Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
Vətəndaş Cəmiyyəti

Bulletin – June

by Gozetci 10:16, 06 İyul 2025
written by Gozetci

 

On June 11, the Bilasuvar District Court sentenced three members of the opposition Musavat Party, Aladdin Alasgarli, Jabir Valiyev (2 years 3 months) and Goshar Nurali (2 years) to prison terms charged with Article 221.2.1 (hooliganism, committed by a group) of the Criminal Code (CC) related to a party event in late 2024, which the party asserts was a politically motivated provocation.[1]

Despite medical evidence of Alasgarli’s injuries, only the provocateur was fined, while the activists were imprisoned. Separately, on June 24, 2025, Agshin Abdullayev, member of Popular Front Party of Azerbaijan’s (PFPA) Oghuz branch, received 30 days of administrative detention after being summoned to a police station.[2] The PFPA claims Abdullayev was ‘slandered’ due to his criticisms, though specific details remain undisclosed and unconfirmed by official sources.

[1] Abzas Media, ‘On June 11, three members of the Musavat Party were sentenced on charges of hooliganism’, (June 2025), https://abzas.info/az/2025/6/musavatn-3-uzvu-barsind-hok9449f58a-4/, [available in Azerbaijani]

[2] Radio Liberty, ‘Our Member received 30 days of administrative detention’, (June 2025), AXCP: Gənc üzvümüzə 30 sutka verilib https://www.azadliq.org/a/33454674.html, [available in Azerbaijani]

Follow the link to read the statement in more detail.

10:16, 06 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan parlamenti yerli və beynəlxalq tənqidlərlə üzləşən “Media haqqında” Qanununa dəyişiklik edir

by Gozetci 22:40, 04 İyul 2025
written by Gozetci

 

Bu gün, iyulun 4-də Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanuna əlavələrdə media subyektinin təsis edilməsinə, xarici media subyektlərinin qeydiyyatdan keçməsinə və ümumilikdə media subyektlərinin fəaliyyətlərinə dair tələblər genişlənir.

Layihəyə təklif edilən yeni bir maddəyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata, əxlaqa zidd, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Digər tərəfdən, Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı beş xarici ölkədə jurnalisti akkreditasiyadan keçməlidir.

Bununla bərabər, Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib.

Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilib.

Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır.

AzadlıqRadiosu 

22:40, 04 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan xanım jurnalistlər aclıq aksiyasına başlayıblar

by Gozetci 10:00, 04 İyul 2025
written by Gozetci

Nərgiz Absalamova, Sevinc Vaqifqızı və Elnarə Qasımova

 

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova 2 gündür aclıq edirlər.

Bu barədə onların yaxınları məlumat verib.

Bildirilib ki, jurnalistlər bu qərarı Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürüldükdən sonra aclıq aksiyasına başlayan “Abzas Media”nın direktoru Ülvi Həsənliyə dəstək olaraq veriblər.

“Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər, onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb”.

Yaxınları deyir ki, jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımova aclıq aksiyası ilə bağlı telefon zəngində ailələrinə məlumat verən zaman əlaqə kəsilib.

Azadlıq qəzeti

10:00, 04 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıMil–MuğanSliderXƏBƏRLƏR

İmişlidə məktəblilərin öldüyü qəzadan sonrakı etirazlara görə tutulanlara hökm oxunub

by Gozetci 22:10, 03 İyul 2025
written by Gozetci

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzayla bağlı baş verən etirazlardan sonra həbs olunanlara hökm oxunub.

APA-nın xəbərinə gğrə, iyulun 3-də İmişli rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin olunub.

İş üzrə təqsirli bilinən Nazim Əliyev 1 il, Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il, Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Canpolad Əliyevə 1 il, Hüseyn Cabbarlıya 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.

🔹 Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu.

Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu.

Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin xəstəxanaya yerləşdirildiklərini deyirdilər.

DİN-in və digər rəsmi qurumların məlumatında qəzanı törədən DYP əməkdaşı haqqında məlumat hələ də verilmir.

Toplum TV

22:10, 03 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həyat yoldaşı: Ülvi Həsənli aclıq aksiyasına başladığı üçün işgəncəyə məruz qalıb

by Gozetci 19:25, 30 İyun 2025
written by Gozetci

Ülvi Həsənli

 

Beş günlük tam məlumatsızlıqdan sonra jurnalist Ülvi Həsənli bu gün ilk dəfə saxlanıldığı Umbakı təcridxanasından ailəsi ilə əlaqə saxlayıb.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva iyunun 30-da məlumat yayıb.

Onun bildirdiyinə görə, Ülvi Həsənli təcridxanaya köçürüldüyü gün aclıq aksiyasına başladığı üçün həmin vaxtdan etibarən 5 gündür karsa salınıb:

“Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – deyə Rübabə Quliyeva bildirib.

Jurnalistin həyat yoldaşının sözlərinə görə, Həsənliyə verilən məlumata əsasən, cütlük arasında rəsmi nikah olmadığı üçün, azyaşlı övladları olmasına baxmayaraq, görüş hüququ da tanınmayacaq:

“Bundan sonra onun telefon zənglərinə icazə verilib-verilməyəcəyi də məlum deyil”, – deyə o əlavə edib.

Toplum TV 

19:25, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub

by Gozetci 18:41, 30 İyun 2025
written by Gozetci

İyunun 30-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxışlar ediblər.

Əvvəlcə təqsirləndirilənlərdən Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatət verərək Azər Tağıyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib.

Hakim vəsatəti təmin etməyib.

Ardınca Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli çıxış edərək 2024-cü ilin martında həbs olunduqdan bəri Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib.

O bildirib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət etsə də, bu sənəd ona verilməyib.

Məmmədli məhkəmədən onun bu probleminin Vergilər Nazirliyinin diqqətinə çatdırılmasını istəyib. Onun vəsatəti təmin olunub.

Media eksperti daha sonra əleyhinə olan ittihamlardan söz açıb.

“Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsində təmənnasız dərs demişəm, maaşımı fakültəyə bağışlamışam. İndi mənə deyirlər ki, sən tamah məqsədilə cinayət törətmisən”, – Məmmədli qeyd edib.

“Bizi mütəşəkkil dəstə adlandırırlar və iddia edirlər ki 2014-cü ildən fəaliyyət göstəririk. Bizimlə birlikdə həbs olunan İlkin Əmrahov həmin vaxt 12 yaşında olub. O, 12 yaşında necə mütəşəkkil dəstə üzvü olub? Burada şüşə arxasında oturan gənclərin heç bir günahı yoxdur. Onların yeganə günahı odur ki, biz ziyalılara qulaq asıblar, haqqın arxasınca qaçıblar. Onlara baxıb özümü günahkar hiss edirəm ki, onlara yol göstərmişəm. Əgər Azərbaycan Konstitusiyası bunu cinayət hesab edirsə, mən cinayətkaram”, – o əlavə edib.

İttiham olunduğu qanunsuz işəgötürmə maddəsinə toxunan Məmmədli deyib ki, 9 təqsirləndirilən və 49 şahidin ifadə verdiyi işdə bir nəfər belə onun kimisə işə dəvət etdiyi haqda söz işlətməyib.

O həm də 10 gün əvvəl müayinə olunduğunu, lakin hələ də müayinə olunduğu haqda sənədi ala bilmədiyini məhkəməyə bildirib.

Çıxış edən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli ittiham aktında haqqında yazılanlarla razılaşmadığını deyib.

“Bizim yeganə günahımız 30 ildən çox avtoritar sistemin qurulmasına etiraz etməyimiz, qanunun şah olmasını tələb etməyimiz, parlament hökuməti, şəffaf və hesabatlı dövlət istəməyimiz, insan ləyaqətini hər şeydən üstün tutmağımız, idarə edilən yox, idarə edən cəmiyyət istəməyimizdir”, – o vurğulayıb.

Ardınca çıxış edən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal təkcə özlərinə qarşı deyil, həm də “Abzas Media” və “Meydan TV” işlərindəki ittihamları rədd etdiyini bildirib.

“Xaricdəki blogerlər Azərbaycan hakimiyyətini hədəfə alan yayımlar etməyə başlayanda və söyüş müxalifəti adını qazananda, Ələsgər Məmmədli özü buna qarşı çıxdı və dedi ki, bizim yolumuz bunun əksi olmalıdı, biz hər şeyi etik normalar çərçivəsində etməliyik. Amma hakimiyyət göstərir ki, o elə xaricdəki blogerlərin etdiyinə layiqdi”, – o deyib.

Toplum TV-nin video redaktoru Müşfiq Cabbar istintaqın ortaya heç bir sübut çıxara bilmədiyini xatırladıb.

“Əvvəl deyirdilər istintaq aparılır, indi istintaq başa çatıb, amma hələ də ortada bir şey yoxdu. Hər dəfə istintaq müddətini uzadanda da əsaslandıra bilməyiblər ki, niyə uzadırlar”, – o qeyd edib.

İDİ-nin əməkdaşı Ramil Babayev bu təşkilatdakı işinin qanunsuz olmadığını, heç bir ittihamla razılaşmadığını deyib. O bildirib ki, “əsl günahkarların kim olduğunu sön sözündə” açıqlayacaq.

İDİ-nin digər əməkdaşı İlkin Əmrahov isə ittiham aktında yazılanların ümumiyyətlə ona aydın olmadığını bildirib.

Fərid İsmayılov da ittihamları rədd edib, yeganə təqsirinin polis nəzarəti qətimkan dövründə çəkməyə başladığı reportajlarını tamamlaya bilməməsi olduğunu deyib.

Prosesdə zərərçəkən qismində çıxış edən Vergilər Nazirliyi 79 min manatın təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsini istəyib. Vəkillər Rəsul Cəfərov və Fəxrəddin Mehdiyev, habelə təqsirləndirilən Ramil Babayev buna etiraz edib.

Babayev bildirib ki, təqsirləndirilənlərin Toplum TV və ya İDİ-də fərqli müddət aralıqlarında işləməsinə baxmayaraq onların hamısından eyni məbləğdə vəsaitin istənilməsi işin sifarişli olduğunu göstərir.

Növbəti məhkəmə iclası iyulun 7-i saat 10.00-a təyin olunub.

“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Toplum TV 

18:41, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərovun məhkəməsi başlayıb

by Gozetci 18:00, 30 İyun 2025
written by Gozetci

Rüfət Səfərov

 

İctimai-siyasi fəalların təqiblərə məruz qaldığı işlərlə bağlı hüquq müdafiə fəaliyyəti göstərən Rüfət Səfərov özü artıq 7 aydır həbsdədir

İyunun 30-da “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun işi üzrə məhkəmə iclası başlayıb.

“Abzas Media”ya bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, proses Bakı Ağır Cinayətlər məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə keçirilib.

“Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirildi. Vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verdi, ancaq məhkəmə vəsatəti təmin etmədi. İş məhkəmə baxışına verildi”, – məlumatda qeyd olunub.

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Rüfət Səfərov ötən ilin dekabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Rüfət Səfərov ittihamları rədd edir və hüquq müdafiə fəaliyyətinə görə həbs oliunduğunu deyir. Yerli huquq müdafəçiləri də onu siyasi məhbus hesab ediblər.

10 Dekabr – İnsan Hüquqları Günündə ABŞ Dövlət Departamenti Səfərovu mükafatlandırıb. O, ilin ən cəsarətli hüquq müdafiəçilərinə verilən mükafata ayiq görülüb.

Vaxtilə Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən Səfərov 2015-ci ildə insan hüquqları və demokratiya sahəsindəki pozuntuları əsas göstərərək vəzifəsindən istefa verib.

O, 2016-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs olunub və 9 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanımışdı.

2020-ci ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Rüfət Səfərov hüquq müdafiəsi sahəsini fəaliyyətini daha da gücləndirib.

AbzasMedia

18:00, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədlinin heç bir vəsatəti təmin edilməyib

by Gozetci 16:27, 30 İyun 2025
written by Gozetci

Anar Məmmədli


İyunun 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın (Abdullayev) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən prosesdə müdafiə tərəfi müxtəlif vəsatətlərlə çıxış edib.

Vəkillər qanunsuz olmasını əsas göstərərək kompüter və telefonlardan aşkar edildiyi bildirilən materialların sübutlar siyahısından çıxarılmasını istəyib.

Eyni zamanda, Anar Məmmədlinin cinayət işinə xitam verilməsi və ya onun ev dustaqlığına buraxılması ilə bağlı da vəsatətlər verilib.

Hakimlər heç bir vəsatəti təmin etməyiblər. Növbəti proses iyulun 7-i, saat 14:15-ə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.
Məmmədli özünü təqsirli saymır.
Onunla birlikdə ittiham olunan Anar Abdulla isə aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.
Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və  rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.

16:27, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

DİN “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib

by Gozetci 16:00, 30 İyun 2025
written by Gozetci

İyunun 30-da polisin “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirdiyi bildirilir.

Hökumətyönlü medianın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumatda belə deyilir.

“Sputnik Azərbaycan” hələki məsələylə bağlı  münasibət bildirməyib.

Yenilənmiş məlumata görə, “Sputnik Azərbaycan” agentliyinin ofisində keçilən əməliyyat zamanı saxlanılanlar var.

Əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərir.

Azərbaycanda 2015-ci ilin mayından fəaliyyətə başlayan qurum ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.

Bir müddət əvvəl “Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəliyi ləğv edilib. Bildirilib ki, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Toplum TV

16:00, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media”nın direktoru Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur

by Gozetci 15:39, 30 İyun 2025
written by Gozetci

Ülvi Həsənli

 

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən media qurumunun direktoru Ülvi Həsənlidən 5 gündür xəbər alınmır. Bu barədə məlumatı jurnalistin ailəsi yayıb.

Bildirilir ki, Həsənli iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Eyni iş üzrə həbs edilərək həmin müəssisəyə aparılan digər jurnalistlər artıq ailələri ilə əlaqə saxlayıb görüşsələr də, Ülvi Həsənli hələ də ailəsi ilə telefon danışığı belə edə bilməyib.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, məsələ ilə bağlı Penitensiar Xidmətin qaynar xəttinə müraciət edib, müraciətin qeydə alındığı bildirilib. Ombudsman Aparatına edilən zənglər isə cavabsız qalıb.

Məlumata görə, Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı Penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda aclıq aksiyasına başlayacağını bildirib. Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (“kars”) salınmasından narahatdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü ilin noyabrında “Abzas Media”nın direktor və əməkdaşları korrupsiya araşdırmaları apardıqları bir vaxtda həbs olunmuşdu. Ötən il mayda “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “Abzas Media” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.

Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.

AbzasMedia

 

15:39, 30 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia