Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İctimai fəal Əbülfəz Qurbanlı “Abzas Media” işi üzrə dindirilib

by Gozetci 14:44, 03 May 2024
written by Gozetci

Əbülfəz Qurbanlı

Bu gün ictimai fəal Əbülfəz Qurbanlı Bakı Şəhər Baş Polis İdarəsində üç saat dindirilib.

Qurbanlı polis idarəsindən çıxarkən jurnalistlərə bildirib ki,  “Abzas Media” işi üzrə şahid qismində dindirilib.

Lakin fəalın sözlərinə görə, onun bu nəşrlə heç bir əlaqəsi yoxdur.

Qurbanlı istintaq sirrinin açıqlanmamasına dair öhdəliklərlə əlaqədar digər şərhlərdən çəkinib.

Qeyd edib ki, polisdə ona düzgün münasibət göstəriblər, heç bir təzyiq olmayıb.

Qurbanlı 2002-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub, Xalq Cəbhəsi Partiyasının üzvü olub. 2015-ci ildə partiyadan çıxıb.

2021-ci ildən “Artikl 54” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur.

Təşkilat ictimai iştirakçılıq, ictimai nəzarət, icma quruculuğu və inkişafı ilə bağlı müxtəlif məsələlərlə məşğul olur.

Turan 

14:44, 03 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Kanal-13-ün həbsdə olan rəhbərinin vəziyyəti pisləşib

by Gozetci 18:02, 02 May 2024
written by Gozetci

Əziz Orucov

Kanal-13 İnternet-TV-nin həbsdə olan rəhbəri Əziz Orucovun səhhəti pisləşib, bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, jurnalist panik-atakdan əziyyət çəkir. “Onun əlləri əsir, ümumi vəziyyəti kəskin şəkildə pisləşir”, deyə vəkil bildirib.

Hazırda Orucov Penitensiar Xidmətin hospitalında müalicədədir.

* Əziz Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikintidə ittiham edilərək üç ay müddətinə həbs edilib. Lakin dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Martın 19-da məhkəmə həbs müddətini daha 2 ay uzadıb.

2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv edib.

Turan 

18:02, 02 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkili Anar Məmmədli ilə görüşüb

by Gozetci 16:30, 02 May 2024
written by Gozetci

Anar Məmmədli

Mayın 2-də vəkil Cavad Cavadov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.

Bu barədə vəkilin özü məlumat verib.
Vəkil bildirib ki, Məmmədlinin əhval ruhiyyəsi yaxşıdır, hələ karantindədir, yaxın günlərdə kameraya köçürüləcək.
Xatırladaq ki, Anar Məmmədli aprelin 28-də saxlanılıb. Aprelin 29-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Məmmədli ona qarşı irəli sürülən ittihamları rədd edir.
16:30, 02 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İlhamiz Quliyevin məhkəməsi başlayıb

by Gozetci 15:38, 02 May 2024
written by Gozetci

Mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı mayın 16-na təyin edilib.

Vəkil Zibeydə Sadıqova həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.

Sadıqova bildirib ki, bir neçə gün əvvəl Avropa Parlamenti Qubad İbadoğlu və İlhamiz Quliyev bağlı qətnamə qəbul edib. Sənəddə İlhamiz Quliyevin günahsız olduğu bildirilir və Azərbaycan hökuməti onu azadlığa buraxmağa çağırılır.

Vəkilin sözlərinə görə, Quliyev saxlanılan zaman fiziki təzyiqə məruz qalıb.

Sadıqova hakim heyətindən müdafiə etdiyi şəxsin fiziki təzyiqə məruz qalması barədə Yasamal Rayon Prokurorluğunun araşdırma qərarı ilə yanaşı, araşdırma materiallarının da məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsini xahiş edib.

İlhamiz Quliyev vəsatətləri müdafiə edib. O bildirib ki, saxlanıldıqdan sonra müdafiə hüququndan da məhrum edilib, öz vəkilini onun yanına buraxmayıblar. Ailəsinə onun harada saxlanılması ilə bağlı məlumat verilməyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə heyəti ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətləri isə məhkəmə prosesində baxılması üçün saxlayıb.

Xatırladaq ki, aprelin 25-də böyük səs çoxluğu ilə qəbul edilən “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar, doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” başlıqlı qətnamə Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyevi azad etməyə, bir neçə gün əvvəl ev dustaqlığına buraxılan Qubad İbadoğluna qarşı ittihamları və ölkədən çıxış qadağasını ləğv etməyə çağırır.

Hüquq müdafiəçisi İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Öz növbəsində, daxili İşlər Nazirliynin mətbuat xidməti, bir qayda olaraq, belə bəyanatların özünün müqdafiə xarakteri daşıdığını bildirir.

Turan 

15:38, 02 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Anar Məmmədlinin həbsini tənqid edirlər

by Gozetci 18:49, 01 May 2024
written by Gozetci
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə üç məruzəçisi Azərbaycan vətəndaş cəmiyyətinin liderlərindən biri Anar Məmmədlinin həbsilə bağlı narahatlığını ifadə edib, Avropa Şurasının mətbuat xidməti bildirib.
“Cənab Məmmədli Azərbaycanda seçkilərin müstəqil monitorinqini həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçilərindən biridir.
2014-cü ilin sentyabrında Avropa Şurası Parlament Assambleyası onu Vatslav Havel insan hüquqları mükafatı ilə təltif edib”, – Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə məruzəçiləri Liz Kristoffersen (Norveç) və Yan Liddel-Qreyncer (Böyük Britaniya), həmçinin “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdid” mövzusunda məruzəçi Hanna Bardelin bəyanatında deyilir.
Onlar Məmmədlinin işinə yenidən baxılmasının zəruriliyini qeyd ediblər.
“Biz Cənab Məmmədlinin yenidən saxlanılmasından çox narahatıq. Onun vəkili bildirib ki, saxlanma “Abzas Media”nın bir neçə jurnalistinə qarşı işlə əlaqədardır. Müstəqil vətəndaş cəmiyyəti bu işi siyasi motivli hesab edir.
Biz Azərbaycan hakimiyyətini bu işə dərhal yenidən baxmağa və dəyərli hüquq-müdafiə fəaliyyətinə görə cənab Məmmədlinin cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”,- məruzəçilər qeyd ediblər.
Turan
18:49, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Böyük Britaniyanın Azərbaycandakı səfiri: Vətəndaş cəmiyyətinə dəstəyimiz münasibətlərinin əsas sütunudur

by Gozetci 18:17, 01 May 2024
written by Gozetci

Anar Məmmədli

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Anar Məmmədlinin həbsilə bağlı narahatlığını bildirib.

“Biz Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, o cümlədən Anar Məmmədlinin həbsindən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Vətəndaş cəmiyyətinə dəstəyimiz Britaniya-Azərbaycan münasibətlərinin əsas sütunudur”, – səfir X sosial platformasında yazıb.

Amerikanın Səsi 

18:17, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar Anar Məmmədlini azad etməyə çağırırlar

by Gozetci 17:40, 01 May 2024
written by Gozetci
Beynəlxalq qurumlar rəsmi Bakını tanınmış hüquq müdafiəçisi və ictimai fəal Anar Məmmədlini azad etməyə çağırırlar.
“Biz Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, – Norveç İnsan Hüquqları Evinin bəyanatında deyilir:
Təşkilat Azərbaycan hakimiyyətindən onun üzərindən bütün ittihamları götürməyi, beynəlxalq öhdəliklərə hörmət etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarını yerinə yetirməyi, ölkədə müstəqil səslərin təqibinə son qoymağı və bütün siyasi məhbusları azad etməyi, müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi tələb edir.
“Biz Birləşmiş Millətlər Təşkilatını və Avropa Şurasını, eləcə də Avropa İttifaqını bundan ötrü Bakıda COP29-dan istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.
Öz növbəsində Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natali Notadze öz təşkilatı adından Anar Məmmədlinin dərhal azad edilməsinə çağırıb.
“Hakimiyyət vətəndaş cəmiyyətinin qorxudulması kampaniyasını dərhal dayandırmalı və noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində öz tənqidçilərini saxlamağa son qoymalıdır”,- o deyib.
Anar Məmmədlinin həbsi hökumətin tənqidçilərini susdurmaq üçün ədalət mühakiməsindən sui-istifadə hallarının göstəricisidir. Qanunsuz axtarışlar, vəkillərlə əlaqə yaratmağın məhdudlaşdırılması, həbsdə işgəncə və pis rəftar, habelə özbaşına həbslər müxalifəti susdurmaq cəhdidir, o qeyd edib.
Turan
17:40, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: Anar Məmmədli başına qara torba geyindirilməsi barədə xəbərləri təkzib edib

by Gozetci 16:29, 01 May 2024
written by Gozetci

Anar Məmmədli

“Anar Məmmədlinin səhhəti normaldır, şikayəti yoxdur. O hazırda karantində saxlanılır. Anar bildirdi ki, orada bir az antisanitariya var”.

Bu barədə mayın 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşündən sonra vəkil Elmar Süleymanov Amerikanın Səsinə deyib.

Vəkil Amerikanın Səsinin Anar Məmmədliyə onun məhkəməyə gətirilərkən başına qara torba geyindirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin reallığı əks etdirib-etdirməməsi ilə bağlı sorğusunu çatdırıb.

“Anar Məmmədli bildirdi ki, bu məlumatlar həqiqətə uyğun deyil”, vəkil qeyd edib.

Vəkil Anar Məmmədli barədə Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarından mayın 2-də apellyasiya şikayəti verəcəyini bildirib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) ilə ittiham irəli sürülüb.

Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırlan cinayət işi üzrə saxlanılıb. Onun evində və parallel olaraq atasının evində axtarış aparılıb.

Hazırda Amar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb.

Amerikanın Səsi 

16:29, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: “Anar Məmmədliyə qarşı ittiham “abstraktdır”

by Gozetci 13:42, 01 May 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ilkin həbsi barədə qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək, onun vəkillərindən biri Cavad Cavadov Turan-a bildirib.

Müdafiə tərəfi Məmmədlinin cinayət məsuliyyətinə cəlb edilməsini əsassız hesab edir. Məmmədliyə qarşı irəli sürülən ittiham “abstraktdır”. Məmmədlinin həbsinə əsas kimi 2021-2024-cü illərdə Bakı aeroportundan gömrük nəzarətindən kənar xarici valyuta daşıması barədə ümumi iddialar götürülüb.

Lakin Cavadov qeyd edib ki, məbləğ, bunun nə vaxt və hansı yolla edildiyi açıqlanmır.

Məmmədli məhkəmədə bildirib ki, 2022-ci ilə qədər giriş-çıxış zamanı çəxsi gömrük nəzarətinə məruz qalıb və onda maksimum 1000 dollar olub. Digər tərəfdən, aeroportda ciddi nəzarət sistemi var. Əgər baqaj şübhə doğurursa, yoxlama üçün qırmızı lentlə işarələnir.

Həmçinin hava limanından çıxarkən əl yükünün yoxlanılması sistemi mövcuddur. Odur ki, sistematik valyuta qaçaqmalçılığı imkanları yoxdur. Beləliklə, Məmmədlinin həbsi üçün maddi əsaslar yoxdur.

Məmmədlinin həbsdə saxlanılması üçün heç bir prosessual əsas yoxdur, çünki o, cəmiyyətdə tanınmış adamdır və azadlıqda olarsa, gizlənə biləcəyinə dair sübutlar təqdim olunmayıb.

Məmmədlinin və atasının mənzilində axtarışlara gəlincə, müdafiə tərəfi onları da əsassız hesab edir. Axtarışlar zamanı Məmmədlidən qanunazidd heç nə götürülməyib.

Məmmədlinin onunla rəftar ilə bağlı şikayəti yoxdur.

Aprelin 29-da Anar Məmmədli “Abzas Media” işi üzrə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə (qabaqcadan əlbir olan şəxslər tərəfindən qaçaqmalçılıq) ittiham olunur. Aprelin 30-da məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Anar Məmmədli  Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Turan 

13:42, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Konqresinin Azərbaycana qarşı siyahısındakı yeni adlar məlum olub

by Gozetci 11:45, 01 May 2024
written by Gozetci

ABŞ Konqresinin sanksiya tətbiq etmək niyyətində olduğu azərbaycanlı dövlət məmurlarının siyahısına (41 nəfər) üç yeni ad əlavə edilib.

Ötən həftə Dina Titusun rəhbərliyilə bir qrup konqresmen insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə azərbaycanlı yüksək vəzifəli məmurların cəzalandırılmasına imkan verəcək qanun layihəsini (HR8141) Nümayəndələr Palatasına təqdim edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu qanun layihəsi Konqres üzvləri arasında tərəfdarları toplamağa davam edir. Hazırda həmmüəlliflərin sayı 21-dən 27 konqresmenə çatıb. Son tərəfdarlar arasında qanun layihəsinə qoşulan konqresmenlər Den Qoldman, Mişel Stil və Mayk Kuiqli də var.

Bundan öncə Turan bildirib ki, qanunun son versiyasında 44 azərbaycanlı məmurunun siyahısı var – Konqresə təqdim olunan variantda adları göstərilən üç yeni məmur aşağıdakılardır:

— Kərim Vəliyev, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi;

— Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi;

—Azər Tağıyev, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi.

Ötən həftə təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici işlər komitəsinə və Hüquq komitəsinə təqdim edilib, hələlik gələcək adımlar atılmayıb.

Qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından tələb edəcək ki, Azərbaycanda siyasi müxalifətə qarşı amansız repressiyalara və ötən il Qarabağda hərbi əməliyyatlara görə “Maqnitski qanunu” çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etsin.

Turan 

11:45, 01 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia