[:az]
Bu kontekstdə polis karantin rejimi ətrafında vəziyyəti işıqlandıran mətbuatın fəaliyyəti üçün şərait yaradır. Amma jurnalistlər də vətəndaşdırlar və karantin qaydaları onlara da şamil edilir. Xüsusən, onlar karantin rejimini pozmamaq üçün insanların toplaşdığı yerlərdə məsafəyə riayət etməlidirlər, polis də onların rejimi pozmasına yol verməməyə çalışır, deyə Hacıyev bildirib.
“Jurnalistlər bunu nəzərə almalıdırlar və qanunla və normativlərlə müəyyən edilmiş qaydalar çərçivəsində onların işi üçün heç bir maneə yoxdur”, deyə Bakı ŞBPİ-nin mətbuat xidmətinin rəhbəri bildirib.
Turan[:]