Ali Məhkəmə Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib

by Gozetci

Tofiq Yaqublu

 

Ali Məhkəmə Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.

Aprelin 2-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub və əvvəlki hökm qüvvədə saxlanılıb.

Siyasətçinin qızı Nigar Həzi bildirib ki, qərar Tofiq Yaqublunun iştirakı olmadan açıqlanıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dələduzluq və saxta sənəd hazırlama ittihamları əsasında 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihamları qəbul etməyən Yaqublu hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif dövrlərdə bir neçə dəfə saxlanılıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

AbzasMedia

You may also like