
Emil Səlim
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, fevralın 13-də Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrlik etdiyi prosesdə Emil Səlimə 20 sutka həbs cəzası verilib.
Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.
Azərbaycanda son vaxtlar bir sıra fəallar sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.
AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə uzunmüddətli həbsdədir.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV