Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Aytac Tapdığı ev dustaqlığına köçürməkdən imtina edib

by Gozetci 15:28, 23 Yanvar 2025
written by Gozetci

Aytac Tapdıq

 

Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə saxlanması üçün əsas yoxdur, çünki ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamları uydurmadır.

Tapdıq özü jurnalist fəaliyyətinə görə təqib edildiyini bildiirb. Müdafiə tərəfi jurnalisti ev dustaqlığına və ya girov müqabilində azadlığa buraxmağı xahiş edib. Lakin məhkəmə Tapdığı həbsdə saxlayıb.

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, deyə vəkil qeyd edib.

* Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə) valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların hamısını həbs edib.

Jurnalistlər cinayət işini peşə fəaliyyətləri ilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

15:28, 23 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıMil–MuğanSliderXƏBƏRLƏR

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

by Gozetci 16:00, 22 Yanvar 2025
written by Gozetci

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra saxlanılan bir qrup şəxs barəsində həbs qərarı verilib.

İmişli rayon məhkəməsində saxlanılan 14 nəfər – Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

Meydan TV

16:00, 22 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Abzas Media jurnalistlərinin işi üzrə məhkəmə prosesində

by Gozetci 18:16, 21 Yanvar 2025
written by Gozetci

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib.

Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

Həsənli deyib ki, Abzas Media hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırmaqla, cəmiyyətin problemlərini və vətəndaşların hüquqlarını pozulmasının işıqlandırmaqla məşğul idi. Məhz bu hakimiyyətin jurnalistlərə qarşı qəzəbinə səbəb olub.

İş materiallarında jurnalistlərin təqsirini təsdiq edən bir dəlil belə yoxdur.

Polis bölməsində etiraf əldə etmək üçün onu şantaj ediblər. Fiziki təzyiqə baxmayaraq, o, telefonunun və kompüterinin kodunu verməyib.

Həsənli bildirib ki, nəşrin redaksiyasında axtarış zamanı “aşkar edilmiş” pulu oraya polis qoyub.

İstintaq zamanı müdafiə tərəfi banknotlardakı barmaq izlərinin ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb, lakin rədd cavabı alıb.

Həsənli həmçinin İstintaq Təcridxanasında bu işin fiqurantlarına qarşı qeyri-insani rəftara son qoyulması haqqında vəsatət qaldırıb. Jurnalistlər vəkilləri və qohumları ilə görüşləri saatlarla gözləməli olurlar. Bu, həbs edilmiş jurnalistlərin bir-birini görməməsi üçün edilir.

Lakin hakim Rasim Sadıxov vəkillərin Penitensiar Xidmətə müraciət etməsini tövsiyə edib.

Bu iş üzrə təqsirləndirilən digər araşdırmaşı jurnalist Hafiz Babalı Həsənlidən Abzas Media-da işləyib-işləmədiyini soruşub. Həsənli Babalının burada işləmədiyini, yalnız bir neçə məqalə yazdığını bildirib.

Digər təqsirləndirilən şəxs Fərid Mehralızadənin vəkili müvəkkilinin həyat yoldaşına etibarnamə verməsi üçün şərait yaradılması haqqında vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib.

Növbəti iclas fevralın 11-nə təyin edilib.

* 2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında Abzas Media-nın rəhbərləri və əməkdaşları – Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı Həbs olunub. Mayda bu iş üzrə iqtisadçı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar – CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Bir çox beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları bu ittihamları uydurma hesab edib və dəfələrlə jurnalistləri azad etməyə çağırıb.

Turan 

18:16, 21 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Azər Qasımlını həbsdə saxladı

by Gozetci 14:24, 21 Yanvar 2025
written by Gozetci

Azər Qasımlı

 

Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının şikayətinə baxılıb. O, ev dustaqlığına keçirilməsindən imtina qərarından şikayət vermişdi.

Vəkil Aqil Layıcın Turan-a verdiyi məlumata görə, iclasda Qasımlı heç bir cinayət törətmədiyini, əksinə, özünün cinayət qurbanı olduğunu bildirib və həbsini “qanunsuz” adlandırıb. Bununla belə, məhkəmə şikayəti təmin etməyib.

Politoloqun həyat yoldaşı Samirə Qasımlı bildirib ki, ailə ədalətli məhkəmə gözləmirdi.

“Biz hakimiyyətin Azər Qasımlını niyə həbs etdiyini bilirik. Onu həbs ediblərsə, deməli, tezliklə azad etmək niyyətləri də yoxdur.

Vəkilin tövsiyəsinə əsasən, Azərbaycanın bütün məhkəmə instansiyalarından keçmə prosedurları yerinə yetirilməlidir ki, sonra Avropa Məhkəməsinə müraciət edək. Biz yaxşı başa düşürük ki, Azərin işi üzrə qərarlar hüquqi deyil, siyasi müstəvidə qəbul olunur”, deyə həyat yoldaşı bildirib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı CM-in 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Turan 

14:24, 21 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İmişlidə 17 yaşlı sürücü həbs edilib

by Gozetci 12:31, 21 Yanvar 2025
written by Gozetci

İmişli rayonunda kütləvi etirazlara və iki azyaşlının ölümünə səbəb olan yol qəzası ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qəza ilə bağlı 17 yaşlı sürücünün həbs edildiyi bildirilir.

“Yanvarın 18-də, İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb”, – məlumatda əlavə edilir.

Vurğulanır ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü şəxsin qohumuna məxsus “Mercedes Benz 190” markalı avtomobili “…qaçıraraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sürüb”: “Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmasına və avtomobili qəza yerində saxlayaraq qaçmasına şübhələr müəyyən edilib… Müstəntiqin vəsatəti əsasında İmişli rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib”.

Məlumatda DYP avtomobilinin əməkdaşının taleyi ilə bağlı məlumat verilmir.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxsin yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

İmişlidə saxlananlara işgəncə verildiyi deyilir

Yanvarın 18-də İmişli şəhərində iki nəfərin ölümü və daha iki nəfərin ağır yaralanması ilə nəticələnən avtomobil qəzasından sonra baş verən etiraz aksiyasının saxlanan iştirakçılarına işgəncələr verildiyi bildirilir.

Bu barədə saxlandığı bildirilən bəzi şəxslərin yaxınları məlumat verib. Onların sözlərinə görə, Dövlət Yol Polisinin (DYP) avtomobilini aşıranlar, onu təpikləyənlər, habelə “istefa” şüarı səsləndirənlər daha amansız rəftara məruz qalıblar:

“Aksiya zamanı və ondan sonra saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və “istefa” şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub”.

Yanvarın 18-də və sonrakı günlərdə İmişli rayon Məhkəməsinin də işlədiyi bildirilir.

“Saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarılır”, – adının çəkilməsini istəməyən rayon sakinlərindən biri deyib.

Yerli mənbələr onu da bildirirlər ki, kənar yerlərdən İmişliyə xeyli polis cəlb olunub: “Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın edib, qanunsuz axtarış aparırlar. Axtardıqları şəxsi tapmayanda ailə üzvləri təhdid olunur. Bəziləri elə evinə qayıdarkən küçədə ikən tutulub”.

“‘İstefa” qışqıranları elə döyülüblər ki…”

Polis idarəsinə aparılıb, lakin bir sutka saxlanılandan sonra sərbəst buraxılanların da az olmadığı deyilir: “Onların bəziləri aksiya iştirakçılarının müəyyənləşdirilməsi üçün sorğu-sual edilir. Sosial şəbəkələrdə canlı yayım, paylaşım etmiş şəxslər də dindirilməyə cəlb olunub. Amma “istefa” qışqıranları elə döyüblər ki, indi bir çoxu yatağa düşüb, bədənləri qapqaradır. Saxlanılanların bəziləri barədə yaxınları hələ də məlumat ala bilmədiklərini deyirlər”.

Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan öncə Daxili İşlər Nazirliyindən saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar, bir qayda olaraq, yalanlanıb.

“Saxlanılan çoxdur”

Ümumilikdə saxlananların sayının 100 nəfərdən çox olduğu bildirilir. AzadlıqRadiosuna məlumat verən rayondakı qaynaq onlardan bir bölümü haqqında cinayət işi başlandığını və istintaq getdiyini deyir. Həmin qaynaq saxlanılanlardan bir qrupun da inzibati qaydada həbs olunduğunu bildirir:

“Bir xeyli adam da xırda xuliqanlıq ittihamı ilə sutkalıq həbsə göndərilib. Onlar polis şöbəsindən hissə-hissə məhkəməyə aparılır, həbs qərarları alınır. Yanvarın 19-da da bir neçə nəfərin qərarı alınıb, bu gün də. Hələ davam edir, qərar verilir ki, kim sutkalıq həbsə göndərilsin, kimə cinayət işi açılsın. Saxlanılan çoxdur”.

Bu bilgini məhkəmədən də AzadlıqRadiosuna təsdiqləyiblər. Oradan bildirilib ki, saxlanılan şəxslər yanvarın 19-da axşam saat 6-7 radələrində İmişli rayon Məhkəməsinə gətirilib. Yanvarın 20-də isə günorta saatlarında daha bir neçə nəfər saxlanılan şəxsin işinə baxılıb: “Gətirilənlərin hamısı haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib. Onlara 1 ayadək inzibati həbs verilib”.

19-20 yanvar qeyri-iş günlərinə təsadüf etsə də, bu işlərə baxmaqdan ötrü bir neçə hakimin məhkəməyə çağrıldığı bildirilir.

İnzibati qaydada həbs olunanlar arasında İmişli rayon sakinlərindən Orxan Əhmədli, Elvin Pənahov, Elşad Mirzəməmmədov, Amil Səmədov, Səlim Rüstəmov və Elçin Əsədov da var.

Xatırlatma

Yanvarın 18-də günorta saatlarında İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanıb.

Bundan sonra rayonda etiraz aksiyası keçirilmişdi. Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilmişdi ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə, bir qrup şəxs saxlanıb. Amma nazirlik saxlananların sayını açıqlamamışdı.

AzadlıqRadiosu 

12:31, 21 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan AXCP fəalının aclığa başladığı bildirilir

by Gozetci 20:29, 20 Yanvar 2025
written by Gozetci

Niyaməddin Əhmədov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədov aclığa başlayıb.

Bu barədə AXCP məlumat yayıb.

Əhmədovun aclığa başlamasına səbəb cərimə təcridxanasına (karser) salınması olub.

“Niyaməddin Əhmədovun 7 saylı Cəzaçəkmə Müəssisəsində son zamanlar qeydə alınan ölüm hadisəsini ictimailəşdirdiyi üçün cərimə təcridxanasına salınıb. O buna etiraz olaraq aclıq aksiyasına başlayıb”, AXCP-nin məlumatında deyilir.

Belə ki, Azadlq qəzeti yanvarın 16-da Facebook səhifəsində son 10 gün ərzində 7 saylı Cəzaçəkmə Müəssisəsində baş verən ölüm hadisəsi barədə məlumat yayıb.

“7 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş ölüm hadisəsinin səbəbləri barədə azadliq.info-ya ilginc məlumat daxil olub. Məhbus Nağıyev Tural Elxan oğlu cəza çəkdiyi 7 saylı Çəzaçəkmə Müəssisində vəhşicəsinə döyülərək təhqir edilib. Sonra isə cərimə kamerasına (karserə) salınıb. Verilən məlumata görə, məhbus ona edilən təhqirlər səbəbindən karserdə özünü asaraq intihar edib. Həmin cəzaçəkmə müəssisəsində digər bir məhbusun da həyatının təhlükədə olduğu bildirilir. Gəncədən olan Orxan adlı məhbus dustaq yoldaşları arasında “ölüm hadisəsindən sonra rəisi dəyişərlər” dediyinə görə karserə salınıb. Ona da işgəncə verildiyi bildirilir”, xəbərdə qeyd edilir.

Bununla yanaşı, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Niyaməddin Əhmədov haqqında məlumatlar əsassızdır.

“Qeyd olunan şəxs cərimə təcridxanasına keçirilməyib və hazırda aclıq etmir. Müəssisənin yaşayış sahəsində digər məhkumlarla bərabər saxlanılır. Əhmədovun hüquqları təmin olunur, qanuni mənafeyi qorunur. Eyni zamanda, müəssisə rəisi və digər əməkdaşlar tərəfindən məhkum təhdidlərə və təzyiqlərə məruz qalmamışdır”, Penitensiar Xidmətin cavabında qeyd edilir.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

20:29, 20 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Müsavat Partiyasının fəalı Əlikram Xurşidova 10 sutka inzibati həbs cəzası verilib

by Gozetci 20:21, 19 Yanvar 2025
written by Gozetci

Əlikram Xurşidov

 

Yanvarın 19-da Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Müsavat Partiyasının açıqlamasında bildirilir.

Partiya Xurşidovun həbsini əsassız və siyasi motivli hesab edir. Müsavat Xurşidovun həbsini sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə əlaqələndirir.

Partiya Xurşidovun və bütün digər siyasi məhbusların azadlığa buraxılmasını və repressiyalara son qoyulmasını tələb edib.

Turan 

20:21, 19 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İmişlidə polisə qarşı etirazdan sonra rayona Daxili Qoşunların girdiyi bildirilir

by Gozetci 16:27, 19 Yanvar 2025
written by Gozetci
Yanvarın 18-də İmişli rayonunda yol polisinin törətdiyi və iki məktəblinin ölümü ilə nəticələnən qəzadan sonra şəhərdə gücləndirilmiş rejim hökm sürdüyü bildirilir.
İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.
Sosial mediada yayılan məlumata əsasən Daxili Qoşunların girdiyi və yolların bağlandığı bildirilir.
Yerli əhalidən verilən məlumata əsasən İmişlidə internet kəsildiyi bildirilir.
Rayondakı etirazlardan sonra saxlanılanların olduğu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb, amma say açıqlamayıb.
DİN-in yaydığı fotoda saxlanılanların 9 nəfər olduğu görülür.
Toplum TV-nin yaydığı məlumata əsasən yerli mənbənin ehtimalına görə, saxlanılanların sayı 100-dən çoxdur.
Əsasən polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edənlərin saxlanıldığı bildirilir.
Meydan TV
16:27, 19 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun Şirvanda saxlandığı bildirilir

by Gozetci 16:10, 19 Yanvar 2025
written by Gozetci

Əlikram Xurşidov

 

Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun yanvarın 19-da gecə saatlarında Şirvan şəhərində yaşadığı evdə saxlandığı bildirilir. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı məlumat verib. Onun deməsinə görə, Xurşidovun körpə uşaqlarının da olduğu evə 15-20 maskalı hücum edilib.

Məclis sədrinin sözlərinə görə, gecə saat 3 radələrində olan bu olaydan əvvəl onların yaşadığı ərazidə işıqlar söndürülüb.

Partiyadan bildirildiyinə görə, daha sonra Əlikram Xurşidovun Şirvan şəhər Polis Şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb.

“Əvvəllər də şərlənərək həbs edilən Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır. Onun, məhz bu səbəbdən saxlanması şübhəsizdir. Əlikram Xurşıdovun saxlanması ölkədə davam edən repressiya siyasətinin davamıdır”, – Arif Hacılı deyib.

Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Onun əvvəlki həbsi

Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Əlikram Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı. Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.

AzadlıqRadiosu 

16:10, 19 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Ülviyyə Əlinin ölkədən çıxışına qadağa qoyulub

by Gozetci 14:36, 19 Yanvar 2025
written by Gozetci

Ülviyyə Əli

Bu barədə jurnalistin özü məlumat verib.
Yanvarın 16-da “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əli (Quliyeva) Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib.
Jurnalist “Gözətçi”yə bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Ülviyyə Əlinin sözlərinə görə, ona ölkədən çıxışına qadağa qoyulduğunu yalnız özü soruşandan sonra deyilib.
Jurnalist bu qərarı sərbəst hərəkət etmə azadlığının pozuntusu, həmçinin jurnalist fəaliyyətinə müdaxilə kimi qiymətləndirir. Ülviyyə Əli qərarla bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Onun sözlərinə görə, hansısa medianın əməkdaşı olmaq cinayət deyil, lakin bu situasiyada qərar ona aydın deyil və əsassızdır, çünki o “Meydan TV”nin əməkdaşı deyil.
14:36, 19 Yanvar 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia