Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib

by Gozetci 21:50, 04 Avqust 2025
written by Gozetci

Ülvi Həsənli

 

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır.

Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib:

“40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”.

Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb.

“Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də arğılar yaranıb, təyziqi zəifdir”, – Rübabə Quliyeva qey edib.

Ailə üzvləri Həsənlinin vəziyyətinə heç bir həkimin nəzarət aparmadığını da söyləyib.

“Nəzarətçiyə valerianka veriblər ki, Ülvinin halı pis olsa ona 2 ədəd tabletka versin. Göz görə-görə adamı öldürürlər”,- o deyib.

Bundan əvvəl ailəsi Ülvi Həsənlinin dərhal tibbi müəssisəyə köçürülməsini tələb edib, ancaq bu baş verməyib.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını elan edib. O, aclıq qərarını Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vədin yerinə yetirilməməsi ilə əsaslandırıb.

Ona dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına qoşulublar. Onlar iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.

Toplum TV

21:50, 04 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi bildirilir

by Gozetci 21:05, 04 Avqust 2025
written by Gozetci

Nazim Bəydəmirli

 

Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi xəbər verilir. Bu haqda onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb. Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib.

Nazim Bəydəmirli xəstələnməsini duş qəbul edəndən sonra cəzaçəkmə müəssisəsinin rəis müavininin onu kondisionerli otaqda saxlaması ilə izah edib. Rəis müavini keçmiş deputatın niyə sıra baxışına çıxmadığını soruşub, o isə izah edib ki, ürəyində “impulsiv blokada” olduğundan qanun kəskin isti havalarda, günəşin altında olmasına imkan vermir.

“Nazim ağır korona keçirib, ciyərləri 45 faiz yoluxmuşdur. Yenidən ciyərlərinin soyuqlaması onun həyatına son verə bilər”, – həyat yoldaşı Fəridə Bəydəmirli yazıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Nazim Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı uydurma adlandırıb. Ona 8 il həbs cəzası kəsilib. N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü “ekologiya məhbusu” adlandırır.

2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun da əhaliyə mənfi təsirinə etiraz ediblər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar uzunmüddətli həbsə göndəriliblər.

AzadlıqRadiosu 

21:05, 04 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
HesabatlarMedia Mərkəzi

Election Monitoring and Democracy Studies Center Monthly Human Rights Developments In Azerbaijan / July

by Gozetci 12:07, 01 Avqust 2025
written by Gozetci

 

  1. Politically Motivated Arrest and Convictions Continued in July

1.1 Azerbaijani Civic Activist Sentenced to 30 Days in Administrative Detention

1.2 Civic activist Nicad Ibrahim is sentenced to 6.5 years in jail

1.3 Religious Activist Tarlan Sayadov Sentenced to 3 Years Imprisonment

1.4 Human Rights Defender Fikrat Jafarli Arrested for Defamation

  1. Trials Continued in Politically Sensitive Cases During July

2.1 Toplum TV;  Defendants Continue to Debunk Accusations in Court

2.2 Meclis.info Case Continues with Witness Testimonies and Disputed Tax Claim

2.3 Human Rights Defender Rufat Safarov’s Trial Begins Amidst Continued Detention

2.4 Politician Azer Gasimli Rejects Charges, Claims Victim Status in Ongoing Trial

2.5 Detention Periods Extended in NGO Case Amidst Complaints of Mistreatment

2.6 Anar Mammadli’s Trial Underway as Prosecution Presents Initial Charges

 

  1. Political Prisoners continue to face mistreatment in detention facilities

3.1 Abzas Media Director Ulvi Hasanli Renews Hunger Strike in Protest

3.2 Arrested Activist Haji Valiyev Ends Hunger Strike Due to Deteriorating Health

3.3 Trade Union Activist Elvin Mustafayev Transferred to High-Security Prison Amid Torture Allegations.

Follow the link to read more 

 

 

 

 

 

 

 

12:07, 01 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 20:45, 30 İyul 2025
written by Gozetci

Azər Qasımlı

 

İyulun 30-da Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib.

Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə Azər Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib.

Yusifov iddia edib ki, Azər Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib:

“Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə, uşağımı qaçırmaqla təhdid etdi”.

Yusifov özünə yeni vəkil tutduğunu deyib və vəkilin işlə tanış olması üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 10-dək təxirə salınıb.

Qasımlı əvvəlki məhkəmə iclasında bildirib ki, əsl zərərçəkən onun özüdür.

Politoloqun həyat yoldaşı Samirə Qasımlı Toplum TV-yə deyib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında Azər Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, “bitcoin”lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən Azər Qasımlının hesabındakı bir “bitcoin” də yoxa çıxdı”, – o qeyd edib.

Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı bildirib.

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

Zərərçəkənin prosesdə iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.

Toplum TV 

20:45, 30 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ailəsi Ülvi Həsənlinin müalicə müəssisəsinə köçülürməsini tələb edir

by Gozetci 20:15, 30 İyul 2025
written by Gozetci

Ülvi Həsənli

 

İyulun 20-dən həbsdə aclıq aksiyası keçirdiyi bildirilən “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənlinin səhhətinin bir qədər də pisləşdiyi deyilir. Bu barədə jurnalistin ailəsi məlumat yayıb.

Bildirilib ki, saxlanıldığı Umbakı həbsxanasında havalandırma sistemi pis olduğuna görə, o, normal nəfəs almaqda çətinlik çəkir.

Ailəsi habelə qeyd edib ki, müəssisədə lazımi ləvazimatlar olmadığından Ülvi Həsənli doğru-düzgün həkim nəzarətindən keçirilməyib.

Jurnalistin ailəsi əlavə edib ki, onun çəkisi artıq 65 kiloqrama (əvvəllər 74 kq olub) düşüb.

Ailəsi Ülvi Həsənlinin təcili olaraq müalicə müəssisəsinə köçülürməsini tələb edir.

Bundan əvvəl yaxınları onun təcridxanada huşunu da müvəqqəti itirdiyini açıqlamışdılar.

Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını açıqlayıb. O, bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aksiyaya başlamasına səbəb, vəd edildiyi kimi, Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

AzadlıqRadiosu

20:15, 30 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir

by Gozetci 14:23, 30 İyul 2025
written by Gozetci

Fazil Qasımov

 

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib.

Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib.

Fazil Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial  ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib.

Ailə üzvləri bildirir ki, fasilə zamanı Fazil Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib.

Fazil Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil Nemət Kərimli də Fazil Qasımova sənədlər vermək istəsə də, hakim buna imkan verməyib.

Ardınca Fazil Qasımov qeyd edib ki, məhkəməyə gətirilməzdən əvvəl saxlanıldığı Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin 5 əməkdaşı tərəfindən zorakılığa məruz qalıb.

Qasımovun sözlərinə görə, məhkəməyə təqdim etmək üçün yazdığı apellyasiya şikayətinə əlavələrin ona qaytarılmasını istəyəndə Penitensiar Xidmətin iki əməkdaşı arxadan onun qolundan tutub və Ramin adlı rəis müavini onun üzünə iki şillə vurub və onun boğazından tutaraq boğub.

İqtisadçı bildirib ki, rəis müavini ona “sən cinayətkarsan, biz cinayətkarlarla belə davranırıq” deyib.

Fazil Qasımov məhkəmədə özünü psixoloji və fiziki cəhətdən çox pis hiss etdiyini, tibbi yardıma ehtiyacının olduğunu bildirib. Buna görə də o, məhkəmə iclasının təxirə salınmasını istəyib.

Hakim Fazil Qasımovun səhhəti ilə əlaqədar məhkəmə iclasını avqustun 6-ı saat 16:00-a təxirə salıb.

Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Toplum TV 

14:23, 30 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib

by Gozetci 14:09, 30 İyul 2025
written by Gozetci

Fikrət Cəfərli

 

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli həbs edilib.

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Yaxınları bildirib ki, bu gün hüquq müdafiəçisinə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında hüquq müdafiəçisini məhkəməyə vermişdi.

Vəkil Elvin Əliyev Fikrət Cəfərlinin ona qarşı böhtan yaydığını, bununla da işgüzar nüfuzuna zərər vurduğunu iddia edib.

O, hüquq müdafiəçisinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələb edib.

Hüquq müdafiəçisi ona qarşı qaldırılan iddianı siyasi sifariş adlandırıb.

Onun fikrincə, Vəkillər Kollegiyasını tənqid etdiyi üçün təşkilat rəhbərliyi onu cəzalandırmağa çalışır.

14:09, 30 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sevinc Vaqifqızına şəxsi əşyalarının verilmədiyi bildirilir

by Gozetci 12:40, 28 İyul 2025
written by Gozetci

Sevinc Vaqifqızı

 

İyulun 22-dən aclıq aksiyası keçirdiyini açıqlayan “Abzas Media” nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına şəxsi əşyalarının verilmədiyi bildirilir. Bu barədə jurnalistin ailəsi məlumat yayıb.

Ailəsi bildirir ki, iyulun 26-da baş tutan görüş zamanı təcridxana rəhbərliyi onların gətirdiyi geyim və gigiyena vasitələrini qəbul etməyib.

“Yalnız su qəbul etdilər. Sevincin geyinməyə yeni heç nəyi yoxdur”, – ailə üzvləri bildiriblər.

Hələlik, bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

İyulun 20-də müddətsiz aclıq aksiyasına başladığını bildiriən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova isə iyulun 22-dən onun müdafiəsi ilə bağlı aksiyaya qoşulduqlarını bəyan ediblər.

AzadlıqRadiosu

12:40, 28 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə Əli Kərimli haqqında ittiham hökmünü qüvvədə saxladı

by Gozetci 17:05, 23 İyul 2025
written by Gozetci

Əli Kərimli

 

İyulun 23-də Ali Məhkəmədə haqqındakı ittiham hökmünün ləğvindən ötrü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə baxılıb. Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası qərarı dəyişməyib.

Məhkəməyə partiya sədrinin özü qatılmayıb. Onun vəkili Fəxrəddin Mehdiyev Əli Kərimli haqqında Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsiylə çıxarılmış hökmün və apellyasiya məhkəməsinin onu qüvvədə saxlayan qərarının əsassız olduğunu söyləyib:

“Əslində, bu iş heç icraata götürülüb baxılmamalıydı, çünki bunun üçün hüquqi əsas yox idi”.

Müdafiəçi vurğulayıb ki, AXCP sədri haqqında çıxarılmış ittiham hökmü Azərbaycanın da qoşulduğu İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (Konvensiyadankənar məqsədlərlə hüquq və azadlıqların pozulmaması) maddələrinin pozulmasıdır.

Ə.Kərimli haqqında ittiham hökmü illər öncə AXCP-dən çıxarılmış Aydın Əliyevin şikayəti əsasında verilib. A.Əliyev iddia edir ki, partiya sədri müxtəlif media orqanlarındakı çıxışlarında onun haqqında böhtan xarakterli fikirlər səsləndirib.

Şikayətçi və onun vəkili Elvin Əliyev Ali Məhkəmədəki çıxışlarında aşağı instansiyanın qərarının qüvvədə saxlanmasını istəyiblər.

Qısa müşavirədən sonra hakimlər kollegiyası qərarın qüvvədə saxlandığını elan edib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, növbəti hüquqi addım Avropa Məhkəməsinə şikayət yollamaq olacaq:

“Yerli məhkəmə instansiyaları bitdi, növbəti mərhələ Avropa Məhkəməsidir. Aydın məsələdir ki, bu, hüquqi yox, siyasi proses idi. Səbəb də AXCP-nin, Əli Kərimlinin siyasi fəaliyyətidir”.

Xatırlatma

AXCP sədri Əli Kərimli haqqında ötən il dekabrın 2-də Nəsimi rayon Məhkəməsində ittiham hökmü çıxarılıb. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci maddəsiylə min 500 manat cərimələnib. Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əli Kərimli barəsində daha öncə 1994-cü ilin sentyabrında da cinayət işi başlanmışdı. O zaman hüquq-mühafizə qurumları Əli Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdilər.

Əli Kərimli pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, verilməyib. Onun sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması əsas göstərilib.

Avropa Məhkəməsi 2015-ci ilin iyulunda Əli Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun hərəkət etmək azadlığının pozulması kimi qiymətləndirib. Dövlətin üzərinə Əli Kərimliyə 8 min 600 avro kompensasiya ödəmək öhdəliyi qoyulub. Amma AXCP sədrinə hələ də pasport verilməyib və o, 2006-cı ildən bəri ölkədən çıxa bilmir.

AzadlıqRadiosu

17:05, 23 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalistlərin aclıq etdiklərinə görə qeyri-insani münasibətlə üzləşdikləri bildirilir

by Gozetci 14:10, 23 İyul 2025
written by Gozetci

 Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Elnarə Qasımova 

 

“AbzasMedia” nəşrinin həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın aclıq aksiyasına görə Bakı İstintaq Təcridxanasında qeyri-insani münasibətlə üzləşdikləri bildirilir.

Bu barədə jurnalistlərin yaxınları məlumat verib.

“AbzasMedia”nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başladığını açıqladıqdan sonra nəşrin əməkdaşı Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova da iyulun 22-də ona qoşulduqlarını bildiriblər.

“Səbəb Ülvi Həsənlinin qanunsuz olaraq Umbakıya köçürülməsi və öncəki aclıq aksiyasında ona bir həftəyə Bakı İstintaq Təcridxanasına köçürüləcəyi ilə bağlı verilən vədin yerinə yetirilməməsidir”, – jurnalistlər yaxınlarına bildirib.

“22 iyulda bizi rəis Elnur İsmayılovun qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardılar. Onun müavini Əhəd Abdıyevin otağında saat yarım gözləyəndən sonra dedilər ki, Penitensiar Xidmətdən nümayəndələr gəlmişdilər, sizinlə görüşmək istəyirdilər, amma fikirlərini dəyişib getdilər”, – jurnalistlər əlavə ediblər.

Onlar daha sonra öz otaqlarından çıxarılıb ayrı otaqlarda yerləşdirildiklərini və hazırda hər birinin tək saxlandıqlarını deyiblər.

“Üçümüzün də otağında duş sistemi yoxdur, pəncərənin şüşələri çıxarılmayıb, normal havalandırma yoxdur. Otaqların hamısı natəmizdir və otaq yoldaşlarımıza da icazə vermədilər ki, otaqları təmizləmədə bizə kömək etsinlər”, – jurnalistlər deyib.

Bildirilib ki, N.Absalamova öz otağından çıxmaq istəmədiyi üçün rəis müavini Ə.Abdıyevin zorakılığına məruz qalıb.

Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirilir ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.

 AzadlıqRadiosu

 

14:10, 23 İyul 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia