Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Xanımı Polad Aslanovun həbsdə ayrıseçkiliklə üzləşdiyini deyir

by Gozetci 20:53, 01 Sentyabr 2025
written by Gozetci

“Xəbərman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova ərinin aclıq aksiyasına başladığını bildirib. Onun deməsinə görə, Polad Aslanovla danışıb:

“29.08.2025-ci il tarixindən 10 aydır ona apardığım hazır yeməkləri qızdırmaq üçün gün ərzində cəmi 30 dəqiqə istifadə etdiyi mətbəxə buraxılmadığı üçün aclıq aksiyasına başlayıb. 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin olunmuş Ramiq Nəsibov (bundan əvvəl rəis müavini idi) ona söz verib ki, problem həllini tapacaq”.

Onun deməsinə görə, problem davam etsə, etirazlara da davam edəcəklər.

Hələlik, bu deyilənlərə 15 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirirlər ki, məhbuslarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Polad Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 16 il azadlıqdan məhrum edilib. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu

20:53, 01 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
HesabatlarMedia Mərkəzi

Election Monitoring and Democracy Studies Centre Monthly Human Rights Developments In Azerbaijan / August

by Gozetci 10:20, 30 Avqust 2025
written by Gozetci

  1. New Arrests and charges
  • New arrest in the Meydan TV Case as the Charges Intensifies
  • Three More Civil Society Activists Charged in “NGO Case”
  1. Hearings Continued in Politically Sensitive Cases in August

2.1 Abzas Media Employees Subjected to Mistreatment During Appeals Court Trial

2.2 Peace Activist Bahruz Samadov’s Appeal Hearing Continues with All Motions Rejected

2.3 Activist Anar Abdullayev was Arrested in The Court Room Following Administrative Detention

2.4 War Veteran and Government Critic Haji Valiyev’s Detention Period Extended

2.5 Toplum TV Trial Exposes Weaknesses in State’s Tax Evasion Claim

2.6 Activist Ahmad Mammadli’s Case Moves to Trial After All Motions Rejected

2.7 All Defence Motions Rejected in Economist Fazil Gasimov’s Case

2.8 Trade Union Activist Alleges Torture and Lack of Investigation

  1. Political Prisoners Report Mistreatment in the Detention Facilities

3.1 Bakhtiyar Hajiyev’s Family Reports Severe Mistreatment and Health Concerns

3.2 Abzas Media Journalist Mahammad Kekalov Denied Access to Lawyer

3.3 Tofig Yagublu’s Lawyer Protests Illegal Search Upon Prison Visit

3.4 Family of Nazim Baydamirli Reports Fears for His Life Amid Deteriorating Health

3.5 Trade Union Chairman Afiaddin Mammadov Complains of Intolerable Prison Conditions

 Follow the link to read more

 

 

10:20, 30 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir

by Gozetci 21:06, 28 Avqust 2025
written by Gozetci

Bu barədə jurnalistlərin yaxınları məlumat verib.

Bildirilib ki, avqustun 28-də Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqın sonunda təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub. Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

İş üzrə həbs edilən jurnalistlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.

Jurnalistlərə qarşı irəli sürülən maddələr bunlardır: 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).

“Meydan TV”nin redaktoru Orxan Məmməd özünün “Facebook” hesabında bildirib ki, əlavə edilən bütün ittihamları rədd edirlər. Onun sözlərinə görə, bu günlərdə cinayət işinə yeni şəxslərin cəlbinə çalışılıb.

AbzasMedia 

21:06, 28 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Əhməd Muxtarın “Meydan TV işi” çərçivəsində həbs edildiyi bildirilir

by Gozetci 19:19, 28 Avqust 2025
written by Gozetci

Əhməd Muxtar

 

Bu barədə jurnalistin yaxınları məlumat veriblər.

Bildirilib ki, avqustun 27-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistə qarşı da bu iş üzrə həbs edilən digər şəxslərdə olduğu kimi 8 maddəlik ittiham irəli sürülüb.

“Meydan TV”nin redaktoru Orxan Məmməd sosial şəbəkədə etdiyi paylaşımında jurnalist Əhməd Muxtarın media orqanı ilə heç bir əməkdaşlığının olmadığını bildirib.

Bu gün – avqustun 28-də “Meydan TV işi” üzrə ibtidai istintaqın bitdiyi elan edilib. Bu iş çərçivəsində təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub. Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

AbzasMedia

19:19, 28 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əhməd Məmmədlinin işi üzrə hazırlıq iclası keçirilib

by Gozetci 20:21, 21 Avqust 2025
written by Gozetci

Əhməd Məmmədli

 

Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini və Əhməd Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Ancaq məhkəmə bu vəsatəti təmin etməyib və işin məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas sentyabrın 3-nə təyin olunub.

Xatırlatma

Əhməd Məmmədli bu il mayın 6-da saxlanıb və mayın 8-də barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin “sağlamlığa qəsdən ağır zərər vurma” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

AzadlıqRadiosu

20:21, 21 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

by Gozetci 17:27, 21 Avqust 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində ümumi vəziyyətin çox pis və dözülməz olduğunu bildirir.

Yaxınlarının məlumatına görə, ictimai fəalın səhhəti və  psixoloji vəziyyəti ağırdır.

“Dedi ki, orada vəziyyət pisdir. Daha detallı danışmaq istəyəndə zəngi söndürdülər. Sonra yenidən bir neçə dəfə zəng elədik, söndürürdülər. Daha sonra icazə verdilər, amma o barədə yenə danışanda, yenə söndürdülər”, – yaxınları bildirir.

Yaxınlar deyir ki, vədlər verilsə də, Məmmədovun saxlanılma şəraitində heç bir yaxşılaşma yoxdur və bu, Məmmədovun psixoloji durumunu daha da pisləşdirib:

“Mətbəxdə, ərzaq saxlanılan yerdə siçanlar olur, ərzaqı yeyirlər. Antisanitar vəziyyətdir. Yatan yerdə də böyük siçovullar olur. Adam çoxdur, ayaqyolunda saatlarla növbələr olur”.

Afiəddin Məmmədovun normal həkim müayinəsindən də keçə bilmədiyi də deyilir.

“Səhhətində problem olmuşdu, bizə də hər gün zəng edə bilmir, bizim də bundan xəbərimiz yox idi. Tibb məntəqəsinə getmişdi, həkim yerində olmayıb. Bir neçə gün sonra həkimin qəbuluna düşə bilib, onda da yolaverici dərman veiblər”, – fəalın yaxınları qeyd edib.

İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Bu ilin yanvarında Afiəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fəal ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Toplum TV 

17:27, 21 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Cəza rejimi ağırlaşdırılan ictimai fəal: ‘Özümü orada döyüblər’

by Gozetci 09:32, 21 Avqust 2025
written by Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Elvin Mustafayev 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalması barədə prokurorluğa şikayət etsə də, heç bir cavab almayıb. Bunu avqustun 20-də onun vəkili Zibeydə Sadıqova Bakı Apellyasiya Məhkəməsində deyib.

İctimai fəalın ümumi rejimli cəzaçəkmə müəssisəsindən 6 aylıq həbsxana rejiminə köçürülməsi haqda Nizami rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılır.

Elvin Mustafayev avqustun 20-də məhkəmənin ilkin baxış iclasında deyib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində heç bir qanunsuzluğa yol verməyib, əksinə, özü işgəncənin, pis rəftarın qurbanı olub: 

“Nizami rayon Məhkəməsində də dedim, mənim özümü orada döyüblər”.

İctimai fəalın sözlərinə görə, işgəncə nəticəsində qulağından günlərlə qan, ardınca irinli su gəlib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin işgəncə şikayətinin araşdırılmasından ötrü aylar öncə prokurorluğa şikayət etsələr də, indiyədək cavab almayıblar. Bu üzdən vəkil vəsatət qaldırıb ki, məhkəmə özü də prokurorluğa sorğu göndərsin, Elvin Mustafayevə qarşı işgəncə ilə bağlı şikayətin nəticəsi haqda cavab alsın.

Ancaq Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası prokurorluğa sorğu göndərməyə razılıq verməyib.

Elvin Mustafayevin həbsxana rejiminə köçürülməsiylə bağlı qərardan şikayətinin araşdırılması isə sentyabrın 3-nə saxlanılıb.

Sözügedən cəzaçəkmə müəssisəsinin rəhbərliyi ictimai fəalın cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimatda iddia edib ki, o, daxili intizam qaydalarına əməl etmir: cəzaçəkmə müəssisəsində müxalifətçiliklə məşğul olur, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir və s. Bu üzdən, ona dəfələrlə töhmət verildiyi də təqdimatda əksini tapıb.

Elvin Mustafayev yazılanları “uydurma” adlandırıb.

Xatırlatma

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla ona 3 il həbs cəzası kəsilib.

O, ittihamı qəbul etmir, üzərindən narkotik tapılması barədə iş materiallarında yazılanları “yalan” adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Elvin Mustafayev daha öncə də xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuş, o zaman da ittihamları qəbul etməmişdi.

Hazırda “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü – Ayxan İsrafilov və Möhyəddin Orucov da həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret faktlar əsasında saxlanıldığını bildirirlər.

AzadıqRadiosu

09:32, 21 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Fazil Qasımov hakimlərə etirazını bildirib, vəkilindən imtina etdi

by Gozetci 21:43, 20 Avqust 2025
written by Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ildir həbsdə olan Fazil Qasımov Bakı Apellyasiya Məhkəməsində işinə baxan hakimlər kollegiyasına etiraz verib. O, etirazını da belə əsaslandırıb ki, Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası işin obyektiv araşdırılmasından ötrü qaldırılan vəsatətlərin heç birini təmin etmir.

Bakı Apellyasiya Məhkəməsində Fazil Qasımovun 9 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılır.

Avqustun 19-da keçirilən məhkəmə iclasında təqsirləndirilən alim apellyasiya şikayətinə əlavələrini diqqətə yetirib. O, əlavə şahidlərin dindirilməsi, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb.

Fazil Qasımov  2023-cü ildə İstanbulda iqtisadçı Qubad İbadoğlu ilə görüşərkən ona saxta dollar verməkdə suçlanır. İddia edilir ki, Qubad İbadoğlu saxta pulları Bakıya gətirib və az sonra həbs olunub. Onlar əlbirlikdə suçlansalar da, Qubad İbadoğlu ötən ilin aprelində ev dustaqlığına buraxılandan sonra haqqındakı cinayət işi ayrılıb.

Fazil Qasımovun İstanbulda Qubad İbadoğlu ilə görüşərkən yanında olmuş Bəxtiyar Quluzadənin də məhkəmədə dindirilməsini istəyib.

Onun sübutlar siyahısından çıxarılmasını istədiyi sənədlər arasında pulun saxta olması barədə ekspert rəyi və başqa sənədlər var:

“Hələ axtarış keçirilməyib, pul tapılmayıbsa, ekspertiza bir gün əvvəldən necə rəy verə bilərdi ki, o pul saxtadır?”.

Fazil Qasımovun daha bir vəsatəti də ev dustaqlığına buraxılması haqda olub.

Hakimlər qaldırılmış vəsatətlərin heç birini təmin etməyiblər. Fazil Qasımov  hakimlərin qərəzli olduğunu vurğulayaraq onların ədalətli qərar verməyəcəyinə indidən əminliyini dilə gətirib və buna dayanaraq hakimlər kollegiyasına etiraz verib. Ancaq etirazı da baxılmamış saxlanılıb.

Ardından təqsirləndirilən alim öz vəkilindən də imtina edib. O bildirib ki, faktiki müdafiə hüququ pozulur, məhkəmədə heç nəyə nail ola bilmir. Fazil Qasımov vəkili Nemət Kərimlidən imtina etməsi haqda ərizəni məhkəməyə təqdim edib və dövlət hesabına vəkillə təmin olunmasını istəyib. Lakin məhkəmə onun vəkildən imtina barədə ərizəsini qəbul etməyib.

Vəkil Nemət Kərimli məhkəmənin mövqeyinin qanunazidd olduğunu vurğulayıb:

“Təqsirləndirilən şəxs vəkildən imtina edirsə, məhkəmə onun ərizəsini qəbul etməlidir. O, vəkilindən imtina etməsi barədə vəsatət verib və dövlət hesabına vəkillə təmin edilməsini istəyib. Vəkil də qanuna əsasən hakimin ərizəni mütləq qəbul etməli olduğunu deyib. Qanun bunu deyir. Demək olmaz ki, zorla kimsə sənin vəkilin olmalıdır. Adam istəmirsə, məhkəmə də qəbul etməlidir”.

Fazil Qasımovun məhkəməsi avqustun 25-dək ertələnib.

Xatırlatma

Fazil Qasımov 2023-cü il avqustun 8-də – Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni – Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib.

Qubad İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib.

Qubad İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Fazil Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.

AzadlıqRadiosu

21:43, 20 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkili “qanunsuz senzura”ya etiraz olaraq Tofiq Yaqublu ilə görüşdən imtina edib

by Gozetci 20:06, 20 Avqust 2025
written by Gozetci

Tofiq Yaqublu

 

Vəkil Nemət Kərimli həbsdə olan siyasətçi, hüquqlarını müdafiə etdiyi Tofiq Yaqublu ilə görüşdən imtina edib.

O, “Facebook” səhifəsindəki yazısında qərarını Penitensiar Xidmət əməkdaşlarının onun üzərində qanunsuz yoxlamalar aparması ilə izah edib.

Kərimli bildirib ki, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublu ilə təyin olunan görüşə gedərkən qapıdakı işçilər onun üzərində axtarış aparmaq və bəzi sənədləri müsadirə etmək istəyiblər. O isə axtarışa razı olmayıb və nəticədə görüşə getməyib.

“Tofiq bəyin aclıqdan sonra bərpa dövründə bu qanunsuzluğa birtəhər dözmək olurdu ki, təki görüşüm. Lakin sonuncu dəfə – avqustun 8-də açıq-aydın axtarış aparıldı. Mən təbii olaraq etiraz etdim, sonra rəis telefon vasitəsilə mənə bildirdi ki, bura xüsusi yerdi və axtarış aparılmalı, sənədlər yoxlanılmalıdı və ürəkləri istədiyi qərarı verməlidirlər”, – vəkil qeyd edib.

Kərimli “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına istinad edərək xatırladıb ki, həbs edilmiş şəxslərin müdafiəçilərinin yazışmalarına senzura tətbiq edilə bilməz.

Vəkil vaxtilə Yaqublunun təqsirləndirildiyi “İsmayıllı hadisələri işi”nin hazırda Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya mərhələsində olduğunu, buna görə müvəkkili ilə görüşməli olduğunu deyib.

T.Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Özü ittihamları qurama sayır.

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Toplum TV 

20:06, 20 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dövlət Departamentinin builki hesabatında ‘seçki’, ‘siyasi məhbus’ ifadələri yoxdur

by Gozetci 20:17, 14 Avqust 2025
written by Gozetci

2024-cü ildə Azərbaycanda insan haqlarının durumunda əhəmiyyətli dəyişiklik baş verməyib. Bunu ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında bildirir.

Qurum insan haqları problemlərinə dair etibarlı məlumatlar sırasında bunların yer aldığını bildirir:

– əsassız və ya qanunsuz qətllər;

– işgəncə və ya qəddar, qeyri-insani, alçaldıcı rəftar, yaxud cəza;

– əsassız həbs və saxlanma;

– başqa ölkədə yaşayan fərdlərə qarşı transmilli təzyiqlər;

– ifadə azadlığı və media azadlığına ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq və ya zorakılıq təhdidləri, jurnalistlərin əsassız həbsi və ya təqibi, senzura və internet azadlığına ciddi məhdudiyyətlər;

– müstəqil əmək birliklərinin qadağan olunması və ya işçilərin birləşmə azadlığına ciddi və sistemli məhdudiyyətlər;

– uşaq əməyindən ən pis formada istifadə.

Hesabatda deyilir ki, hökumət insan haqları pozuntuları törətmiş məmurları müəyyənləşdirib cəzalandırmaq yönündə tədbir görməyib. 2020-ci il müharibəsi vaxtı silahlı qüvvələr, yaxud fərdlərin törətdiyi iddia olunan pozuntularla bağlı hökumətin araşdırmalarında heç bir irəliləyiş olmayıb.

İfadə, media azadlığı

Dövlət Departamenti bildirir ki, hökumət ifadə azadlığını, medianın müstəqilliyini məhdudlaşdırıb. Media Qanunu çərçivəsində jurnalistlərə məhdudiyyətlər qoyulub. Həm ölkədə, həm mühacirətdə olan jurnalistlərə, bloqerlərə, fəallara, onların qohumlarına hökumətin tənqidindən çəkindirmək üçün təzyiq göstərib.

İl boyunca ölkədə hökumətə məxsus və hökumətyönlü media orqanlarının dominantlıq etdiyi vurğulanır. Məhdud sayda müstəqil və yarı-müstəqil media orqanları isə yalnız onlayn işləməli olub.

“Hökumət müstəqil jurnalistləri, xüsusilə hökumət rəsmilərini tənqid edən və ya korrupsiyanı araşdıranları ardıcıl həbs edib”, – hesabatda deyilir. “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının, digər jurnalistlərin həbsdə olduğu vurğulanır.

“2023-cü ilin noyabrı ilə ötən ilin noyabrı arasında hakimiyyət orqanları ən azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalını həbs edib. Saxlanma zamanı jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı fiziki zorakılıqla bağlı etibarlı məlumatlar olub”, – hesabatda deyilir.

Hazırda Azərbaycanda AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də daxil olmaqla həbsdə olan jurnalistlər qaçaqmalçılıq və digər maddələrlə suçlanırlar. Özləri ittihamları peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət Departamenti bir çox media orqanlarının özünüsenzura etdiyini, siyasi baxımdan həssas sayılan mövzulardan yayındığını bildirir.

Bir çox xarici media orqanları isə 2009-cu ildən FM dalğasında yayımdan məhrum edilib.

“2017-ci ildən Azad Avropa/Azadlıq Radiolarının vebsaytı bloklanıb, 2014-cü ildə vergidən yayınma, 2017-ci ildə isə kriminal defamasiya ittihamları ilə üzləşib. Rusiyanın 2009-cu ildə yayımı qadağan edilmiş “Sputnik” mediasının isə sərbəst xəbər yayımlamasına icazə verilib”, – hesabatda vurğulanır.

Hökumətin, o cümlədən Medianın İnkişafı Agentliyinin mediaya nəzarət etdiyi vurğulanır, xüsusilə də 2022-ci ildə media qanununun tətbiqi vasitəsilə.

İl boyunca hökuməti tənqid edən beynəlxalq xəbər saytlarının bloklandığı, çoxunun illərdir blokda qaldığı bildirilir. Bu sırada AzadlıqRadiosu, OCCRP və digərlər var.

Fəallar deyirlər ki, hakimiyyət internet televiziya proqramlarını vurmaq üçün kiberhücumlara, digər tədbirlərə əl atır.

İşçi hüquqları, işgəncə, pis rəftar

İşçi hüquqları fəallarının da təqibə məruz qalmasından söz açılır. “İşçi Masası”dan Afiəddin Məmmədov, Möhyəddin Orucov, Ayxan İsrafilov, Elvin Mustafayev 2023-cü ildə ərzaq çatdırılma işçilərinin tətilindən bəri həbsdədirlər. Bəzi QHT-lər deyirlər ki, hakimiyyət onların fəaliyyətini məhdualaşdırmaq üçün əlaqəsiz cinayət ittihamları irəli sürüb, – sənəddə qeyd edilir.

Hesabatın işgəncə və alçaldıcı rəftarla bağlı bölümündə isə “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında məhbuslarla pis rəftar və korrupsiya hallarını sənədləşdirməsindən söz açılır. Onun hesabatında məhbusların dəyənək və taxta çubuqla döyülməsi daxil pis rəftarın müxtəlif formalarından bəhs olunurdu.

“Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətdə pozuntulara görə cəzasızlıq ciddi problem olub”, – Dövlət Departamenti bildirir.

Hesabatda “seçki” sözü yoxdur

Hesabatda azad seçki hüququndan da söz açılmır. Ümumiyyətlə, Azərbaycanla bağlı builki hesabatda “seçki” sözü yoxdur.

İyulda Dövlət Departamentinin xarici seçkilərin legitimliyi barədə şərhləri kəskin məhdudlaşdıracağı barədə xəbər yayılıb. Bununla bağlı dövlət katibi Marko Rubionun yeni təlimat verdiyi vurğulanırdı. “The New York Times” yazırdı ki, Tramp administrasiyası xaricdə demokratiyanın təbliğindən geri çəkilir.

Azərbaycan hakimiyyəti indiyədək ölkədə seçkilərin azad və ədalətli keçirildiyini iddia edib.

Dövlət Departamenti isə ötənilki hesabatında yazırdı ki, etibarlı beynəlxalq müşahidəçilər ölkədə seçkilərin ədalətli və pozuntusuz keçmədiyini deyiblər.

Müqayisə üçün, hesabatın Gürcüstanla bağlı hissəsində yazılıb ki, 26 oktyabr parlament seçkilərində rəsmi qurumlar namizədlərin, seçicilərin ifadə azadlığını məhdudlaşdırmağa çalışıb, bundan ötrü təzyiq və qorxutma metodlarına əl atıb. Üstəlik, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həmin seçkilərlə bağlı hesabatına da istinad olunur: “Seçicilərə qarşı qorxutma, məcbur etmə, təşviq və təzyiq halları ilə bağlı məlumatlar… bəzi seçicilərin qisas qorxusu olmadan səs vermək imkanlarına dair narahatlıq doğurur”.

“Siyasi məhbus” ifadəsi yoxdur

Azərbaycan hökuməti, hələlik, bu hesabata münasibətini açıqlamayıb.

Amma indiyədək hakimiyyət, bir qayda olaraq, insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.

Dövlət Departamentinin ötənilki hesabatında QHT-lərin məlumatına istinadən Azərbaycanda dekabrın 1-cən 254 siyasi məhbusun olduğu deyilirdi. Həmin hesabatda ayrıca “Siyasi məhbuslar və saxlananlar” bölümü vardı.

AzadlıqRadiosu Departamentin builki hesabatında “siyasi məhbuslar” ifadəsinin ayrıca işlənmədiyinə diqqət çəkir. Baxmayaraq ki insan haqları qrupları bu sayın 375 olduğunu bildirirlər.

Amma sənəddə deyilir ki, hökumət siyasi opponenti, yaxud tənqidçisi saydığı şəxsləri təqib edib, qorxutmağa çalışıb. Bundan başqa, uzunmüddətli istintaq öncəsi həbs-qətimkan tədbirinin xüsusilə siyasi fiqurlar və fəalların işlərində ciddi problem kimi qaldığı deyilir. Həmin şəxslər bunun siyasi təqib vasitəsi olduğunu iddia edirlər.

Rəsmilər ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir. Onlar iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Fərdlərin konkret cinayətlərə görə təqib olunduğu bildirilir.

Saxlanma yerlərində pis rəftar, işgəncə iddiaları da indiyədək təkzib olunub.

Beynəlxalq insan haqları qurumları da hakimiyyəti haqsız tutulanları azad etməyə çağırır.

Azərbaycan prezidenti İlham Əliyev Co Bayden administrasiyasını tənqid edir, onun dönəmində ikitərəfli münasibətlərdə böhran yarandığını deyirdi. Donald Tramp administrasiyası ilə isti münasibətlər qurulub. Avqustun 8-də Vaşinqtonda Ermənistanla sülh sazişi paraflanıb. D.Tramp Azərbaycana hərbi yardımı qadağan edən “907-ci düzəliş”i dondurub.

AzadlıqRadiosu

20:17, 14 Avqust 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia