Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəhruz Səmədovun heç bir vəsatəti təmin olunmayıb

by Gozetci 13:27, 14 Avqust 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə baxılıb.

Elmar Rəhimovun sədrlik etdiyi məhkəmə prosesi qapalı keçirilib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, prosesdə məhkəmənin açıq keçirilməsi də daxil olmaqla, ümumilikdə 20-dən çox vəsatət qaldırılıb.

Vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmədən bir gün öncə B.Səmədov nənəsi Zibeydə Osmanova ilə görüşərək vəziyyətinin yaxşı olmadığını, avqustun 13-də baş tutacaq məhkəmə iclasında iştirak etməyəcəyini desə də, prosesə qatılıb.

Növbəti məhkəmə prosesi avqustun 20-ə təyin olunub.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.

Toplum TV 

13:27, 14 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədov məhkəməsinin açıq keçirilməsini tələb edir

by Gozetci 19:07, 13 Avqust 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Dövlətə xəyanət ittihamıyla bir ildir həbsdə olan politoloq Bəhruz Səmədov məhkəməsinin açıq keçirilməsini, prosesi həm ictimaiyyətin, həm də dostlarının izləməsini istəyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən nənəsi Zibeydə Osmanova bildirib ki, birinci instansiya məhkəməsində olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində də B.Səmədovun işinə qapalı şəkildə baxılmasına qərar verilib:

“Avqustun 13-də məhkəmədə vəkil bir daha vəsatət qaldırıb ki, proses açıq keçirilsin. Lakin hakimlər vəsatəti təmin etməyiblər. Ümumiyyətlə, 20-yə yaxın vəsatət qaldırılıb, heç biri təmin olunmayıb”.

Bəhruz Səmədova 15 il həbs cəzası kəsilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bir gün öncə Bəhruz Səmədov tək ailə üzvü olan nənəsiylə telefonla əlaqə saxlayaraq durumunun yaxşı olmadığını, avqustun 13-nə təyin edilmiş məhkəmə iclasına gələ bilməyəcəyini deyib. Ardından Umbakı Penitensiar Kompleksinə yollanan Z.Osmanova nəvəsi ilə görüşüb:

“Heç bir cinayət törətmədiyi halda, haqsız yerə həbsdə saxlanması onu ağrıdır. Həbsdə olduğu bir il ərzində iki dəfə intihara cəhd edib, son anda xilas ediblər. Psixoloji durumu heç yaxşı deyil. Daha ağır nəticələrdən çox narahatam”.

Bəhruz Səmədov məhkəməyə gələ bilməyəcəyini desə də, avqustun 13-də prosesə qatılıb.

Onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi avqustun 20-də davam edəcək.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan Bəhruz Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli sayılıb.

O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.

Bəhruz Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəal ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəlibmiş.

AzadlıqRadiosu

19:07, 13 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘AbzasMedia işi’ndə apellyasiya məhkəməsi gərgin başlayıb

by Gozetci 09:54, 13 Avqust 2025
written by Gozetci

Avqustun 12-də “AbzasMedia işi” çərçivəsində həbs edilən şəxslərin apellyasiya məhkəməsi gərginliklə başlayıb.

Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Zəfər Əhmədovun sədrliyi ilə baxılır.

Proses zamanı təqsirləndirilən xanımları bir, kişiləri isə digər yanaşı şüşə kabinələrdə saxlayıblar. Vəkillərin və hakimin çıxışı zamanı saxlandıqları şüşə kabinə nisbətən uzaqda olduğundan xanımlar deyilənləri yaxşı eşitmədiklərini bildiriblər.

Proses zamanı Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadənin vəkili Xaliq Hüseynov və digər vəkillər bir çox vəsatətlərlə çıxış ediblər. Həmin vəsatətlərdə bildirilib ki, bu iş üzrə təqsirləndirilən AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli və araşdırmaçı jurnalist Hafiz Babalı Bakı İstinntaq Təcridxanasından Umbakı həbsxanasına köçürülüblər. Vəkillər bunu ayrıseçkilik kimi dəyərləndirərək onların geri qaytarılmasını istəyiblər. Habelə təqsirləndirilən şəxslərin şüşə kabinedə saxlanmasına da etiraz edilib. Vurğulayıblar ki, onları vəkillərin yanında əyləşdirə bilərlər. Eyni zamanda qeyd ediblər ki, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı kimi baxılsın. Üstəlik, həm Ülvü Həsənli və həm də vəkillər xanım əməkdaşların tələblərinə də diqqət çəkiblər. Ü.Həsənli deyib ki, xanımları onlarla da əyləşdirə bilərlər.

Amma müdafiə tərəfinin vəsatətlərinin heç biri qəbul edilməyib.

Müdafi tərəfinin çıxışı zamanı “AbzasMedia” nəşrinin baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova deyilənləri eşitmədiyi ilə bağlı etirazını bildiriblər. Hakim onlara zaldan çıxarılacaqları ilə bağlı xəbərdarlıq verib. Onlar isə cavabında zalı özlərinin tərk edəcəyini və növbəti məhkəmə prosesində də iştirak etməyəcəklərini söyləyiblər.

Xanım əməkdaşların zaldan çıxarılması zamanı itələmə baş verib və buna etiraz olaraq nəşrin direktoru Ülvi Həsənli də zalı tərk etmək istədiyini bildirib. Nəticədə onlar zaldan sərt şəkildə çıxarılıb, bir çox valideynlər də oranı tərk ediblər.

Baş verənləri Qərb ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri də müşahidə ediblər.

Proses avqustun 26-na kimi təxirə düşüb.

Bu iş üzrə təqsirləndirilən şəxslərə 2025-ci il iyunun 20-də hökm oxunub. AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova 8 il, nəşrin əməkdaşı Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.

Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

“AbzasMedia işi” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

09:54, 13 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilmədiyi deyilir

by Gozetci 17:51, 12 Avqust 2025
written by Gozetci

Məhəmməd Kekalov

 

“AbzasMedia işi” çərçivəsində həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilir.

Bu barədə məlumatı həmin nəşrə onun ailəsi verib.

Ailəsinin sözlərinə görə, Kekalov bu gün, avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib, lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Vurğulandığına görə, ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib.

Bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma həmin qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.

M.Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib. O, “AbzasMedia işi”ndə digər altı nəfərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.

Həmin iş üzrə AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

“AbzasMedia işi” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

17:51, 12 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ailəsi: Bəxtiyar Hacıyevin vəziyyəti kritikdir, onunla əsir kimi davranılır

by Gozetci 21:05, 08 Avqust 2025
written by Gozetci

Bəxtiyar Hacıyev 

 

Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin səhhətinin və hüquqi vəziyyətinin ağır olduğu deyilir.

Ailəsinin yaydığı məlumatda deyilir ki, Hacıyevin saxlanma şəraiti insan hüquqları və hüquqi müdafiə baxımından ciddi pozuntularla müşayiət olunur.

Yaxınlarının dediyinə görə, ictimai fəal kobud rəftara məruz qalır və ona vəkili ilə görüşə icazəsi verilmir.

“Onunla əsir kimi davranılır və özü də bu vəziyyəti əsirlik kimi qiymətləndirir. Psixoloji və fiziki təzyiqlər altındadır. Onun müdafiə hüququ ciddi şəkildə pozulub. Görüntülü danışa bilmirik. Halbuki digər məhbuslara bu imkan yaradılır, lakin Bəxtiyara bu hüquq qəsdən verilmir. Ailəsindən tam təcrid olunub”, – məlumatda deyilir.

Bildirilir ki, tibbi yardıma ehtiyacı olsa da, Bəxtiyar Hacıyevə lazımi tibbi xidmət göstərilmir.

“Yalnız bir dəfə böyük çətinliklə kardioqramma edilib. Bundan əlavə, ondan qan analizi də götürülüb, lakin artıq bir həftə keçməsinə baxmayaraq nəticələr hələ də təqdim olunmayıb. Bəxtiyar özü vəziyyətinin dözülməz olduğunu deyərək yerinin dəyişdirilməsini istəyir. Bu şəraitdə daha uzun müddət qalmaq onun həyatı üçün təhlükəlidir. Əgər vəziyyəti ilə bağlı tədbir görülməzsə, intihara cəhd edə biləcəyini bildirdi”, – ictimai fəalın yaxınları söyləyir.

Ailə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu məsələ ilə bağlı “açıq-aşkar qərəzli və düşməncəsinə yanaşma” sərgiləməkdə ittiham edir.

Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib.

İctimai fəal özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bildirib.

Toplum TV 

21:05, 08 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Ədalətli mühakimə hüququSliderXƏBƏRLƏR

Aynur Elgünəşin şikayəti təmin edilməyib

by Gozetci 20:01, 08 Avqust 2025
written by Gozetci

Aynur Elgünəş

 

Avqustun 7-də Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) iti Maksla görüşə bilməməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Proses hakim Zamin İbrahimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baş tutub.

Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, baş redaktorun şikayətini təmin etməyib.

Həbsdə olan jurnalist iti ilə görüşə bilməsi üçün Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova bir neçə dəfə müraciət edib. Cavab ala bilmədiyi üçün məhkəməyə üz tutub.

“Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” – deyə jurnalist müraciətində bildirirdi.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Müstəqil jurnalist Ülviyyə Əli də mayın 7-də bu iş üzrə saxlanılıb və barəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.

Toplum TV 

20:01, 08 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə Fazil Qasımovun dövlət hesabına vəkil tələbini rədd edib

by Gozetci 09:28, 07 Avqust 2025
written by Gozetci

Fazil Qasımov

 

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər.

Ailəsi bildirir ki, məhkəmə iclası zamanı Fazil Qasımov vəkili Nemət Kərimliyə bəzi sənədləri təqdim etmək istəsə də, konvoy əməkdaşları sənədləri ondan alıblar.

“Hakim də sənədlərin vəkilə verilməsinə icazə verməyib. Qasımov buna etiraz edərək, hakimin bu cür müdaxiləsinin hüquqi əsasının olmadığını bildirib”, – deyə yaxınları bildirib.

Daha sonra o, vəkilindən imtina etmək barədə vəsatət verib. Qasımov bildirib ki, artıq 90 gündür vəkili ilə əlaqə qura bilmir. Onun sözlərinə görə, nə vəkili görüşə gəlib, nə də Penitensiar Xidmət onun vəkillə əlaqə yaratmasına imkan verib. F.Qasımov vəkilin onun hüquqi müdafiəsi ilə maraqlanmadığını deyib.

İqtisadçı həmçinin müdafiə hüququ pozulduğu üçün aclıq aksiyasına başladığını elan edib. Onun sözlərinə görə, artıq üç gündür qida qəbul etmir və bu gündən etibarən su da içməyəcək. O, ailəsinin yeni vəkil tutmağa maddi imkanı olmadığını qeyd edərək, dövlət hesabına vəkillə təmin olunmasını xahiş edib.

Vəkil Nemət Kərimli bu istəyə etiraz etməyib və bildirib ki, təqsirləndirilən şəxsin vəkildən imtina etmək hüququ var.

Hakim isə vəsatəti təmin etməyib. O, bildirib ki, vəkilin təqsirləndirilən şəxslə görüşməməsi vəkilin dəyişdirilməsi üçün qanuni əsas sayılmır.

Hakimin sözlərinə görə, vəkil ilə təqsirləndirilən şəxsin məhkəmə zalında konfidensial görüşməsi üçün ayrıca vaxt ayrılacaq.

Vəkil Nemət Kərimli vəsatətin təmin edilməməsini qanun pozuntusu adlandıraraq, məhkəmə tərkibinə etiraz edib.

Növbəti məhkəmə prosesi avqustun 19-u saat 16:00-a qədər təyin edilib.

Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Toplum TV 

09:28, 07 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nənəsi Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb

by Gozetci 21:18, 06 Avqust 2025
written by Gozetci

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası baş tutub.

Prosesin öncədən açıq keçiriləcəyi bildirilsə də dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsasət qaldırıb, hakim vəsatəti təmin edib.

Bu barədə Toplum TV-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib.

Onun sözlərinə görə, hakimin prosesin qapalı keçirilməsi ilə bağlı qərarından sonra Bəhruz Səmədovun nənəsi, tək yaxını Zibeydə Osmanova və dostları, ictimai fəallar məhkəmə zalına buraxılmayıb.

Daha sonra prokuror ittihamla tanış olmadığını əsas gətirib, buna görə də məhkəmə iclası təxirə salınıb.

Prorkuror növbəti iclasın da qapalı keçirilməsi ilə bağlı vəsastət qaldırıb, hakim vəsatəti təmin edib.

Növbəti məhkəmə iclası avqustun 13-ə təyin olunub.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.

Toplum TV 

21:18, 06 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədli: “Səhhətim günahsızlığımı müdafiə etməyə mane olur”

by Gozetci 20:12, 05 Avqust 2025
written by Gozetci

Ələsgər Məmmədli

 

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə Toplum TV-nin həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin vəkili onun səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.

Ötən prosesdə hakim Ə.Məmmədlinin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətj təmin etməmişdi.

Bu dəfə isə müdafiə tərəfi məhkəməyə müvafiq tibbi arayış təqdim edib.

Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23,17 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib.

Ələsgər Məmmədli özü də çıxış edərək bildirib ki, səhhəti günahsızlığını müdafiə etməyə mane olur:

“İstəməzdim burada səhhətimə görə vəsatət qaldırım. Mən onsuz da günahsızam, nəinki mən, buradakıların hamısı günahsızdır. Mən burada öz günahsızlığımı sonuna qədər müdafiə etəməyə də hazıram. Ancaq səhhətimdəki problem buna mane olur”.

Məhkəmədə məlum olun ki, hakimlər bir aylıq məzuniyyətə çıxırlar.

Hüquqşünas hakimlərdən bu müddət ərzində ev dustaqlığına buraxılmasını istəyib.

“Heç olmasa, siz məzuniyyətdəykən həbsim ev dustaqlığı ilə əvəzlənsə, əməliyyat oluna bilərəm. Hətta sonrasında yenə məhkəməyə təcridxadan gedib-gələrəm. Burada tək hüquqi yox, insanlıq, vicdan məsələsi də rol oynayır”, – deyə Ələsgər Məmmədli məhkəmə heyətinə müraciətində vurğulayıb.

O, həbs olunandan sonra şəkərli diabet və yüksək təzyiq xəstəliyinə tutulduğunu da məhkəmə heyətinin diqqətinə çatdırıb. Bildirib ki, həbsinə qədər bunların heç birindən əziyyət çəkməyib.

Dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsinə etiraz etmədiyini deyib.

Müşaviərədən qayıdan hakimlər vəsatəti təmin etmədiklərini bildiriblər.

Ələsgər Məmmədli çıxışına avtomobilinin üzərinə həbs qoyulmasına etiraz etməklə davam edib.

Hüquqşünas bunun qanunazidd olduğunu vurğulayıb:

“Mənim avtomobilim bir ildən çoxdur ki, bilinmir harada, hansı şəraitdə saxlanılır. Düşünürəm ki, mənim ailəmin ondan istifadə etmək hüququ var. Bu müddət ərzində onlar taksilərə 2000 manatdan çox pul xərcləyiblər. Bu da bizim üçün ödənilməyəcək bir zərərdir”.

Hüquqçünas əlavə edib ki, avtomobil ortaq ailə büdcəsi ilə satın alınıb və həyat yoldaşının da onun üzərindəki mülkiyyət və istifadə hüququ pozulub.

Məmmədlinin bu vəsatəti də təmin olunmayıb.

Növbəti proses sentyabrın 8-ə təyin edilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Toplum TV 

20:12, 05 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Anar Abdulla məhkəmə zalında həbs edilib

by Gozetci 09:33, 05 Avqust 2025
written by Gozetci

Anar Məmmədli və Anar Abdulla

 

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.

Dövlət ittihamçısı məhkəmədən Anar Abdulla barəsində mövcud olan polisin nəzarətinə vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini istəyib.

Prokuror təqsirləndirilən Anar Abdullanın polisin nəzarətinə veirlmə qətimkan tədbirinin şərtlərini pozduğunu bildirərək, onun məhkəmə zalında həbs edilməsini xahiş edib.

Anar Abdullanın hüquqlarını müdafiə edən vəkil Günay İsmayılova isə qətimkan tədbirinin şərtlərinin pozulması iləbağlı prokuror tərəfindən irəli sürülən halların əsassız olduğunu bildirib.

Vəkil bildirib ki, Anar Abdulla bütün məhkəmə proseslərində iştirak edib. “Anar Abdullanın barəsindəki qətimkan tədbirinin şərtləri barədə ona Nərimanov rayon Polis idarəsindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsindən ona sənə zəng ediləcək. Amma bununla bağlı ona hər hansı rəsmi məlumatlandırma, mesaj, zəng və ya başqa formada dəvət olmayıb. Belə bir qayda və ya dəvət haqqında məlumatlandırılmadığı halda, qətimkan tədbirinin qaydalarına necə əməl edilmədiyi aydın deyil”. Vəkil Günay İsmayılova həmçinin qeyd edib ki, Anar Abdullanın himayəsində yaşlı və ağır xəstəliyi olan anası var. O, məhkəmədən bu halların nəzərə alınmasını istəyib.

Vəkil Elçin Sadıqov da qeyd edib ki, Anar Abdullanın ölkədən çıxışına qadağa qoyulub. Belə olan halda o heç bir yerə gedəbilməz və yenə də məhkəmələrdə iştirak edə bilər.

Daha sonra Anar Məmmədli Anar Abdullanın məhkəmə ərəfəsində inzibati həbsə məruz qalmasını, həmçinin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini siyasi sifarişadlandırıb. “Siz bu ittihamları təmin etməklə göstərirsiniz ki, Bakı Ağır Cinayətlər məhkəməsi Bakı Ağır Sifarişlər Məhkəməsinə çevirilir”.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib, Anar Abdulla məhkəmə zalında həbs edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Anar Məmmədli və Anar Abdulla özlərini təqsirli bilməyiblər.

SMDT rəhbəri ittiham aktının yazılma formasına da etirazını dilə gətirib və orada nə yazıldığının heç anlaşılmadığını deyib.
Bu məsələ ilə əlaqədar Anar Məmmədli ilə prokuror arasında mübahisə yaranıb. Vəkillər də Anar Məmmədlinin fikirlərinidəstəkləyərək bəzən ittiham aktında bir cümlənin 12 səhifəyədək yer tutduğunu söyləyiblər.

Növbəti məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

Xatırlaqdaq ki, Anar Abdulla Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

Anar Məmmədli ötən ilin aprel ayının 29-dasaxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də Anar Məmmədli işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

09:33, 05 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia