[:az]
Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da saxlanılıb. Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. 2015-ci il yanvarın 22-də Abşeron rayon məhkəməsində prokuror Seymur Həziyə 6 il iş istəmişdi. Məhkəmənin qərarı ilə jurnalist 5 il müddətinə həbs olunub. Seymur Həzinin müdafiəçiləri və özü onun siyasi sifarişlə tutulduğunu bildirir.[:]