Elnarə Qasımova ev dustaqlığına buraxılmayıb

by Gozetci

Elnarə Qasımova

Aprelin 30-da “Abzas Media işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəkilin vəsatətinə baxılıb.

Abzas Media-nın məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən prosesdə vəkilin vəsatəti təmin edilməyib.
Qasımova bu il yanvarın 13-də saxlanılıb, artıq 3 aydan çoxdur ki, həbsdədir.

You may also like