Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

İflic vəziyyətdə olan fəalı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdiriblər

by Gozetci 15:45, 07 May 2024
written by Gozetci

Famil Xəlilov

Narkotik maddə alveri ittihamı ilə həbs olunan ictimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Xəlilovun hər iki əli iflic olub, köməksiz vəziyyətdədir. Ona görə istintaq təcridxanasının adi kamerasında bir neçə gün  qalıb. Dünən tibb-sanitariya hissəsinə köçürüldükdən sonra işçilər onu yedirtməyə başlayıblar. Bundan əlavə, Xəlilovun arterial təzyiqi dəyişir.

“İki iflic əlimlə necə narkotik maddə alveri edə bilərəm?”, – vəkil Xəlilovun sözlərindən sitat gətirib.

Binəqədi məhkəməsinin hakimi Vüsal Tağıyev həbs qətimkan tədbiri seçərkən Xəlilovun narkotik maddə alverilə məşğul olma qabiliyyətini qiymətləndirməliydi. Digər tərəfdən, onu həbsdə saxlamaq üçün əsas yoxdur, çünki birinci qrup əlildir, faktiki olaraq əlləri yoxdur,  istintaqın gedişatına təsir göstərə və ya istintaqdan gizlənə bilməz.

*Xəlilov sığınacaq almaq ümidilə bir neçə il İsveçdə yaşayıb. Üç ayda bir dəfə vəziyyətini yüngülləşdirən xüsusi inyeksiyalar edilib. Bir il əvvəl Azərbaycana deportasiya edildikdən sonra bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Xəlilov əllərinin iflic olmasına baxmayaraq, sosial şəbəkələrdə fəal olub, kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edib və etiraz aksiyalarında iştiraka etməyə çağırıb.

Famil Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb.

Turan 

15:45, 07 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hafiz Babalı Qafqazinfo.az saytında dərc edilən yazının yalan olduğunu bildirib

by Gozetci 14:03, 07 May 2024
written by Gozetci

Hafiz Babalı

Bu gün Bakının Nərimanov Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az onlayn nəşrinə qarşı iddiası üzrə hazırlıq iclası başa çatıb.

Babalının iclasda iştirakı təmin edilib. İddia 28 dekabr 2023-cü il tarixində Qafqazinfo.az saytında dərc edilmiş “Hafiz Babalının işi üzrə yeni detallar” adlı yazı ilə əlaqədar qaldırılıb.

İddiaçı hesab edir ki, yazıda araşdırmaçı jurnalist kimi Babalının şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatlar var.

Əsasən məqalədə bildirilib ki, “Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb”.

Babalı bu iddianı böhtan adlandırıb, çünki xarici təşkilatların və fondların sifarişilə araşdırmalar aparmayıb və onların sifarişilə məqalələr dərc etdirməyib. Araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub, bu çərçivədə hər zaman jurnalistikanın etik prinsiplərinə və normalarına riayət olunub.

Bundan əlavə, heç kim və  heç zaman  araşdırmalar və dərc olunan məqalələrlə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.

Babalı “Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi” barədə fikirləri də böhtan adlandırıb.

Babalı məhkəmədən xahiş edib ki, nəşrə böhtan xarakterli iddiaları təkzib etməyi, ondan üzr istəməyi və 9900 manat məbləğində kompensasiya  ödəməyi, redaksiyanı 119 manat məbləğində məhkəmə xərclərini ödəməyi həvalə etsin.

Vəkil Rəsul Cəfərov iddianı dəstəkləyərək Babalıya qarşı qaçaqmalçılıq üzrə istintaqın aparıldığı Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib.

Qafqazinfo.az  saytının nümayəndəsi iddianın təmin edilməməsini istəyib, ancaq bunun lehinə heç bir sübut göstərməyib.

Hakim Səbinə Nuriyeva mahiyyəti üzrə dinləmələri iyunun 11-nə təyin edib.

* Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı  “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə  üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə cəlb edilib.  Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.

Turan 

14:03, 07 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yüzlərlə beynəlxalq təşkilat Qubad İbadoğlunu azad etməyə çağırıb

by Gozetci 11:57, 07 May 2024
written by Gozetci

Qubad İbadoğlu

240 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı, alim və hüquq müdafiəçisi korrupsiyaya qarşı mübarizə üzrə ekspert, Azərbaycanda ev dustaqlığında olan Qubad İbadoğlunun azad edilməsini tələb edən açıq məktub dərc ediblər.

Məktub Birləşmiş Millətlət Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası üzrə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq koalisiyasının saytında dərc edilib.

“Koalisiya dostumuz və həmkarımız Qubad İbadoğlunun dərhal və qeyd – şərtsiz azad edilməsini qətiyyətlə tələb edir”, – Koalisiyanın idarəedici direktoru Matias Huter bildirib.

“Qubad bizim  şəbəkənin üzvüdür və dünya antikorrupsiya hərəkatında görkəmli səsdir. Ona qarşı ittihamlar əsassızdır və Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini sarsıtmaq və tənqidi antikorrupsion səsləri susdurmaq cəhdidir”, – o qeyd edib.

Tezliklə müvafiq tibbi yardım göstərilməsə, ciddi ürək tutması riski altındadır.

Qubad Azərbaycanda korrupsiyaya qarşı tanınmış mübarizdir. O, ölkənin neft-qaz sektorundakı mühüm  korrupsiyanı ifşa edib, büdcənin şəffaflığını müdafiə edib və Azərbaycan oliqarxları tərəfindən oğurlanmış və ofşorlarda gizlədilmiş aktivlərin müsadirə edilməsinə kömək edib.

O həmçinin müsadirə edilmiş aktivləri azərbaycanlı tələbələr üçün təqaüdlərə çevirmək üçün Böyük Britaniyada təhsil fondu yaradıb.

“Öz həyatını Azərbaycan xalqının rifahının təmin edilməsinə həsr etmiş adamın indi belə ağır fəsadlardan əziyyət çəkməsi çox dəhşətlidir. Qubada qarşı ittihamların heç bir əsası yoxdur və Azərbaycan hakimiyyəti onları dərhal aradan qaldırmalıdır”, – Huter bildirib.

Məktubu 164 təşkilat və 76 yüksək vəzifəli şəxs imzalayıb. Sənəd Azərbaycan hakimiyyətinə və bütün dünyada bu işi izləyən hökumətlərə göndərilib.

Ünvan sahiblərinin arasında ABŞ, Koalisiyanın iştirakçı dövlətləri Konfransının hazırkı sədri; Böyük Britaniya (İbadoğlu həbs vaxtı orada yaşayıb) və Avropa İttifaqı (bu yaxınlarda parlament Avropa institutlarını alimin işini dəstəkləmək üçün daha çox iş görməyə çağıran qətnamə qəbul edib) var.

“Koalisiya beynəlxalq birliyi Qubad İbadoğlunun və hazırda Azərbaycan həbsxanalarında olan digər siyasi məhbusların sağlamlığını və azadlığını müdafiə etmək üçün çevik və qətiyyətli tədbirlər görməyə çağırır. Biz Azərbaycanı – qarşıdan gələn COP iqlim konfransını qəbul edən tərəf kimi – insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hüquq müdafiəçiləri üçün təhlükəsiz və əlverişli mühitə zəmanət verməyə çağırırıq”, – Huter bildirib.

* 23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən  ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınır.

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Turan

11:57, 07 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Rail Abbasov ittihamların saxtalaşdırıldığını bildirir

by Gozetci 17:05, 06 May 2024
written by Gozetci

Rail Abbasov

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində fırıldaqçılıqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses davam edib.

Bugünki iclasda onun ifadələri dinlənilib.

Abbasov özünü təqsirli bilməyib və digər fəalın – Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunduğunu bildirib.

Onun mənzilində də axtarış aparılıb, özü isə 10 saat ərzində dindirilib.

İrəli sürülən “dələduzluq” ittihamına gəlincə, bu ittiham saxtalaşdırılıb. Zərərçəkmiş Əsgər Həziyevin Abbasovun ona 200 min manat “atdığı” barədə şikayəti tamamilə əsassızdır.

Abbasov ona mənzil alınması ilə bağlı xidmət göstərib və alıcı və satıcı arasında sövdələşmə notarial qaydada rəsmiləşdirilib, pul isə bank vasitəsilə ödənilib.

Sövdələşmədən sonra zərərçəkmiş Abbasova xidmət üçün 100 manat ödəyib, alıcıdan isə o, 1500 manat alıb.

Bir müddət sonra zərərçəkmiş şəxs yenidən daha bir mənzil alınması xidməti üçün Abbasova müraciət edib. Abbasov mənzili axtarıb tapıb və tərəflər 217 min manata razılaşıblar. Lakin sonradan Həziyev cəmi 200 min manat ödəyə biləcəyini bildirib. Abbasov satıcının razı olmadığını deyib və Həziyevə başqa variant axtarmağı təklif edib.

Bundan sonra Həziyev Abbasovdan guya onun 200 min manatını alıb qaytarmadığı üçün şikayət edib.

Abbasov mənzil və ev alqı-satqısında sövdələşmənin notarius və bank vasitəsilə rəsmiləşdirildiyinə, buna görə Həziyevin daşınmaz əmlak almaq üçün vasitəçiyə – yəni Abbasova ödəniş edə bilməyəciyinə diqqət çəkib.

Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

* Xatırladaq ki, Bakının Nəsimi Rayon Məhkəməsi 20 sentyabr 2023-cü il tarixində Abbasovu CM-in 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edərək 4 ay müddətinə həbs edib. Abbasov ittihamı təkzib edir, təqibin əsl səbəbinin 2022-ci ilin dekabrında həbs olunmuş fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsində fəal iştirakı olduğunu hesab edir.

Hüquq müdafiəçiləri hər iki fəalı siyasi məhbus kimi tanıyıb.

Turan 

17:05, 06 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Anar Məmmədlini həbsdə saxlayıb

by Gozetci 13:48, 06 May 2024
written by Gozetci

Anar Məmmədli

Mayın 6-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Vəkil Cavad Cavadov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb.
“Xətai Rayon Məhkəməsində çıxarılan 3 ay 28 günlük həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı olduğu kimi saxlanılıb” – vəkil bildirib.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb.
Polis Məmmədlinin yaşadığı evdə və ata evində axtarış həyata keçirib. Ona məxsus sənədlər, kompüter və avadanlıqlar götürülüb.
AbzasMedia
13:48, 06 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: Anar Məmmədlinin həbsi haqqında qərar qanun pozuntusu ilə qəbul olunub

by Gozetci 11:48, 06 May 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı qanun pozuntularına yol verilib.

Bu barədə onun vəkili Elmar Süleymanov öz Facebook səhifəsində yazıb.
Belə ki, CPM-nin 51.6-1-ci maddəsinə rəğmən, Bakının Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva məhkəmə iclasının audioyazısının aparılmasını təmin etməyib. “Hətta qanunun bu tələbinin təmin edilməsinə dair vəsatətim də əsassız olaraq rədd edildi”, deyə vəkil qeyd edib.
O, həmçinin qeyd edib ki, CPM-nin 51.7-ci maddəsinə rəğmən, vəkilin məhkəmə iclasının protokolu ilə tanış olmaq haqqında ərizəsi üzrə ümumiyyətlə heç bir hərəkət edilməyib.
CPM-nin 51-1.6-cı maddəsinə rəğmən, müdafiəçi olaraq vəkilə verilməli olan sənədlərin heç biri onun elektron kabinetimə yerləşdirməyib.
Turan
11:48, 06 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Qolları iflic olan fəal narkotik ticarətində ittiham olunub

by Gozetci 11:43, 06 May 2024
written by Gozetci

Famil Xəlilov

İctimai fəal Famil Xəlilov həbs olunub

Bu barədə Turan-a onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.

Xəlilovanın sözlərinə görə, mayın 2-də Sulutəpə qəsəbəsində yerləşən kirayədə yaşadıqları evlərinə mülki geyimli şəxslər gəlib: “Yoldaşım 1-ci qrup əlildir, qolların ikisi də iflicdir. Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim ediblər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, salonda həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də adamlar var idi”.

Fəalın yoldaşı qeyd edib ki, bütün evi axtarandan sonra polis əməkdaşları F.Xəlilovu evdən çıxarıblar:

“Famili sürüyərək evdən çıxartdılar həyətə. Ondan sonra yenidən apardılar içəri, özləri də videoçəkiliş edirdilər. Yoldaşıma “qalx ikinci mərtəbəyə” deyəndə, qayıtdı ki, mən 8 aydır bu evdəyəm, 1 dəfə də bu piləkəni çıxmamışam, çünki çıxa bilməmişəm. Onlar yoldaşımı yuxarı qaldırıblar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu, bizə aid deyil”.

K.Xəlilovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur:

“Həmin gün məni və 3 azyaşlı uşağımı da 40-cı polis bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Bizdən Familin kompüter parolunu israrla istədilər. Sonra bizi buraxdılar, amma bir neçə gündür yoldaşımdan xəbərim olmadı, sadəcə gəlib dərmanlarını götürüb ona apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs qətimkan tədbiri seçilib”.

Fəalın yoldaşı bildirdi ki, F.Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Onu da qeyd edib ki, F.Xəlilov mayın 4-də evə zəng edərək aclıq etdiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Turan 

11:43, 06 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fəal Elgiz Qəhrəman “Abzas Medianın işi” üzrə şahid qismində dindirilib

by Gozetci 14:25, 04 May 2024
written by Gozetci

Elgiz Qəhrəman

İctimai fəal Elgiz Qəhrəman mayın 3-də “Abzas Medianın işi” üzrə şahid qismində dindirilib. Bu barədə jurnalistlərə o özü bildirib.

Fəal istintaq sirrini yaymamaq öhdəliyi ilə əlaqədar verilən sualların məzmununu açıqlaya bilməyib.

Qəhrəman həmçinin bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub və polis bölməsində bunu onun cinayət işi üzrə şahid olması ilə izah ediblər.

* 2023-cü ilin noyabr ayı – 2024-cü ilin yanvar ayı ərzində Abzas Media ilə əlaqəsi olan səkkiz jurnalist və mətbuat işçisi həbs olunub.

Apreldə bu iş üzrə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs olunub.

İşin bütün fiqurantlarına qarşı “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmirlər və cinayət işini korrupsiya faktlarını araşdırmaları ilə izah edirlər. Əliyev və Məmmədli ümumiyyətlə Abzas Media-nın fəaliyyəti ilə əlaqələri olmadığını bildiriblər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıb.

14:25, 04 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda media azadlığı 13 pillə geriləyib

by Gozetci 18:34, 03 May 2024
written by Gozetci

“Sərhədsiz Reportyorlar”ın illik media azadlığı reytinqinə əsasən, rekord sayda ölkədə vəziyyət xeyli pisləşib.

Həmin ölkələr sırasında Azərbaycan və Gürcüstan da var.

Azərbaycan 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Ötən illə müqayisədə ölkə 13 pillə geriləyib. Ermənistan, əksinə, göstəricisini 6 pillə yaxşılaşdıraraq 43-cü yerə yüksəlib.

“Şərqi Avropa və Mərkəzi Asiyada, xüsusən də Belarusda (167), Gürcüstanda (103), Qırğızıstanda (120), Azərbaycanda (164) Rusiyanın repressiv üsullarının effektiv yamsılaması ilə media senzurası güclənib”, – hesabatda bildirilir.

Mətbuat azadlığı ilə bağlı ən yaxşı vəziyyət Norveç, Danimarka və İsveçdədir. Siyahını Eritreya bağlayır.

2024 Dünya Mətbuat Azadlığı İndeksi

“Sərhədsiz Reportyorlar”ın müşahidələrinə görə, bütün dünyada media azadlığı ilə bağlı durum sürətlə pisləşməkdə davam edir. Jurnalistlərə qarşı hücumların, iş şəraitinin “fəlakətli” kimi dəyərləndirildiyi ölkələrin sayı artmaqdadır.

Hesablamalara görə, ötən il 36 ölkə müstəqil jurnalistikanın əməli cəhətdən qeyri-mümkün olduğu ölkələr kateqoriyasına düşüb. Bu, son 10 ilin rekordu sayılır.

Xatırlatma

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbsə atılıb. Onlar ittihamları qəbul etmir, onu peşə fəaliyyətləri ilə izah edirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərə təzyiqlə bağlı deyilənləri rədd edir, onların konkret cinayətlərə görə həbs olunduğunu vurğulayır.

AzadlıqRadiosu

18:34, 03 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququGəncə–DaşkəsənSliderXƏBƏRLƏR

Ali Məhkəmə Yunis Səfərovun barəsində hökmü qüvvədə saxlayıb

by Gozetci 16:55, 03 May 2024
written by Gozetci

Yunis Səfərov

Bu gün Ali Məhkəmədə Yunis Səfərovun və Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına sui-qəsd cəhdində ittiham olunan digər şəxslərin kassasiya şikayətlərinə baxılıb.

Məhkəmə şikayətləri təmin etməyib və hökmü dəyişmədən qüvvədə saxlayıb.

*2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib.  Gəncə sakini Yunis Səfərov tapança ilə onu və cangüdənini yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının qarşısında sakinlərin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar törədilib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin  kütləvi həbsləri baş verib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq mühakimə edilib.

2020-ci ilin yanvarında Yunis Səfərovun və 11 digər  müttəhimin məhkəməsi başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digərlərini isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrum edib.

Turan 

16:55, 03 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia