Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Dövlət Təhlükəsizlik Xidməti Əli Kərimlinin qaynı Elnur Seyidovun evində axtarış aparıb

by Gozetci 15:05, 05 Dekabr 2025
written by Gozetci

Elnur Seyidov

 

AXCP sədri Əli Kərimlinin qaynı, keçmiş siyasi məhbus Elnur Seyidovun evində axtarış aparılıb.

Bu barədə Azadlıq qəzeti məlumat yayıb.

Seyidovun evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış olunub və ona məxsus telefon müsadirə edilib.

Baş verənlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırlatma

Elnur Seyidov 2012-ci il martın 27-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi.

O, keçmiş “Texnikabank”ın Yasamal şöbəsinin müdir müavini olub. Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Əli Kərimli noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.

Meydan TV 

15:05, 05 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Hafiz Babalının səhhətində ciddi problemlərin yarandığı bildirilir

by Gozetci 14:12, 05 Dekabr 2025
written by Gozetci

Hafiz Babalı

 

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı səhhətində ciddi problemlərin yarandığını bildirir.

Dekabrın 4-də jurnalistin “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o qeyd edib ki, ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib.

Hafiz Babalının sözlərinə görə, cəzaçəkmə müəssisəsinin həkimi də vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV 

14:12, 05 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərovun qanunsuz həbsindən bir il ötür

by Gozetci 13:40, 04 Dekabr 2025
written by Gozetci

Rüfət Səfərov

 

Bu gün hüquqşünas, insan haqları müdafiəçisi və “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həm-təsisçisi Rüfət Səfərovun həbsindən bir il ötür. Onun həbsi, Azərbaycanda hüquqşünaslara və insan haqları müdafiəçilərinə qarşı sistemli repressiyanın ən ciddi nümunələrindən biridir.

Rüfət Səfərov artıq 365 gündür ki, heç bir hüquqi əsas olmadan azadlıqdan məhrum edilib və bu müddət ərzində onun həbsi həm milli qanunvericiliyin, həm də beynəlxalq insan hüquqları standartlarının kobud şəkildə pozulmasının çoxsaylı halları ilə yadda qalıb.

Rüfət Səfərov 3 dekabr 2024-cü ildə polis tərəfindən zorakılıqla saxlanılıb və bir neçə saat ərzində yerinin məlum olmaması onu faktiki olaraq qanunsuz olaraq təcrid vəziyyətinə salıb. Ertəsi gün o, Binəqədi Rayon Məhkəməsinə çıxarılıb və Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham olunaraq barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi ev dustaqlığı və digər alternativ qətimkan tədbirləri barədə əsaslandırılmış vəsatətlər qaldırsa da, məhkəmə onların heç birini kifayət edici əsaslar göstərmədən rədd edib. Qərar Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələb etdiyi hər qətimkan tədbirinin tətbiqi üzrə əsaslarvə işə xas spesifik hüquqi əsaslandırma edilməyib. AİHM-in Letellier Fransaya qarşı, Rasul Cəfərov Azərbaycana qarşı və digər presedentlərinə görə həbs yalnız real və sübuta yetirilmiş risklər əsasında tətbiq oluna bilsə də, bütün siyasi motivli işlərdə olduğu kimi Səfərovun işində belə risklər nə istintaq orqanı tərəfindən göstərilib, nə də məhkəmə qiymətləndirməsi ilə təhlil edilib.

Ötən bir il ərzində Rüfət Səfərov barəsində seçilmiş aylıq həbs-qətimkan tədbirinin müddəti məhkəmə qərarları ilə dörd dəfə ümumilikdə 12 aya qədər uzadılıb. Hər bir uzadılma qərarı ilə bağlı müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətlər rədd edilib. Bu dövr ərzində müdafiə tərəfinin iş üzrə irəli sürdüyü təxminən 20 vəsatət ya rədd edilib, ya da ümumiyyətlə baxılmamış saxlanılıb. Səfərov Binəqədi Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində ümumilikdə 13 dəfə məhkəmə qarşısına çıxarılıb, lakin məhkəmələrin heç biri şikayətlərə tam və obyektiv baxışı təmin edə bilməyib.

Məhkəmə prosesləri boyunca müdafiə tərəfi obyektiv araşdırmanın aparılması üçün çoxsaylı vəsatətlər qaldırsa da, iqtisadi ekspertiza, şahidlərin təzyiqə məruz qalmadan dindirilməsi, sənədlərin orijinallığının ekspertizası, rəqəmsal məlumatların texniki analizi və hadisə yerinə baxış kimi tələblər rədd edilib. Bu vəsatətlərin rədd edilməsi ilə iş üzrə obyektivlik və qərəzsizlik prinsipləri təmin edilməyib.

Məhkəmə işlərində vəsatətlərin əksəriyyəti ya dərhal rədd edilib, ya da ümumiyyətlə müzakirəyə çıxarılmayıb. Bu yanaşma işi həm fakt, həm də hüquq baxımından tam araşdırmaq öhdəliyinin pozulması deməkdir

Rüfət Səfərov məhkəmə dinləmələri verdiyi ifadədə ittihamların siyasi motivli olduğunu vurğuladı. O qeyd etdi ki, uzun illərdir Azərbaycanda işgəncələrin monitorinqi, siyasi məhbuslarla bağlı hesabatların hazırlanması, insan hüquqlarının müdafiəsi və ədalətsiz məhkəmə prosesləri haqqında məlumatların ictimailəşdirilməsi ilə məşğul olan bir hüquq müdafiəçisi kimi hakimiyyətin hədəfində olub.

Saxlanılmasından bir neçə gün əvvəl Səfərov ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülmüş və tədbirə Dövlət Katibi Entoni Blinken tərəfindən dəvət almışdı. Vəkili Elçin Sadıqovun sözlərinə görə, məhz bu mükafatdan sonra Azərbaycan hökuməti onun saxlanılması barədə “siyasi qərar” qəbul edib və iş üzrə ittihamlar “sonradan düzülüb-qoşulub”. Vaşinqtondakı mükafat mərasimində Səfərov üçün ayrılmış rəmzi “boş stul” isə beynəlxalq ictimaiyyətin diqqətini onun əsassız həbsi üzərinə çəkən simvola çevrildi.

Qeyd etmək lazımdır ki, Rüfət Səfərovun həbsi ilk belə hal deyil. O, 2015-ci ildə prokurorluq sistemindən istefasını və korrupsiya, hüquq pozuntuları barədə ictimai açıqlamalarından sonra onun evində və iş yerində axtarış aparılmış, barəsində cinayət işi başlanmış, o, qısa müddətə həbs edilmiş və daha sonra ev dustaqlığına buraxılmışdı. Bu fakt da onun uzun illərdir ardıcıl siyasi təzyiq və təqib altında olduğunu göstərir.

Onun hazırkı həbsi həm yerli, həm də beynəlxalq səviyyədə sərt formada tənqid olunub. ABŞ Dövlət Departamenti dərhal narahatlıq ifadə edərək Azərbaycanda hüquq müdafiəçilərinin təhlükəsiz və maneəsiz fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Amnesty International, International Federation for Human Rights (FIDH) və digər beynəlxalq qurumlar ittihamların siyasi motivli olduğunu, istintaqın qərəzsiz aparılmadığını və məhkəmə prosesinin hüquqi standartlara cavab vermədiyini bəyan edərək onun dərhal azad edilməsini tələb etdilər.

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesi 30 iyun 2025-ci il tarixdə başlayıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Mövcud mənzərə göstərir ki, ittiham tərəfi irəli sürdüyü iddiaların heç biri ilə bağlı faktiki və hüquqi əsaslar təqdim etməyib. Müdafiə tərəfinin vəsatətlərinin sistematik şəkildə rədd edilməsi, sübutların araşdırılmaması, məhkəmənin “tam yurisdiksiya” öhdəliyini icra etməməsi və siyasi motiv ehtimallarına hüquqi qiymət verilməməsi göstərir ki, proses azadlıq hüququnun təminatına dair milli qanunvericiliyin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə cavab vermir.

Full link  to the text in English

13:40, 04 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədov 1 illik Umbakıdakı qapalı tipli həbsxanaya köçürülüb

by Gozetci 10:11, 03 Dekabr 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov 1 il müddətinə Umbakı qəsəbəsindəki qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə “Toplum TV”-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-də Bəhruz Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı məhkəmə prosesi keçirilib. Fəalın yaxınları prosesdə iştirak edə bilməyib.

Məhkəmə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında Bəhruz Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verib.

Müdafiə tərəfinin qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

Bəhruz Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi  Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.

Yaxınları xatırladır ki, Bəhruz Səmədov həbsdə iki dəfə intihara cəhd edib və hər dəfə son anda xilas olunub.

Baş verənlərlə bağlı Penitensiar Xidmət hələlik açıqlama verməyib.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

10:11, 03 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“MeydanTV işi” üzrə həbsdəki jurnalistlərin məhkəməsi başlanır

by Gozetci 19:30, 02 Dekabr 2025
written by Gozetci

Bir ildir həbsdə olan MeydanTV əməkdaşlarının məhkəməsi başlanır. Onlar yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılacaqlar.

MeydanTV ilə bağlı cinayət işinin materialları bir neçə gündür məhkəməyə göndərilib. Həbsdə olan 12 jurnalistin işinə Aytən Əliyevanın sədrliyi ilə, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxacaq.

Bu barədə AzadlıqRadiosuna jurnalistlərin vəkilləri məlumat verib.

MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə fevralda daha üç jurnalist – Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı saxlanılıb.

Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), ardından fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs edildilər.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

19:30, 02 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty International”: ‘Əli Kərimlinin həbsi avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutudur’

by Gozetci 13:12, 02 Dekabr 2025
written by Gozetci

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Əli Kərimlinin həbsi Azərbaycanda “avtoritar praktikanın möhkəmləndirilməsi prosesində növbəti qəbuledilməz haldır”.

“Hakimiyyətin bütün siyasi müxalifəti əzmək və ölkədə hər cür fərqli fikri boğmaq kampaniyasının sərhədsiz olduğu görünür. Az adam açıq şəkildə hakimiyyəti tənqid etməyə cəsarət etsə də, müxalifət liderinin həbs edilməsi, onunla əlaqəni tam kəsmək və ‘hakimiyyəti ələ keçirməyə cəhd’ kimi şübhəli ittihamlar irəli sürmək, Azərbaycan hökumətinin nə qədər irəli gedə biləcəyinə dair tərəddüdü olan hər kəsə qorxuducu mesaj verir”, – o qeyd edib. 

Krivoşeyev bildirib ki, hakimiyyət orqanları Ə.Kərimli barəsində iddia edilən cinayət əməli ilə bağlı “ağlabatan sübut təqdim edə bilmirsə onu azad etməlidirlər”.

“İndiyə qədər isə onu qəfil saxlayıb ünsiyyətdən tam təcrid etməklə, beləliklə də ədalətli məhkəmə hüququnu pozmaqla yalnız bir şeyi nümayiş etdiriblər: müxalifət nümayəndələrini, akademikləri, jurnalistləri və fəalları hədəf alan siyasi motivli həbslər dalğasını daha da irəli aparmaq əzmində olduqlarını”, – o əlavə edib.

Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sonradan sərbəst buraxılıb.

Məmmıd İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.

Hökumətyönlü mətbuatda iddia olunub ki, Əli Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

AXCP-nin məlumatına görə, Əli Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər.

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada Ramiz Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.

Əli Kərimli daha öncə Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.

AXCP Əli Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Toplum TV 

13:12, 02 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 18:58, 01 Dekabr 2025
written by Gozetci

 

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Müdafiə tərəfi şahid qismində çıxış edən, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təlimlərində iştirak etmiş Əli Fətullayevin ibtidai istintaqa ifadələrində ziddiyyətlər olduğunu bildirib.

Qeyd olunub ki, Əli Fətullayev istintaqa iki dəfə ifadə verib. Bunların birincisində o, İDİ-nin maliyyələşməsi haqqında heç bir məlumatının olmadığını, lakin ikincisində İDİ-də çalışan şəxslərə istinadən donor təşkilatlardan qrantlar əsasında maliyyələşdiyini deyib.

Təqsirləndirilən şəxslərin şahidə sualları əsasında məlum olub ki, o, ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə müsadirə olunmuş telefonunu götürmək üçün gedib. Lakin ona yalnız yenidən ifadə verəcəyi halda telefonunun qaytarılacağı bildirilib. Müdafiə tərəfi bunun polis tərəfindən təzyiq olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Digər şahid qismində dindirilən Nigar Nəcəfova ifadəsində polis tərəfindən istintaqa dəvət olunduğunu deyib. Müdafiə tərəfi bunun yanlış olduğunu, ofisdə reyd keçirildiyini və ofisdə olan hər kəsin zorla polis idarəsinə aparıldığını bildirib.

Nigar Nəcəfovanın istintaqa ifadəsində həm də təqsirləndirilən şəxslərdən, İDİ əməkdaşı Ramil Babayevə istinadən qeyd olunub ki, İDİ və “Toplum TV” qrant təşkilatlarından maliyyələşir. Şahid özü və Ramil Babayev isə məhkəmədə bunu inkar edib. Nigar Nəcəfova ifadəsi zamanı mənbə göstərmədiyini, ümumi danışdığını deyib. Bu zaman müdafiə tərəfi bunun ifadənin müstəntiqlər tərəfindən yazıldığını bildirib.

Vəkil Günay İsmayılova şahidə ifadəsində niyə təqsirləndirilən şəxslərin şəxsi həyatlarına dair məlumatların yer aldığını soruşub. Nigar Nəcəfova bunu da inkar edib və istintaqa belə şeylər demədiyini bildirib.

Digər şahid, İDİ təlimlərində iştirak etmiş Ramin Əliyev heç kimdən ödəniş almadığını və maliyyə haqqında məlumatı olmadığını deyib. Təqsirləndirilən şəxslərdən, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli şahidə təlimlərdən nə öyrəndiyini soruşub. Ramin Əliyev təlimlərin faydalı olduğunu, demokratik institutlar və layihələrin necə yazıldığı haqqında məlumat aldığını deyib.

Şahidlərin dindirilməsindən sonra təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov keçən prosesdəki mübahisəni əsas gətirərək dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması tələbilə vəsatət qaldırıb. O, əvəzində baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını tələb edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses zamanı hakim təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin gülüşməsinə irad tutaraq onların məhkəməyə hörmətsizlik etdiyini deyib.“Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir”, – Ruslan İzzətli cavab verib.

Növbəti məhkəmə prosesi dekabrın 8-i saat 10:00-a təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

18:58, 01 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məmməd İbrahim barəsində də həbs qətimkan tədbiri seçildi

by Gozetci 18:27, 01 Dekabr 2025
written by Gozetci

Məmməd İbrahim

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də 2 ay 15 gün ay həbs qətimkan tədbiri seçilib. Qərar dekabrın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

AXCP-nin sədri Əli Kərimli kimi ona qarşı da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.

Məmməd İbrahimi noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Onunla eyni gündə partiyanın sədri Əli Kərimli də saxlanılıb. Onların evlərində axtarış aparılıb.

Hökumətyönlü media onların Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə həbs edildiklərini yazıb.

Ramiz Mehdiyev oktyabrın 14-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan olunub. Həmin gün barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

AbzasMedia 

18:27, 01 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçildi

by Gozetci 15:00, 01 Dekabr 2025
written by Gozetci

Əli Kərimli

 

Bu gün, dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

15:00, 01 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya edildiyi bildirilir

by Gozetci 12:42, 01 Dekabr 2025
written by Gozetci

Gültəkin Hacıbəyli

 

Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin bu gün səhər saatlarında Azərbaycana deportasiya edildiyi bildirilir. Məlumatı hökumətyönlü “Oxu.az” saytı yayıb.

Sayt həmçinin onun adının “Ramiz Mehdiyev işi”ndə hallandırıldığını yazıb.

Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyə polisinin onu saxlaması barədə məlumat vermişdi. Onun sözlərinə görə, İstanbulda kirayə yaşadığı mənzilə polislər gələrək onu idarəyə aparıblar.

AbzasMedia

12:42, 01 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

  • Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb

  • “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib

  • Tofiq Yaqublu 9 gündür aclıq aksiyası keçirir

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026
Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib
16:19, 16 Mart 2026
Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb
12:40, 16 Mart 2026
“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib
10:25, 14 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia