Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Xalq Cəbhəsinin iki üzvündən xəbər yoxdur

by Gozetci 21:30, 20 May 2025
written by Gozetci

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı ilə dünən, mayın 20-dən əlaqənin kəsildiyi bildirilir.

Bu barədə elə AXCP məlumat yayıb.

Bildirilib ki, onlar partiyanın Binəqədi şöbəsinin üzvü, AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev və onu hərdən öz maşını ilə bəzi tədbirlərə aparan, Xətai şöbəsinin üzvü Rəşad Əliyevdir.

AXCP sədri də vurğulayıb ki, onun ətrafını hədəf götürüblər:

“Beləliklə, son iki ayda məni müxtəlif tədbirlərə öz maşını ilə aparan və ya məni həmin tədbirlərdə müşayiət edən səkkiz nəfər cəbhəçi fəal həbs olunub”.

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəısmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahıları qəbul etmir.

AzadlıqRadiosu

21:30, 20 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublu həbsdə qaldı

by Gozetci 19:24, 20 May 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Bakı Apellyasiya Məhkəməsi Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən buraxmaqdan imtina edib. Bu instansiya siyasi fəal haqqında 9 illik həbs cəzasını qüvvədə saxlayıb. Mayın 20-də Bakı Apellyasiya Məhkəməsində Zamin İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar verib.

Tofiq Yaqublunun vəkilləri məhkəmə iclasında deputat Zahid Orucun və Fransada yaşayan jurnalist Qənimət Zahidin dindirilməsi məsələsini qaldırıblar.

“Zahid Oruc müsahibəsində göstərib ki, Tofiq Yaqublu hökumət haqqında səsləndirdiyi fikirlərə görə cəzalandırılıb. Xahiş edirik, məhkəməyə çağrılsın, gəlsin, dediklərini əsaslandırsın”, – vəkil Nazim Musayev deputatın dindirilməsi haqda vəsatəti belə əsaslandırıb.

Müdafiəçi sözügedən müsahibəni də hakimlərə təqdim edib.

Tofiq Yaqublunun özü də Zahid Orucun məhkəməyə gəlməsini vacib sayır. Deyir ki, deputatın müsahibəsi onun siyasi sifarişlə həbs olunmasının etirafıdır:

“Zahid Oruc hökumətin sözünü deyən adamdır. Onun dedikləri mənim siyasi sifarişlə cəzalandırılmağımın sübutudur”.

Jurnalist Qənimət Zahidin videokonfrans vasitəsiylə məhkəmədə dindirilməsinə gəlincə, vəkillər deyirlər ki, əslində, istintaq dövründə müstəntiq bunu etməliydi, axı cinayət işində onun da adı hallanır və iddia edilir ki, Tofiq Yaqublu Qənimət Zahidlə işbirliyində olub. Di gəl, bununla bağlı heç bir araşdırma aparılmayıb.

Daha bir vəsatətsə zərərçəkmiş qismində tanınan şəxsin – Elşən Hüseynovun xaricə gediş-gəlişiylə bağlı bilgilərin əldə olunmasından ötrü məhkəmənin sorğu verməsi barədə olub. Vəkillər deyir ki, E.Hüseynov Almaniyaya getməkdən ötrü T.Yaqubluya 25 min avro və 10 min manat pul verdiyini iddia edir:

“Amma biz araşdırmalarımızla müəyyənləşdirmişik ki, bu adam özü maşın alveriylə məşğul olub, dəfələrlə viza alıb, xarici ölkələrdə olub. Yəni onun xaricə getməsi üçün kiminsə köməyinə ehtiyacı yox idi. Biz sorğu vermişik, lakin cavab almamışıq. Ona görə xahiş edirik, məhkəmə özü sorğu versin, görək ki, Elşən Hüseynov neçə dəfə xarici ölkəyə gedib-gəlib”.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Tofiq Yaqublu vurğulayıb ki, istintaqda müstəntiqin başladığı saxtakarlıqları Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyev davam etdirib. Onun sözlərinə görə, məhkəmədə dindirilən şahidlərin ifadələri də saxtalaşdırılaraq protokollara təhrif olunmuş şəkildə yazılıb:

“Hətta Maya xanımın (həyat yoldaşı-red.) ifadəsini də saxtalaşdırıb elə yazıblar ki, guya məhkəmədə mənim əleyhimə ifadə verib. Bilirsiniz bütün bu saxtakarlıqlar niyə edilir? Çünki vicdan yoxdur”.

Siyasi fəal əlavə edib ki, apellyasiya məhkəməsinin hakimlərindən də ədalət gözləntisi yoxdur.

Tofiq Yaqubluya bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu hökmlə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib və ona 9 il həbs cəzası kəsilib.

Siyasi fəal ittihamları “qurama” adlandırıb, etiraz olaraq aprelin 1-dən mayın 10-dək 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanılıb.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir və deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər. Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

19:24, 20 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” işi üzrə prokuror jurnalistlərə 11-12 il həbs cəzası istəyib

by Gozetci 18:32, 20 May 2025
written by Gozetci

“Abzas Media” əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək jurnalistlərə uzunmüddətli həbs cəzaları tələb edib.

Dövlət ittihamçısı “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və jurnalist Hafiz Babalının hər birinin 12 il, baş redaktor Sevinc Vaqifqızının (Abbasova), Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovanın hər birinin 11 il, Fərid Mehralızadənin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 10-da davam edəcək.

Xatırladaq ki, 2023-cü il noyabrın 21-dən başlayaraq “Abzas Media”nın bir neçə əməkdaşı həbs olunub. İlk olaraq direktor Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızı saxlanılıb, ardınca direktor müavini Məhəmməd Kekalov (noyabrın 23-də), əməkdaşlar Nərgiz Absalamova (dekabrın 1-də), Hafiz Babalı (dekabrın 13-də) və Elnarə Qasımova həbs edilib.

Jurnalistlərə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə isə onlara qarşı əlavə olaraq 193-1.3.2-ci maddə (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham elan olunub.

Jurnalistlər ittihamları rədd edir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri və yerli, beynəlxalq təşkilatlar “Abzas Media” əməkdaşlarının siyasi motivli ittihamlarla susdurulmağa çalışıldığını bildirir.

Meydan TV

18:32, 20 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏR

Tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası kəsildi

by Gozetci 13:47, 20 May 2025
written by Gozetci

İqbal Əbilov

 

“Talış Milli Akademiyası xəbərləri” jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası kəsilib. Onun haqqında bu hökmü mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri çıxarıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddələriylə təqsirli bilinib.

Məhkəmə iclasına Bakıdan – saxlandığı Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasından onlayn şəkildə qoşulan İ.Əbilov hökmdən öncə son sözünü deyib. Tarixçi alim vurğulayıb ki, ona qarşı irəli sürülmüş ittihamların hamısı əsassızdır, ortaya heç bir sübut qoyulmadan uzun müddətdir həbsdə saxlanılır. O, talış dili və mədəniyyətini araşdırdığını bildirib və onu milli zəmində düşmənçilik salmaq cəhdində suçlamaları absurd adlandıraraq bəraət istəyib.

Tədqiqatçının vəkilləri AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyiblər.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlik hərəkətlərdə, şəbəkə hesabında məqsədli materiallar paylaşmaqda suçlanır.

O, uşaq yaşlarından həbs olunanadək ailə üzvləriylə birlikdə Belarusda yaşayıb və arabir Azərbaycana gəlib-gedib. Qohumlarının sözlərinə görə, sonuncu dəfə ötən ilin iyulunda əmisi oğlunun toy məclisinə gəlibmiş, ancaq geri qayıdanda hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulub.

Xatırlatma

İqbal Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor örnəkləri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, araşdırmalar dərc edilib.

O, 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

 

13:47, 20 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki alim Fazil Qasımovun 10 gündür aclıq etdiyi deyilir

by Gozetci 21:58, 19 May 2025
written by Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin azərbaycanlı doktorantı Fazil Qasımovun həbsdə 10 gündür aclıq etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının dediyinə görə, Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsindəki penitensiar müəssisədə saxlanılan Fazil Qasımov qanunsuz həbsdə saxlanmasına, yazdığı şikayət və ərizələrin göndərilməməsinə etiraz edir:

“Mayın 10-dan aclığa başlayıb. Heç bir cinayət törətmədiyi halda, Bakı Ağır Cinayətlər Məhkəməsi saxta valyuta ittihamı ilə 9 il cəza kəsdi. Bircə dənə də sübut ortaya qoyulmadı. Fazil Qasımov isə təqsirsiz olduğunu təsdiqləyən nə qədər sübutlar gətirdi, heç birini nəzərə almadılar. Bu adamın da gücü ancaq öz canına qıymağa çatır”.

Fazil Qasımovun aclıq aksiyası keçirməsi barədə deyilənləri vəkili Nemət Kərimli də AzadlıqRadiosuna təsdiqləyib. O bildirib ki, müvəkkili mayın 10-dan aclığa başlayıb.

Xatırladaq ki, Fazil Qasımov iqtisadçı Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra – 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb və Bakıya gətirilib. Onunla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan alimin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

21:58, 19 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yaxınları Elvin Muatafayevin “kars”a salındığını deyirlər

by Gozetci 18:37, 19 May 2025
written by Gozetci

Elvin Mustafayev

 

Mayın 6-dan bəri yaxınlarının barəsində məlumatları olmadıqlarını söylədikləri “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir.

Bu barədə mayın 19-da onun yaxınları məlumat veriblər.

Əvvəllər 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mustafayev həmin gün – mayın 6-da siyasi məhbuslara dəstək məqsədilə aclıq aksiyasına başladığını açıqlamışdı.

Bildirdiyinə görə, bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.

Yaxınlarının vurğulamalarına görə, iki həftəyə yaxın bir müddətdən sonra Elvin Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü və orada cərimə təcridxanasına (kars) salındığını öyrəniblər.

Hələlik, bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

18:37, 19 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin məhkəməsi başlayır

by Gozetci 11:42, 19 May 2025
written by Gozetci

Anar Məmmədli

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə istintaq yekunlaşıb, iş baxılıması üçün məhkəməyə göndərilib.

Bu barədə müdafiə tərəfi məlumat verib.

Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 26-ı, saat 11:30-a təyin olunub.

Xatırladaq ki, Anar Məmmədli ötən il aprelin 29-da saxlanılıb, aprelin 30-da isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunub.
Bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və həbs olunmuş digər şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli seçki hüquqları ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeyri-hökumət təşkilatının rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir.
11:42, 19 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media işi” üzrə məhkəmə istintaqı yekunlaşıb, heç bir sənəd tədqiq edilməyib

by Gozetci 19:39, 16 May 2025
written by Gozetci

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Abzas Media işi” üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda vəkillərin çoxsaylı vəsatətləri təmin edilməyib.

Əvvəlcə “Abzas Media”nın ofisində keçirilən axtarış-götürmə əməliyyatının görüntüləri izlənilib. Təqsirləndirilən şəxslər görüntülərə baxış zamanı ofisə pulu qoyan şəxsin axtarış zamanı əməliyyat qrupunda olan, lakin adı yekun protokolda qeyd edilməyən polis olduğunu iddia ediblər və onun dindirilmək üçün məhkəməyə gətirilməsini tələb ediblər.

Elçin Sadıqov əlavə edib ki, iş üzrə təqsirləndirilən Məhəmməd Kekalovun evində axtarış aparılan zaman 2 hal şahidi olub, onlar dindirilməlidirlər.

Bundan əlavə, Ülvi Həsənli 2023-cü il noyabrın 20-si səhər saatlarında saxlanılarkən zorakılığa məruz qaldığını deməyinə baxmayaraq, həmin gün onu hava limanına aparan taksi sürücüsü əksini iddia etdiyinə görə, vəkil Elçin Sadıqov onun da məhkəmədə dindirilməsini tələb edib. Hakim bunlar daxil olmaqla heç bir vəsatəti təmin etməyib.

Bundan sonra, vəkil Elçin Sadıqov Məhəmməd Kekalova sual verib ki, istintaq materialında onun kompüterindən sənədlər çıxdığı bildirilib. Bu, nə qədər doğrudur? Kekalov isə bu iddianı rədd edib və onun kompüterində ümumiyyətlə sözügedən sənədlərin olmadığını bildirib.

Daha sonra, iş üzrə təqsirləndirilən iqtisadçı Fərid Mehralızadə çıxış edib. O bildirib ki, həbs olunanda müstəntiqlər ona əleyhinə ifadə olduğunu deyiblər. Amma iş materiallarından ortaya çıxıb ki, onun haqda bir dənə də sübut və ya ifadə yoxdur. Məlum olub ki, müstəntiqlər Məhəmməd Kekalovdan Mehralızadənin əleyhinə saxta ifadə almağa çalışıblar, o isə imtina edib. Fərid Mehralızadə 7 aydır günahsız olaraq həbsdə saxlanıldığını bildirib.

Proses zamanı təqsirləndirilən Hafiz Babalı da söz alaraq saxlanılma anından danışıb. Jurnalist bildirib ki, istintaq materiallarında Bakı Şəhər Baş Polis İdarəsinə özünün gəldiyi və ifadə verdikdən sonra həbs edildiyi qeyd edilsə də, o, evindən işinə gedərkən, Azərbaycan Dəmiryol Vağzalında zorakılıqla saxlanılıb.

Daha sonra, hakim Rasim Sadıxov məhkəmə istintaqının yekunlaşdığı elan edib. Prokuror Rauf Malışov çıxış üçün vaxt istəyib.

Növbəti məhkəmə prosesi mayın 20-nə təyin edilib.

AbzasMedia

19:39, 16 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əfv Komissiyasının iclası keçirilib

by Gozetci 18:00, 16 May 2025
written by Gozetci

 

Bu gün, mayın 16-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üzrə 7-ci iclası keçirilib.

Komissiyadan ölkənin yerli saytlarına verilən məlumata görə, bu, 2025-ci il üzrə sonuncu iclas olub. Vurğulanıb ki, 3 aydan çox davam edən toplantılarda ümumlikdə 800-dən çox müraciətə baxılıb.

Amma müraciətlərin detalları açıqlanmır.

Baxılan müraciətlər yaxın zamanlarda prezidentə təqim olunmalıdır. Mayın 28-i qeyd ediləcək Müstəqillik Günü ərafəsində prezidentin növbəti əvf sərəncamı imzlayacağı gözlənir.

2025-ci ildə komissiyanın ilk iclası fevralın 12-də keçirilmişdi, onda da 100-ə qədər müraciətə baxıldığı bildirilmişdi.

Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı.

Hüquq müdafiəçilər isə bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 civarında siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Beynəlxalq insan haqları qurumları isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

AzadlıqRadiosu

18:00, 16 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘AbzasMedia işi’: ‘Mən elə ifadə verməmişəm…’

by Gozetci 22:07, 13 May 2025
written by Gozetci

Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin, o sıradan AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin mühakiməsi davam edir. Məhkəmə prosesində dindirmələr yekunlaşıb, hazırda cinayət işindəki sənədlər araşdırılır.

Bu məhkəmə prosesində hakim önünə çıxarılanlar arasında “AbzasMedia”nın təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, “Turan” informasiya agentliyinin redaktoru Hafiz Babalı da var.

Mayın 13-də sənədlərin tədqiqindən öncə Nərgiz Absalamova və Elnarə Qasımovanın vəkilləri istintaqdakı ifadələri haqda Məhəmməd Kekalova suallar veriblər. Buna səbəb onun istintaqdakı ifadələrində həmin jurnalistlərin xaricdən Azərbaycana pul gətirilməsi və ölkə daxilində həmin vəsaitin yerbəyer olunmasındakı rolundan bəhs edilməsiydi. Vəkillərin suallarını cavablayan Kekalov ifadələr vermədiyini deyib. Elnrə Qasımova, Nərgiz Absalamova, Hafiz Babalı barədə fikirlərin onun ifadəsində yer almasına gəlincə, Kekalov səbəbi bu cür izah edib:

“Elə ifadə verməmişəm. Hazır sənədləri gətiriblər, mən imza atmışam”.

Kekalov istintaqdakı ifadələrindən imtina etdiyini vurğulayıb.

Məhkəmə prosesi sənədlərin açıqlanmasıyla davam edib. Cinayət işinin materiallarının həcmi böyük olduğundan müdafiə tərəfi vaxta qənaət üçün bəzi sənədlərin elan olunmuş sayılmasına razılıq verib.

Cinayət işinə videodisklər də əlavə olunub. Məhkəmədə görüntülərə baxış keçirmək istəsələr də, hakimlər diski tapa bilmədiyindən “AbzasMedia işi” üzrə proses mayın 16-dək ertələnib.

Xatırlatma

“AbzasMedia” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ülvi Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Həmin il noyabrın 22-də ölkəyə qayıdarkən elə təyyarədən düşəndəcə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb və o gecə onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, daha sonra Hafiz Babalı, Elnarə Qasımova və ötən ilin mayında Fərid Mehralızadə həbs ediliblər.

Bu iş üzrə həbsdə olan toplam 7 jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını söyləyir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

AzadlıqRadiosu

22:07, 13 May 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia