[:az]
Onun sözlərinə görə, jurnalist üçün bilet alınıb və iyunun 8-nə keçən gecə o, aviareyslə Rusiyadan Bakıya deportasiya ediləcək.
Jurnalist Fuad Abbasov 2015-ci ildə Rusiya telekanallarında Rusiya hərbi təyyarəsinin Türkiyədə vurulmasının müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.
F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilirdi.
Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.
Turan[:]