Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Bəhruz Səmədova 16 il həbs cəzası istənildi

by Gozetci 13:09, 20 İyun 2025
written by Gozetci

Bəhruz Səmədov

 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib.

Növbəti proses iyunun 23-ə təyin edilib.

Ehtimal edilir ki, bu, Səmədovun son məhkəməsi prosesi olacaq, o, son sözlə çıxış edəcək.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.

Toplum TV 

13:09, 20 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Elvin Mustafayevin səhhətində problemlər yarandığı bildirilir

by Gozetci 20:51, 18 İyun 2025
written by Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin səhhətində problemlər yarandığı bildirilir.

Həmin qurumun iyunun 18-də yaydığı məlumata görə, vəkil Zibeydə Sadıqova ilə görüşən fəal son 10 gündə qulağında ağrılar olduğunu, iltihab və çirkli axıntı yarandığını deyib.

Şikayətlə bağlı vəkil də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib. Mustafayevin təcili olaraq müayinə olunması və nəticələrinin ailəsinə təqdim olunması istənilir.

Hələlik, bütün bu açıqlamalara Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Gənc fəalın mayın 6-dan cərimə kamerasında saxlandığı bildirilir. Yaxınları onun karserə salınmasını siyasi məhbus sayılan şəxsləri dəstəkləməsi ilə izah ediblər.

Rəsmi qurumlar bu barədə hər hansı açıqlama verməyiblər.

AzadlıqRadiosu

20:51, 18 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəHüquq PozuntularıMərkəzi AranSərbəst toplaşmaq hüququSliderXƏBƏRLƏR

Kürdəmir rayonunda etiraz aksiyası olduğu bildirilir

by Gozetci 09:28, 18 İyun 2025
written by Gozetci

Kürdəmir rayonu, Sığırlı kənd

 

İyunun 16-da Kürdəmirin Sığırlı kənd sakinləri polis zorakılığına etiraz olaraq kütləvi aksiya keçiriblər.

“Abzas Media”nın əldə etdiyi məlumatlara görə, onlar qısamüddətli də olsa, Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar.

Etirazçıların sözlərinə görə, rayonun polis əməkdaşları kənddə, yol kənarlarında kiçik ticarətlə məşğul olan hər kəsi incidir, pul toplayır. Bununla bağlı növbəti insidentdə isə kənd sakini döyülüb.

İcra başçısı Elxan İbrahimov və prokuror Tural İbrahimov etirazçılarla görüşüb, məsələnin araşdırılacağı ilə bağlı söz veriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Nazirlikdən bildirilib ki, polis əməkdaşları Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısını alıb.

Nazirlik kənd sakinin döyülməsilə bağlı heç bir iddiaya cavab verməyib, əlavə olaraq qeyd edilib ki, həmin şəxslərlə ancaq profilaktik iş, izahedici söhbətlər aparılıb.

Kürdəmirdə fəaliyyət göstərən müstəqil media orqanı olmadığından hazırda Sığırlı kəndində ümumi vəziyyətin necə olması ilə bağlı heç bir məlumat yoxdur.

09:28, 18 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ombudsmanın nümayəndələri Polad Aslanovla görüşüblər

by Gozetci 20:27, 16 İyun 2025
written by Gozetci

Polad Aslanov

 

Həbsdə olan jurnalist Polad Aslanov saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.

Bununla bağlı Ombudsman Aparatının nümayəndələrinin iyunun 15-də Aslanovla müəssisədə görüşdükləri bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. O bildirib ki, Aslanov saxlanıldığı şəraiti Ombudsman Aparatının işçilərinə “əyani şəkildə” göstərib.

“Saxlanıldığı kamerada üç məhbus döşəmənin üzərində, məhbusların ayaqları altında yatır”, – Aslanova deyir.

Xanımın sözlərinə görə, P.Aslanov səhhəti ilə də bağlı şikayət dilə gətirib. Onun vurğuladığına görə, nə düzgün müayinə edilir, nə də müalicə alır: “Polad onu da bildirib ki, qanunla aralarında konflikt, münaqişə olan iki məhbusun eyni cəzaçəkmə müəssisəsində saxlanılması qadağandır, qanun buna yol vermir”.

P.Aslanov hesab edir ki, onu şərlənməyində iştirak edən məhbusla eyni müəssisədə saxlayırlar.

Hələlik, bu açıqlamaya Ombudsman Aparatı və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərə cavab olaraq bildiriblər ki, məhbuslar qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun saxlanır.

P.Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilərək 16 il azadlıqdan məhrum edilib. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu

20:27, 16 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Bayramov: “27 cildlik istintaq materiallarında təqsirləndirilənlərin mütəşəkkil dəstə üzvləri olmaları ilə bağlı heç bir sübut yoxdur”

by Gozetci 19:11, 16 İyun 2025
written by Gozetci

Elnarə Qasımova

 

“Abzas Media işi” çərçivəsində həbs edilən jurnalist Elnarə Qasımovanın vəkili Bəhruz Bayramov iyunun 10-da keçirilən növbəti məhkəmə prosesində çıxış edib.

Bəhruz Bayramov çıxışında bildirib ki, ötən il yanvarın 13-də həbs olunanadək Cinayət işinin heç bir yerində jurnalist Elnarə Qasımovanın sadalanan əməlləri törətməsinə dair fakt və sübuta rast gəlinmir. Ancaq buna baxmayaraq, onu həbs ediblər. Vəkilin sözlərinə görə, buna səbəb isə onun jurnalist kimi fəaliyyətini davam etdirməsi olub.

Bəhruz Bayramovun məhkəmədəki çıxışı:

Müvəkkilim Elnarə Qasımova və təqsirləndirilən digər 6 şəxs qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və digər maliyyə cinayətlərində ittiham olunurlar. Onlar 2023-cü ilin noyabrından etibarən həbs olunublar.

Müvəkkilim Elnarə Qasımova həbs olunanadək Cinayət işinin heç bir yerində onun bu cinayətləri törətməsinə dair faktlar, sübutlar meydana çıxmayıb. Amma buna baxmayaraq, onu 2024-cü ilin yanvarın 13-də həbs etdilər. Buna səbəb isə onun jurnalist kimi fəaliyyətini davam etdirməsi idi.

Ali Məhkəmənin 2016-cı ildəki Plenum qərarında konkret olaraq göstərilib ki, şəxs gömrük sərhəddini keçərkən üzərindən qadağan olunmuş məbləğdə vəsait çıxarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər. Təqsirləndirilən şəxslərin heç biri isə gömrük sərhəddini keçərkən qadağan olunmuş məbləğlə yaxalanmayıb.

“Mütəşəkkil dəstə” anlayışı haqda da danışmaq istəyirəm. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, “mütəşəkkil dəstə” anlayışının iki əsas kriteriyası var: Əvvəlcədən cinayət törətmək niyyəti ilə birləşmə (məhz bu xüsusiyyət mütəşəkkil dəstəni hər hansı birləşmə növündən ayırır); Mütəşəkkil dəstədə üzvlər arasında cinayətkar vəzifələrin konkret müəyyən edilməsi.

Bununla bağlı sübutlar olmalıdır. Pulu haradan və necə gətirdikləri, neylədikləri iş materiallarında göstərilməlidir. Amma 27 cildlik istintaq materiallarında bu iddia ilə bağlı heç bir sübut yoxdur.

Belə çıxır ki, təqsirləndirilənlər Gömrük Komitəsi ilə əlbir olublar. Çünki sərhəddən o qədər pul keçirib yaxalanmamaq mümkün deyil. Bu yaxınlarda sərhəddən qanunsuz qızıl keçirmək istəmişdilər. O zaman buna kömək edən gömrük işçiləri də həbs olunmuşdu. Çünki onlar birgə fəaliyyət göstərmişdilər. Mütəşəkkil dəstə elə olur.

Bu cinayət işi o qədər absurd və şablondur ki, hətta eyni qərarlar digər işlərdə də olduğunu kimi heç nə dəyişilmədən istifadə olunur. Məsələn, “Toplum TV işi” üzrə həbs olunan Ruslan İzzətli ilə bağlı həbs qətimkan tədbiri qərarında qeyd olunub ki, o, “Abzas Media işi” üzrə həbs olunub. Apellyasiya Məhkəməsi də eyni şablondan istifadə edərək Ruslan İzzətlinin 2023-cü ilin noyabrında Ülvi Həsənli, Sevinc Vaqifqızı və digərləri ilə birlikdə həbs olunduğunu qeyd edib. Halbuki o, 2024-cü il martın 8-də həbs olunub.

Bütün bu faktlar cinayət işinin nə qədər qanunsuz və saxta olduğunu bir daha sübut edir.

Hakimlərə bildirmək istəyirəm ki, biz burada çıxış etsək də, ədalətli qərarın verilməyəcəyini yaxşı bilirik. Burada sizin edəcəyiniz bir şeyin olmadığı da gün kimi aydındır. Ən azından mən buna əminəm. Çünki burada məsələləri siz həll etmirsiniz. Yuxarıdan nə deyilsə, onu da edəcəksiniz.

AbzasMedia

19:11, 16 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP: Daşkəsən şöbəsinin Məclis sədri 30 sutka həbs edilib

by Gozetci 09:03, 14 İyun 2025
written by Gozetci

Əli Kərimli və Ruzi Bağırov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin Məclis sədri Ruzi Bağırovun inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən iyunun 13-də yayılan məlumata görə, o, İnzibat Xətalar Məcəlləsinin (İXM) 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Partiya onun şərləndiyini hesab edir, amma, hələlik, başqa detalları açıqlamır.

AXCP-nin bu açıqlamasına Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadə də 1 il 3 aydır ki, narkotik ittihamı ilə həbsdədir. Ötən ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay həbs cəzası kəsilmişdi. Bu ilin martında apellyasiya məhkəməsi onun cəzanı 3 il 6 aya endirib. O, da şərləndiyini deyir.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.

AzadlıqRadiosu

09:03, 14 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarŞirvan–SalyanSliderXƏBƏRLƏR

Müsavat Partiyasının 3 üzvü həbs edilib

by Gozetci 13:01, 12 İyun 2025
written by Gozetci

İyunun 11-də Müsavat Partiyasının iki Məclis və bir sıravi üzvü Biləsuvar rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onlardan Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli 2 il 3 ay, Qoşqar Nuralı 2 il, partiya fəali Cabir Vəliyev isə 2 il 3 ay azadlıqdan məhrum olunub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsinə əsasən həbs ediliblər.

Partiyadan verilən məlumata görə, cinayət işinin qaldırılmasının səbəbi rayon təşkilatının ötən il dekabrın 31-də ictimai iaşə obyektlərindən birində Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il ilə bağlı bayram tədbiri keçirməsindən sonra baş verən insidentdir. İddiaya görə, yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilib. Partiyadan habelə vurğulandığına görə, təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertizada təsdiq edilsə də, məhkəmə qarşı tərəfi cərimələməklə kifayətlənib, müsavatçılar barəsində isə “heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarıb”.

Müsavat Partiyası bu hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir.

Hələlik, Müsavat Partiyasının bəyanatına Biləsuvar rayon Məhkəməsi, yerli hakimiyyət orqanları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bir sıra yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə Azərbaycanda 370-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Rəsmilər hesab edirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

AzadlıqRadiosu

 

13:01, 12 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı artır

by Gozetci 17:29, 11 İyun 2025
written by Gozetci

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 375 nəfərin adı daxil edilib.

Bu rəqəm birliyin 2025-ci il fevralın 12-də təqdim etdiyi siyahı ilə müqayisədə 18 nəfər çoxdur.

Yeni siyahıya jurnalist Ülviyyə Əli, ictimai fəal Əhməd Məmmədli, vətəndaş cəmiyyətinin üzvləri Bəşir Süleymanlı, Məmməd Alpay, dini baxışlı insanlar, müxalifətçilər və digərləri əlavə edilib.

Hesabatda siyasi məhbus sayılanlar 12 kateqoriya üzrə bölünüb. Sənəddə onların 29-u jurnalist və bloqer, 6-sı hüquq müdafiəçisi, 39-u ictimai-siyasi fəal, 5-i milli azlıqların nümayəndəsi, 2-si müharibə əleyhdarı, 5-i deportasiya olunmuş siyasi mühacir, 241-i dini kəsimdən olan insanlar, 12-si isə ömürlük məhkum kimi təqdim edilirlər.

Bundan əlavə, müxtəlif işlər üzrə 36 nəfər də siyasi məhbus hesab edilib.

Amma Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Başqa təşkilatların hazırladığı siyahılarda isə, əsasən, daha az məhbus yer alır.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir.

Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edirlər. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Prezidentin imzaladığı son iki əfv sərəncamına siyasi məhbus hesab edilən bir şəxs belə düşməyib.

AzadlıqRadiosu

17:29, 11 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Zamin Salayev həbsdə ürək ağrılarından şikayətlənir

by Gozetci 12:19, 10 İyun 2025
written by Gozetci

Zamin Salayev

 

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin həbsdə səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun partiya dostları məlumat yayıb.

Onların vurğulamasına görə, Zamin Salayev səhhətinin ağırlaşmasını özü telefonla bildirib: “Dedi ki, ürəyim tutub, nəfəs ala bilmirəm, boğuluram və həkimlər heç bir tədbir görmür. Hətta iki dəfə vəziyyəti kəskin pisləşib”.

Yaxınlarının əlavə etməsinə görə, Zamin Salayev əvvəllər də ürək ağrılarından şikayət edib.

Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə Z.Salayev 4 il azadlıqdan məhrum edilib. Salayev həmin il fevralın 7-də saxlanmışdı və o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə ittiham edilirdi. AXCP fəalı ittihamı qəbul etmir.

Xatırlatma

AXCP-nin fəal üzvlərindən Z.Salayev bundan əvvəl – 2020-ci ilin aprelində isə Salyan rayon Məhkəməsində 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda Salayev Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib. Salayev 2022-ci il yanvarın 19-da – Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay əvvəl azadlığa çıxmışdı.

AzadlıqRadiosu

12:19, 10 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalının təkrar saxlandığı deyilir

by Gozetci 22:16, 09 İyun 2025
written by Gozetci

Rahil Quliyev

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ şöbəsinin üzvü Rahil Quliyevin iyunun 7-də saxlandığı bildirilir.

Bu barədə AXCP-dən iyunun 8-də məlumat yayılıb.

Partiyadan vurğulandığına görə, onun haqqında cinayət işi açılıb. Amma partiyadan detallar açıqlanmayıb.

AXCP-nin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rahil Quliyev ötən ayın əvvəlində 30 sutka inzibati qaydada həbs edilmişdi. O, bir neçə gün idi ki, azadlığa çıxmışdı.

Rahil Quliyev AXCP sədri Əli Kərimlinin mühafizəçisi Elnur Quliyevin qardaşıdır. Elnur Quliyev özü də qardaşından öncə inzibati qaydada həbs edilmişdi.

Əli Kərimli bu yaxınlarda bildirmişdi ki, son aylar ona ictimai əsaslarla mühafizəçilik edən və onu avtomobili ilə tədbirlərə aparan səkkiz partiya fəalı müxtəlif ittihamla həbs olunub.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15 civarında üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Üstəlik, AXCP fəallarından bəziləri inzibati qaydada da həbs edilir. Onlar isə, əsasən, polisə müqavimət və xırda xuliqanlıqda ittiham edilirlər.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 360-dan çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

22:16, 09 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia