[:az]Aqil Hümbətovun psixiatriya xəstəxanasında saxlanılma müddəti uzadılıb[:]

by Gozetci

[:az]AXCP üzvü Aqil Hümbətovun 1 saylı psixiatriya xəstəxanasında  saxlanılma müddəti 1 ay müddətinə uzadılıb. Bu barədə hüquq müdafiəçisi Samirə Ağayeva özünün Facebook hesabında məlumat paylaşıb. Məlumatda bildirilir ki, 1 aprel A.Hümbətovun psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün xəstəxananın baş həkimi Sabunçu rayon məhkəməsinə ərizə ilə müraciət edib. Sabunçu rayon məhkəməsinin hakimi Samir Tahirov ərizəni rədd edib:

“3 aprel Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın sədri Məmməd Məmmədovun qərarı ilə baş həkimin apellyasiya şikayəti təmin edilib və Sabunçu rayon məhkəməsinin qətnaməsi ləğv olunub”

 

[:]

You may also like

Leave a Comment