Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

AXCP fəalı ölüm aclığına başlayacağını bildirib

by Gozetci 18:54, 13 May 2024
written by Gozetci

Elxan Əliyev

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev mayın 15-də ölüm aclığına başlayacağını bildirib.

Bu barədə vəkil Nemət Kərimli mayın 13-də Bakı Apellyasiya Məhkəməsində Elxan Əliyevin dediklərinə istinadən Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Əliyev sifarişli həbsinə, ədalətsiz məhkəmə hökmünə etiraz olaraq aclığa başlayacağını bəyan edib.

“O məhkəmə heyətinin diqqətinə çatdırdı ki, hər hansı cinayət törətməyib. Siyasi sifarişlə həbs edilib”, vəkil qeyd edib.

“Hakim Elxan bəyin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini rədd etdi və növbəti iclası 27 may tarixinə təyin etdi. Elxan Əliyev isə baş verən qanunsuzluqlara qarşı qəti etirazını bildirərək, intihar edəcəyini dedi. O bildirdi ki, kimsə bu gedişi durdurmalıdır, bu qədər haqsızlıq olmaz, 165 min yeyintisi olan adam onunla bir kamerada yatır, ona məndən az iş veriblər – 5 il. Mənsə qanunsuz boynuma qoyduqları cəriməni belə ödəmişəm, amma hələ də taleyimlə oyun oynayırlar. Bir halda ki, siyasi sifarişlə mənim taleyimin üstündə oyun qurublar, mən də ölümümlə bu oyunu pozaram”, o qeyd edib.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki müttəhim – Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Bakının Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.

Yusif Əliyev satılan torpağın sahibidir. Elxan Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən Vəfadar Axundov da bu işdə vasitəçilikdə suçlanır.

Amerikanın Səsi

18:54, 13 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İstintaq təcridxanasında Ruslan İzzətlinin vəziyyəti pisləşib

by Gozetci 18:24, 13 May 2024
written by Gozetci

Ruslan İzzətli

İstintaq təcridxanasında III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin vəziyyəti pisləşib. Bu barədə onun xanımı Günel Manaflı bildirib.

Onun sözlərinə görə, qan analizləri şəkər və xolesterinin səviyyəsinin artdığını göstərib. Həkim deyib ki, müalicəyə başlamasa, qan damarlarında tıxanma ola bilər.

Bundan əlavə, İzzətlinin öd kisəsində daş var ki, bu da təhlükə yaradır, – Manaflı qeyd edib.

* Ruslan İzzətli  martın 8-də qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O, “Toplum” TV işi üzrə cəlb edilib. Ondan başqa daha 8 jurnalist və fəal bu iş üzrə ittiham olunur.

Turan 

18:24, 13 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Hafiz Babalının şikayətini təmin etməyib

by Gozetci 15:36, 13 May 2024
written by Gozetci

Hafiz Babalı

Mayın 13-də Bakının Xətai Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının “İki sahil” qəzetinə qarşı iddiası üzrə proses başa çatıb. Prosesə Sahibə Hacıyeva sədrlik edib.

Babalının Qafqazinfo.az saytına qarşı analoji iddiası üzrə prosesdən fərqli olaraq, bu prosesdə jurnalistin özü iştirak etməyib və istintaq təcridxanasından video əlaqə ilə qoşulub.

İddia 28 dekabr 2023-cü ildə “Hafiz Babalının işi üzrə yeni detallar” məqaləsinin dərc edilməsilə əlaqədar qaldırılıb.

Vəkil Rəsul Cəfərov qeyd edib ki, yazıda araşdırmaçı jurnalist kimi Babalının şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatlar var.

Əsasən məqalədə bildirilib ki, “Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb”.

“Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi” barədə fikirlər də böhtan adlandırılıb.

Vəkil jurnalistin ünvanına ittihamların sübut edilmədiyini qeyd edib ki, bu da media orqanının məsuliyyətinə səbəb olur. Eyni zamanda, Cəfərov qeyd edib ki, “İki sahil” məsuliyyətdən azad edilə bilməz, çünki Babalıya qarşı ittihamlar dövlət orqanlarının və digər rəsmi mənbələrin, habelə informasiya agentliklərinin məlumatlarından götürülməyib.

Babalı deyib ki, redaksiya onun fikrini öyrənməyib, halbuki, KİV haqqında qanun bunu tələb edir. O qeyd edib ki, onun antikorrupsiya araşdırmalarının obyektləri yüksək vəzifəli şəxslər, deputatlar, məmurlar olub və heç kim heç vaxt irad irəli sürməyib, təkzib tələb etməyib, məhkəməyə verməyib.

Babalı məhkəmədən xahiş edib ki, nəşrdən böhtan xarakterli iddiaları təkzib etməyi, ondan üzr istəməyi və 9900 manat məbləğində kompensasiya  ödəməyi və məhkəmə xərclərini ödəməyi tələb etsin.

“İki sahil”in nümayəndəsi məhkəməyə gəlməyib.

Hakim Hacıyeva iddianı təmin etməyib. Qərarı elan edərkən bunu heç bir şəkildə əsaslandırmayıb.

Qeyd edək ki, Babalı Qafqazinfo.az saytına  və ATV telekanalına qarşı analoji iddialar irəli sürüb. ATV-yə qarşı iddia təmin edilməyib. Qafqazinfo.az-a qarşı məhkəmə çəkişməsi davam edir.

*  Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona  qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı  “Abzas Media” işi üzrə cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.

Turan 

15:36, 13 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

by Gozetci 15:20, 13 May 2024
written by Gozetci

“Toplum” internet televiziyasının həbsdə olan təsisçi Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Nəsimi Məmmədli məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədlinin müalicəsi dayanıb: “Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımdan analiz götürüblər, amma, hələlik, nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir”.

N.Məmmədli qeyd edib ki, analiz götürüləndə Ə.Məmmədliyə biopsiya müayinəsindən də keçirələcəyi deyilib: “Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma, hələlik, heç bir nəticə yoxdur”.

Ə.Məmmədlinin qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Müdafiə tərəfinin bildirməsinə görə, onun bir sıra xəstəlikləri ilə yanaşı, qalxanabənzər vəzində şiş var və bu, getdikcə böyüyür.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında “ToplumTV”, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

15:20, 13 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Osman Nərimanoğlu aclıq elan edib

by Gozetci 15:00, 13 May 2024
written by Gozetci

Osman Nərimanoğlu

Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) istintaq təcridxanasında müddətsiz aclıq elan edib. O, qanunsuz həbsinə və hökmdən apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz edir.

Onun xanımı Arzu Rzayeva bildirib ki, Osman mayın 12-də Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında aclıq elan edib.

Rzayeva deyib ki, həyat yoldaşı məmurların böhtanının qurbanıdır və 23 aydır əsassız həbsdədir.  Gəncə Apellyasiya Məhkəməsi isə obyektiv araşdırma aparmır və bir aydır ki, istintaqı ləngidir.

“Həyat yoldaşım məhkəmənin ədalətinə inamını itirib və ümidsizlikdən aclıq elan edib”, – o deyib.

Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti iclası mayın 16-na təyin edilib.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən şərh almaq mümkün olmayıb.

* Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra ittihamların yalan olduğunu bildirib və deyib ki, Meliorasiya İdarəsinin məmurları, habelə Goranboy və Göygöl rayonlarının həkimləri (sayt onların korrupsiya əməlləri barədə materiallar dərc edib)  ona böhtan atıblar.

Yanvarın 25-də məhkəmə onu 6,5 il həbs cəzasına məhkum edib. Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Turan 

15:00, 13 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: Bəxtiyar Hacıyev tərəfindən hazırlanmış vəsatətlərin kağızları müsadirə olunur

by Gozetci 20:39, 10 May 2024
written by Gozetci

Mayın 10-da insan haqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Vəkil Aqil Layıc bildirib ki, proses zərərçəkmiş şəxslərdən birinin məhkəməyə gəlməməsi səbəbilə təxirə salınıb. Vəkil qeyd edib ki, fəalın özünü müdafiə etməsi üçün hazırlanmış vəsatətlərin kağızları Penitensiar Xidmətin əməkdaşları tərəfindən əlindən alınır:

“Tək Bəxtiyar deyil, artıq neçənci dəfədir ki, belə əhəmiyyətli işlərdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi şəxsin müdafiə hüququna, yazı-pozmalarına, qeydlərinə müdaxilə edir. Onların bu qeydləri senzuradan keçirmək hüquqları yoxdur. Bəxtiyar qeyd etdi ki, nəinki, onun vəsatətləri, dövlət orqanlarına müraciətləri də müsadirə olunur və ünvanına çatdırılmasına icazə verilmir”.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, Bəxtiyar Hacıyevin müdafiə hüququ kobud şəkildə pozulur. O, Hacıyevi siyasi girov adlandırıb.

“Bəxtiyar Hacıyev bir neçə vəsatət hazırlamışdı, onlardan biri də medianın məhkəmə prosesini işıqlandırması ilə bağlı idi. O, məlum və obyektiv səbəblərdən əsəbi idi, çünki adamı şərləyiblər. 17 aydır qurama ittihamlarla həbsdə saxlayırlar, elementar müdafiə hüququ pozulur” – deyə, hüquq müdafiəçisi qeyd edib.

Məhkəmə mayın 17-dək təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Amerikanın Səsi

20:39, 10 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli və İmran Əliyevin cinayət işi “Abzas Media” işindən ayrılıb

by Gozetci 18:21, 10 May 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və “Meclis.info” saytının rəhbəri İmran Əliyevin cinayət işi “Abzas Media” əməkdaşlarına qarşı qaldırılan cinayət işindən ayrılaraq istintaqı ayrıca icraatda aparılır. Bununla bağlı artıq istintaq orqanının qərarı var.

Bu barədə vəkillər Elmar Süleymanov və Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Vəkil Elçin Sadıqov bildirib ki, hər iki şəxsə qarşı qaçaqmalçılıq ittihamı ilə istintaq aparılır.

Vəkil həmçinin bu iş üzrə yeni həbslərin olacağını da ehtimal edir.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Mətbuat xidməri Amerikanın Səsinin cinayət işinin ayrı icraata ayrılması ilə bağlı sorğusuna hələ münasibət bildirməyib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qəti qətimkan tədbiri seçilib.

Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur və barəsində 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Çoxsaylı beynəlxalq təşkilat, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli, İmran Əliyev və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Xatırladaq ki, son bir neçə ayda “Abzas Media” və “Toplum TV” internet resurslarının, həmçinin Anar Məmmədli və İmran Əliyevin cinayət işləri üzrə 17 nəfər barəsində qətiimkan tədbiri seçilib. Onlardan 15 nəfəri həbsdədir.

Amerikanın Səsi

18:21, 10 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi “Toplum TV-nin işi” üzrə həbs olunmuş Ramil Babayevi azad etməyib

by Gozetci 15:00, 10 May 2024
written by Gozetci

Ramil Babayev

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV-nin işi” üzrə həbs olunan Ramil Babayevin şikayətinə baxılıb.

Vəkil Günay İsmayılovanın verdiyi məlumata görə, şikayət həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyən Xətai Rayon Məhkəməsinin qərarından verilib. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ramil Babayev martın 6-da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə saxlanılıb.

Turan

15:00, 10 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanı həbsdə saxlayıb

by Gozetci 14:48, 10 May 2024
written by Gozetci

Elnarə Qasımova

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Abzas Media-nın işi” üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayəti təmin etməyib.

Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov bildirib.

Onun sözlərinə görə, Qasımova özü də prosesdə iştirak edib.

“Elnarə bir daha dedi ki, ittiham saxtalaşdırılıb və onun həbsinin əsl səbəbi həmkarları ilə birlikdə apardığı korrupsiya araşdırmaları olub”, deyə Əmiraslanova bildirib.

Qasımova yanvarın 15-də CM-in 206.3.2-ci maddəsində (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) nəzərdə tutulan əməlləri törətmək ittihamı ilə həbs olunub.

Ötən ilin noyabrından etibarən bu iş üzrə daha 5 jurnalist və mətbuat işçisi həbs olunub.

Turan 

14:48, 10 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi ağır xəstə olan Xəlilovu azad etməyib

by Gozetci 13:02, 10 May 2024
written by Gozetci

Famil Xəlilov

Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi sosial şəbəkə fəalı, birinci qrup əlil Famil Xəlilovun həbsindən verilmiş şikayəti təmin etməyib.

Vəkil Bəhruz Bayramovun Turan-a verdiyi məlumata görə, məhkəmə mühafizəçiləri hərəkət etmək imkanları məhdud olan Xəlilovu çətinliklə məhkəməyə gətiriblər.

İclasda Xəlilovun vəziyyəti pisləşib. Bununla belə, məhkəmə onu həbsdə saxlamaq barədə qərar qəbul edib.

Vəkil deyib ki, müdafiə tərəfi Xəlilovun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək. Xəlilov kənar yardım olmadan keçinə bilməz. O, İstintaq Təcridxanasının tibbi-sanitar hissəsinə yerləşdirilsə də və ona qulluq olunsa da, həbsi və kənar şəxslərdən asılılığı fəalın vəziyyətinə mənfi təsir göstərib.

* Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Üç ayda bir ona xüsusi iynə vurulurdu, bu, onun vəziyyətini yüngülləşdirirdi. Bir il əvvəl, Azərbaycana deportasiya edildikdən sonra o, bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Əllərinin ifliç olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal idi və kompüterdə ayaq barmaqları ilə yazırdı. O, hakimiyyəti tənqid edir və etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Turan

13:02, 10 May 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia