələlik, məsələni Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

*    *    *

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin saxlandığı güman edilir.

AXCP-dən verilən açıqlamaya görə, Faiq Nağıyev noyabrın 12-də səhər saatlarında evdən çıxıb, lakin sonradan onunla əlaqə qurmaq mümkün olmayıb:

“Çox güman ki, Faiq bəy də, bir çox cəbhəçilər kimi, saxlanıb”.

Bununla bağlı AXCP sədri Əli Kərimli də paylaşım edib:

“AXCP Xətai rayon şöbəsinin sədri Faiq Nağıyev bu gün məni öz maşını ilə Milli Şura iclasına aparacaqdı. Ancaq Faiq bəy gəlib çıxmadı. Dostlar araşdırdılar və məlum oldu ki, artıq bir neçə saatdır Faiq Nağıyevlə əlaqə saxlamaq mümkün deyil. Əvvəlki təcrübələri nəzərə alaraq Faiq bəyin də polis tərəfindən saxlanıldığını düşünürük”.

Əli Kərimli bir müddət öncə də demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.

Faiq Nağıyevlə bağlı məsələyə və səslənən iddialara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Şurada AXCP və daha bir neçə müxalif qüvvə yer alır. Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura 2013-cü ildə Azərbaycanda prezident seçkisi ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Sonradan onu bəzi müxalif qüvvələr tərk edib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.

AzadlıqRadiosu

16:34, 12 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub

by Gozetci 21:02, 10 Noyabr 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, qadağaya səbəb kimi fəalın sonuncu müsahibəsi göstərilib. Müsahibə yayımlandıqdan sonra müəssisə rəhbərliyi Afiəddin Məmmədovun telefon danışıqlarını dayandırıb və onunla əlaqə qurmaq mümkün olmur.

Fəalın “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə təcridxanadakı şəraitin ağır olduğunu, xəstə məhbuslara tibbi yardım göstərilmədiyini deməsi rəhbərliyin narazılığına səbəb olub.

“İşçi Masası”ndan verilən məlumata görə, müəssisənin əməkdaşı Vüsal Aslanov fəalın telefon danışıqlarına mane olur, ona qarşı təzyiq göstərir və digər məhbusları onunla mübahisəyə təhrik edir.

Yaxınları bildirir ki, artıq bir neçə gündür Afiəddin Məmmədovla əlaqə saxlamaq mümkün deyil və onun səhhəti barədə məlumat əldə olunmayıb.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı açıqlama verməyib.

Meydan TV 

21:02, 10 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Samir Aşurovun həyat yoldaşı: “Soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”

by Gozetci 17:01, 10 Noyabr 2025
written by Gozetci

Samir Aşurov

 

Həbsdə olan siyasi fəal Samir Aşurov səhhətindən və cəzaçəkmə müəssisəsindəki biganə münasibətdən şikayət edir.

Bu barədə noyabrın 9-da onun həyat yoldaşı Nura Aşurova “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Samir Aşurov əvvəlcə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) yerləşdirilsə də, orada müalicə almayıb.

““Tubzon”dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri də heç bir baxış və ya müalicə edilməyib. İndi Samir deyir ki, ona soyuq olub, ciyərləri ağrıyır, amma həkim heç yaxın durmur. Aylardır çalışırıq ki, Samir müəssisədəki tibb məntəqəsinə yerləşdirilsin, amma bütün cəhdlərimiz boşa çıxır. Çünki hamı bilir ki, “sentrala” yalnız pullu məhbuslar yerləşdirilir, buna görə də Samirin adını belə çəkmirlər”, – o qeyd edib.

Nura Aşurova əlavə edib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlasa da və müraciətinin qeydə alındığı bildirilsə də, sonradan zənglərinə cavab verilməyib.

“Halbuki sizə də bildirilib ki, məhbusun səhhəti ilə bağlı müraciətlərə yerində baxılmalıdır. Samirin səhhətindəki problemləri onun həbs olunduğu ilk gündən dilə gətirirəm. Adam xəstədir, müalicə və müayinə olunmalıdır. Bu, təkcə Samir Aşurova aid deyil – bütün məhbuslara aiddir. Amma siz həkimə tapşırırsınız ki, onlara rəy yazmasınlar. 2 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Səddam Samirin xəstəliyini bildiyi halda onu qəbul edib rəy yazmır”, – o bildirib.

Xatırlatma

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S. Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

Toplum TV 

17:01, 10 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublu beynəlxalq mükafat qazanıb

by Gozetci 13:24, 10 Noyabr 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu beynəlxalq mükafata layiq görülüb.

O, Dünya Azadlıq Konqresinin “Cəsarət” mükafatını qazanıb. Bu barədə hüquq müdafiəçisi Arif Yunus məlumat verib.

Onun sözlərinə görə, mart ayından bəri bu mükafata namizədlərin irəli sürülməsi prosesi gedib və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus T.Yaqublunun namizədliyini irəli sürüb. A.Yunus mükafata ümumilikdə 60 ölkədən namizədlərin irəli sürüldüyünü deyib.

Noyabrın 9-da Berlində keçirilən mükafatın təqdimatına Tofiq Yaqublunun qızı Nigar Həzi yalnız video vasitəsilə qoşula bilib. Mükafatı Tofiq Yaqublunun adından Arif və Leyla Yunuslar qəbul edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Özü isə ittihamları qurama sayır.

Tofiq Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib.

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Toplum TV 

13:24, 10 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi “Facebook” postundan sonra həbs olunan fəalın xeyrinə qərar verib

by Gozetci 10:26, 08 Noyabr 2025
written by Gozetci

Əmrah Təhməzov

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbsindən verdiyi şikayət üzrə qərar verib.

Bu barədə məlumatı fəal Əmrah Təhməzov “Toplum TV”yə bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbsinə dair şikayəti üzrə qərar qəbul edib.

Qərar bu il fevralın 6-da verilsə də, nüsxəsi ərizəçiyə noyabrın 7-də çatdırılıb.

Şikayət Əmrah Təhməzovun 2023-cü ilin mayın 29-da inzibati qaydada həbs olunması ilə bağlı olub. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunaraq 30 sutka həbs olunmuşdu.

Əmrh Təhməzov ittihamları rədd edib və həmin vaxt “Facebook” səhifəsindəki paylaşımlarına, xüsusilə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri, həmin vaxt 3 ay yarım aclıq edən Əlizamin Salayevə görə prezident İlham Əliyevi tənqid edən paylaşımı ilə əlaqədar cəzalandırıldığını deyib.

AİHM “inzibati xəta üzrə icra olunan məhkəmə prosesində ədalətsiz mühakimə” səbəbindən Əmrah Təhməzovun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində qeyd olunan “qanunla yaradılmış müstəqil və qərəzsiz tribunal tərəfindən ədalətli və açıq dinlənmə hüququnun” pozulduğunu tanıyıb.

Qərarda göstərilir ki, Azərbaycan hökuməti də ərizəçinin hüququnun pozulduğunu qəbul edib. Buna görə də, məhkəmə iş üzrə hökumətin birtərəfli bəyanatı əsasında qərar verərək onu işlər siyahısından çıxarıb.

Məhkəmə maddi və mənəvi zərərə görə 900, hüquqi xərclərə görə 225 avro təzminat təyin edib.

İlham Əliyev bu il aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

AİHM işləri ilə məşğul olan vəkillər isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir.

Toplum TV 

10:26, 08 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP-nin bir üzvü həbs olunub, digərindən xəbər yoxdur

by Gozetci 20:19, 07 Noyabr 2025
written by Gozetci

Vəlişan Həsənov və Fərid Quliyev

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvünün polis tərəfindən saxlanıldığı bildirilir.

AXCP sədri Əli Kərimlinin “Facebook” səhifəsində yazdığına görə, partiya üzvləri Vəlişan Həsənov və Fərid Quliyevlə əlaqə noyabrın 6-dan itib. Onun sözlərinə görə, F.Quliyevin inzibati qaydada 30 sutkalıq həbs olunduğu barədə məlumat əldə olunub, lakin V.Həsənov barədə hələ də məlumat yoxdur.

Partiya sədri iddia edib ki, hər iki fəal onu öz maşınları ilə müəyyən yerlərə aparıblar və buna görə “hakimiyyətin hədəfinə” çevriliblər.

“Vəlişan bəy elə dünən məni öz maşını ilə bir yas yerinə və Tofiq Yaqublunun məhkəməsinə aparmışdı. Ondan əvvəl də Fərid bəy məni öz maşını ilə bir qohumumgilə və Bakı Ağır Cinayətlər Məhkəməsinə aparmışdı. Mənə yaxın cəbhəçilərin ardıcıl və sistemli şəkildə həbsi qərarı heç şübhəsiz ki, İlham Əliyev tərəfindən verilib. Güc və repressiya strukturları da bu tapşırıqları artıqlaması ilə yerinə yetirir. Həbslərin məqsədi cəbhəçiləri qorxudub məni təkləməkdir”, – o qeyd edib.

“Dünyanın harasında güclü və əvəzedilməz demirəm, sadəcə öz siyasi bacarığına əmin olan dövlət başçısı öz siyasi rəqibilə bu şəkildə – ofisini partladaraq, pasportunu həbs edərək, internetini kəsərək, ətrafını,  yaxınlarını həbs edərək, özünə işgəncə verdirərək mübarizə aparır? Varmı dünyada belə nümunə? Əminəm ki, ədalətli xalqımız nə baş verdiyinin fərqindədir”, – Ə.Kərimli əlavə edib.

Bu ilin martından Ə.Kərimli ilə yaxınlığı olan 10 AXCP üzvü həbs edilib. Onların əksəriyyəti inzibati qaydada həbs olunub.

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov isə martın 22-də Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbs olunub.

Onun digər ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev isə mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.

AXCP-nin, ümumilikdə, 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.

Toplum TV 

20:19, 07 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia