Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnlist Şəmşad Ağanın həbs müddəti uzadılıb

by Gozetci 21:00, 26 Noyabr 2025
written by Gozetci

Şəmşad Ağa

 

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist və “Arqument az” saytının baş redaktoru Şəmşad Ağanın həbs müddəti uzadılıb

Noyabrın 26-da Xətai Rayon Məhkəməsində jurnalist barəsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə Şəmşad Ağanın həbs müddəti əlavə 20 gün uzadılıb.

Xatırladaq ki, Şəmşad Ağa fevralın 5-də “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb. Avqust ayında “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunan şəxslərə qarşı daha 7 maddə əlavə olunub.

Bu iş üzrə həbs edilən jurnalistlər özlərini təqsirli bilmir və bildirirlər ki, tənqidçi fəaliyyətlərinə görə hədəf alınıblar.

AbzasMedia

21:00, 26 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Ülviyyə Əli barəsindəki həbs-qətimkan tədbirinin müddəti uzadılıb

by Gozetci 18:36, 26 Noyabr 2025
written by Gozetci

Ülviyyə Əli

 

Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar.

Noyabrın 26-da Xətai Rayon Məhkəməsində keçirilmiş prosesdə ittiham tərəfinin verdiyi təqdimat əsasında həbs qətimkan müddəti dekabrın 27-ə qədər uzadılıb.

Yaxınları bildirib ki, Ülviyyə Əli məhkəmədə müdafiə çıxışı etməyi “mənasız hesab etdiyini” deyib.

“Bu, sadəcə yuxuma haram qatmaqdan başqa bir şey deyil” deyə qeyd edən jurnalist əvəzində “Xoruz” şeirini səsləndirib.

“Bu şeirin məhkəməyə nə qədər aidiyyəti varsa, ittihamların da mənə o qədər aidiyyəti var”, – jurnalist bildirib.

Buna qədər Ülviyyə Əlinin həbs müddəti bir neçə dəfə uzadılıb.

Xatıradaq ki, mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da o, öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.

Toplum TV 

18:36, 26 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin ‘kars’a salındığı deyilir

by Gozetci 17:17, 25 Noyabr 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

İctimai fəal Bəxtiyar Hacıyevin üç gündür ki, saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı və aclıq aksiyası keçirdiyi bildirilir.

Bununla bağlı bu gün, noyabrın 25-də onun qardaşı Vüqar Hacıyev məlumat yayıb. Onun vurğuladığına görə, noyabrın 23-24-də Ədliyyə Nazirliyinin qaynar xəttinə, Mətbuat xidmətinin rəhbərinə, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbərinə, Ombudsman Aparatına müraciət edib: “Lakin müsbət bir addım atılmayıb”.

Bundan əvvəl də ictimai fəalın yaxınları rəsmi qurumlara müraciət edərək Bəxtiyar Hacıyevin həbsdə hüquqlarının pozulduğunu bildirmişdilər.

Bütün bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar heç bir məhbusa ayrıseçkilik etmir və onlarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən, ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələriylə ittiham verilib. İstintaqın gedişində Bəxtiyar Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib. Bəxtiyra Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.

AzadlıqRadiosu

17:17, 25 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi: Azərbaycan hökuməti “Azadlıq” qəzetinə 30 min avroya yaxın təzminat ödəməlidir

by Gozetci 17:04, 25 Noyabr 2025
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Azadlıq” qəzetinin Azərbaycan hökumətinə qarşı işi ilə bağlı qərar verib.

Noyabrın 25-də verilən qərarda AİHM ərizəçiyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulmasını tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti qəzetə maddi və mənəvi zərərə görə 28 min, hüquqi xərclərə görə isə 1,500 avro olmaqla ümumilikdə 29,500 avro ödəməlidir.

İş 2012-ci ildə qəzetdə  dərc olunmuş, Bakı Metropoliteni haqqında məqalə ilə bağlıdır. “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı məqalədə iddia olunub ki, həmin ilin aprelində metroda gediş haqlarının artırılmasından sonra sərnişinlərin kart balansında əvvəl mövcud olan 5 qəpiklər “yoxa çıxıb”.

“Bununla yüz minlərlə vətəndaşın cibinə girilib. Bu yeni fırıldaqçılıq növüdür. Milyonlarla sakin metrodan istifadə edir. Bu sərnişinlərin ən azı dörddə birinin metro kartı var. Tutaq ki, 750,000 kartdan ən azı 250,000-də 0,05 AZN qalıb. Bu isə 12,500 manat edir. Aylıq 85 AZN pensiya alan bir pensiyaçı bu məbləğlə 12 il yaşaya bilər. Bax, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov həmin pulları mənimsəyib. Bu məsələdə başqasını ittiham etmək mümkün deyil… Belə “əhəmiyyətsiz”, “fərq edilməyən” qərarları verən məhz odur”, – deyə məqalədə qeyd olunub.

Tağı Əhmədov qəzeti böhtan iddiası ilə məhkəməyə verib və 200 min manat təzminat tələb edib. Həmin ilin iyununda Yasamal Rayon Məhkəməsi Tağı Əhmədovun xeyrinə qərar qəbul edib, lakin təzminatı 30 min manat məbləğində təyin edib.

Yuxarı məhkəmə instansiyaları da qəzetin qərardan şikayətini təmin etməyib və “Azadlıq” qəzeti 2013-cü ilin avqustunda AİHM-ə müraciət edib.

AİHM hakimləri qərarlarında qeyd ediblər ki, yerli məhkəmələr sözügedən “məqalənin məzmununu və oradakı konkret ifadələri ətraflı təhlil etməyiblər və bunların fakt, yoxsa şəxsi fikir əsasında məlumat olub-olmadığını qiymətləndirməyiblər”.

“Həmçinin, onlar qəzetin məqalənin ictimai maraq doğuran məsələni müzakirə etdiyi barədə arqumentlərini də nəzərə almayıblar. Yerli məhkəmələr məqaləni bütövlükdə qiymətləndiriblər və yalnız Tağı Əhmədovun nüfuzuna zərər verdiyini müəyyən etməklə kifayətlənmiş, qəzetin məlumatın həqiqiliyini sübut etmək üçün heç bir dəlil təqdim etmədiyini qeyd etmişlər”,- deyə bildirilib.

Məhkəmə bu qənaətə gəlib ki, məqalə, əsasən, şəxsi fikirlərdən deyil, fakt əsasında məlumatlardan ibarət olub.

“Məqalənin bəzi hissələrinin müəllifin şəxsi fikirləri olduğunu qəbul etsək belə, məhkəmə hesab edir ki, bunlar müəllifin Tağı Əhmədovun mənimsəmə halları və Bakı Metropoliteninin ümumi “nəzarətsiz” idarəçiliyi ilə bağlı əvvəlki fakt əsasında iddialarına əsaslanır”, -deyə əlavə olunub.

AİHM yerli məhkəmənin təzminat qərarı ilə bağlı bildirib ki, bu cür böhtan iddialı işlərdə “proqnozlaşdırıla bilməyəcək qədər yüksək məbləğdə təzminatlar ifadə azadlığı üzərində soyuducu təsir göstərə bilər”.

Hakimlər “Azadlıq” qəzetinin maddi çətinliklərini nəzərə alaraq qeyd ediblər ki, yerli məhkəmələr “ərizəçi qəzetə tətbiq olunan maliyyə sanksiyasının ağırlığı üçün müvafiq və kifayət qədər əsaslandırma təqdim etməyiblər və bu sanksiyanın həyata keçirilən qanuni məqsədlə nisbətdə məqbul bir əlaqəyə malik olmadığı görünür”.

Azərbaycan hökuməti isə qəzetin iddialarını rədd edib.

“Azadlıq” qəzeti 2016-cı ildə maddi çətinliklərə görə çap versiyasını dayandırıb.

Toplum TV 

17:04, 25 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan işçi hüquqları fəalı Ayxan İsrafilovun quru aclığa başladığı deyilir

by Gozetci 14:57, 25 Noyabr 2025
written by Gozetci

Ayxan İsrafilov

 

Həbsdə olan işçi hüquqları fəalı, “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun üç gündür quru aclıq etdiyi bildirilir.

Bu barədə noyabrın 25-də onun yaxınları “Toplum TV”-yə məlumat verib.

Yaxınlarının sözlərinə görə, Ayxan İsrafilov Bakı İstintaq Təcridxanasında (BİT) qapalı rejimli şəraitdə saxlanılması və şəxsi əşyalarının götürülüb geri qaytarılmamasına etiraz olaraq quru aclığa başlayıb.

“Bu gün telefonla danışarkən danışığı yarımçıq kəsilib. Ayxan İsrafilov 3-cü qrup əlildir və quru aclıq onun səhhəti üçün son dərəcə təhlükəlidir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Biz Ayxan İsrafilovun səhhətindən narahatıq”, – yaxınları bildirib.

Ayxaan İsrafilov həbs müddətinin üçdə ikisini başa vurduğu üçün şərti azadlığa buraxılması barədə məhkəməyə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib və fəal Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayəti üzrə noyabrın 12-də keçiriləcək iclas öncəsi Ayxan İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən BİT-ə köçürülüb.

Apellyasiya Məhkəməsində proses noyabrın 26-na təxirə salınıb.

Ayxan İsrafilov daha əvvəl yaxınları vasitəsilə bildirib ki, BİT-də qapalı rejim hökm sürür və bu şərait onun səhhətinə zərər vurur.

“Bakı Ağır Cinayətlər Məhkəməsi mənə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs verib. Hal-hazırda cəzamdan şərti olaraq azad olmaq üçün apellyasiya məhkəməsinin olması üçün məni Kürdəxanı təcridxanasına aparırlar. İstintaq təcridxanası isə qapalı şəraitdir. Bu birbaşa olaraq mənə verilən hökmə əsasən hüquq pozuntusudur”,- o qeyd edib.

Ailə üzvləri bildiriblər ki, fəalın ayağında zədə var və o, vəziyyətini yaxşılaşdırmaq üçün mütəmadi idman hərəkətləri etməlidir. Qapalı rejimdə isə bunun mümkün olmadığı deyilir.

Ayxan İsrafilov həmçinin bildirib ki, BİT-də ona ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə biləcəyi deyilib. O əlavə edib ki, saxlanıldığı 10 kvadratmetrlik kamerada 6 nəfər yerləşdirilib.

Xatırlatma

Ayxan İsrafilov 2023-cü il avqustun 13-də moto-kuryerlərin etiraz aksiyasına dəstək verdikdən sonra narkotik ittihamı ilə saxlanılmışdı.

Bu ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.

May ayında Avropa İnsan Hüquqları Məhkəməsi A. İsrafilovun işi üzrə qərar verərək, onun azadlıq hüququnun Azərbaycan hökuməti tərəfindən pozulduğunu müəyyənləşdirib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, eləcə də Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda müxtəlif ittihamlarla həbsdədir. Onlar ittihamların qurama olduğunu və siyasi motivlər daşıdığını bildirirlər.

Toplum TV 

14:57, 25 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 18:19, 24 Noyabr 2025
written by Gozetci

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Şahid qismində dindirilən Fidan Əlicanova və Cəmilə Əzimova ibtidai istintaqda təzyiq altında ifadə verdiklərini deyiblər. Cəmilə Əzimova bildirib ki, müstəntiq onun üstünə qışqırıb və onu səhərə qədər polis bölməsində saxlamaqla hədələyib. Şahidlərin hər ikisi telefonlarının müsadirə olunduğunu və hələ də qaytarılmadığını, bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmadığını qeyd edib.

Şahidlərin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən “Toplum TV” jurnalisti Fərid İsmayılovla dövlət ittihamçısı Rauf Malışov arasında mübahisə yaranıb. Jurnalist Rauf Malışovun şahidə verdiyi suala etiraz edib, dövlət ittihamçısı isə ona “otur aşağı” deyib və əlavə edib ki, “onunla belə danışa bilməz”. Mübahisə nəticəsində Fərid İsmayılovun halı pisləşib və o, məhkəmə zalından müvəqqəti çıxarılıb.

Fərid İsmayılov məhkəmə zalına qayıtdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəməyə gəlib ifadə verməsi tələbilə vəsatət verib. O bildirib ki, sonuncu dəfə ölkə xaricindən gələrkən könüllü şəkildə gömrük orqanlarının yoxlamasından keçib və üzərində qanunsuz əşya və ya pul vəsaiti olmaması barədə sənəd alıb. Buna görə də, o, qaçaqmalçılıqda ittiham edilməsinin ziddiyyətli olduğunu və Ş.Bağırovun buna aydınlıq gətirməli olduğunu deyib.

“Gömrük Komitəsi də gömrük bəyannamələrini istintaqla bölüşüb. Orada da qeyd olunur ki, üzərimdə pul və ya qiymətli əşya aşkar olunmayıb. O zaman iki qurumdan biri yalan danışır. Deyək ki, “Toplum”çular, “Abzas”çılar, “Meydan”çılar qaçaqmalçılıqla məşğul olub. Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı? Necə oldu ki, bir ildə 20-dən çox jurnalistin qaçaqmalçılıq ittihamı ilə həbsindən sonra “Vətənə xidmətə görə” medalı aldı?”, – Fərid İsmayılov sual edib.

Məhkəmə vəsatətin cinayət işi ilə əlaqəsi olmadığını əsas gətirərək  onu təmin etməyib. Bu vaxt digər təqsirləndirilən şəxslər məhkəmənin qərarına etiraz edib və vəsatəti müdafiə edib.

“İttiham aktında yazılıb ki, biz isti izlərlə saxlanılmışıq. İl yarımdan çoxdur həbsdəyik, hələ də bilmirəm hansı əsaslarla bizi saxlayıblar. Heç kimə maaş verməmişəm, əleyhimə heç bir ifadə yoxdur”, – “Toplum TV” videoredaktoru Müşfiq Cabbar bildirib.

Hakim Azər Tağıyev isə cavab olaraq işin hələ də araşdırıldığını deyib. Bu zaman təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimə etiraz edib.

“Onda bizi buraxın, çıxaq gedək. Araşdırıb bitirəndə bizi çağırıb deyərsiniz ki, filan işləri görmüsünüz, cəzanız da budur”, – o deyib.

Ruslan İzzətli daha sonra ev dustaqlığına buraxılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Müşfiq Cabbar isə hakimə bu yaxınlarda ev dustaqlığına buraxılan “Sputnik Azərbaycan” əməkdaşlarının ölkəni necə tərk etdiklərini soruşub. Hakim deyib ki, bunu onların özlərindən soruşmaq lazımdır, jurnalist isə sualının ritorik olduğunu bildirib: “Bura Azərbaycandır, burada hər şey formaldır.”

Xatıratma

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

18:19, 24 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hafiz Babalı həbsxana rəhbərliyindən şikayətçidir

by Gozetci 17:25, 24 Noyabr 2025
written by Gozetci

Hafiz Babalı

 

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı-jurnalist Hafiz Babalı hüquqlarının pozulduğunu bildirərək ədliyyə naziri Fərid Əhmədov və İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.

Müraciət onun Facebook hesabında paylaşılıb.

Hafiz Babalının vurğulamasına görə, hökumətyönlü media qurumları, o cümlədən bir sıra televiziya kanalları ona qarşı qarayaxma kampaniyası aparır. Bununla əlaqədar o, həm mülki qaydada, həm də xüsusi ittihamçı qismində məhkəmələrə müraciət edərək şərəf və ləyaqətinin müdafiəsini tələb etdiyini bildirib.

Amma jurnalist vurğulayır ki, noyabrın 6-dan etibarən 2 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) rəhbərliyi onun məhkəmələrə göndərmək istədiyi şikayət ərizələrini səbəbsiz olaraq poçt vasitəsilə göndərmir:

“Şikayət ərizələri mənə məlum olmayan səbəblərdən 2 saylı CÇM-in rəhbərliyi tərəfindən aidiyyəti üzrə məhkəmələrə göndərilmir. Müəssisə müdiriyyəti hüquqlarımı kobud şəkildə məhdudlaşdıran bu hərəkətsizliyini heç bir qanuni əsasla izah edə bilmir”.

Babalının sözlərinə görə, bəzi media subyektləri onu “qanunsuz maliyyələşdirilmə”, “sifarişli məqalələr yazmaq”, “qaçaq yollarla xaricdən valyuta gətirmək” və “əks-dövlət fəaliyyəti” kimi ağır cinayətlərdə əsassız ittiham edib. O, həmin media qurumlarının vəzifəli şəxslərinin bu iddiaları məhkəmədə sübut etməli olduğunu bildirir: 

“Əks halda, onlar layiq olduqları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Elə isə Penitensiar Xidmət Femidaya niyə mane olur?”.

Müraciətdə deyilir ki, Hafiz Babalı noyabrın 21-də ərizələrinin geri qaytarılması üçün müəssisə rəhbərliyinə rəsmi müraciət edib.

Hələlik, bu müraciətə Penitensiar Xidmət və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəni 9 il, N.Absalamova və E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Son iki ildə Azərbaycanda 30 civarında jurnalist, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Həmin jurnalistlərin hər biri iddianı siyasi, qurama sayıb. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı şikayətləri qəbul etmirlər.

AzadlıqRadiosu

17:25, 24 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov: “Cəzaçəkmə Müəssisəsi 800 nəfər üçün olsa da, 1800 məhkum saxlanılır”

by Gozetci 14:02, 24 Noyabr 2025
written by Gozetci

Afiəddin Məmmədov

 

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə məktub ünvanlayıb.

Yaxınları tərəfindən ictimailəşdirilən məktubda A.Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların bir sıra hüquqlarının məhdudlaşdırıldığını iddia edir.

Onun sözlərinə görə, daha əvvəl saxlanıldığı Bakı İstintaq Təcridxanası və Umbakı Penitensiar Kompleksindən fərqli olaraq, 2 saylı müəssisədə məhkumlara həftədə bir dəfə görüntülü zəng imkanı verilmir.

“Məhkumlar bildirir ki, əvvəllər görüntülü danışıq hüququ ödənişli əsaslarla, yəni dəqiqəsi 1 manat olmaqla təmin olunurdu, lakin bir neçə məhkumun danışıq zamanı qeyri-etik ifadələrinə görə ləğv edilib. İndi 2 saylı Cəzaçəkmə Müəssisəsində olan 1800-ə yaxın məhkum həsrətlə bu hüququn yenidən bərpasını gözləyir. Onların çoxu məsafəyə görə ailə üzvlərinin üzlərinə aylarla həsrət qalır. Məhkumlar da yer üzünün sakinləridir. Onlar cəmiyyətdən təcrid olunaraq yetərincə cəzalandırılıblar. Bu insanların arasında xarici vətəndaşlar da var. 21-ci əsrə aid Penitensiar Xidmət müəssisələrində ən azından xırda texnoloji inkişafların qarşısı alınmamalıdır”, – o qeyd edib.

Fəal həmçinin məhkumların cəzalarının qalan hissəsinin ləğvi ilə bağlı məhkəmələrdə rüşvət tələblərinin olduğunu iddia edir.

“Misal üçün, Xəzər Rayon Məhkəməsi cəzanın çəkilməyən hər ayı üçün 500 AZN pul tələb edir. Təbii ki, şərti də var. Cəzanın çəkilməyən hissəsi iki ildən az olmalıdır. Qısaca, azadlıq cibinizdəki pulun miqdarına görə müəyyənləşdirilir. Əgər ödəyəcək pulunuz yoxdursa, müsbət rəy almağınız əhəmiyyətsizdir”, – o yazıb.

Afiəddin Məmmədov məktubunda müəssisədəki sıxlıq və şəraitlə bağlı narazılığını da ifadə edib.

“Azərbaycandakı məhkumların böyük əksəriyyəti sosial-iqtisadi problemlərinə görə cinayət işləmiş şəxslərdir. Hökumət çıxış yolunu yeni həbsxanalar tikməkdə yox, yeni iş yerləri açmaqda axtarmalıdır. Saxlanıldığım 2 saylı Cəzaçəkmə Müəssisəsinin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır. Bir qism məhkum yerdə yatır, şərait isə bərbaddır. Penitensiar Xidmətin işçi heyəti əksik olduğu üçün məhkumlara tam nəzarət edə bilmir”, – o vurğulayıb.

Onun sözlərinə görə, son günlərdə cəzasının 2/3-ni çəkmiş məhkumlar Penitensiar Xidmət tərəfindən məhkəməyə müraciət etməyə həvəsləndirilir.

“Adi halda iki ili qalana qədər gözləyən məhkumlar azadlıq ümidilə məhkəməyə müraciət edir. İndi onların sayı yüzlərlədir. Bu hadisəyə kənardan nəzər yetirdiyimdə mənə Ədliyyə Nazirliyi ilə məhkəmə arasında münaqişə görünür. Sanki Ədliyyə Nazirliyi məhkumları müraciətə təşviq edərək vəziyyətə öz etirazını bildirir. Məhkəmələr Penitensiar Xidmətdə olduğu zaman məhkum sayını nizamlaya və korrupsiya yolu ilə gəlir əldə edirdilərsə, indi tamamilə kənarda qalıb gündən günə artan məhkum və onların saysız problemləri ilə qarşı-qarşıyadırlar. Bu gün həm Ədliyyə Nazirliyi, həm də məhkumlar böyük amnistiya gözləntisindədir. Ədalətli dövlətlərdə bu tez-tez baş verir. Azərbaycan hökuməti xalqının məhkum nümayəndələrini diqqətdən kənar qoymamalıdır”, – o əlavə edib.

Xatırlatma

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

Afiəddin Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs almışdı.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədr və üzvləri Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədirlər. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, bu ittihamları qurama və siyasi hesab edirlər.

Toplum TV 

14:02, 24 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İnanclı fəalın ağzını tikərək etiraza başladığı deyilir

by Gozetci 13:50, 24 Noyabr 2025
written by Gozetci

Elman Şeydayev

 

Həbsdə olan inanclı fəal Elman Şeydayevin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə jurnalist Arzu Abdulla noyabrın 24-də “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, fəal bu ilin avqustunda həbs olunan altı inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edir və hazırda səhhəti ağırdır.

Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Elman Şeydayev ittihamları qəbul etmir və həbsinin fəaliyyətinə, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən imtina etməsinə görə olduğunu bildirir.

Nailə Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseyn adına ehsan payladıqları və Fələstinlə bağlı şüarlar səsləndirdikləri üçün saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq, zor tətbiqi və ya əmlaka ziyan vurulması halları) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələri ilə təqsirləndirilirlər.

Toplum TV 

13:50, 24 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb

by Gozetci 21:50, 20 Noyabr 2025
written by Gozetci

Vüqar Məmmədov

 

Noyabrın 20-də Səbail Rayon Məhkəməsində “Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatət üzrə proses keçirilib.

Bu barədə onun vəkili Aqil Layıc “Hürriyət TV”-yə bildirib.

“Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmamasını nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxılması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib”, – vəkil qeyd edib.

Məhkəmə vəkilin Vüqar Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Aqil Layıcın sözlərinə görə, proses zamanı müvəkkilinin halı pisləşib, təzyiqi düşüb və o, qusub.

Xatırlatma

Oktyabrın 31-də Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

Toplum TV

21:50, 20 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia