[:az]
Qeyd edək ki, Elnur Yusubov 26.07.2020-ci il tarixində üç nəfər mülki geyimli şəxs tərəfindən şəxsi avtomobilindən zorla düşürdülüb və naməlum istiqamətə aparılıb. Yalnız dünən onun Xətai RPİ-nin 37-ci Polis Şöbəsində olduğu bilinib. O, həmçinin Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.
Xatırladaq ki, Qarabağa dəstək yürüşündən sonra AXCP-nin 30-dan çox üzvü polislər tərəfindən saxlanılıb. 13 nəfər partiya fəalı cinayət məsulliyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. 10 nəfər isə inzibati qaydada həbs olunub.[:]