Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Anar Abdullanın şikayəti təmin edilməyib

by Gozetci 21:29, 22 İyul 2025
written by Gozetci

Anar Abdulla

 

İyulun 22-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Anar Abdullanın həbsindən verilən şikayətə baxılıb. Prosesdə Binəqədi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanaraq şikayət təmin edilməyib.

Bu barədə onun yaxınları məlumat verib.

Anar Abdulla iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Anar Abdulla məhkəməsində bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Xatırlatma

Anar Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə də cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.

AzadlıqRadiosu

21:29, 22 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli cərimə kamerasına salınıb

by Gozetci 17:46, 22 İyul 2025
written by Gozetci

Ülvi Həsənli

 

Bu barədə Həsənli iyulun 21-də ailəsi ilə telefon danışığında məlumat verib.

Ülvi Həsənli bildirib ki, təcridxana rəhbərliyi onun aclığa başlaması ilə bağlı ərizəsini qəbul etmək istəməyib. Yalnız iyulun 21-də nəhayət ərizə qəbul olunub.

Jurnalist deyib ki, telefon danışığından sonra onu cərimə kamerasına köçürəcəklər.

O əlavə edib ki, hazırda saxlanıldığı kamera boğanaqdır, xüsusilə son günlərdəki isti havalarda orada qalmaq dözülməz hal alıb.

Həsənlinin fikrincə, cərimə kamerasında qalmaq bundan daha çətin olacaq.

Azadlıq qəzeti

17:46, 22 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Nicat İbrahim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 12:00, 22 İyul 2025
written by Gozetci

Nicat İbrahim

İyulun 22-də həbsdə olan ictimai fəal Nicat İbrahimə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim keçirilən prosesdə təqsirləndirilənin vəkili Zibeydə Sadıqova ona bəraət verilməsini xahiş edib.

APA-nın xəbərinə görə, Nicat İbrahim son söz deyib, o da məhkəmədən bəraət istəyib.

Məhkəmənin hökmünə əsasən, Nicat İbrahimə ittiham olunduğu 126.2.4-cü maddə üzrə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onun təqsirləndirildiyi 221.3-cü maddəyə isə xitam verilib.

Dövlət ittihamçısı Nicat İbrahimin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

2024-cü ilin sentyabrında həbs olunan N.İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham olunurdu.

O, ittihamları rədd edir və deyir ki, Bəhmən Əliyev adlı şəxsi, ümumiyyətlə, tanımır.

N.İbrahim 2020-ci ilin iyulunda Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

Fəal o vaxt da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, 2017-ci ildə ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.
Toplum TV
12:00, 22 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlahiyyatçı Taleh Bağırovun cəzası ağırlaşdırıldı

by Gozetci 10:26, 22 İyul 2025
written by Gozetci

Taleh Bağırov

 

Müsəlman Birliyi Hərəkatının sədri, 10 ilə yaxındır həbsdə olan ilahiyyatçı Taleh Bağırovun cəza rejimi ağırlaşdırılıb. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ilahiyyatçının 1 il müddətinə qapalı həbsxana rejiminə göndərilməsinə qərar verilib. Bu qərarı müəssisə rəhbərliyinin təqdimatı əsasında iyulun 18-də Qaradağ rayon Məhkəməsi çıxarıb.

T.Bağırovun yaxınları AzadlıqRadiosuna bildiriblər ki, son vaxtlar onu ard-arda 12 saylı Cəzaçəkmə Müəssisəsində cərimə otağına (karser) salandan sonra həbsxana rejiminə köçürüləcəyi gözlənilən idi. Bununla bağlı özünə də öncədən xəbərdarlıq edildiyi bildirilir.

Yaxınlarının deyirlər ki, T.Bağırov sözügedən cəzaçəkmə müəssisəsində yaşanan özbaşınalıqlara, özəlliklə məhkumların saxlandığı yataqxana binasının uçması nəticəsində bir nəfərin ölməsinə, onlarla insanın ölümünə etirazına görə cəzalandırılır: 

“Təqdimatda yazıblar ki, guya daxili intizam qaydalarına əməl etmir. 12 saylı müəssisənin bərbad vəziyyətdə olduğu deyilirdi, əhəmiyyət verilmirdi. Nəticədə yataqxananın biri uçdu, bir nəfər öldü. Nəticə çıxarmadılar. Bir müddət sonra daha biri uçdu. Yenə də adamları orada saxlayırlar. Belə özbaşınalıqlara etiraz edir”.

Taleh Bağırova iyunun 19-da üç gün, iyunun 22-də isə beş günlük “kars” cəzası verilib.

İlahiyyatçıya kəsilmiş 20 illik cəzanın 7 ilinin həbsxana rejimində çəkilməsi hökmdə göstərilib. O, cəzanın həmin hissəsini Qobustan həbsxanasında çəkdikdən sonra təxminən 3 il öncə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib. Həmin gün onunla yanaşı, rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının bir çox üzvü, Nardaran sakinləri də saxlanılıb.

Sonradan güc strukturları Nardaran olayları ilə əlaqədar toplam 70-ə yaxın şəxsin həbs olunduğunu açıqlayıb. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) 13 ildən 20 ilədək cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə T.Bağırov da 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı və onunla birlikdə mühakimə olunanlar məhkəmədə ifadə verərkən ittihamları rədd ediblər. Onlar işgəncəyə məruz qaldıqlarını da vurğulayıblar.

Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib etsə də, Avropa Məhkəməsi Taleh Bağırov və digərlərinin işgəncə şikayəti üzrə qərar çıxarıb. Hökumətin üzərinə bu pozuntuya görə onlara kompensasiya ödəmək öhdəliyi qoyulub.

AzadlıqRadiosu

10:26, 22 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ülvi Həsənli yenidən aclıq aksiyasına başladığını elan edib

by Gozetci 22:16, 21 İyul 2025
written by Gozetci

Ülvi Həsənli

 

“Abzas Media” nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bununla bağlı ictimaiyyətə müraciətində bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin onun qeyd etməsinə görə, 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb.

“Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur”, –Həsənli vurğulayıb.

Ülvi Həsənli daha əvvəl də eyni məsələ üzündən doqquz günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbi ilə aksiyanı dayandırdığını bildirib. Həmçinin qeyd edib ki, Penitensiar Kompleksin rəhbərliyi ona 12 iyula qədər köçürüləcəyi vədini versə də, bu vəd yerinə yetirilməyib.

Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir və bu, onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneə yaradır:

“Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə, ümumiyyətlə, görüşə bilmirəm”.

O, hesab edir ki, baş verənlərin səbəbi onların çıxışlarıdır: “Bunlar bizim yazılarımıza görə edilir…”.

Ülvi Həsənli qadın həmkarlarından xahiş edib ki, ona dəstək aksiyasına qoşulmasınlar.

Bu müraciətə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “AbzasMedia işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “AbzasMedia”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

Hökmdən sonra onlardan Ü.Həsənli və daha bir neçəsi Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. Müdafiə tərəfi hesab edir ki, hökm tam qüvvəyə minmədiyindən bu qərar qanunsuzdur.

“AbzasMedia işi” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

22:16, 21 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Əli Kərimlinin mühafizəçisi  Kənan Zeynalovun həbs müddəti uzadılıb

by Gozetci 21:43, 21 İyul 2025
written by Gozetci

 Kənan Zeynalov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun (Basqal) həbs müddəti daha 2 ay uzadılıb.

İyulun 21-də bununla bağlı Suraxanı rayon Məhkəməsi istintaq qurumunun vəsatətini təmin edib.

K.Basqalın yaxınlarının sözlərinə görə, prosesdə iştirak edən müstəntiq həbs müddətinin artırılması ilə bağlı vəsatəti müdafiə edib və bunu istintaqın hələ başa çatmaması ilə izah edib.

Müdafiə tərəfi isə bununla razı olmayıb. Onlar hesab edirlər ki, K.Basqalın həbsdə olduğu bu 4 ayda istintaq hərəkətı aparılmayıb.

Lakin hakim istintaq orqanının vəsatətini təmin edib.

“Üstəlik, Kənan Basqalın ailə üzvləri ilə görüşünə qanunsuz olaraq qadağa qoyulub”, – onun yaxınları AzadlıqRadiosuna bildiriblər.

Bu deyilənlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

K.Basqal bu il martın 21-də saxlanıb. O, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 36 yaşlı bir şəxsi qarın nahiyəsindən bıçaqlamaqda ittiham edilir. K.Basqal ittihamı qəbul etmir və şərləndiyini bəyan edib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan bir neçəsinin də elə AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilir.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

21:43, 21 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub

by Gozetci 19:13, 21 İyul 2025
written by Gozetci

İyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun müdafiəçiləri onların səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılmalarını istəyib.

Hakim isə təqsirləndirilənlərin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətləri təmin etməyib.

Təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov isə ötən dəfəki iclaslarda başladığı çıxışını bitirib.

O, çıxışının bu dəfəki hissəsində ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayandan ailə üzvlərinin üzləşdiyi təhdidlərdən danışıb, buna görə hakimiyyətin məsuliyyət daşıdığını deyib.

Növbəti məhkəmə prosesi avqustun 4-ə təyin olunub.

Toplum TV

19:13, 21 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, siyasi məhbus Bəşir Süleymanlı həbsdə üzləşdiyi problemlərlə bağlı yaxınları vasitəsi ilə media üçün açıqlama yayıb

by Gozetci 09:12, 18 İyul 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

Bəşir Süleymanlı iyulun 16-da həbs müddətinin uzadılması ilə bağlı verilən apelyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevdən şikayətçidir.

O, bildirib ki, məhkəmə iclası başlayandan bitənə qədər hakim onunla aqressiv davranıb, bir neçə dəfə sözünü kəsərək çıxış etməsinə şərait yaratmayıb:

“Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsərək çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır”.

Bəşir Süleymanlı hakimin bu davranışından və onun barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına şikayət edəcəyini deyib.

Bəşir Süleymanlı məhkəmələrdə məhbusların saxlanılması üçün normal şəraitin olmadığını da qeyd edib:

“Məhkəməyə aparılanda saatlarla orada məhkumlar üçün nəzərdə tutulan otaqda saxlanırıq. 40-50 nəfər, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar 2-3 saat bir otaqda saxlanılır. Bu da normal şəraiti olmayan həmin yerlərdə bəzi problemlər yaradır”.

Hüquq müdafiəçisi onu da əlavə edib ki, istintaq təcridxanasında ona göndərilən bəzi ərzaq, qida məsullarının və əşyaların ona verilməsində də problemlərlə üzləşir:

“Mənə göndərilən süd məhsullarının saxlandığı qabların qapağı açılmış şəkildə mənə təqdim edilir. Belə olan halda həmin məhsullar tez bir zamanda yararsız hala düşür, ondan istifadə edə bilmirik və onları atmağa məcbur oluruq”.

Bəşir Süleymanlı deyib ki, bəzi ərzaq və qida məhsularının məhkumlara verilməsi qadağan olunmasa da, onlara verilmir:

“Məsələn, göndərilən kofe mənə verilmir”.

Bəşir Süleymanlı ona göndərilən kitabların da ona verilmədiyini bildirib.

09:12, 18 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki jurnalist öz məhkəməsində iştirakdan imtina edir

by Gozetci 18:44, 16 İyul 2025
written by Gozetci

Fərid İsmayılov

 

Həbsdə olan jurnalistlərdən Fərid İsmayılov öz məhkəməsinə qatılmaq istəmir. Sağlamlığında ciddi problemlər olduğunu, altı dəfə cərrahiyyə əməliyyatı keçirdiyini deyən jurnalistin sözlərinə görə, 40 dərəcəni aşan istidə hər dəfə məhkəməyə gətirilib-aparılması durumunu daha da ağırlaşdırır.

Fərid İsmayılov “ToplumTV” internet televiziyası ilə bağlı cinayət işi üzrə təqsirləndirilən doqquz nəfərdən biridir. O, özünün ifadə verəcəyi məhkəmə iclasından başqa, qalan iclasların onun iştirakı olmadan keçirilməsi barədə vəsatət qaldırıb. Saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesə qatılmasına şərait yaradılmasını da mümkün variant sayıb.

Jurnalist məhkəmədən ədalətli hökm gözləntisinin olmadığını, bu üzdən, prosesə qatılmağı vacib saymadığını da vurğulayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “ToplumTV işi” üzrə məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində iştirakı məcburidir. O, Fərid İsmayılovun sağlamlığındakı problemləri nəzərə alaraq, onun daha yaxşı şəraitli nəqliyyat vasitəsiylə məhkəməyə aparılıb-gətirilməsindən ötrü Penitensiar Xidmətə müraciət olunacağını söyləyib.

Jurnalistin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, Fərid İsmayılov yeddi aydır həbsdə iynə-dərmanla yaşayır:

“Fəridin bədənində əməliyyat yerlərinin çapıqlarından yer yoxdur. Hər gün ona iynə, sistemlər vurulur. Adamın nə qədər xəstəliyi olar?! Deyib-gülməyinə, nikbinliyinə baxmayın, vəziyyəti yaxşı deyil”.

“ToplumTV işi” üzrə məhkəmə prosesi iyulun 22-də davam edəcək.

AzadlıqRadiosu

18:44, 16 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi Bəşir Süleymanlının şikayətini təmin etməyib

by Gozetci 13:16, 16 İyul 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

İyulun 16-da Bakı Apellyasiya Məhkəmsində Binəqədi rayon Məhkəməsinin Bəşir Süleymanlının həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb.

Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib və Bəşir Süleymanlı həbsdə qalıb.

Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.

13:16, 16 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia