Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədli barəsində 3 ay 28 gün həbsqətimkan tədbiri seçildi

by Gozetci 18:27, 30 Aprel 2024
written by Gozetci

Anar Məmmədli

Aprelin 30-da Xətai rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində 3 ay 28 gün həbsqətimkan tədbiri seçilib.

Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb.
Polis Məmmədlinin yaşadığı evdə və ata evində axtarış həyata keçirib. Ona məxsus sənədlər, kompüter və avadanlıqlar götürülüb.
18:27, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Elnarə Qasımova ev dustaqlığına buraxılmayıb

by Gozetci 17:30, 30 Aprel 2024
written by Gozetci

Elnarə Qasımova

Aprelin 30-da “Abzas Media işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəkilin vəsatətinə baxılıb.

Abzas Media-nın məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən prosesdə vəkilin vəsatəti təmin edilməyib.
Qasımova bu il yanvarın 13-də saxlanılıb, artıq 3 aydan çoxdur ki, həbsdədir.
17:30, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiyəddin Məmmədov məhkəmədə ona necə iftira atıldığını danışıb

by Gozetci 17:03, 30 Aprel 2024
written by Gozetci

Afiəddin Məmmədov

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədov ifadə verib və öz həbsini həmkarlar ittifaqı çərçivəsində fəaliyyəti ilə əlaqələndirib.

Məmmədov xatırladıb ki, 1 avqust 2023-cü il tarixində yemək çatdırılması sahəsində xidmət göstərən kuryerlərin Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında etiraz aksiyasından sonra üç həmkarlar ittifaqı fəalı həbs olunub.

Belə ki, avqustun 4-də Elvin Mustafayev, 11-də Ayxan İsrafilov həbs olunub. Məmmədov özü də avqustda inzibati həbsə məruz qalıb.

Cinayət işinə gəlincə, Məmmədov bildirib ki, 20 sentyabr 2023-cü il tarixində o, toya getmək üçün evdən çıxıb. Ona bir kişi və bir qadın yaxınlaşıb. Əlində bıçaq olan kişi onu yaxasından tutub. O, bıçağı vurub salmağa çalışıb, lakin əlini kəsib. Naməlum şəxs onun üzünə vurub, Məmmədovun burnu qanayıb və o, yıxılaraq belindən xəsarət alıb.

Məmmədova hücum edən kişi özünə bədən xəsarətləri yetirməyə çalışıb və iki dəqiqə sonra “təcili yardım” və polis gəlib.

Bu zaman həkimlər Məmmədova tibbi yardım göstərməyib. Onu 34-cü polis bölməsinə aparıblar. Burada ondan başqa şəxsə hücum etdiyini “etiraf etməyi” tələb ediblər. Bundan sonra onun əlinə qandal taxıblar, əllərinə stəkan və bıçaq veriblər, daha sonra bu əşyalardan barmaq izi götürüblər. Yalnız bundan sonra vəkili onun yanına buraxılıb.

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

* Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Məmmədov hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 221.3 – xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1 (sağlamlığa qəsdən ağır zərər vurma).

Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) maddə ilə ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan

17:03, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Hafiz Babalının ATV-yə qarşı iddiasını təmin etməyib

by Gozetci 17:00, 30 Aprel 2024
written by Gozetci

Hafiz Babalı

Bu gün Bakının Səbail Rayon Məhkəməsində Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı iddiası üzrə proses başa çatıb.

İddia dekabrın 28-də telekanalın xəbərlərində Babalının ünvanına səslənən böhtanla əlaqədar verilmişdi.

İddiaçı hesab edir ki, telekanal jurnalistin şərəf və ləyaqətinə xələl gətirən böhtan və təhqir xarakterli iddialar səsləndirib.

Xüsusən, ATV “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının xarici fondlarla əlaqələr qurduğunu və qrant layihələri əsasında araşdırmalar apardığını və məqalələr hazırladığını iddia edib.

Jurnalistin iddasında deyilir ki, onun araşdırmaları xarici donorların sifarişi deyil, jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan başqa, araşdırmalar və dərc olunan məqalələrlə bağlı heç kim iddia irəli sürməyib, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib olunmayıb və ya məhkəmədə mübahisələndirilməyib.

Babalı səslənən böhtan xarakterli iddiaların təkzib olunmasını, ondan üzr istənilməsini və 20 000 manat ölçüsündə təzminat ödənilməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edirdi.

Vəkil Rəsul Cəfərovun Turan-a verdiyi məlumata görə, ATV-nin nümayəndəsi məhkəmədə bildirib ki, material Qafqazinfo.az-dan götürülüb və telekanal məsuliyyət daşımır. Lakin vəkilin sözlərinə görə, cavabdehin KİV-in başqası tərəfindən yayılmış məlumatın yayılmasına görə məsuliyyət daşımadığı haqqında Media haqqında qanunun 77-ci maddəsinə istinadı əsassızdır.

Həmin maddəyə əsasən, dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi olaraq yayılan, informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılan, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilən məlumatlar yayıldığı hallarda KİV məsuliyyətdən azad edilir.

Bu halda isə 77-ci maddə yersizdir, belə ki, Qafqazinfo.az informasiya agentliyi deyil, İnternet-qəzetdir. Lakin məhkəmə iddianı təmin etməyib, deyə Cəfərov bildirib.

Məhkəmə Babalının özünün iclasda iştirakını təmin etməyib.

7 may və 13 may tarixlərində Qafqazinfo.az və “İki sahil” qəzetinə qarşı bənzər iddialara baxılacaq.

Babakı Abzas Media-nın işi üzrə həbsdədir. O, ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edir.

Turan 

17:00, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın AŞPA-ya qayıtmasını qeyri-mümkün hesab edir

by Gozetci 15:33, 30 Aprel 2024
written by Gozetci

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabe Bakıda hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini kəskin şəkildə pisləyib.

“Azərbaycanın nə indi, nə yanvarda Parlament Assambleyasına qayıtmağa yolu yoxdur”, deyə o, X platformasında öz hesabında yazıb.

Xatırladaq ki, Şvabe ölkə vətəndaşların hüquq və azadlıqlarının ciddi pozuntularına görə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

2024-cü ilin yanvarında qış sessiyasında AŞPA üzvləri bu barədə qətnamə qəbul edərək, Azərbaycan nümayəndə heyətini bir il ərzində səs hüququndan məhrum edib. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azadetsə və insan hüquqlarının pozuntularına son qoysa səs hüququ qaytarıla bilər.

Turan 

15:33, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin saxlanılması Aİ üçün narahatlıq doğurur

by Gozetci 13:59, 30 Aprel 2024
written by Gozetci

Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı üçün  narahatlıq doğurur. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano X platformasında yazıb.

“Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir”, deyə o qeyd edib.

Məmmədli aprelin 29-da saxlanılıb. O, Abzas Media-nın işi üzrə prosesə cəlb edilib. Bu iş çərçivəsində artıq 7 jurnalist və mətbuat işçisi qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Turan 

13:59, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Çox narahatıq”: Dövlət Departamentinin Anar Məmmədlinin saxlanılması ilə bağlı şərhi

by Gozetci 12:28, 30 Aprel 2024
written by Gozetci

Bazar ertəsi ABŞ Dövlət Departamenti Bakıda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

“Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq”, deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinə bildirib.

Bazar ertəsi Məmmədlinin saxlanılması vətəndaş fəallarının və jurnalistlərin həbsi silsiləsində sonuncu fakt oldu.

“Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına, xüsusən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”.

Məmmədli dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində “Azərbaycanı beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə və Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə” çağırmasından bir gün sonra saxlanılıb.

Turan 

12:28, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ səfirliyi Anar Məmmədlinin saxlanmasından narahatdır

by Gozetci 10:01, 30 Aprel 2024
written by Gozetci

ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin – ən son Anar Məmmədlinin, həbslərinin davam etməsi bizi çox narahat edir.

Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hökumətini insan haqlarına və ifadə azadlığından istifadə edənlər də daxil olmaqla hamının əsas azadlıqlarınahörmət etməyə çağırmaqda davam edirik”, – ABŞ səfirliynin mətbuat kattibi Amerikanın Səsinin sorğusuna cavabda bildirirb.

Turan 

10:01, 30 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Human Rights Watch Anar Məmmədlinin saxlanılmasını pisləyib

by Gozetci 19:10, 29 Aprel 2024
written by Gozetci
Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı tanınmış hüquq müdafiəçisi Anar Məmmədlinin saxlanılmasını pisləyib və onu dərhal azad etməyə çağırıb.
“Azərbaycana ciddi diqqət yetirilməsinə baxmayaraq, jurnalistlərin və vətəndaş fəallarının həbslərindən sonra, hətta indi, ölkənin qarşıdakı COP29 tədbirinə hazırlaşdığı vaxtda hakimiyyət görkəmli vətəndaş fəalı Anar Məmmədlini saxlayıb. O, dərhal azad edilməlidir”, – Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Reyçel Denber X sosial şəbəkəsində yazıb.
Turan
19:10, 29 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli saxlanılıb (YENİLƏNİB)

by Gozetci 16:00, 29 Aprel 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli aprelin 29-da bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə Məmmədlinin polis tərəfindən saxlanıldığını təsdiq edib.

“Anar Məmmədli saxlanılıb, hazırda barəsində araşdrıma aparılır”, o qeyd edib.

Bu arada Anar Məmmədlinin yaxınlarından biri Amerikanın Səsinə deyib ki, o, uşağını uşaq bağçasından götürməyə gedərkən Bakının Nərimanov rayonu ərazisində, Teymur Əliyev küçəsində saxlanılıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, hazırda Anar Məmmədlinin evində axtarış aparılır.

“Məni Anar Məmmədlinin axtarış aparılan evinə buraxmırlar, Anar Məmmədli ilə görüşümə imkan vermirlər. Sadəcə telefonla mənə bildirdilər ki, Anar Məmmədli “Abzas Media” nəşrinin cinayət işi üzrə şahid qismində saxlanılıb, evində axtarış-götürmə əməliyyat tədbiri həyata keçirirlər”, vəkil qeyd edib.

Bu gün həmçinin Anar Məmmədlinin atasının evində axtarış aparılıb. Anar Məmmədlinin bacısı Şəfa Məmmədli Amerikanın Səsinə deyib ki, qardaşının evində axtarış aparılan vaxt, paralel olaraq atasının evində də axtarış aparılıb.

“Atamın evindən köhnədən qalan sənədlər, guya Anarın köynəyinin cibindən qəbzlər, mənim komputerimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun komputerini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb”, o qeyd edib.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokrtatik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində bir neçə ölkədə müşahidə aparıb.

Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün (COP29 – Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Amerikanın Səsi

16:00, 29 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia