Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı deyilir

by Gozetci 09:04, 28 İyun 2025
written by Gozetci

Hacı Vəliyev

 

“Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir.

Yaxınlarının bununla bağlı iyunun 27-də yaydığı məlumata görə, o, ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bildirildiyinə görə, baş nahiyəsindən xəsarət aldığını qeyd edən Hacı Vəliyev telefonda danışmaqda çətinlik çəkirmiş.

Yaxınları Hacı Vəliyevin taleyindən narahatdır.

Bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

O, bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra “Gənc Qazilər” İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: 

“Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik”.

Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

“Gənc Qazilər” İB 2021-ci ildə “Qarabağ Qaziləri” İB-nin əsasında yaradılmışdı.

AzadlıqRadiosu

09:04, 28 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamentinin üzvləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyirlər

by Gozetci 22:08, 27 İyun 2025
written by Gozetci

Avropa Parlamentində Azərbaycanda jurnalistlərə, fəallara qarşı siyasi motivli məhkəmələr çərçivəsində çıxarılan qərarları pisləyən birgə bəyanat qəbul olunub. Parlamentin İnsan Hüquqları Alt komitəsinin sədri, deputat Munir Saturi, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi, deputat Dan Barna Azərbaycanda siyasi motivli işlər üzrə jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti fəallarına qarşı sərt həbs cəzalarının verilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

“Son günlər Azərbaycanda siyasi motivli işlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara verilən son dərəcə ağır həbs cəzaları bizi dəhşətə gətirir. Onların heç biri – eləcə də ölkədəki digər siyasi məhbuslar, – ümumiyyətlə, təqib olunmamalı idi. Lakin bu qeyri-adi dərəcədə ağır cəzalar hakimiyyət tənqidçilərinə qarşı Azərbaycanda davam edən repressiyanın daha da gücləndiyini göstərir”, – bəyanatda deyilir.

Avropalı parlamentarilər “AbzasMedia”nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, fəal Məhəmməd Kekalov, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, talış tarixçi və etnoqraf İqbal Əbilov, müxalif fəal Tofiq Yaqublu, siyasi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə hökmlərini xatırladıblar.

Birgə bəyanatda Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair çağırış edilir:

“Biz (Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə) ali nümayəndəni, (Avropa Komissiyasının) vitse-prezidenti və Avropa Xarici Fəaliyyət Xidmətini mövcud yolda rejimi cəsarətləndirəcək hər hansı addımdan qaçınmağa çağırırıq. Xatırladırıq ki, Parlament dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi üçün bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması şərtlərinin qoyulmasını tələb edib”.

AzadlıqRadiosu

22:08, 27 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Hökm qüvvəyə minməmiş onlar Kürdəxanı təcridxanasından köçürülə bilməzdi, qanunsuzdur’

by Gozetci 18:11, 27 İyun 2025
written by Gozetci

 

 

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər, eləcə də politoloq Bəhruz Səmədovun hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsinə ailələri etiraz edir. Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib.

B.Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsinin Umbakıya köçürülməsindən iyunun 27-də xəbər tutub. Onun sözlərinə görə, bunu Bakı İstintaq Təcridxanasından öyrənib:

“Nə işçilər məlumat verib, nə də Bəhruza şərait yaradıblar ki, özü xəbər versin. Hökm hələ qüvvəyə minməyib, niyə köçürürlər?”.

“AbzasMedia”çıların yaxınları da onların Umbakıya köçürülməsindən narazıdır. Deyirlər ki, Penitensiar Xidmətin bu addımı qanunsuzdur, vəkil şikayət verəcək.

“Hökm qüvvəyə minməmiş onlar Kürdəxanıdan köçürülə bilməz. Hökmdə cümlə var ki, “hökm qüvvəyə minənədək barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməsin”. Həbs-qətimkan tədbiri seçilməsi barədə qərarda da saxlanma yeri Bakı İstintaq Təcridxanası göstərilib. Deməli, qüvvəyə minənədək bu adamlar Bakı İstintaq Təcridxanasında saxlanmalıdırlar. Açıq-aşkar əvvəlki qərara da, indiki hökmə də ziddir, qanunsuz addımdır”, –jurnalistlərdən birinin ailə üzvü AzadlıqRadiosuna bildirib.

Həbsdəki jurnalist və ictimai fəalların haqqında hökm qüvvəyə minmədən onların yerdəyişməsi ilə əlaqədar yaxınların narazılığına Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

18:11, 27 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Azər Qasımlı həbsdə qaldı

by Gozetci 09:54, 26 İyun 2025
written by Gozetci

Azər Qasımlı

 

İyunun 25-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim növbəti iclası iyulun 2-nə təyin edib.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb.

Özü ittihamı qəbul etmir.

Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.

Toplum TV 

09:54, 26 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP fəalı Aqşin Abdullayevə 30 sutka inzibati həbs cəzası verilib

by Gozetci 18:42, 25 İyun 2025
written by Gozetci

Aqşin Abdullayev

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin fəallarından Aqşin Abdullayevin (Oğuz) Binəqədi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə AXCP-dən məlumat veriblər. Partiya onun tənqidlərinə görə şərləndiyini hesab etsə də, detallar açıqlanmayıb.

Dünən, iyunun 24-də Aqşin Abdullayev Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə çağırılmışdı. Onun çağırış üzrə bölməyə getdiyi, amma sonra Xalq Cəbhəsi üzvündən məlumat almağın mümkün olmadığı bildirilmişdi.

AXCP-nin bu açıqlamasını, hələlik, Daxili İşlər Nazirliyi, Binəqədi rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosu

18:42, 25 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ülviyyə Əli polisin protokolları saxtalaşdırdığını deyir

by Gozetci 12:57, 25 İyun 2025
written by Gozetci

Ülviyyə Əli

 

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) polisin onu saxladığı və evində axtarış apardığı zaman tərtib edilən protokolların saxtalaşdırıldığını deyir.

Yaxınları bildirir ki, jurnalist bunu iyunun 24-də Xətai Rayon Məhkəməsində barəsindəki həbs qətimkan tədbirinin uzadılmasına baxılan prosesdə səsləndirib.

Ü.Əli deyib ki, saxlanıldığı və evində axtarış aparıldığı zaman polisin yol verdiyi müxtəlif qanunsuzluqlarla bağlı, polisin tərtib etdiyi protokollarda çoxsaylı qeydlər aparıb.

O, bunlara nümunə olaraq Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) zorakılıq və zorlanma təhdidi görməyini, evdə axtarışın vəkilsiz aparılmasını, özünün seçdiyi vəkillə təmin olunmamağını, müstəntiq Əlibala Hacıyev və polis əməkdaşlarının evdən tapdıqlarını iddia etdikləri pulu əlcəksiz saymalarını sadalayıb.

“Bu yaxınlarda vəkillərimin vəsatətlərinə istintaq tərəfindən gələn cavabda bildirilib ki, guya dövlət hesabına təyin olunan vəkil Sevdiyar Bayramovu mən xahiş etmişəm, həmçinin evdə aparılan axtarış zamanı tərtib olunan protokollarda hansısa pozuntunun olduğu ilə bağlı qeyd aparmamışam. Bu cavabdan sonra aydın olur ki, istintaq saxtakarlıq edərək protokollarda yazdığım qeydləri məhv edib və protokollardakı imzam da saxtalaşdırılıb. Azərbaycanda qanunun, hüququn sadəcə müqəvvası qalıb, işləviliyi yoxdur”, – o deyib.

Mayın 7-də Ülviyyə Əli barəsində Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri çıxarıb. İyunun 24-də həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Ülviyyə Əli “Meydan TV işi” ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV

12:57, 25 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“MeydanTV işi” üzrə saxlanılan jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb

by Gozetci 18:41, 24 İyun 2025
written by Gozetci

 

İyunun 24-də Xətai rayon Məhkəməsində keçirilən proseslərdə jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı ittiham tərəfinin vəsatətlərinə baxılıb.

Məhkəmənin qərarına əsasən, jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre), Şəmşad Ağayev və Ülviyyə Əlinin həbs müddətləri daha 3 ay, yəni oktyabrın 6-dək uzadılıb.

Müdafiə tərəfi bu vəsatətə etiraz edib, həbsin uzadılmasına əsas görmədiyini bildirib. Vəkillər qeyd ediblər ki, jurnalistlər heç bir cinayət törətməyiblər.

Onların sözlərinə görə, jurnalistlərə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, buna dair inandırıcı sübut təqdim olunmayıb.

“Azadlıq Radiosu”nun məlumatına görə, Aynur Elgünəş məhkəmədə çıxış edərək vurğulayıb ki, məhkəmə notarius kimi təsdiqləyici instansiyaya çevrilməməlidir.

“Meydan TV” jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar “qaçaqmalçılıq” faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.

Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.

Bu ilin fevral ayında daha üç jurnalist – fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı “Meydan TV işi” ilə bağlı saxlanılıb.

Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.

Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

AbzasMedia

18:41, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb

by Gozetci 18:29, 24 İyun 2025
written by Gozetci

Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”. 

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.

“Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, – deyə təşkilat çağırış edib.

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 20-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Səmədov dövlətə xəyanət, “Abzas”çılar isə qaçaqmalçılıq daxil olmaqla bir neçə maddədə ittiham edilib.

Toplum TV 

18:29, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Elvin Mustafayevin zorakılığa məruz qaldığı deyilir

by Gozetci 18:11, 24 İyun 2025
written by Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevə “xüsusi amansızlıqla” işgəncə verildiyi bildirilir.

Bu barədə “İşçi Masası” iyunun 24-də məlumat yayıb.

Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada cərimə kamerasına (karser) salınıb.

“İşçi Masası” bildirir ki, onun karserə salınma səbəbi indi məlum olub.

“Belə ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonalar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub.  Elvin bu davranışa etiraz edərək bunun qanunsuz və alçaldıcı olduğunu bildirib.  Bu zaman müəssisənin rejim əməliyyatçıları Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər”, – məlumatda deyilir.

Bir neçə gün əvvəl “İşçi Masası” Mustafayevin vəkilinə istinadən onun qulağında iltihab yarandığını xəbər vermişdi. İndi isə bildirilir ki, buna səbəb fəalın ağır işgəncəyə məruz qalması olub.

“Onun baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib. Nəticədə Elvinin qulağı partlayıb və o, huşunu itirib. İşgəncədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Elvin hələ də qulağında iltihab və bədənində kəskin ağrılar yaşadığını bildirir”, – deyə qeyd olunur.

“İşçi Masası” Ombudsman aparatından və Penitensiar Xidmətdən bu hadisə ilə bağlı dərhal ölçü götürmələrini, adları çəkilən üç vəzifəli şəxsin   məsuliyyətə cəlb olunmasını tələb edir.

Toplum TV 

18:11, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Fərid İsmayılov səhhətinə görə məhkəməyə aparılmasına etiraz edir

by Gozetci 17:02, 24 İyun 2025
written by Gozetci

Fərid İsmayılov

 

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov səhhətinin pisləşməsi ilə əlaqədar məhkəməyə aparılıb-gətirilməsinə etiraz edir.

O, bunu iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakimə bildirib.

Yaxınlarının Toplum TV-yə dediyinə görə, İsmayılov qanında şəkərin miqdarının az olduğunu, buna görə də səhər saatlarında qida qəbul etmədən məhkəmə iclasına gətirilməsinin səhhətində problemlər yaratdığını qeyd edib.

Jurnalist buna nümunə olaraq baş ağrıları, göz qaralması hiss etdiyini deyib.

“Əgər bizim sonumuz da “Abzas”çılar kimi olacaqsa, onda mənim hökmümü indidən oxuyun, mən hər dəfə bura gəlib-getmək məcburiyyətində olmayım”, – jurnalist hakimə bildirib.

Yaxınları, həmçinin, qeyd edir ki, İsmayılova təcridxanada sistem qoşulsa da, bunu çox etinasız formada, qolunu nəfəslikdən çıxararaq edirlər. O həm də miqrendən əziyyət çəkir və buna görə dərman qəbul edir.

“Toplum TV işi” üzrə ötən il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.

“Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Toplum TV 

17:02, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia