Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Məclis info işi” üzrə hazırlıq məhkəməsi keçirilib

by Gozetci 18:04, 27 May 2025
written by Gozetci

İmran Əliyev

 

Mayın 27-də “Məclis info işi” üzrə həbs olunan İmran Əliyev və polis nəzarətinə verilən Elgiz Qəhrəmanın hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə İmran Əliyevin vəkili Rəsul Cəfərov onun məhkəmə zalında əyləşməsiylə bağlı vəsatət verib. Vəsatət təmin olunub.

Daha sonra Rəsul Cəfərov ittiham aktının pdf variantının istintaq orqanından alınaraq müdafiə tərəfinə verilməsi, cinayət işinə xitam verilməsi və İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunması barədə vəsatətlər verib.

Hakim bu vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

🔹 Xatırladaq ki, İmran Əliyev ötən il aprelin 18-də Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu polisə təhvil veriblər.

O, ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı da 8 maddə ilə yeni ittiham irəli sürülüb.

İctimai fəal Elgiz Qəhrəman isə “Məclis info işi” üzrə təqsirləndirilən şəxs qismində bu ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçib.

Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən 8 ağır maddə ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri cinayət işinin siyasi sifariş əsasında açıldığını bildirirlər.

AbzasMedia

18:04, 27 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədlinin məhkəməsi: ‘Onun fikrincə, həbsinin əsl səbəbi…

by Gozetci 16:11, 26 May 2025
written by Gozetci

Anar Məmmədli

 

Mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin məhkəməsi başlanıb. O, ictimai fəal Anar Abdullayla birlikdə mühakimə edilir. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Həbsdə saxlanmayan Anar Abdulla Anar Məmmədlinin işi üzrə istintaqın sonunda təqsirləndirilən şəxs kimi cəlb olunub və barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Anar Məmmədlinin vəkilləri məhkəmə gedən dövrdə onun da ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan ötrü vəkil Elçin Sadıqov mayın 26-da məhkəmənin hazırlıq iclasında vəsatət qaldırıb:

“Anar Məmmədli cəmiyyətdə tanınmış simadır. Onun fikrincə, həbsinin əsl səbəbi ölkədəki seçkiləri monitorinq edib bu barədə hesabatlar hazırlamasıdır. İstintaq vaxtı deyirdilər ki, buraxılsa, istintaqın gedişinə mane ola bilər. İndi mane olacağı nəsə də yoxdur”.

Hakimlərsə Anar Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edərək deyiblər ki, onun həbsi üçün əsaslar aradan qalxmayıb.

İctimai fəal Anar Abdullanın vəkili vəsatət qaldıraraq müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib. Müdafiəçi Günay İsmayılova deyir ki, Anar Abdulla ortada heç bir mötəbər sübut, hətta sənədlərin əsli də olmadan cinayət məsuliyyətinə cəlb edilib.

Bu vəsatət də təmin edilməyib.

Məhkəmə prosesi iyunun 2-nə qalıb.

Xatırlatma

Anar Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Anar Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.

SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Anar Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. Anar Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Bütövlükdə götürəndə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.

AzadlıqRadiosu

16:11, 26 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan AXCP üzvü Elbəyi Kərimli aclıq aksiyası keçirir

by Gozetci 15:55, 26 May 2025
written by Gozetci

Elbəyi Kərimli

 

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimli mayın 23-dən aclıq aksiyası keçirir

O, yaxınlarına deyib ki, “şərlənərək azadlıqdan məhrum edilməsinə” etiraz edir.

Kərimli 2023-cü ilin avqustunda Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.

“Heydər Əliyevin heykəlinin arxasına “Stalin” yazdığıma görə bu gün buradayam. Polis bölməsində dedilər ki, “ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan”. Eşitdiklərimdən boğazım qurudu. Dedilər ki, elə eləmə ki Qiyas kimi evindən 1 kilo çıxaraq…”, – Elbəyi Kərimli saxlanıldıqdan sonra bunu vəkilinə demişdi.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.

Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.

2016-cı ilin mayında iki ictimai fəal – Qiyas İbrahimov və Bayram Məmmədov sabiq prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamı ilə həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Sonradan 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxıldılar.

Toplum TV 

15:55, 26 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

BMT-nin dörd xüsusi məruzəçisi Anar Məmmədli işi ilə bağlı Azərbaycan hökümətinə açıq müraciət ediblər

by Gozetci 14:27, 26 May 2025
written by Gozetci

Anar Məmmədli

 

Azərbaycan: BMT ekspertləri tanınmış hüquq müdafiəçisinin bir ildən artıq müddətə əsassız həbsindən narahatdır

26 may 2025, CENEVRƏ – BMT-nin müstəqil ekspertləri bu gün tanınmış azərbaycanlı insan hüquqları müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin ötən ilin 29 aprelində əsassız şəkildə saxlanılmasından sonra, hələ də həbsdə qalmasından dərin narahatlıqlarını ifadə ediblər.

“İnsan hüquqlarını müdafiə etmək heç vaxt cinayət hesab olunmamalıdır,” – ekspertlər belə bildiriblər.  Ekspertlərin fikrincə, bu həbs Azərbaycanda tənqidi səslərə və müstəqil seçki müşahidəçilərinə qarşı artan təzyiq kontekstində baş verib. Həbsdən əvvəl SMDT 2024-cü ilin fevralında keçirilmiş prezident seçkiləri zamanı qeydə alınan pozuntular barədə hesabat yaymış, eləcə də Anar Məmmədli BMT İnsan Hüquqları Şurasında təşkil olunan tədbirlərində iştirak etmişdi.

2024-cü il 28 iyun tarixində BMT ekspertləri Azərbaycan hakimiyyətinə məktub göndərərək Anar Məmmədlinin əsassız həbsi, məhkəmə qərarı olmadan aparılmış axtarışlar, vəkilə çıxış imkanının məhdudlaşdırılması, həbsdə sağlamlıq vəziyyətinin pisləşməsi və onun hüquq müdafiə fəaliyyətinə cavab olaraq aparıldığı iddia edilən qarayaxma kampaniyası ilə bağlı ciddi narahatlıqları diqqətə çatdırıblar.

“Anar Məmmədlinin həbsi və barəsindəki cinayət işi onun hüquq müdafiə fəaliyyəti və BMT mexanizmləri ilə əməkdaşlığına görə qisas məqsədilə həyata keçirilmiş ola bilər,” – ekspertlər belə deyiblər.

Azərbaycan hökuməti bu iddiaları rədd edərək bildirib ki, Anar Məmmədliyə qaçaqmalçılıq və qanunusuz əldə edilən əmlakın leqallaşdırılması ittihamları üzrə istintaq aparılır. Hökumət həmçinin onun həbs müddətində bütün lazımi hüquqi təminatlarla və tibbi yardımla təmin olunduğunu qeyd edib.

Lakin BMT ekspertləri istintaq prosesindən hələ də narahatlıq keçirirlər, xüsusilə də Anar Məmmədlinin 2013-cü ildəki əvvəlki həbsi fonunda. Avropa İnsan Hüquqları Məhkəməsi həmin həbsi qanunsuz və siyasi motivli hesab etmişdi. 2018-ci il qərarına əsasən, Azərbaycan hökuməti Məmmədlinin məhkumluğunu ləğv etməli və onun siyasi və mülki hüquqlarını bərpa etməli idi, lakin ekspertlər bildirir ki, bu qərar indiyədək tam yerinə yetirilməyib.

“Vətəndaş iştirakçılığı, müstəqil seçki müşahidəsi və beynəlxalq mexanizmlərlə əməkdaşlıq demokratik cəmiyyətlərin təməlini təşkil edir,” – ekspertlər qeyd ediblər.

“Bu fəaliyyətləri cinayət kimi təqdim etmək hüququn aliliyinə zərbə vurur”

BMT-nin xüsusi məruzəçiləri Azərbaycanı ədalətli məhkəmə prosesini təmin etməyə, Anar Məmmədlinin əsas hüquqlarına hörmət etməyə, onun sağlamlıq durumu ilə bağlı adekvat tibbi yardım göstərməyə və bütün hüquq müdafiəçilərinə qarşı təzyiqlərə son qoymağa çağırıblar.

Ekspertlər bu işi yaxından izləməyə davam edəcəklər, xüsusilə də BMT mexanizmləri ilə əməkdaşlığa görə həyata keçirilən mümkün təqib hallarına diqqət yetirəcəklər.

* Mary Lawlor – İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi,
Gina Romero – Dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçi,
Irene Khan – Fikir və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi,
Tlaleng Mofokeng – Hər kəsin mümkün olan ən yüksək fiziki və əqli sağlamlıq səviyyəsindən istifadə etmək hüququ üzrə xüsusi məruzəçi.

https://www.ohchr.org/en/press-releases/2025/05/azerbaijan-un-experts-alarmed-year-long-arbitrary-detention-azerbaijani

14:27, 26 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əfv sərəncamı imzalandı: Gözləntilər doğrulmadı

by Gozetci 12:05, 26 May 2025
written by Gozetci

Bu gün, mayın 26-da prezident İlham Əliyevməhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sərəncama ümumilikdə 220 şəxs düşüb. Onlardan 175-i cəzasının qalan hissəsindən azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 25 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb

Əfv sərəncamına düşənlərdən biri cərimə edilibmiş.

Fransa vətəndaşı da əfv edilib

Əfv olunanlar arasında Fransa vətəndaşı 1986-cı il təvəllüdlü Teo Klerk Hüqo da var. O, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qrafitilər çəkməkdə günahlandırılaraq 2024-cü ilin sentyabrında Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Hüqo vəkili vasitəsilə əməlində xuliqanlıq niyyəti olmadığını deyirdi. Hüqoya görə Fransa Xarici İşlər Nazirliyi də açıqlama vermiş, onun həbsini “əsassız və açıq-aşkar ayrıseçkilik göstərən münasibət” adlandırmışdı.

Sərəncam ümumilikdə 16 xarici vətəndaşa şamil olunub. Onlardan beşi İran, dördü Rusiya, ikisi Gürcüstan, ikisi Pakistan, biri Fransa, biri Türkiyə və biri Əfqanıstan vətəndaşlarıdır.

Siyasi məhbus siyahısında olanlar əfv siyahısına düşmədi

Siyasi məhbus hesab edilən bir məhkum belə bu əfv sərəncamına düşməyib. Bir sıra hüquq müdafiə təşkilatlarının açıqlamasına görə, Azərbaycanda hazırda 360-dən çox siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus hesab edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Sonuncu belə sərəncam ötən il mayın 25-də, yenə Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Hüquq müdafiəçiləri onda da bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.

AzadlıqRadiosu

12:05, 26 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki alim aclığa görə cəzalandırıldığını deyir: ‘Məni ‘kars’a salıblar, işgəncə verirlər’

by Gozetci 09:44, 24 May 2025
written by Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ilə yaxındır həbsdə olan Fazil Qasımov aclıq etdiyinə görə cərimə kamerasına (kars) salındığını deyir. O, Bakı Apellyasiya Məhkəməsində bu barədə danışıb.

Fazil Qasımov qanunsuz həbsinə etiraz olaraq, mayın 10-dan aclıq aksiyası keçirdiyini söyləyir. Dediyinə görə, elə bu üzdən, saxlandığı Umbakı qəsəbəsindəki penitensiar müəssisədə onu cəzalandırıblar:

“Ölüm aclığı keçirdiyim üçün məni karsa salıb cəzalandırırlar. Orada natəmiz vəziyyətdə saxlayırlar. Ən müxtəlif üsullarla işgəncə verirlər”.

Bakı Apellyasiya Məhkəməsində Fazil Qasımova 9 il həbs cəzası kəsilməsi haqda hökmdən verilən şikayətə baxılır. Onun vəkili Nemət Kərimli professor Qubad İbadoğlunun şahid kimi çağrılıb dindirilməsi və güvənlik kameralarından görüntülərin alınıb baxılması barədə yenə məhkəmədə məsələ qaldırıb.

İttihama görə, Fazil Qasımov İstanbulda saxta dollarları Qubad İbadoğluya verib. O da həmin saxta valyutaları Bakıya gətirib. Burada isə Anar Əliyev adlı şəxslə görüşüb, saxta pullardan min dollarını ona verib. Vəkil deyir ki:

“Qubad İbadoğlu dindirilsin, kamera görüntülərinə baxılsın, görək ki, belə bir hal olub, yoxsa yox. Ortada bircə dənə də sübut yoxdur, adama havadan 9 il azadlıqdan məhrumetmə cəzası verilib”.

Etiraz nəzərə alınmayıb

Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası bu dəfə də müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Deyilib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılır. Bu üzdən, nə Q.İbadoğlu çağrılacaq, nə də kamera görüntülərinə baxılacaq.

Fazil Qasımov hakimlərin ədalətsiz olduğunu, işə qanuni baxmadıqlarını, göndərdiyi apellyasiya şikayətinin nəzərə alınmadığını vurğulayıb, onlara yazılı şəkildə etirazını bildirib. O, Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyasının ədalətli, obyektiv qərar verəcəyinə inanmadığını, qərəzlə davrandığını söyləməyə əsas verdiklərini vurğulayıb.

Təqsirləndirilən alimin etirazı nəzərə alınmayıb və məhkəməsi iyunun 4-nə qalıb.

Fazil Qasımovun aclıq etməsi və saxlandığı penitensiar müəssisədə cəzalandırılması, pis rəftara məruz qalması haqda dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Daha öncəki açıqlamalarda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi istintaq təcridxanaları və cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunduğunu, onlara qarşı insan ləyaqətini alçaldan, pis rəftara yol verilmədiyini bəyan edib.

Xatırlatma

Fazil Qasımov professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək həbs edilib. O, 2023-cü il avqustun 8-də – Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib.

Qubad İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bildirib.

İstintaqın gedişində Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamla da razılaşmayaraq cinayət işində yazılanların yalanlayıb.

Qubad İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Həmin ilin avqustunda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Fazil Qasımov haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.

Qubad İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

AzadlıqRadiosu 

09:44, 24 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA məruzəçisi İqbal Əbilovla bağlı həbs qərarını pisləyib

by Gozetci 14:29, 23 May 2025
written by Gozetci

İqbal Əbilov

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan azərbaycanlı talış tarixçi və etnoqraf İqbal Əbilovun vətənə xəyanət ittihamı ilə məhkum edilməsinə dair mayın 22-də bəyanat yayıb.

“Talış Milli Akademiyası xəbərləri” jurnalının baş redaktoru, tədqiqatçı İ.Əbilova 18 il həbs cəzası kəsilib.

AŞPA-nın baş məruzəçisi bildirib ki, o, Əbilovun vətənə xəyanət və nifrətə təhrik ittihamları ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə hökmündən dərin narahatlıq keçirir.

“İttihamların faktiki əsası onun erməni alimlərlə peşəkar əlaqələrinə dayanır. Halbuki Əbilov tarixçi və etnoqraf kimi talış azlığının tarixi və mədəniyyəti üzrə tədqiqat aparıb”, – o bildirib.

Məruzəçisi xatırladıb ki, akademik azadlıq tədqiqat aparmaq, bilik və həqiqəti maneəsiz yaymaq hüququ söz azadlığı hüququ ilə qorunur: “Akademik azadlıq demokratik cəmiyyətlərin təməl sütunlarından biridir və tədqiqatçılar hər cür siyasi müdaxilədən qorunmalıdır”.

“Mən Azərbaycan hakimiyyətini Əbilova qarşı irəli sürülmüş ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə və onu — insan hüquqları müdafiəçiləri, jurnalistlər və akademiklər də daxil olmaqla — digər bütün şəxslərlə birlikdə azad etməyə çağırıram”, – AŞPA-nın baş məruzəçisinin bəyanatında vurğulanır.

AzadlıqRadiosu

14:29, 23 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə Elvin Mustafayevin şikayətini təmin etməyib

by Gozetci 14:55, 22 May 2025
written by Gozetci

Elvin Mustafayev

 

Ali Məhkəmə bu gün, mayın 22-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Bu barədə onun yaxınları məlumat verib.

Yaxınları bundan əvvəl isə bildirmişdilər ki, Elvin Mustafayev saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı müəssisəyə köçürülüb və orada cərimə təcridxanasına (kars) salınıb. Onların vurğulamasına görə, mayın19-da Mustafayev cərimə təcridxanasından çıxarılmalı olsa da, bu, həyata keçirilməyib.

Yaxınlarının iddiasına görə, mayın 22-də də Elvin Mustafayev cərimə təcridxanasından elə birbaşa məhkəməyə gətirilib.

Yaxınlarının bu açıqlamasına Penitensiar Xidmətdən hər hanası münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

14:55, 22 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP axtardığı üzvlərinin həbs edildiyini bildirir

by Gozetci 20:57, 21 May 2025
written by Gozetci

Novruz Tağıyev (solda) və Rəşad Əliyev

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 20-dən yaxınlarının barələrində heç bir xəbər alınmadığı hər iki fəalının – Binəqədi rayon şöbəsinin üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin həbs edildiyi deyilir.

Partiyadan verilən məlumata görə, Novruz Tağıyev ilə bağlı 178. 2 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı istintaq təcridxanasına aparılıb. Həmin maddə üzrə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.

Rəşad Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.

Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AzadıqRadiosu

20:57, 21 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Azər Qasımlı ev dustaqlığına buraxılmayıb

by Gozetci 16:02, 21 May 2025
written by Gozetci

Azər Qasımlı

 

Bu gün, mayın 21-də Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan siyasətçi Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

O, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.

Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.

Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.

Meydan TV

16:02, 21 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia