Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə ‘AbzasMedia işi’ üzrə jurnalistləri həbsdə saxladı

by Gozetci 18:30, 09 May 2024
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

Vəkil: “7 aydır Ülvi ilə bağlı istintaq hərəkətləri aparılmır”

Mayın 9-da “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktor Sevinc Vaqifqızının (Abbasova) ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsində keçirilən hər 2 prosesdə vəsatətlər təmin edilməyib.
“Ülvi Həsənli artıq 7 aya yaxındır ki, həbsdədir. Onunla bağlı xüsusi bir istintaq hərəkləti aparılmır. Həm də 1 yaşlı qızı var. Bunları nəzərə alıb məhkəməyə müraciət etdik ki, ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilsin. Nə istintaq, nə də məhkəmə çağırsa, yayınası deyil. Əgər gəlməzsə, bu zaman barəsində başqa qətimkan tədbiri seçilər. Çox təəssüf ki, məhkəmə bizim bu vəsatətimizi təmin etmədi. Artıq bununla bağlı 3-cü vəsatətdir veririk. Bundan əlavə Sevinc Vaqifqızının da vəkili ev dustaqlığı ilə bağlı müraciət etmişdi, o vəsatət də təmin edilmədi” – vəkil bildirib.
Məhkəmədə çıxış edən Ülvi Həsənli bildirib ki, cinayət işi əsassızdır. Ona 1 saylı Bakı İstintaq Təcridxanasında ailəsilə normal görüş üçün şərait yaradılmır. O da vəsatətin təmin edilməsini istəsə də, məhkəmə bu istəyi almayıb.
Hazırda medianın 6 üzvü 6 aya yaxındır ki, həbsdədir.
Jurnalistlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırırlar.
AbzasMedia
18:30, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə İmran Əliyevi həbsdə saxladı

by Gozetci 18:05, 09 May 2024
written by Gozetci
İmran Əliyev və Anar Məmmədlinin işi “Abzas Media işi”indən ayrılıb, ayrı icraatda aparılır
Parlamentin fəaliyyətini monitorinq edən “Meclis.info” platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Abzas Media-nın məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti təmin edilməyib, məhkəmə İmran Əliyevi həbsdə saxlayıb.
İ.Əliyev aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay bir gün həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, polislər İmran Əliyevi döyüb, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdırıblar.
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub.
Konfransda prezident Əliyevə İmran Əliyevlə bağlı sual verilib. İlham Əliyev jurnalistlərin həbsini təsdiqləsə də, bunun qanun çərçivəsində olduğunu bildirib.
Bundan bir qədər sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.1 (Qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə də ittiham irəli sürülüb.
İmran Əliyev əvvəlcə “Abzas Media işi” üzrə saxlanılsa da, sonradan müstəntiqlər cinayət işinin ayrı icraatda aparıldığını bildiriblər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İmran Əliyevin həbsini siyasi sifariş hesab edir.
AbzasMedia
18:05, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir

by Gozetci 15:59, 09 May 2024
written by Gozetci

Foto: Meydan TV

“Taleh Bağırzadə ölümlə təhdid olunub”

Müsəlman Birliyi Hərəkatının sədri, 9 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ölümlə təhdid olunduğu, oradakı bir sıra dini inanclı məhbusların işgəncəyə məruz qaldığı bildirilir.

Hərəkatdan Meydan TV-yə verilən məlumata görə, ilahiyyatçı özü başına gələnləri danışıb.
İlahiyyatçı deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində su problemi var. Xüsusən isti aylarda bu problem daha kəskin şəkildə özünü göstərir, müəssisədə natəmizlik olur. Bu üzdən problemlə əlaqədar bir neçə dəfə müəssisə rəhbərliyinə müraciət edib. Hətta media vasitəsilə də cəzaçəkmə müəssisəsində susuzluğun fəsadlarını gündəmə gətirib.

Taleh Bağırzadə bildirib ki, günlərdir, cəzaçəkmə müəssisəsində su yoxdur, antisanitariya vəziyyəti yaranıb, ətrafı üfunət bürüyüb. O da mayın 8-də səhər saatlarında bu duruma etiraz edib. İlahiyyatçı bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi problemi həll etmək əvəzinə, onu dilə gətirənləri cəzalandırmaq qərarı verib:

“Oradakı əməliyyatçılar – Əziz Tağıyevin başçılıq etdiyi dəstə insanlara amansız işgəncələr verib”.

Taleh Bağırzadənin bildirdiyinə görə, mayın 8-də səhər etirazını bildirəndən sonra onu və müəssisədə saxlanılan Rəfael adlı başqa bir inanclını rəhbərlik danışıqlara dəvət edib. Onlar rəhbərliklə danışıqlar apardığı müddətdə 4 nəfər inanclı – Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov və Rafiq Şahverdiyevi cəzalandırıblar:

“Əməliyyatçı Cavid Səfərov əvvəl onları müəssisədə qarşıdurma yaratmaqda ittiham edib. Ardınca onların dördünü də cəza otağına gətirdib, təhqir edib və onlara dəhşətli işgəncələr verib. Cavid Səfərov onlara deyib ki, Hacı Talehin növbəti etirazına cavab daha sərt olacaq. İşgəncə görən gənclərdən biri buraxılsa da, qalan 3 nəfər işgəncə otağında saxlanılıb”.

Müsəlman Birliyi Hərəkatı vurğulayıb ki, işgəncələrə rəhbərlik edən Əziz Tağıyev Taleh Bağırzadəni ölümlə hədələyib. Təşkilat bəyan edib ki, müəssisədə məhbuslara qarşı bu cür davranış onların həyatı və sağlamlığına ciddi təhlükə olduğunu deməyə əsas verir:

“Özbaşınalıqların yaşandığı cəzaçəkmə müəssisələrində saysız-hesabsız işgəncə faktlarıyla yanaşı, qətl halları da həbsxanalarda məhbusların təhlükəsiz olmadığını göstərir. Əziz Tağıyev kimi işçinin Taleh Bağırzadəni ölümlə təhdid etməsi isə bu vəziyyətdə daha təhlükəli həyəcan təbili çalmağa əsas verir”.

 

Taleh Bağırzadə. Foto: Meydan TV

Hərəkat Ombudsman Aparatı da daxil olmaqla, bir sıra yerli və beynəlxalq qurumlara müraciət ünvanlayaraq, onları cəzaçəkmə müəssisələrində yaşananlara diqqət yetirməyə çağırıb:

“Onsuz da günahsız məhbəs həyatı yaşayan şəxslərin həyatına olan təhlükələr araşdırılsın, günahkarlar cəzalandırılsın…”.

12 saylı cəzaçəkmə müəssisəsində su problemi və məhbuslara işgəncə verilməsilə bağlı deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bundan öncə də sözügedən müəssisədə işgəncə hallarıyla bağlı dəfələrlə şikayətlər olub. Bir müddət öncə müəssisədə saxlanılan məhkumlar kütləvi şəkildə Prezident İlham Əliyevə müraciət ünvanlayaraq, orada vəziyyətin dözülməz olduğunu, korrupsiya və işgəncə hallarının geniş yayıldığını bildirmişdilər.

O zaman Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi oradakı qanunsuzluqlar barədə deyilənləri təkzib etmişdi. Bildirilmişdi ki, 12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimlidir, orada dəfələrlə məhkum olunmuş və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər cəza çəkir:

“Onlarla işləmək kifayət qədər ağırdır və psixoloji cəhətdən peşəkar olmaq lazımdır”.

2015-ci ilin noyabrından Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 20 il azadlıqdan məhrum edilib. O, polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

İlahiyyatçı bildirib ki, Nardaran əməliyyatı zamanı qətlə yetirilən 4 nəfər yerli sakin və 2 polisin ölümünə görə məsuliyyət əməliyyatı keçirən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) üzərindədir. İlahiyyatçının sözlərinə görə, onlarda ümumiyyətlə, silah olmayıb və dinc şəkildə evdə olduqları halda, polislər silahlı hücum edərək, 6 nəfəri özləri öldürüb, qalanları da tutub aparıblar.

Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunanlar istər saxlanılıb “bandotdel”ə aparılanda, istərsə də günlərlə idarədə saxlandıqları müddətdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Lakin Daxili İşlər Nazirliyi işgəncə iddialarını rədd edir.

Taleh Bağırzadə ona verilmiş 20 illik cəzanın 7 ilini Qobustan həbsxanasında çəkib.
Hazırda Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Meydan TV 

15:59, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq hüquq müdafiəsi təşkilatı Anar Məmmədli və digər siyasi məhbusların azadlığa buraxılmasına çağırır

by Gozetci 11:00, 09 May 2024
written by Gozetci

Anar Məmmədli

“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlər güclənir. 30 təşkilatla birlikdə Anar Məmmədlini dərhal azad etməyə çağırırıq”.

Bu barədə Hüquq Müdafiəçilərinin Qorunması üzrə Beynəlxalq Observatoriyanın “X” platformasındakı paylaşımında deyilir

Təşkilat həmçinin Azərbaycan hakimiyyətini ölkədə hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırır.

Mayın 3-də də Hüquq Müdafiəçilərinin Qorunması üzrə Beynəlxalq Observatoriyanın tərkibindəki İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT), Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH), Norveç İnsan Hüquqları Evi və digər hüquq müdafiə təşkilatları anoloji çağırışlar edib.

Təşkilat Azərbaycan hakimiyyətindən Anar Məmmədlinin üzərindən bütün ittihamları götürməyi, beynəlxalq öhdəliklərə hörmət etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarını yerinə yetirməyi, ölkədə müstəqil səslərin təqibinə son qoymağı və bütün siyasi məhbusları azad etməyi, müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi tələb edir.

Xatırlatma

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Anar Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırılan cinayət işi üzrə saxlanılıb. Onun evində və paralel olaraq atasının evində axtarış aparılıb.

Hazırda Anar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb.

Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız yerə həbs edilən şəxslərin dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün (COP29 – Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Amerikanın Səsi

11:00, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəalın ölkədən çıxışına qoyulan məhdudiyyətlə bağlı şikayəti təmin olunmayıb

by Gozetci 10:24, 09 May 2024
written by Gozetci

Elgiz Qəhrəman

Mayın 7-də Xətai Rayon Məhkəməsində ictimai fəal Elgiz Qəhrəmanın ölkədən çıxışına qoyulan məhdudiyyətlə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə Amerikanın Səsinə fəal özü məlumat verib.

Onun sözlərinə görə, o, aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib. Fəala deyilib ki, məhdudiyyət Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulub, ancaq məhdudiyyətin səbəbi ilə bağlı məlumat verilməyib.

“Mayın 3-də Bakı Şəhər Baş Polis İdarəsinə dindirilməyə çağırılan zaman dedilər ki, məhdudiyyət DİN tərəfindən şahid olduğum üçün qoyulub. Lakin məhkəmə şikayətimi təmin etmədi. Qərarla bağlı apellyasiya şikayəti verəcəyik”, deyə, fəal bildirib.

Amerikanın Səsi 

10:24, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ombudsmanın nümayəndələri həbsdə olan bir qrup jurnalist və fəallarla görüşüblər

by Gozetci 10:17, 09 May 2024
written by Gozetci

“Meclis.info”nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis maşınına mindirilərkən. (19 aprel 2024-cü il)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri həbsdə olan jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.

Ombudsman Aparatının məlumatında deyilir ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Əvəz Zeynallı, Ülvi Həsənli, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, İmran Əliyev və Teymur Kərimovla konfidensial qaydada görüşlər keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.

Ombudsman Aparatı bildirir ki, başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçirilib.

Xatırladaq ki, son bir neçə ayda Abzas Media və Toplum TV internet resurslarının cinayət işi üzrə bu media qurumlarının 17 nəfər əməkdaşı barədə qətiimkan tədbiri seçilib. Onlardan 15 nəfəri həbsdədir.

Amerikanın Səsi 

10:17, 09 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədli ev dustaqlığına buraxılmayıb

by Gozetci 14:25, 08 May 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli ev dustaqlığına buraxılmayıb.

Vəkil Elmar Süleymanov “Turan”a bildirib ki, mayın 8-də Xətai rayon Məhkəməsində Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb, amma təmin edilməyib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Məmmədlinin həbsi üçün heç bir əsas görmür:

“Biz Anar Məmmədli barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Amma madam ki, məhkəmə onun barəsində həbs-qətimkan tədbirini seçib və apellyasiya şikayətimiz da təmin olunmadı, biz Anar Məmmədlinin ev dustaqlığına buraxılması üçün müraciət etmişik”.

Süleymanov bildirib ki, Məmmədlinin himayəsində azyaşlı uşağı, səhhəti zəif olan yaşlı anası və atası var: “Eyni zamanda, o, tanınmış hüquq müdafiəçisidir və onun istintaqdan yayınmaq niyyəti yoxdur. Amma, təəssüf ki, məhkəmə bizim əsaslarımızı eşitmədi və vəsatətimizi təmin etmədi”.

Vəkilin sözlərinə görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

14:25, 08 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ səfiri siyasi məhbusların ailə üzvləri ilə görüşüb

by Gozetci 12:32, 08 May 2024
written by Gozetci

Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb.

Səfirliyin məlumatında deyilir ki, Libbi həbs olunanların azad edilməsinin vacibliyini qeyd edib.

“ABŞ əmindir ki, müstəqil və fəal vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətin tərkib hissəsidir və həbs olunanlar cəmiyyətdə vacib işlərini davam etdirmələri üçün azad edilməlidirlər”, deyə səfir bildirib.

Görüşdə müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.

Turan 

12:32, 08 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal “Abzas Media” işi üzrə dindirilib

by Gozetci 09:29, 08 May 2024
written by Gozetci

Elmir Abbasov

Mayın 7-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan ictimai fəal, “Toplum TV”nin əməkdaşı Elmir Abbasov dindirildikdən sonra sərbəst buraxılıb.

Abbasov bildirib ki, müstəntiq tərəfindən ona verilən bəzi sualları cavablandırıb. İctimai fəal iltizam sənədinə imza atdığına görə suallar barədə açıqlama verə bilməyəcəyini deyib. O, fiziki və psixoloji təzyiqlə üzləşmədiyini qeyd edib.

Elmir Abbasovun sözlərinə görə dindirilmə təxminən saat yarım çəkib.

İctimai fəal “Toplum TV işi” üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Amerikanın Səsi

09:29, 08 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunun ayağına bağlanan elektron qolbağın açılması barədə vəsatəti təmin etməyib

by Gozetci 21:05, 07 May 2024
written by Gozetci

Qubad İbadoğlu

Mayın 7-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbağın açılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

“Biz tələb edirdik ki, qolbaq açılsın. Qolbağa ehtiyac yoxdur. Bunu onunla əsaslandırdıq ki, biz müəyyən KT və MRT müayinələrindən keçməliyik. Eyni zamanda Qubad bəy şəkər xəstəsi olduğundan orada o sürtünmə yaradıb yara edə bilər. Ona görə də biz belə iddia vermişik”, o qeyd edib.

Qubad İbadoğlunun ayağına elektron qolbaq taxılıb (Foto :Qalib Toğrula məxsusdur)

Qalib Toğrulun sözlərinə görə, məhkəmə vəsasəti təmin etməyib.

“Biz bununla razı deyilik və qərardan apellyasiya şikayəti verəcəyik”, Qubad İbadoğlunun qardaşı əlavə edib.

Onun sözlərinə görə, iqtisadçı professorun səhhətində problemlər qalır və qolbaq müəyyən müayinələrin edilməsində çətinliklər yaradır.

“Qubad bəyin döş qəfəsini KT və bel nahiyyəsini MRT eləmək lazımdır. Hal hazırda bununla bağlı çətinlik yaşayırıq”, o əlavə edib.

Mayın 4-də Sumqayıtda polis əməkdaşları məhkəmənin qərarını icra edərək ötən ay ev dustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbaq bağlayıblar.

İbadoğlunun qanuni təmsilçiləri deyirlər ki, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur.

Onun qardaşı Qalib Toğrul məsələ ilə bağlı bunları deyib:

“Gördüyünüz kimi, qardaşıma xüsusi münasibət göstərilir. Polis Qubadoğlunun istintaq təcridxanasında 9 ay saxlandığı zaman zədələnmiş ayağını bu cür “müalicə” edir”.

Bu açıqlamaya Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dutsqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi
21:05, 07 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia