Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Rüfət Səfərovun məhkəməsində ittiham aktı oxunub

by Gozetci 23:00, 14 İyul 2025
written by Gozetci

Rüfət Səfərov

 

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun ittiham olunduğu cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, iyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Səfərovun vəkili vəsatət verib. O, müdafiəçisinin istintaq təcridxanasına daxil olarkən müayinə edilməsi ilə bağlı sənədin təqdim edilməsini istəyib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda iddia olunub ki, Səfərov Novxanı qəsəbəsində bağ satmaq qarşılığında zərərçəkən qismində çıxış edən Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb. Daha sonra Səfərovun bağı vermədiyini görən İmanquliyevin onun qarajına gələrək mübahisə etdiyi, bu zaman Səfərovun onu yaraladığı iddia olunub.

İttihamı qəbul etməyən hüquq müdafiəçisi bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. O, İmanquliyevi ilk dəfə dekabrın 3-də, polis tərəfindən saxlanıldığı  gün gördüyünü deyib.

Məhkəmə prosesi sentyabrın 8-dək təxirə salınıb.

Rüfət Səfərov 2024-cü ilin dekabrın 3-də həbs olunub.

O, Cinayət Məcəlləsinin dələduzluq və xuliqanlıq maddələrilə ittiham olunur.

Tolpum TV 

23:00, 14 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub

by Gozetci 22:00, 14 İyul 2025
written by Gozetci

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.

Qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verən Qurbanov bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib.

O, “Faktyoxla” platformasının yaradılmasından da danışıb və bunun Azərbaycanda fakt yoxlama sahəsində ilk olduğunu, lakin sonradan hökumət tərəfindən alternativlər yaradıldığını deyib. Qurbanov dövlət qurumlarından biri tərəfindən ona “Faktyoxla” platforması ilə əməkdaşlıq təklif olunduğu, lakin imtina etdiyini bildirib.

Daha sonra vəsatət verən jurnalist Fərid İsmayılov səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməməsini   bir daha istəyib.  Hakim isə onun Penitensiar Xidmət tərəfindən daha yaxşı şəraitli avtomobillə gətirilmə imkanına baxılacağını deyib.

İDİ əməkdaşı Əli Zeynal isə Penitensiar Xidmət əməkdaşlarının məhkəməyə gətirilən təqsirləndirilən şəxslərin müdafiəçiləri üçün yazdıqları qeydlərin əllərindən alındığını deyib, hakimin belə bir tapşırıq verib-vermədiyini soruşub. Hakim belə bir tapşırıq olmadığını deyib və iddia ilə bağlı Penitensiar Xidmət rəhbərliyinə müraciət etməyi məsləhət görüb.

Məhkəmə prosesi iyulun 14-ü saat 10:00-da davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Toplum TV 

22:00, 14 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Media haqqında’ Qanuna dəyişikliklər qəbul edildi

by Gozetci 17:53, 14 İyul 2025
written by Gozetci

 

Bu gün, iyulun 14-də Milli Məclis “Media haqqında” Qanuna təklif edilən dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq.

Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək.

Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və beş xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.

Media subyektlərinin adlarının ictimai qaydalara, mənəviyyata və əxlaqa uyğun olması, istifadəçiləri çaşdıran ifadələrdən istifadə edilməməsi də yeni tələblər arasındadır.

Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Eyni zamanda, reyestr tələblərinə əməl etməyən media qurumları xəbərdarlıqdan sonra pozuntuları davam etdirərsə, reyestrdən çıxarılacaq və saytlarına giriş məhdudlaşdırılacaq.

Qanunvericilik dəyişikliklərinə əsasən, çap məhsulları Media Reyestrində qeydiyyatsız yayıldığı halda, fiziki şəxslər 500-1000, vəzifəli şəxslər 1500-2500, hüquqi şəxslər isə 3000-5000 manat cərimələnəcək.

Son dəyişikliklərə görə, qanunvericiliyin tələblərinə əməl etməyən xarici media qurumlarının filial və nümayəndəlikləri ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılacaq.

Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır. Onların fikrincə, dəyişikliklərdən sonra bu qanun beynəlxalq standartlardan bir qədər də uzaqlaşır.

Xatırlatma

Azərbaycanda “Media haqqında” Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.

Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.

AzadlıqRadiosu

17:53, 14 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP üzvünün ‘kars’a salındığı bildirilir

by Gozetci 13:54, 14 İyul 2025
written by Gozetci

Elbəyi Kərimli

 

Hazırda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilir. Bu barədə iyulun 13-də “Azadlıq” qəzetinin vebsaytında məlumat yayılıb.

Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və “kars”a salınıb.

Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmir.

Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.

Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilir. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib.

Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.

13:54, 14 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Anar Abdulla 30 sutka müddətinə həbs edilib

by Gozetci 22:32, 11 İyul 2025
written by Gozetci

Anar Abdulla

 

Bu barədə Meydan TV-yə vəkil Günay İsmayılova məlumat verib.

Fəalın günorta saatlarında avtobus dayanacağında polis tərəfindən saxlanıldığı bildirilir.

Daha sonra o, məhkəmə qarşısına çıxarılıb.

Vəkilin sözlərinə görə, Anar Abdulla “xırda xuliqanlıq və polisə müqavimət”də təqsirli bilinərək, Binəqədi rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.

Fəal məhkəmədə özünü təqsirli bilməyib.

22:32, 11 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məmməd Məmmədzadənin həbs müddəti uzadılıb

by Gozetci 19:04, 09 İyul 2025
written by Gozetci

Məmməd Məmmədzadə

 

Bu gün, iyulun 9-da Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Binəqədi rayon Məhkəməsində onun barəsində olan həbs-qətimkan tədbiri 3 ay uzadılıb.

Xatırladaq ki, Məmməd Məmmədzadə bu ilin martın 14-də saxlanıb, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, ittihamları qəbul etmir.

19:04, 09 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəşir Süleymanlının həbs müddəti 3 ay uzadılıb

by Gozetci 12:30, 09 İyul 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

İyulun 9-da Bakının Binəqədi Rayon Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində verilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Martın 14-də Binəqədi rayon Məhkəməsi Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.

12:30, 09 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi deyilir

by Gozetci 12:40, 08 İyul 2025
written by Gozetci

Hacı Vəliyev

 

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və”Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun hüquqlarını müdafiə edən “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. Onun danışmaqda çətinlik çəkdiyi də qeyd edilir.

Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs olunub.

Toplum TV

12:40, 08 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin işi üzrə ittiham aktının bir hissəsi elan olunub

by Gozetci 10:12, 08 İyul 2025
written by Gozetci

Anar Məmmədli

 

İyulun 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın (Abdullayev) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə ittiham aktının bir hissəsi oxunub.

Növbəti proses iyulun 28-i, saat 14:00-a təyin edilib.

Xatırladaq ki, SMDT-nin sədri Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, sonradan bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

İstintaqın yekunlaşmasından qısa müddət əvvəl bu iş üzrə ictimai fəal Anar Abdulla (Abdullayev) də təqsirləndirilən şəxs elan edilib. Ona qarşı da eyni maliyyə ittihamları irəli sürülüb. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi həbs dalğası başlayıb, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunublar.

Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 370-dən çox siyasi məhbus var.

10:12, 08 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub

by Gozetci 17:44, 07 İyul 2025
written by Gozetci

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.

O, çıxışının bu hissəsində İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün aparılan təlimlərdən danışıb.

Qurbanov istintaq dövründə ifadə verməməsinə aydınlıq gətirərək deyib ki, istintaq orqanı qondarma sübut toplamaq işi ilə məğul olub və o da buna etiraz edib. O, məhkəmədə ifadə verməsini isə bununla izah edib ki, onun ədalətli mühakimə gözləntisi yoxdur, lakin ən azından cəmiyyəti məlumatlandırmaq istəyir.

Hakim vaxt məhdudiyyətini əsas gətirərək onun çıxışını yarımçıq saxlayıb.

İclasda, həmçinin, Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib. Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini istəyib.

Jurnalist digər vəsatətində ötən prosesdə zərərçəkən kimi çıxış edən Dövlət Vergi Xidmətinin “Toplum”çulardan 79 min manat istəməsini prosessual məcəllənin pozuntusu olduğunu bildirib. Hakim isə yalnız təqsirləndirilən şəxslər çıxışlarını bitirdikdən sonra zərərçəkən tərəfə suallar ünvanlana biləcəyini deyib.

Bununla da, hakim vəsatətləri baxılmamış saxlayıb.


Prosesin davamı iyulun 14-ü saat 10:00-a təyin olunub.

Toplum TV

17:44, 07 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia