Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək

by Gozetci 14:55, 04 İyul 2024
written by Gozetci
Qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
İndiyə qədər 3 partiyanın – REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb. Hakim Yeni Azərbaycan Partiyası isə səlahiyyətli nümayəndələrini təyin edib və seçki qərargahını yaradıb.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Ölkədə son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.
Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.
AzadlıqRadiosu
14:55, 04 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Xəstəliyinə baxmayaraq, məhkəmə Ələsgər Məmmədlinin həbs müddətini daha üç ay uzadıb

by Gozetci 20:30, 03 İyul 2024
written by Gozetci

Ələsgər Məmmədli

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Vəkili Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır.
Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir.
Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ələsgər Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib. Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.
Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcək.
Bundan başqa, Ələsgər Məmmədlinin həbs müddətinin uzadılması haqqında məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
İyulun 3-də Ələsgər Məmmədlidən başqa “Toplum işi”üzrə daha üç nəfərin – Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs qətimkan tədbiri 3 ay uzadılıb.
AzadlıqRadiosu
20:30, 03 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

COP29 ərəfəsində hüquq müdafiəçiləri “Anar Məmmədli Kampaniyasına” başlayıblar

by Gozetci 15:20, 01 İyul 2024
written by Gozetci

Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə növbəti konfransını – COP29-u qəbul etməyə hazırlaşdığı bir vaxtda bir qrup azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb, bu barədə “Progress & Change Action Lab”ın – Cenevrədə yerləşən qeyri-kommersiya məsləhət qrupunun məlumatında deyilir.

“Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiyalar mühitinə diqqəti artırmağa yönəlib”, deyə kampaniyanın press-relizində bildirilir.

Anar Məmmədli məşhur demokratiya və insan hüquqları müdafiəçisi, COP29 ərəfəsində İqlim Ədalət təşəbbüsünün təsisçilərindən biridir, deyə kampaniya iştirakçıları xatırladır.

Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. “Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda” qrupun məlumatlarına görə, hazırda ölkələrdə 303 nəfər özbaşına həbsdə saxlanılır.

Anar Məmmədlinin saxlanılması COP29 ərəfəsində davam edən repressiyaların simvoludur, deyə “Progress & Change Action Lab”ın məlumatında vurğulanır.

Kampaniya təsisçiləri Abzas Media, Toplum TV və Kanal 13-un jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və Meclis.info kimi qeyri-hökumət təşkilatlarının və “Üçüncü Respublika Platforması” kimi siyasi qrupların fəallarının həbs edildiyini qeyd edirlər.

COP29-un təşkilatçısı olan ölkə kimi Azərbaycan tədbiri milli vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlıq da daxil olmaqla, UNFCCC-nin (Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi haqqında çərçivə konvensiası) əsas tələblərinə uyğun şəkildə təşkil etməlidir. “Hesab edirik ki, hazırkı mərhələdə Azərbaycan COP29-da açıq dialoqa şərait yaratmaq üçün, beynəlxalq və milli vətəndaş cəmiyyətinin tam iştirakını təmin etmək və ya UNFCCC-nin tələb etdiyi kimi, “konfransın hamı üçün təhlükəsiz və etibarlı keçiriləcəyi bir yer” təklif etmək üçün şərtlərə uyğun deyil. COP29-un əsas mövzusu iqlim məsələləri olsa da, qəbul edən ölkə 2023-cü ilin sentyabrəndan inkişaf və demokratiya məqsədilə yardımı bloklayıb və 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq maliyyələşməyə çıxışını kəskin şəkildə məhdudlaşdırıb”, deyə məlumatda bildirilir.

Kampaniya təşəbbüskarları hesab edirlər ki, COP29 iştirakçıları COP29 qəbul edən tərəfin öhdəliklərini açıq şəkildə pozmasını aradan qaldırmalı olacaq.

Azərbaycanda repressiyalara son qoyulması üçün Anar Məmmədli Kampaniyası azərbaycanlı hüquq müdafiəçilərinin və QHT-lərin birgə layihəsidir. Kampaniyanın rəhbər komitəsinin üzvləri adlarının açıqlanmamasını istəyirlər.

Həmçinin, kampaniyanın azərbaycanlı hüquq müdafiəçiləri adından “Progress & Change Action Lab” tərəfindən idarə olunduğu qeyd edilir.

Bu laboratoriya qərargah-mənzili Cenevrədə yerləşən, Florian İrmingerin sədrlik etdiyi qeyri-kommersiya məsləhət qrupudur.

Florian İrminger iyirmi ilə yaxın Azərbaycanda insan hüquqları məsələləri ilə məşğul olub.

Turan

15:20, 01 İyul 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin edilib

by Gozetci 15:27, 28 İyun 2024
written by Gozetci
İyunun 28-də prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
İyunun 21-də parlamentin keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının müraciəti əsasında Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
Turan
15:27, 28 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin təyin edilməsini konstitusiyaya uyğun hesab edib

by Gozetci 19:47, 27 İyun 2024
written by Gozetci

Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.

Bu barədə iyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib.

Plenumun iclasında “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarına baxılıb.

Milli Məclis iyunun 21-də bununla bağlı prezidentə müraciət etmişdi. Prezident də öz növbəsində Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə sorğu vermişdi.

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri qərarı Konstitusiyaya uyğun sayıblar.

Bu il iyunun 20-də Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edilməsini zəruri sayıb. Onlar bu təşəbbüsü zəruri edən amil kimi bu ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransı (COP29) və başqa tədbirləri göstərib.

Vurğulanıb ki, Konstitusiyaya əsasən, konfransın gerçəkləşəcəyi vaxt – 2024-cü ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçirilməlidir.

Hüquq müdafiəçisi Bəşir Süleymanlı Amerikanın Səsinə Konstitusiya Məhkəməsinin qərarını şərh edərək deyib ki, həm Milli Məclisin prezident tərəfindən buraxılması, həm də yeni seçkilərin keçirilməsi səlahiyyəti ötən referendumla kostitusiyaya salınıb.

“Düzdür, o zaman da müstəqil ekspertlər bu maddənin hakimiyyətin iyerarxik olaraq bölünməsi və siyasi plüralizm prinsiplərinin pozulması kimi qiymətləndirmişdi. Bu gün Konstitusiya Məhkəməsi də bu maddəni əsas gətirərək sorğuya müsbət cavab verib. Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini YAP deputatları irəli sürdü və əsasən bunu COP29 vaxtı eyni tədbirlərin keçirilməməsi ilə əsaslandırdı. İlk baxışdan bu, normal görünə bilər. Ümumiyyətlə növbədənkənar seçkilərin keçirilməsi, parlamentlərin buraxılması, yeni seçki təyin edilməsi demokratik cəmiyyətlərdə və yaxud demokratiyaya keçid etmək istəyən siyasi sistemlərdə normal qarşılanır. Burada əsasən niyyət sorğulanmalıdır. Əsas niyyət siyasi plüralizmi təmin etmək, demokratik və ədalətli seçki yarışı keçirməkdir? Yoxsa sadəcə müxtəlif bəhanalərlə daha da qapalı sistemin qurulması, azadlıqların boğulmasıdırmı?” o sual edib.

Hüquq müdafiəçisi hesab edir ki, hazırda azadlıqların boğulması dövründə pozitiv dəyişiklər olacağı gözlənilmir.

AXCP sədr müavini Seymir Həzi isə bu qərarı belə şərh edib:

“Hökumət bütün dövlət orqanlarını bir qrup insanın maraqlarının qulluqçusuna çevirib. Buraya Konsstitusiya Məhkəməsi də daxildir, parlament də. Ona görə də təəccüblü və legitim heç nə yoxdur”.

Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, Konstitusiya Məhkəməsinin bugünkü qərarını dəyərləndirəndə diqqəti cəlb edən məsələnin prosedur tərəfi ilə mahiyyət tərəfinin ziddiyətli olmasıdır.

“Prosdurlara əməl edilib. Qanunun, Konstitusiyanın hərfi baxımından problem yoxdur. Konstitusiyanın hərfinə əməl edilib. Amma mahiyyət etibarı ilə baş verənlər yenə də bütün prosedurlar hakimiyyətin nəzarəti altındadır. Bütün qərarlar əslinə qalsa hakimiyyətin tapşırığı əsasında qəbul edilir. Nəticədə azad və ədalətli seçkilər keçirilməsi üçün növbəti imkan əldən buraxılır. Nəticədə Konstitusiyanın əsas müddəalarından biri hakimiyyətin xalq tərəfindən formalaşdırılması müddəası, yenə də qeyri-mümkün hala gətirilir”, o deyib.

İsa Qəmbər hesab edir ki, belə şəraitdə formalaşan parlamentin əvvəlki parlamentlərdən ciddi əhəmiyyəti olmayacaq.

Azərbaycan Konstitusiyasına əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildə bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir. Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Xatırladaq ki, bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Seçkilərə gəlincə, ölkə rəsmiləri bir qayda olaraq azad, ədalətli və rəqabətli seçki mühitinin yaradıldığını bəyan edir.

Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları Azərbaycanda Avropa İttifaqı standartlarına uyğun seçkilərin keçirilmədiyini bəyan edib.

Amerikanın Səsi

19:47, 27 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Nərgiz Absalamovanın apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 17:27, 25 İyun 2024
written by Gozetci

Nərgiz Absalamova

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın həbs müddətinin növbəti dəfə uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Jurnalistin vəkili Rövşanə Rəhimlinin verdiyi məlumata görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil qərarın əsassız və qanunsuz olduğunu bildirib.
Xətai Rayon Məhkəməsi iyunun 11-də “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
“İstintaq orqanı həbs müddətinin uzadılmasını onunla əsaslandırdı ki, əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yaranıb. Bu istintaq hərəkətləri keçirilən zaman o, azadlıqda qalarsa, digər şəxslərlə əlaqəyə girib məlumat mübadiləsi edə bilər. İstintaqın gedişatına mane ola bilər”, vəkil qeyd edib.

Amerikanın Səsi

17:27, 25 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İstintaq Təcridxanasında Anar Məmmədlinin səhhəti pisləşib

by Gozetci 15:21, 25 İyun 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin səhhəti pisləşib.

Bu barədə hüquqşünasın yaxınları 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşdükdən sonra bildiriblər.
Həbsindən əvvəl Məmmədli müntəzəm inhalyasiya tələb edən obstruktiv bronxitdən müalicə olunurdu. Həbsdən sonra təmiz havadan daimi məhrumiyyət şəraitində onun vəziyyəti pisləşməkdə davam edir. O, nəfəs darlığı və boğulmalardan əziyyət çəkir.
İki il əvvəl Məmmədliyə fəqərəarası L4-L5 disklərinin və fəqərəarası L5-S1 disklərinin yırtığı diaqnozu qoyulub. İndi Məmmədli xüsusi ortopedik döşəkdə yatmaq imkanından məhrum olduğuna görə onun güclü ağrıları olur.
Saxlanma şəraiti onun normal gündəlik gəzintilərinə, təmiz hava udmasına mane olur.
İstintaq Təcridxanasının rəhbərliyi onun üçün ortopedik döşəyi qəbul etmir, ondan istifadə ağrıları azaldardı.
Yaxınları müalicəsini davam etdirməsi üçün onun dərhal azad olunmasını zəruri hesab edirlər.
* Anar Məmmədli aprelin 30-da əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (AR CM-in 206.3.2-ci mad.) ittihamı ilə həbs olunub. İlkin olaraq o, “Abzas Media-nın işi” üzrə cəlb olunmuşdu. Sonradan onun işi ayrıca icraata ayrılıb.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, son bir neçə ay ərzində 17 fəala və jurnalistə qarşı cinayət işi açılıb, onlardan 15-i həbsdədir.
15:21, 25 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İyunun 21-də Milli Məclisin səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcəyi elan ediləcək

by Gozetci 20:14, 20 İyun 2024
written by Gozetci
İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və növbədənkənar parlament seçkilərinin təyin edilməsi barədə qərarın qəbulu gözlənilir.
Bu barədə Turan-a parlamentdəki mənbələrdən məlum olub.
Parlamentdə yerlərin mütləq əksəriyyətinə malik hakim Yeni Azərbaycan Partiyasında bugünkü qapalı müşavirə də bu məlumatı dolayısı ilə təsdiqləyir.
Görünür, onlar parlamentin özünü buraxmasına təşəbbüs göstərəcəklər. Bundan sonra Milli Məclis prezidentdən növbədənkənar seçkilərin təyin olunmasını xahiş edəcək.
Bundan əvvəl Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov Bakıda keçiriləcək COP29 iqlim sammiti nəzərə alaraq, noyabrdan əvvəl parlament seçkilərinin keçirilməsini istisna etməyib.
Seçkilərin səsvermə günündən iki ay əvvəl elan olunduğunu nəzərə alsaq, güman etmək olar ki, növbədənkənar parlament seçkiləri avqustun sonu-sentyabrın əvvəlində keçiriləcək.
20:14, 20 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Nicat Əmiraslanov Xətai Rayon Polis İdarəsində saxlanılır

by Gozetci 16:46, 16 İyun 2024
written by Gozetci

Nicat Əmiraslanov

İyunun 15-də Nida Vətəndaş Hərəkatının (N!DA) üzvü Nicat Əmiraslanovu polis saxlayıb.

“Abzas Media”ya bu barədə onun yaxınları məlumat verib. Yaxınları bildirib ki, Əmiraslanov gündüz saatlarında Qazax rayonundakı evindən qısa müddətə qayıdacağını deyərək çıxıb, sonradan ondan saatlarla xəbər almaq mümkün olmayıb. Yalnız axşam saatlarında onun saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilməsi ilə bağlı məlumat yayılıb.
Nicat Əmiraslanovun hansı səbəbdən saxlanıldığı aydın olmasa da, bildirilib ki, ictimai fəal hazırda Xətai Rayon Polis İdarəsində saxlanılır.
Ötən gün Daxii İşlər Nazirliyi (DİN) ümumiyyətlə onunla bağlı məlumata malik olmadığını açıqlamışdı.
Nicat Əmiraslanovun Almaniyadan Azərbaycana qayıdarkən Bakıda saxlanılan jurnalist Şirin Abbasovun ifadələri əsasında saxlanıldığı ehtimal edilir.
Qeyd edək ki, 8 ildən çox Almaniyada mühacirətdə olan jurnalist Şirin Abbasov iyunun 14-də səhər saatlarında Azərbaycana qayıdarkən Bakıda – hava limanında saxlanılıb.
O, iyunun 15-də Binəqədi Rayon Məhkəməsinə çıxarılıb.
Şirin Tire kimi tanınan jurnalist 2015-ci ildə ölkəni tərk edəndən sonra onun haqqında 8 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi başlanıb və həbsli axtarış qərarı çıxarılıb. İyunun 14-də Azərbaycana qayıdarkən onun saxlanması sözügedən cinayət işi və axtarışda olmasıyla əlaqələndirilib.
İyunun 15-də məhkəmədə məlum olub ki, Baş Prokurorluq məhkəməyə həbsli axtarış qərarının ləğvi üçün təqdimat verib.
Məhkəmə də təqdimatı təmin edib və onun barəsində həbs qərarı ləğv olunub. Lakin barəsində cinayət işinə xitam verilməyib.
16:46, 16 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayının 303 nəfərə çatdığı bildirilir

by Gozetci 21:20, 15 İyun 2024
written by Gozetci

İyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 303 nəfərin adı daxil edilib.

Bu, qurumun bu il martın 18-də dərc etdiyi siyasi məhbus siyahısından 16 nəfər çoxdur.

Ötən üç ay ərzində siyahıdan müxalifətçi siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun adı çıxarılıb. Belə ki, onun barəsində həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə tədbiri ilə əvəz edilib. Amma cinayət təqibinə son verilməyib.

Siyahıya 17 yeni ad daxil edilib. Bunlar hüquq müdafiəçisi Anar Məmmədli, meclis.info onlayn platformasının rəhbəri İmran Əliyev, iqtisadçı Fərid Mehralızadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Sahib Məmmədzadə və Mehman Əliyev, ictimai fəallar Elşən Kərimov və Laçın Vəliyev, həmçinin qolları iflic olan ictimai fəal Famil Xəlilovdur. Digər 9 nəfər isə dindarlardır.

303 siyasi məhbus 8 qrupa ayrılıb.

1-ci qrupa 20 nəfər jurnalistlər və blogerlərin, 2-ci qrupa 3 nəfər hüquq müdafiəçisinin, 3-cü qrupa 28 nəfər müxalifət partiyalarının və hərəkatlarının üzvlərinin, 4-cü qrupa 5 nəfər Almaniyadan deportasiya edilmiş siyasi mühacirin, 5-ci qrupa 216 nəfər dindarın, 6-cı qrupa 7 nəfər “Tərtər işi” üzrə mühakimə olunanların, 7-ci qrupa 13 nəfər “Gəncə işi” üzrə mühakimə olunanların, 8-ci qrupa 11 nəfər ömürlük məhkumların adı daxil edilib.

Siyahını keçmiş “vicdan məhbusları” – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, yeni siyahıda siyasi təqiblə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin, jurnalistlərin, blogerlərin, ictimai fəalların və dindarların sayı artıb.

“Həbslər qanunsuz şəkildə keçirilir. Polislər işi protokollaşdırıb məhkəməyə verir. Məhkəmələr sadəcə ittihamları təsdiqləyir və mühakimə edir. Mən bütün günahları qeyri-müstəqil, sifarişli məhkəmələrdə görürəm. Konstitusiyanın 125-ci maddəsində (Məhkəmə hakimiyyətinin həyata keçirilməsi) yazılıb ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi şəraitində baxmalıdır. Amma həbs edilənlər arasında bir nəfər əlil, bir neçə nəfər cavan qız var. Bunların heç biri ev dustaqlığına buraxılmır. Müqayisə üçün deyim ki, bu ilin yanvarında Respublika Doğum Evində yanğın oldu. Yanğın nəticəzində 4 nəfər körpə ölüb, 60 nəfərə yaxın insan xəsarət aldı. Amma Doğum Evinin 3 nəıfər rəhəbərliyi birinci məhkəmədə ev dustaqlığına buraxılıb. Bu qədər ağır cinayətə görə həbsdə olan yoxdur. Amma bir ictimai fəal bir blok yazmağı ilə narkotik ittihamı ilə həbs edilir, ev dustaqlığına da buraxılmır. Müqayisə edin, məhkəmələrin ədaləti budur. Ağır cinayətlər törədənləri ev dustaqlığına buraxır, amma tənqidi bloq yazanı həbsdə saxlayır”, hüquq müdafiəçisi qeyd edib.

2000-ci illərin əvvəllərindən ilk dəfə olaraq Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin sayı 300 nəfəri ötüb.

Azərbaycanda son aylarda fəalların və jurnalistlərlərin həbsi çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Bu il aprelin 3-də ABŞ Dövlət katibi Antoni Bilinken ilə Prezident İlham Əliyev arasında telefon danışı zamanı Dövlət katibi Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Aprelin 4-də isə Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

“Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, mətbuat xidməti bildirib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

21:20, 15 İyun 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia