Həyat yoldaşı: Ülvi Həsənli aclıq aksiyasına başladığı üçün işgəncəyə məruz qalıb

by Gozetci

Ülvi Həsənli

 

Beş günlük tam məlumatsızlıqdan sonra jurnalist Ülvi Həsənli bu gün ilk dəfə saxlanıldığı Umbakı təcridxanasından ailəsi ilə əlaqə saxlayıb.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva iyunun 30-da məlumat yayıb.

Onun bildirdiyinə görə, Ülvi Həsənli təcridxanaya köçürüldüyü gün aclıq aksiyasına başladığı üçün həmin vaxtdan etibarən 5 gündür karsa salınıb:

“Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – deyə Rübabə Quliyeva bildirib.

Jurnalistin həyat yoldaşının sözlərinə görə, Həsənliyə verilən məlumata əsasən, cütlük arasında rəsmi nikah olmadığı üçün, azyaşlı övladları olmasına baxmayaraq, görüş hüququ da tanınmayacaq:

“Bundan sonra onun telefon zənglərinə icazə verilib-verilməyəcəyi də məlum deyil”, – deyə o əlavə edib.

Toplum TV 

You may also like