Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədlinin mülki xəstəxanada müayinədən keçəcəyi bildirilir

by Gozetci 17:41, 15 İyun 2024
written by Gozetci

Ələsgər Məmmədli

İyunun 15-də Xətai Rayon Məhkəməsinin “Toplum” internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin mülki xəstəxanada müayinə keçməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etdiyi deyilir.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, bu zərurət Ələsgər Məmmədlinin qalxanabənzər vəzisində şişin olması ilə əlaqədardır.
Ələsgər Məmmədlinin həbs olunduğu üçün biopsiya müayinəsindən keçə bilmədiyi bildirilir. Yaxınlarının açıqlamasına görə, şiş aşkar olunan günü, martın 8-də o həbs edilib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli də Azadlıq Radiosuna bildirib ki, bayram günlərindən (Qurtuluş və Qurban bayramı ilə bağlı iyunun 17-i, 18-i və 19-u Azərbaycanda qeyri iş günləridir) sonra qardaşı seçiminə uyğun müayinə üçün mülki klinikaya qısamüddətli köçürüləcək. Daha sonra o, istintaq təcridxanasına qaytarılmalıdır:
“Növbəti addımlar müayinə nəticələrindən asılı olacaq”.
Hələlik, bütün bu deyilənləri məhkəmə və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Ələsgər Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.
17:41, 15 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İmran Əliyevin həbs müddəti 2 ay 7 gün uzadılıb

by Gozetci 16:54, 13 İyun 2024
written by Gozetci

İmran Əliyev

İyunun 13-də Bakının Xətai Rayon Məhkəməsi istintaq orqanının “Meclis.info” saytının təsisçisi İmran Əliyevin həbs müddətinin 2 ay 7 gün uzadılması haqqında təqdimatını təmin edib.

Bu barədə onun yaxınları məlumat veriblər.
Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, Abzas Media-nın işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə cəlb olunub. Sonradan Əliyevin işi ayrıca icraata ayrılıb.
Əliyev özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevin təqibini pisləyiblər və ona qarşı cinayət işini Azərbaycan parlamentinin və deputatlarının işinin monitorinqini aparan Meclis.info saytının fəaliyyəti ilə əlaqələndiriblər.
Turan
16:54, 13 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhəmməd Kekalovun həbs müddəti 3 ay uzadıldı

by Gozetci 21:05, 12 İyun 2024
written by Gozetci

Məhəmməd Kekalov

İyunun 12-də Xətai Rayon Məhkəməsində “Abzas Media işi” üzrə saxlanılan Məhəmməd Kekalovun barəsində verilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib.
Kekalovun həbs müddəti daha əvvəl martın 15-də də 3 ay uzadılmışdı.
Bu iş üzrə həbs olunan Nərgiz Absalamovanın həbs müddəti 3-cü dəfə, Hafiz Babalı, Elnarə Qasımova, Ülvi Həsənli, Sevinc Vaqifqızının həbs müddətləri isə 2-ci dəfə uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
AbzasMedia
21:05, 12 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə növbəti dəfə “Abzas Media”nın jurnalistlərinin həbs müddətini uzadıb

by Gozetci 14:23, 12 İyun 2024
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

“Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızının həbs müddəti 3 ay uzadılıb.

Bu barədə qərarlar bu gün Xətai Rayon Məhkəməsində qəbul edilib.
Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə ilcası zamanı Sevinc Vaqifqızı deyib ki, təcridxanada saxlanılan digər qadınların təhqirə və zorakılığa məruz qalması ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub. O, ombudsmanın təcridxanaya gəlməsini tələb edib.
Vəkil Həsənlinin həbs müddətinin uzadılmasının əsassız olduğunu bildirib.
Həsənlinin vəkili Fəxrəddin Mehdiyev isə qeyd edib ki, müdafiə elədiyi şəxsin barəsində həbs müddətinin uzadılması qanunsuzdur və bu cinayət işi üzrə maddi əsaslar yoxdur.
Vəkillər apellyasiya şikayətləri verəcəklər.
Turan
14:23, 12 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Nərgiz Absalamovanın həbs müddətini uzadıb

by Gozetci 16:30, 11 İyun 2024
written by Gozetci

Nərgiz Absalamova

İyunun 11-də Bakının Xətai Rayon Məhkəməsi istintaqın “Abzas Media-nın işi” üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılması haqqında təqdimatını təmin edib.

Məhkəmə onun həbs müddətini 3 ay uzadıb.
Bu barədə Turan-a vəkil Şəhla Hümbətova bildirib.
“İstintaq orqanı əlavə istintaq hərəkətlərinin aparılması zərurəti olduğunu, bu dövrdə Absalamova azadlıqda olsa, onun digər şəxslərlə ünsiyyətdə olaraq istintaqa mane ola biləcəyini bildirib”, deyə vəkil qeyd edib.
Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir və apellyasiya vermək niyyətindədir.
16:30, 11 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hafiz Babalının həbs müddəti 1 ay, Elnarə Qasımovanın isə 2 ay uzadılıb

by Gozetci 19:17, 10 İyun 2024
written by Gozetci

Hafiz Babalı və Elnarə Qasımova

“Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın istintaq dövrü üçün həbs müddəti yenə uzadılıb.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim Fuad Axundov istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatlarını təmin edib. Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb.
Bununla bərabər, istintaq müddəti də sentyabrın 20-nə qədər uzadılıb.
Jurnalistlərin həbs müddəti artıq ikinci dəfə uzadılır. Bu ilin fevralından etibarən bu iş üzrə həbs edilmiş digər media nümayəndələrinin də həbs müddətləri uzadılıb.
Son olaraq, mayın 25-də Nərgiz Absalamovanın həbs müddəti 22 gün artırılmaqla ikinci dəfə uzadılıb.
Jurnalistlərin vəkilləri bildiriblər ki, istintaq heç bir əsaslı səbəb göstərmədən bu müddətin uzadılmasını istəyib, məhkəmə də heç bir əsas olmamasına baxmayaraq, müraciəti təmin edib.
AbzasMedia
19:17, 10 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP-nin sədr müavini oğurluqda ittiham olunaraq saxlanılıb

by Gozetci 13:32, 07 İyun 2024
written by Gozetci

Ayaz Məhərrəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ayaz Məhərrəmli saxlanılıb

Partiyadan Turan-a verilən məlumata görə, Məhərrəmli ilə 6 iyun axşam saatlarından əlaqə saxlamaq mümkün olmayıb. Bu gün isə məlum olub ki, onu saxlayıblar.
“Onu oğurluqda ittiham edirlər. Bu, mümkün deyil. O, taksi sürücüsü işləyirdi, ola bilsin ki, Bakıdan Şirvana nə isə aparmaq sifarişi alıb və bunu oğurluq kimi qələmə vermək istəyirlər. Hakimiyyətin narkotik və xuliqanlıq ittihamları tükənib, indi buna əl atıblar”, deyə AXCP-nin mətbuat xidmətindən bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Turan-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Məhərrəmli 15 iyul 2020-ci il tarixində 50 min insanın işğal edilmiş ərazilərin azad olunması tələbi ilə küçələrə çıxdığı Qarabağ aksiyasında iştirak etdiyinə görə həbs edilmişdi. Sonradan bu işin bütün fiqurantları kimi, o da şərti cəza alıb.
13:32, 07 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Metyu Miller: Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin həbsinin davam etməsi bizi çox narahat edir

by Gozetci 20:13, 06 İyun 2024
written by Gozetci

Metyu Miller

Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin həbsinin davam etməsi bizi çox narahat edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyunun 5-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib.
Miller xatırladıb ki, öz fundamental azadlıqlarından, o cümlədən ifadə azadlığından istifadə edənlər buna görə həbs olunmamalıdır.
“Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilmiş bütün şəxsləri dərhal azad etməyə və hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”, o əlavə edib.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi motivli ittihamlarla üç yüzə yaxın insan həbsdədir.
Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.
Amerikanın Səsi
20:13, 06 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətlərini təmin etmədi

by Gozetci 19:36, 05 İyun 2024
written by Gozetci

Tofiq Yaqublu

İyunun 5-də Bakı Apellyasiya Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığı və həbsinin uzadılması ilə bağlı şikayəti təmin edilməyib.

Bu barədə Amerikanın Səsinə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə hər iki apellyasiya şikayəti müxtəlif hakimlərin sədrliyi ilə keçirilən prosesdə baxılıb.
“Məhkəmə prosesi Tofiq Yaqublunun hakimi və Əliyev hakimiyyətini sərt tənqid etməsi ilə keçib. Prosesə hakimlər Zaur Hüseynov və Murad Məmmədov sərdlik ediblər”, o deyib.
Nigar Həzi qeyd edib ki, hakimlər birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İyunun 1-də Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması barədə qərar qəbul edib.
Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət isə təmin edilməyib.
19:36, 05 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 18:28, 03 İyun 2024
written by Gozetci

Nərgiz Absalamova

“Abzas Media işi” üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib.

Abzas Media-ya bu barədə onun vəkili Rövşanə Rəhimli məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə həbsin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin 25 may tarixli qərarı qüvvədə saxlanılıb.
Mayın 25-də Absalamovanın istintaq dövrü üçün həbs müddəti daha 22 gün uzadılıb. Bundan əvvəl fevralın 24-də onun həbs müddəti 3 ay artırılmışdı.
Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.
18:28, 03 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia