[:az]
Xatırladaq ki, iki gün əvvəl Yevlaxda koronavirusla yoluxma halında kəskin artım qeydə alınıb. Yoluxan şəxslərdən 53-ü həmin məhəllənin sakinləridir.
Sərt karantin tədbirləri sakinlərin narazılığına səbəb olub və onlar polislə qarşıdurma yaradıblar.
Şəhərə daxili qoşunlar yeridildikdən sonra vəziyyət sabitləşib.
Rayona giriş-çıxışda blokpostlar qoyulub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, məhəllədə təxminən bir min yarım adam yaşayır.
Hazırda həkimlər məhəllə sakinlərinin müayinəsini davam etdirirlər, bütün xəstələr xəstəxanaya yerləşdirilib.
Turan
[:]