Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun həbsdə təhdid olunduğu deyilir

by Gozetci 10:04, 07 İyun 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbsdə təhdid edildiyi bildirilir

Bu barədə iyunun 6-da həmin qurumdan məlumat yayılıb.

Təşkilatın vurğulamasına görə, Afiəddin Məmmədov bu yaxınlarda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində dözülməz antisanitar şəraitin olmasını ictimailəşdirib:

“Bu açıqlamadan sonra müəssisə rəhbərliyi ona qarşı mənəvi təzyiqlər göstərməyə başlayıb və Afiəddini daha ağır rejimli qapalı cəzaçəkmə müəssisəsinə köçürməklə hədələyib”.

Hələlik, “İşçi Masası”nın bu açıqlamasına 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərlə bağlı, bir qayda olaraq, deyirlər ki, cəzaçəkmə müəssisələrində şərait qanunvericiliyin tələblərinə uyğun və beynəlxalq normalara cavab verir.

AzadlıqRadiosu

10:04, 07 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki ictimai fəalın cəzası ağırlaşdırıla bilər

by Gozetci 18:18, 05 İyun 2025
written by Gozetci

 Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib. Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəalın həbsxana rejiminə köçürülməsi və cəzasının sonuna – 2026-cı ilin avqustunadək bu rejimdə saxlanması istənilib.

Həmin cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatına iyunun 12-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxacaq.

Təqdimatda iddia olunur ki, Elvin Mustafayev daxili intizam qaydalarını pozur, cəzaçəkmə müəssisəsində müxalifətçilik edir. Müəssisə rəhbərliyinin iddiasına görə, o, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir. Bu üzdən, ona töhmət də verilib.

Elvin Mustafayevin yaxınları təqdimatda yazılanların hamısını şər-böhtan sayırlar:

“Bu qədər absurd yalan olmaz, axı… Guya Elvin əməkdaşlara xəsarət yetirməyə cəhd edib. Məhbus silahlı əməkdaşa nəsə eləyə bilər? Görünür ki, azadfikirli adamların olması bunlara sərf eləmir, şər-böhtanla həbs elədikləri kimi, eyni qaydada da cəza rejimini ağırlaşdırırlar. Utanmaq hissi olmayan adamlar ora nə istəsələr, yaza bilərlər”.

Yaxınlarının bildirdiyinə görə, Elvin Mustafayev Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək məqsədiylə aclığa başlayandan sonra cərimə kamerasına (kars) salınıb. Mayın 6-dan onun ailə üzvləriylə telefon danışığı və görüş hüququ məhdudlaşdırılıb.

Vəkili Zibeydə Sadıqovabildirib ki, iyunun 4-də müvəkkiliylə görüşməkdən ötrü 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, görüşməsinə imkan verilməyib. Bu üzdən, ailəsi ona işgəncə verilməsindən və məsələnin üstünün açılmaması üçün vəkillə görüşə buraxılmamasından şübhələnir.

Deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

AzadlıqRadiosu

18:18, 05 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki alim ‘karser’dən çıxarılmasından ötrü şərt qoyulduğunu deyir

by Gozetci 09:09, 05 İyun 2025
written by Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ilə yaxındır həbsdə olan Fazil Qasımovun aclıq aksiyası keçirdiyinə görə cəzalandırıldığı bildirilir

Yaxınlarının AzadlıqRadiosuna verdiyi bilgiyə görə, mayın 10-dan aclıq edən F.Qasımov 13 gündür cərimə kamerasına (karser) salınıb:

“İyunun 3-də Fazil Qasımov anasına deyib ki, “karser”dən çıxmaq üçün şərt qoyublar – aclığı dayandırması barədə ərizə yazmalıdır. Bu da o deməkdir ki, aclığı dayandırmasa, “karser”dən buraxılmayacaq. Fazil görür ki, heç bir cinayət törətmədiyi halda, ona 9 il həbs cəzası veriblər, ona görə etiraz olaraq aclıq aksiyası keçirir”.

Fazil Qasımova 9 il həbs cəzası kəsilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə apellyasiya məhkəməsində baxılır. İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə iclası keçirilməliydi, ancaq üç hakimdən biri gəlmədiyindən proses baş tutmayıb.

25 gündür aclıq etdiyi bildirilən Fazil Qasımov məhkəmə zalına Penitensiar Xidmətin konvoylarının köməyiylə çətinliklə gətirilib. Onun halsız olduğunu və dayana bilmədiyini görən hakim icazə verib ki, sualları cavablarkən məhkəmə önündə ayağa qalxmasın.

Çətinliklə danışan alim xahiş edib ki, işinə ədalətli baxılsın, vəsatətləri təmin olunsun. O, heç bir cinayət törətmədiyini vurğulayıb.

Fazil Qasımovun məhkəməsi iyunun 17-nə saxlanılıb.

Məhkəmədə bir neçə dəfə vəsatət qaldırılıb ki, professor Qubad İbadoğlu şahid kimi çağrılıb dindirilsin. İttihama görə, Fazil Qasımov İstanbulda saxta dollarları Q.İbadoğluya verib, o da həmin saxta valyutaları Bakıya gətirib.

“Qubad İbadoğlu dindirilsin, görək ki, belə bir hal olub, yoxsa yox. Ortada bircə dənə də sübut yoxdur, adama havadan 9 il azadlıqdan məhrumetmə cəzası verilib”, – vəkil Nemət Kərimlinin sözləridir.

Lakin vəsatətlər təmin olunmayıb.

Fazil Qasımovun aclıq etməsi və saxlandığı penitensiar müəssisədə cəzalandırılması haqda dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Daha öncəki açıqlamalarda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi istintaq təcridxanaları və cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunduğunu, onlara qarşı insan ləyaqətini alçaldan, pis rəftara yol verilmədiyini bəyan edib.

09:09, 05 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ATƏT-də Azərbaycan siyasi məhbuslarına azadlıq tələb edildi

by Gozetci 15:19, 04 İyun 2025
written by Gozetci

İnsan Haqları Evinin təbliğatçısı və qurumun Cenevrə ofisinin rəhbəri Dave Elseroad ATƏT-in İnsan Ölçüsü Konfransında Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalif fəallara qarşı kütləvi repressiyalardan danışıb.

Elseroad bildirib ki, bir ildən çoxdur həbsdə olan SMDT-nin rəhbəri Anar Məmədli ATƏT və BMT-nin İnsan Haqları Şurasında Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması və COP29 konfransı ərəfəsində jurnalistlərin və hüquq müdafiçəilərinin kütləvi həbsi haqqında danışdığına görə həbs olunub.

Elseroad İnsan haqlarının pozuntusu hallarını işiqlandıran müstəqil jurnalist Ülviyyə Əlinin saxlanılarkən zorakılığa məruz qaldığını, döyüldüyünü və nəticədə onun sağlamlığında ciddi problemlərin yarandığını vurğulayıb.

Elseroad əlavə edib ki, Ülviyyə Əlinin və Azərbaycanda həbs olunan onlarla müstəqil jurnalistin həbsi insan haqları pozuntusunun qurbanı olan şəxsləri daha da görünməz edir və onların səsinin daha az eşidildiyini göstərir.

Dave Elseroad İnsan Haqları Evinin Anar Məmmədli, Ülviyyə Əli və Azərbaycanda qanunsuz olaraq həbsdə saxlanılan yüzlərlə siyasi məhbsun azadlığa buraxılması üçün çağırış edib.

Azadlıq Qəzeti

15:19, 04 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Həbsdə olan Elvin Mustafayev bir aydır karserdə saxlanılır

by Gozetci 16:11, 03 İyun 2025
written by Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin bir aydır ki, karserdə (cərimə otağı) saxlanıldığı bildirilir.

Atası Əli Musatafayev Meydan TV-yə bildirib ki, Elvin mayın 6-dan 13 saylı cəzaçəkmə müəssisəsinin karserinə salınıb. Daha sonra isə 6 saylı cəzaçəkmə müəssisəsinin karserinə göndərilib və oradan iyunun 29-da çıxacaq.

Ailəsi onun səhhətindən ciddi narahat olduqlarını bildirərək dərhal karserdən çıxarılmasını tələb edirlər.

Vəkili Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, Elvin Mustafayevin cərimə otağına salınması ilə bağlı cəzaçəkmə müəssisəsinin qərarları ilə tanış olmaq üçün Penitensiar Xidmətə müraciət edib.

“Təəssüf ki, Penitensiar Xidmət müraciətimə cavab vermədi. “Qaynar Xətti”nə zəng etdim. Onda müəyyən edə bildim ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsindədir və cərimə otağındadır. Məsələ ilə bağlı təkrar Penitensiar Xidmətə, həmçinin də Ombudsmana müraciət edəcəyəm”.

Zibeydə Sadıqova Elvin Mustafayevin səhhətindəki problemlərdən danışıb və bildirib ki, Mustafayev uzun müddət cərimə otağında saxlanıla bilməz:

“Onun mədə xəstəlikləri var. Mədəsindəki problemlər dişlərində də ağrılar yaradır. Ona stress, əsəb olmaz, belə olanda onun dişlərində fəsadlar yaranır. Hətta istintaq dövründə və məhkəmə proseslərində onun səhhəti ilə bağlı problemlərini qaldırmışıq ki, müalicə olunsun. Çox güman ki, bu xəstəlikləri qalıcıdır. O, təməlli müayinə və müalicə olunmalıdır”.

Elvin Mustafayev 2025-ci il mayın 6-dan siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı.

16:11, 03 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV” işi üzrə həbsdə olanların ittihamı açıqlanıb

by Gozetci 21:42, 02 İyun 2025
written by Gozetci

 

“Toplum TV” internet kanalı ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalist və fəalların məhkəməsində ittiham aktının açıqlanma mərhələsidir. İttihamlar 9 nəfəri əhatə etdiyindən, onun elan edilməsi uzun çəkir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə iclasında “Toplum TV”nin qurucusu, media hüququ eksperti Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov haqqında ittiham açıqlanmışdı.

Prokuror Rauf Malışov iyunun 2-də keçirilən məhkəmədə “Toplum TV”nin jurnalisti Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli haqqında ittihamları elan edib.

Ruslan İzzətli özü haqqında ittiham aktında düzgün yazılmadığını bildirərək, bir sıra məsələlərə etirazını dilə gətirib. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev söz verib ki, onun etiraz etdiyi məsələlər prosesin gedişində araşdırılacaq.

Təqsirləndirilən şəxslərdən daha 3 nəfər – jurnalist Fərid İsmayılov, Elmir Abbasov və İlkin Əmrahov haqqında ittihamın elanı isə iyunun 23-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.

AzadlıqRadiosu

21:42, 02 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
HesabatlarMedia Mərkəzi

Brief Summary of May 2025

by Gozetci 18:43, 02 İyun 2025
written by Gozetci

 

In May 2025, the human rights situation in Azerbaijan remained deeply troubling, with politically motivated arrests continuing to rise—extending a pattern of monthly and non-stop crackdowns seen over the past four months of 2025 but also continued since November 2023. Reports of torture, harsh prison conditions, and unfair trials targeting civil society members, journalists, and opposition figures continued to be on the agenda during May 2025.  

In May 2025, eight new arrests were recorded. Four of them, including journalists Ulviyya Guliyeva, Ahmad Mammadli, and PFPA members Zaur Rzali and Novruz Taghiyev were criminally charged, while another three members of the PFPA – Kanan Ismayilov, Asam Ali, Rashad Aliyev, and activist Nijat Amiraslanov were also arrested on alleged administrative offences grounds. 

Ethnic Talish researcher Igbal Abilov was sentenced to 18 years in prison on treason and ethnic hatred charges, in a closed trial that lacked transparency and violated due process. His arrest is widely seen as politically motivated. 

Abzas Media: The prosecution requested 11–12-year sentences for seven journalists amid reports of torture and procedural violations amid closing trial hearings. 

Tofig Yagublu, an opposition politician, remains imprisoned despite health concerns after a hunger strike. 

Trials continued in Toplum TV, Anar Mammadli, Imran Aliyev, Azer Gasimli, Mohyaddin Orujov, and Bahruz Samadovcases—all facing harsh charges widely viewed as retaliation for civic activism. 

Elvin Mustafayev and Afiaddin Mammadov were put in solitary confinement after supporting Yagublu’s hunger strike. 

Ali Zeynal, a Toplum TV journalist, was punished for protesting inhumane transport conditions. 

Fazil Gasimov was isolated during his hunger strike protesting his politically charged imprisonment. 

Follow the link to read the brief summary in more detail.

 

18:43, 02 İyun 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalistdən zorakılıqla bağlı təcridxanada izahat alınıb

by Gozetci 09:06, 31 May 2025
written by Gozetci

 Ülviyyə Əli

 

MeydanTV-yə dair cinayət işi üzrə həbs olunan jurnalist Ülviyyə Əlidən (Quliyevadan) zorakılığa məruz qalmasıyla bağlı izahat alınıb. Jurnalistin yaxınlarının AzadlıqRadiosuna verdiyi bilgiyə görə, mayın 29-da prokuror Bakı İstintaq Təcridxanasında bu məsələ ilə əlaqədar onu dindirib.

Ülviyyə Əli mayın 7-də Xətai rayon Məhkəməsində haqqında həbs qərarı verilən iclasda çıxış edərkən, onunla qaba davranılmasından, döyülüb, başından zərbələr almasından danışıb. Məhkəmədə jurnalistin zorakılıqla bağlı şikayətinin araşdırılması üçün prokurorluğa göndərilməsi qərar alınıb.

“Üstündən bir aya yaxın vaxt keçir, onun zorakılıqla bağlı şikayətini indi araşdırmağa başlayıblar. Başına vurulan zərbələrdən onun səhhətində ciddi problemlər yaranıb. Kəskin başağrısı, qusma halları var. Dəfələrlə demişik, müxtəlif qurumlara müraciət etmişik, hələ də müayinə etmirlər”, – yaxınları belə söyləyiblər.

Bugünlərdə mediada Ülviyyə Əlinin məktubu yayılıb. O, həmin məktubunda məruz qaldığı zorakılığın fəsadlarından əziyyət çəkdiyini vurğulayıb:

“Zərbələrdən sonra elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün. Bu səbəbdən günə iki-üç ədəd ağrıkəsici içirəm, amma bu, səmərəli müalicə üçün kifayət deyil”.

Jurnalistin indiki durumuyla bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.

Ülviyyə Əli mayın 6-da axşam saatlarında saxlanılıb və ertəsi gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərarı ilə onun haqqında 1 ay 29 günlük həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Jurnalistin zorakılığa məruz qalması haqda şikayətinə Daxili İşlər Nazirliyindən də şərh almaq mümkün olmayıb.

Jurnalist bu il yanvarın 16-da Bakı şəhər Baş Polis İdarəsində “MeydanTV işi” ilə əlaqədar dindirilib, onun ölkədən çıxışı yasaqlanıb. O, qadağanın ləğvi üçün məhkəməyə üz tutsa da, ərizəsi təmin edilməyib və ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılmayıb.

Ülviyyə Əli MeydanTV ilə əməkdaşlıq etmədiyini söyləyib:

“MeydanTV ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, MeydanTV ilə əməkdaşlıq cinayət deyil”.

Xatırlatma

MeydanTV ilə əməkdaşlıq edən bir çox jurnalist ötən ilin dekabrında həbs olunub. Onlardan Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Eyni zamanda Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs edilib. Həbsdəkilərin hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist eyni cinayət işi üzrə həbs olunub. Fevralın 4-də arqument.az saytının rəhbəri Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını söyləyirlər.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs olunmur. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında, azı, 350 civarında siyasi məhbus var.

AzadlıqRadiosu

09:06, 31 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov: ‘250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var’

by Gozetci 20:58, 30 May 2025
written by Gozetci

Afiəddin Məmmədov 

 

“250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var. Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər” 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov Bakı şəhər 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitini təsvir edir. O, bu məlumatı mayın 29-da həbsdən ailəsinə göndərib və saxlanma şəraitindən narazıdır.

İşçilərin hüquqlarını müdafiə edən Afiəddin Məmmədov xuliqanlıqda suçlanaraq bu ilin yanvarında 8 illik həbs cəzası alıb. Onunla eyni təşkilatdan olan, işçi fəalı Sara Rəhimova deyir ki, nəinki Afiəddin, digər məhbuslar üçün də normal şərait yoxdur:

“Dediyinə görə, qaldığı yerdə, mətbəxdə siçan-siçovul var. O cümlədən ərzaqların qoyulması üçün qutuların içinə girirlər, ərzaqları yeyirlər. Antisanitar durumdur. Özünün də son iki gündə qızdırması var idi. Dünən (mayın 29-da) həkim vardı, dərman verildiyini dedi. Amma boğaz ağrısı üçün dərman olmadığını söylədi. Dedi ki, səhərdən qızdırması var və hərarəti çox yüksəkdir. Bu gün ailəsi ilə əlaqə saxlamayıb. Hazırkı durumunu bilmirik”.

Deputat: “Həbsxana sanatoriya deyil”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyir ki, tez-tez cəzaçəkmə müəssisələrini ziyarət edir, monitorinqlər aparır. Deputat bildirir ki, Ədliyyə Nazirliyi və onun tərkibindəki penitensiar qurumun rəhbərliyi sadalanan problemlərlə bağlı məlumatlıdır və problemləri qısaca zamanda həll edəcəyinə inanır:

“Bəzən siyasi şəxslər məsələni daha fərqli bir kontekstdə göstərərək özlərinə xüsusi bir imtiyaz, əlahiddə diqqət, münasibət tələb edirlər. Bu, bəzən digər məhbuslar arasında çox ciddi bir narazılıq doğurur. Sanki bunlar imtiyazlı qüvvədir, digərlərisə sıradan məhkumdurlar kimi qeyri-bərabər vəziyyət də qarşımıza çıxıb. Ancaq bu məsələni kimin qaldırmağından asılı olmayaraq, subyektə qiymət vermədən, problem varsa, həllini tapmalıdır. Ombudsman illik məlumatlarını parlamentdə təqdim edərkən, müzakirələr zamanı ən çox vurğulanan problemlərdən biri cəzaçəkmə müəssisələrində ümumi saxlana biləcək məhkumların sayından bəzən 1.5 dəfə artıq məhkumlarla bağlı faktları görürük. Bu yöndə həyəcan siqnalı dəfələrlə çalınıb. Amma kimlərinsə həbsxanaları bir sanatoriya kimi göstərmələri də doğru deyil”.

AzadlıqRadiosu sözügedən şikayətlərlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Ombudsman Aparatına sorğu göndərib. Lakin adıçəkilən qurumlardan reportaj yayıma gedənədək suallara cavab verilməyib.

A.Məmmədov ailəsinə məlumat verib ki, saxlandığı kamerada məhbusların sayı normadan artıqdır və onun indiyədək həbsxanadan ictimailəşdirdiyi məsələlər təkcə ictimai-siyasi fəallarla bağlı deyil, məhbəsdəki bütün məhbusların haqları ilə bağlı olub.

Xatırlatma

Həbsxanada məhbusların, azadlıqda isə işçilərin hüquqlarının qorunması üçün çalışan Afiəddin Məmmədov 2022-ci ildə “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, hüquqları pozulan işçilərin problemlərini işıqlandırıblar, bu sahədəki qanunvericilikdə olan boşluqları, insanlara yaradılan çətinlikləri ictimailəşdiriblər. Bu sahədə göstərdikləri aktiv fəaliyyətdən az sonra həm Afiəddin, həm də “İşçi Masası”nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamları xuliqanlıq, narkotik və s. olsa da, məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün barmaqlıqlar arxasında olduqlarını deyirlər.

Mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi “İşçi Masası”nın həbsdə olan digər üzvü Ayxan İsrafilovun şikayəti ilə bağlı qərar çıxarıb. Vəkili Fariz Namazlının bildirib ki, bu iş üzrə Azərbaycan hökuməti birtərəfli bəyanat qəbul edib və hüquq pozuntusunu tanıyıb.

AzadlıqRadiosu

20:58, 30 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prokurorluq Elgün İbrahimovun hündürlükdən yıxılaraq öldüyünü deyir, amma anası…

by Gozetci 20:49, 29 May 2025
written by Gozetci

Elgün İbrahimov

 

Ölümü bütün ölkədə müzakirələrə səbəb olan 18 yaşlı Elgün İbrahimovun hündürlükdən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etdiyinin müəyyən olunduğu bildirilir.

Bu barədə mayın 29-da Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında vurğulanır.

Əlavə edilib ki, cinayət işi üzrə bütün fərziyyələr, onun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb:

“… Şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici, daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi… ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı… xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb”.

Vurğulandığına görə, həmçinin müəyyən edilib ki, E.İbrahimov mayın 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

Ana intihar versiyasına inanmır…

Birgə rəsmi açıqlamaya, hələlik, onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma bugünlərdə onun anası Fizzə Zeynalova yerli mediaya açıqlamasında oğlunun intihar edə biləcəyini istisna etmişdi:

“Ola bilməz, mənim uşağım həyatdolu uşaq idi. Nəyə görə intihar etməli idi?!”, – o, rəsmi açıqlamadan bir gün öncə “TV Müsavat”a müsahibəsində vurğulamışdı.

Yerli mediada mayın 13-nə keçən gecə Gəncə sakini, 18 yaşlı E.İbrahimovun Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat etdiyi barədə məlumatlar yayılmışdı. Faktla bağlı cinayət işi açılsa da, sosial şəbəkələrdə işin açılmaması ilə bağlı tənqidlər səslənmişdi.

AzadlıqRadiosu

20:49, 29 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia