Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa İttifaqı Azərbaycan hakimiyyətini təcili tədbirlər görməyə çağırdı

by Gozetci 16:30, 24 İyun 2025
written by Gozetci
Avropa İttifaqı (Aİ) “Abzas Media işi” çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzunmüddətli həbs qərarlarına münasibət bildirib.

Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) bununla bağlı iyunun 23-də bəyanat yayıb.

Bəyanatda jurnalistlərə qarşı çıxarılan ağır hökmlər “narahatedici gedişat” adlandırılır.

“Müstəqil jurnalistika şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai müzakirənin qorunmasında mühüm rol oynayır”, – bəyanatda deyilir.

Avropa İttifaqı Azərbaycanı insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə və ölkədə bütün jurnalistlər üçün təhlükəsiz və əlverişli mühit yaratmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Aİ həmçinin insan hüquqları üzrə Azərbaycanla dialoq və əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
16:30, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Taleh Bağırzadə karserə salınıb

by Gozetci 12:46, 24 İyun 2025
written by Gozetci

Taleh Bağırzadə

 

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə cərimə kamerasına (karser) salınıb.

Bu barədə hərəkatdan məlumat verilib.

Məlumatda deyilir ki, Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük, iyunun 22-də növbəti dəfə 5 günlük karserə salınıb. MBH bildirir ki, buna səbəb onun dağılmaqda olan cəzaçəkmə müəssisəsi binasında saxlanılmasına etiraz etməsidir.

“Mənə bildirdilər ki, sən iki yoldan birini seçməlisən. Ya bu dağıntılar altında qalmalı, ya da ciddi-qapalı rejimli müəssisəyə köçürülərək buranı tərk edə bilərsən. Mən hər iki qərara etiraz edərək səhər və axşam məhbusların sayımına çıxmadığım üçün karser cəzası almışam”, – Bağırzadə deyib.

MBH-in bildirdiyinə görə, karserdən çıxarıldıqdan sonra Bağırzadə məhkəmə önünə çıxarılacaq.

“Yəqin ki, Umbakı qəsəbəsindəki ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi həyata keçiriləcək.
O, məsələ ilə bağlı rəhbərliyə etirazını bildirsə də, ona aydın söylənilib ki, ciddi-qapalı rejimi və ya burada qalıb ölümünü seçmək öz əlindədir, başqa seçim şansı yoxdur. Rəsmi dairələr Taleh Bağırzadənin digər həbsxanalara köçürülməsinə qəti qadağa qoyublar”, – bəyanatda deyilir.

İyunun 1-də Bağırzadə və başqa MBH üzvlərinin saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində binalardan birinin dam örtüyü uçub və nəticədə məhbuslardan biri yaralanıb. O, növbəti gün xəstəxanada vəfat edib.

Daha sonra MBH iyunun 13-də təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verdiyi ilə bağlı xəbər yayıb.

Qeyd olunur ki, məhbusların bəziləri digər həbsxanalara köçürülür, Bağırzadə də daxil olmaqla bəzi məhbuslar isə hələ də çökməkdə olan binada saxlanılır.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Toplum TV 

12:46, 24 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Aytac Tapdığın nikaha girmə tələbini rədd edib

by Gozetci 19:00, 23 İyun 2025
written by Gozetci

Aytac Tapdıq

 

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Meydan TV” jurnalisti Aytac Əhmədovanın (Tapdıq) nikaha girmək tələbilə verdiyi vəsatətə baxılıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Tapdıq çıxış etdiyi vaxt məhkəmə zalından zorakılıqla çıxarılıb.

Onun nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli də zaldan çıxarılıb və məhkəmə vəsatəti təmin etməyib.

“Aytacın məhkəmə zalında Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına süni, zorakı maneələr yaradıblar. Bir daha vurğulayırıq ki, nikaha daxil olmaq hər kəsin ən sadə hüquqlarından biridir və heç bir əsas olmadan bu nikaha müdaxilə etmək Aytaca qarşı psixoloji şiddətdir. Aytac qanunsuz yerə 199 gün həbsdə olması az deyilmiş kimi ən sadə hüquqlarından məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağalar qoyulur. Bacımı daha nə qədər psixoloji şiddətə məruz qoyacaqsınız? Həbsdə olmağı az deyilmiş kimi, məhkəmə işçilərinin də zorbalığına məruz qalmasına son verilməsini tələb edirik”, – yaxınları bildirib.

2024-cü il dekabrın 6-da “Meydan TV”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.

“Meydan TV” əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun “Meydan TV”-yə aidiyyəti yoxdur.

Daha sonra müxtəlif vaxtlarda jurnalistlər Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre) və Ülviyyə Quliyeva (Əli) də eyni cinayət işinə görə saxlanılıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

19:00, 23 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində ittiham aktının oxunması yekunlaşıb

by Gozetci 18:02, 23 İyun 2025
written by Gozetci

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının Toplum TV əməkdaşları Elmir Abbasov və Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.

III Respublika Platformasının üzvü Ruslan İzzətli vəsatət qaldıraraq İctimai Televiziyanın məhkəmə prosesini yayımlamasını tələb edib.

“Azərbaycanın beynəlxalq hüquq normaları üzrə üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən biri əsasında İctimai televiziya təsis olunub ki, ölkədə baş verənləri obyektiv, neytral, heç bir tərəf tutmadan ictimaiyyətə çatdırsın. Azadlıqda müstəqil media nümayəndələri qalmadığına görə, “Meydan”çılar, “Abzas”çılar həbs olunduğuna görə onların çəkiliş aparmasını tələb edə bilmirəm”, – o bildirib.

Hakim vəsatəti təmin etməyib və deyib ki, akkreditasiyadan keçmiş hər hansı media qurumu çəkiliş üçün müraciət etsə, o zaman bu müzakirə oluna bilər.

Bu vaxt Fərid İsmayılov hakimə cavab olaraq deyib ki, “Toplum TV işi” açılandan azadlıqda olduğu 10 ay müddətində o, məhkəmələrin monitorinqini aparıb, lakin ona videoçəkiliş üçün icazə verilməyib.

Daha sonra hakim təqsirləndirilən şəxslərdən və müdafiəçilərindən ittiham aktında yazılanların aydın olub-olmadığını soruşub. Hər kəs yazılanların aydın olmadığını deyib.

Çıxış edən İlkin Əmrahov və Ramil Babayevin vəkili Günay İsmayılova ittihamın ətraflı izah edilmədiyini qeyd edib.

“İttiham aktında yazılır ki, İlkin Əmrahov Akif Qurbanovla 2014-cü ildə tanış olub. Sonra 5 illik müddətdə heç nə qeyd olunmur, bir də iddia olunur ki, onlar 2019-cu ildə əlaqəyə keçiblər. İlkin Əmrahov 2014-cü ildə 5-ci sinifdə, 2019-cu ildə isə 11-ci sinifdə oxuyub. Orta məktəbdə oxuyan uşağın Akif Qurbanovla hansı əlaqəsindən söhbət gedir?”, – o sual edib.

Əmrahov özü isə A.Qurbanovu yalnız 2023-cü ildən tanıdığını deyib.

Digər şəxslər də səsləndirilən qaçaqmalçılıq ittihamının izah olunmadığını, nəyin və necə qaçaqmalçılıqla ölkəyə gətirildiyinin aydın olmadığını bildiriblər.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov dövlət ittihamçısına istintaqın nəticələrinin nə olduğunu sual edib.

“Hər bir istintaq prosesinin nəticələri olur. Mən istəyirəm izah olunsun ki, ittiham olunduğum hər maddə üzrə hansı cinayət əməlini, nə vaxt, necə törətmişəm. Mən bunları bilməliyəm ki, sonra özümü müdafiə edəndə nəyəsə istinad edə bilim”, – o deyib.

Hakim suallara cavab olaraq bildirib ki, məhkəmə prosesində dövlət ittihamçısına sual vermək olmaz, yalnız baxış prosesində məhkəmə özü ittiham aktında yazılanları araşdıra bilər. Təqsirləndirilənlər isə buna etiraz ediblər və suallarının dövlət ittihamçısı tərəfindən cavablanmasını istəyiblər.

Çıxış edən Əmrahov deyib ki, problem məhkəmənin bu ittiham aktını baxışa götürməsindədir. “Normal halda məhkəmə ittiham aktında boşluqları və uyğunsuzluqları görüb onu istintaq orqanına geri göndərməli idi”, – o bildirib.

Sonra çıxış edən Müşfiq Cabbar isə istintaq dövründə onun qaçaqmalçılıq ittihamı barədə sualına cavabda müstəntiqlərin onu ciddiyə almadığını xatırladıb. “Mən soruşdum ki, nəyi qaçaqmalçılıqla ölkəyə gətirmişəm? Mənə dedilər: “Məktəbdə idman dərsində qaçmısan? Sumqayıtdan işə gələndə yolda adam götürmüsən? Deməli qaçaqmalçısan””, – o deyib.

“Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli də ittiham aktındakı boşluqlardan danışıb.

“Bu 24 cildlik ittiham aktında konkret bir ittiham yoxdur ki, bax səni buna görə ittiham edirik. Burda gizli yollarla edilmiş valyuta qaçaqmalçılığından danışılır. Amma deyilmir ki, biz bunu ölkəyə dronla keçirmişik, Kür çayı ilə üzərək keçirmişik, üzərimizdə gizlədərək gömrükdən keçirmişik, yoxsa necə keçirmişik? Təkcə bu boşluqlara görə cinayət işinə xitam verilməlidir”, – o qeyd edib.

“Bu ittihamların heç biri yoxdursa, onda açıq deyilməlidir ki, biz müstəqil mətbuat istəmirik, gənclərin təmənnasız maariflənməsini istəmirik, məhz buna görə də sizi həbs etmişik”, – Məmmədli əlavə edib.

Hakim isə məhkəmə prosesinin ədalətli keçiriləcəyinə söz verib.

Növbəti proses iyunun 30-a təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

18:02, 23 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda karantin rejimi oktyabra qədər uzadılıb

by Gozetci 16:32, 23 İyun 2025
written by Gozetci

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb”, – qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-i saat 6:00-a qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən koronovirus pandemiyasının başa çatdığını açıqlayıb. Bir sıra müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozub.

Amma son həftələr İran və İsrail arasında silahlı toqquşmalarla bağlı İrandan Azərbaycana icazəli şəkildə keçidə (xüsusilə xarici vətəndaşlar üçün) şərait yaradılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

AzadlıqRadiosu 

16:32, 23 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin məhkəməsi keçirilib

by Gozetci 15:31, 23 İyun 2025
written by Gozetci

Anar Məmmədli

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdulla barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Anar Məmmədlinin vəkili Elçin Sadıqov məhkəmədə vəsatətlər qaldırıb.

Vəkil bir neçə sənədin sübutlar siyahısından xaric edilməsini istəyib. O, sənədlərdə olan imzaların müvəkkilinə aid olmadığını əsas gətirib.

Müdafiəçi, ümumiyyətlə, cinayət işinə xitam verilməsi barədə məhkəməyə vəsatət verib.

Hakim bildirib ki, vəsatət geniş həcmli olduğundan məhkəmə tərkibi tanış ola bilməyib. Prosesin təxirə salınması barədə qərar qəbul olunub.

Proses iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdulla isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Apa

15:31, 23 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty International” “Abzas Media işi” üzrə həbs olunanlara oxunan hökmləri qınayıb

by Gozetci 16:20, 21 İyun 2025
written by Gozetci

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Stradersin adından yayımlanan bəyanatda deyilir ki, bu hökmlər Azərbaycanın “məhkəmə sisteminin müstəqil jurnalistikanı susdurmaq üçün necə silaha çevrildiyinə dair nümunədir” və güclü beynəlxalq reaksiya olmalıdır.

“Yüksək səviyyəli korrupsiyanı ifşa edən jurnalistlərə qarşı saxta ittihamlar irəli sürməklə Azərbaycan hakimiyyəti ölkədə onları tənqid etməyə cəsarət edən hər kəsə qorxuducu bir mesaj verir. Beynəlxalq ictimaiyyətin güclü reaksiyası bu halın qəbuledilməz olduğunu açıq şəkildə göstərməlidir”, – Straders deyib.

“Azərbaycanda bu gün müşahidə olunan siyasi repressiyalar heyrətamiz dərəcədə ciddi xarakter alıb, lakin insan hüquqlarının müdafiəsi naminə beynəlxalq ictimaiyyətdən prinsipial və birgə mövqe yoxdur. Bunun tam əksinə olaraq, Avropa İttifaqı kimi əsas beynəlxalq aktorlar qaz müqavilələri uğrunda Prezident İlham Əliyevlə fəal şəkildə əlaqə qurmağa davam edir”, – o əlavə edib.

Straders bildirir ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə real təzyiq göstərməli, “Abzas Media”, “Toplum TV”, “Meydan TV” və “Kanal 13”-ün həbs edilmiş əməkdaşlarının, eləcə də ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün hökumət tənqidçilərinin dərhal azad olunmasını tələb etməlidir.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər.

Jurnalistlər ittihamları qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.

Toplum TV 

16:20, 21 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədov ölüm aclığına başlayıb

by Gozetci 14:37, 21 İyun 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Həbsdə olan sülh fəalı və tədqiqatçı Bəhruz Səmədov dövlət ittihamçısının ona 16 il həbs istəməsinə etiraz olaraq ölüm aclığına başlayıb.

Bu barədə onun yaxınları  bildirib.

Mənbə qeyd edir ki, Səmədov bu gün saxlandığı təcridxanaya gətirilən ərzaqları qəbul etməkdən imtina edib və 3 gündür aclıq etdiyini bildirib.

Səmədovun işi üzrə iyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Bəhruz Səmədova 16 il həbs cəzası istəyib.

Növbəti proses iyunun 23-ə təyin edilib.

Ehtimal edilir ki, bu Səmədovun son məhkəməsi prosesi olacaq, o, son sözlə çıxış edəcək.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.
Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.

Toplum TV

14:37, 21 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hacı Vəliyevin həbs müddəti uzadılıb

by Gozetci 21:43, 20 İyun 2025
written by Gozetci

Hacı Vəliyev

 

İyunun 20-də Xətai rayon Məhkəməsində fəaliyyəti dayandırılan Gənc Qazilər Birliyinin sədri olmuş Hacı Vəliyev barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmədə təqdimat təmin olunub, Hacı Vəliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Bu barədə müdafiə tərəfi bildirib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Hacı Vəliyev bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra “Gənc Qazilər” İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, yarandığı gündən müharibədə sağlamlığını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərib:

“Lakin son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik”.

Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

Gənc Qazilər Birliyi 2021-ci ildə “Qarabağ Qaziləri” İB-nin əsasında yaradılmışdı.

AzadlıqRadiosu

21:43, 20 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

‘AbzasMedia’ jurnalistlərinə hökm oxundu

by Gozetci 18:03, 20 İyun 2025
written by Gozetci
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər.

Jurnalistlər ittihamlarl qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.
Toplum TV 
18:03, 20 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia