Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Əli Kərimlinin məhkəməsi avqustun 19-na təxirə salınıb

by Gozetci 13:44, 13 Avqust 2024
written by Gozetci

Əli Kərimli

Avqustun 13-də Bakının Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclasına Babək Pənahov sədrliyik edir.

Əliyev Kərimlinin Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Məhkəmə iclasından sonra Kərimli jurnalistlərə bildirib ki, şikayət “prosessual qaydalara uyğun tərtib olunmadığı” üçün dinləmələr avqustun 19-na təxirə salınıb. O, şikayəti tutarsız və absurd adlandırıb.

İddiaçı onun şikayətindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarlarının məhkəmə tərəfindən ləğv edilməsilə bağlı Kərimlinin şərhini “böhtan” adlandırıb.

Xüsusilə, Kərimliyə qarşı onun aşağıdakı ifadələri üzrə iddialar irəli sürülüb:

“Partiyanın siyasi kursundan yayındığına, hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilən Aydın Əliyev məhkəmənin qərarı ilə zorla nəzarət-təftiş komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib. Partiyaya zorla bərpa edilmiş bu şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın qərarlarını etibarsız sayıb, qərar 287 lehinə, bir səs əleyhinə olmaqla qəbul edilmişdi”.

Əli Kərimli qeyd edib ki, hazırkı proses “Azərbaycanın məhkəmə sistemi üçün sınaq” olacaq. Məhkəmə şikayəti təmin edərsə, bu rejimin özü üçün rüsvayçılıq olacaq, çünki “ hakimiyyət ilə əməkdaşlıq”  şərəf və ləyaqətə təhqir kimi tanınacaq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri qeyd edib.

Turan 

13:44, 13 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıQazax–TovuzSliderXƏBƏRLƏR

Söyüdlü kəndində etirazlar zamanı plakat hazırlayan sakin 3 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 09:00, 13 Avqust 2024
written by Gozetci

Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kəndində etirazlar zamanı qaldırılan plakatları hazırlayan kənd sakini Coşqun Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə ona verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəni tövsif edib. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə hökm oxunub.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşları Musayevi Nərimanov parkında şübhəli şəxs kimi saxlayıb və idarədə onun üstünə baxış keçirilərkən cibindən 6 qramdan çox narkotik tapılıb.

Kənd sakini məhkəmədə bildirib ki, onu Söyüdlü etirazlarındakı plakatlara görə cəzalandırırlar deyə narkotiklə şərləyirlər. Musayev deyib ki, Bakıda həbs olunmasından tutmuş, cibindən narkotik çıxmasınadək cinayət işində yazılanların hamısı yalandır. O, narkotikin onun cibinə “Bandotdel”də qoyulduğunu qeyd edib.

Mobil telefonların alqı-satqı və təmiri ilə məşğul olduğunu deyən Musayevin sözlərinə görə, onu Söyüdlü etirazlarından bir gün sonra – iyunun 21-də Gəncədə “satdığı telefonlardan birinin oğurluq çıxması” adı ilə saxlayıblar. Daha əvvəl isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şöbəsinə, oradan da Bakıya – “Bandotdel”ə aparıblar.

Kənd sakini bildirib ki, narkotiki də cibinə “Bandotdel”də qoyublar, təzyiq ilə müxtəlif sənədlərə imza atdırıblar:

“Gəncədə DTX-nın binasında üstümü yoxlamışdılar, narkotik olsaydı, elə orada çıxardı. Məni “Bandotdel”də bir gecə saxlayandan sonra səhər Nərimanov parkına apardılar. Orada əvvəlcədən öyrətdikləri kimi oturdum, kənardan çəkiliş elədilər. Sonradan bildim ki, mənim guya Bakıda parkda tutulduğumu sübut eləmək üçün ssenari qurublar”.

Onun sözlərinə görə, plakatlar, başqa növ çap məhsulları hazırlamaq onun işinin tərkib hissəsidir.

“İndiyədək Qarabağ döyüşlərində həlak olanların fotoları, Söyüdlünün tarixi, elm adamları haqqında da çoxsaylı plakatlar hazırlamışam” – deyə, o, məhkəmədə bildirib.

O, təqsirsiz olduğunu qeyd edib. Himayəsində iki azyaşlı uşağının olduğunu hakimlərin nəzərinə çatdıraraq onlardan ədalətli hökm çıxarmalarını istəyib.

Ötən il iyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq 5 nəfərin inzibati həbs olunduğu açıqlanıb. Daha dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb.

Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.

Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.

Ötən il iyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və “Anglo Asian Mining”in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.

“Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.

Amerikanın Səsi 

09:00, 13 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Elnarə Qasımovanın həbs müddətini uzadıb

by Gozetci 15:48, 10 Avqust 2024
written by Gozetci

Elnarə Qasımova

Avqustun 10-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib.

Məhkəmənin qərarına əsasən, o, sentyabrın 20-dək həbsdə qalacaq.

Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Müdafiə tərəfi jurnalistin həbs müddətinin uzadılması qərarını əsassız sayır və ondan apellyasiya instansiyası məhkəməsinə şikayət etmək niyyətindədir.

Qasımova məhkəmədə bir daha jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qasımova yanvarın 15-də həbs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham olunaraq edilib.

Ötən ilin noyabrından eyni iş üzrə “Abzas Media” internet nəşrini idarə edən və onunla əməkdaşlıq edən daha 5 jurnalist və media işçisi həbs edilib.

Hüquq müdafiəçiləri bu işdə adı keçənləri siyasi məhbus kimi tanıyıb, beynəlxalq təşkilatlar isə həbs olunanların azadlığa buraxılmasına çağırıblar.

Turan 

15:48, 10 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Nazim Bəydəmirlinin həyat yoldaşı onun səhhətinin pisləşdiyini açıqlayıb

by Gozetci 15:03, 10 Avqust 2024
written by Gozetci

Nazim Bəydəmirli

Keçmiş deputat və iş adamı Nazim Bəydəmirlinin həbsdə olarkən səhhəti pisləşib, bu barədə onun həyat yoldaşı bildirib.

“Nazim Bəydəmirlinin vəziyyətinin günü gündən pisləşməsinə baxmayaraq, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimiz təmin edilmir”, – deyə o, Facebook səhifəsində yazıb.

Onun fikrincə, Nazim Bəydəmirlini yavaş-yavaş ölümə məhkum ediblər və bu, dövlət üçün biabırçılığa çevriləcək.

Fəidə Beydəmirli qeyd edir ki, əri 404-cü gündür ki, “günahsız” olaraq həbsdədir.

Nazim Bəydəmirlinin çoxsaylı şikayətlərinə illərdir baxılmamasına baxmayaraq, “savadsız adam”ın ona qarşı əsassız şikayəti əsasında indi bir ildən artıqdır ki, həbsdə saxlanılır.

Fəridə Bəydəmirli Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, əri bir çox xəstəliklərdən əziyyət çəkir.

“Nazimin ürəyində impulsiv blokada var. O, qan təzyiqindən əziyyət çəkir. Tez-tez başgicəllənmələri olur. Lakin onun müalicəsi təmin edilmir. Mən açıqlama verəndə həkimlər göndərirlər, analizlər aparırlar. Bununla belə, analiz nəticələrinin etibarlılığına şübhə edirik. Nazimin dişlərində problem yaranıb”, – deyə Fəridə Bəydəmirli bildirib.

O, Nazim Bəydəmirlinin aprelin 29-da başlayan məhkəmə prosesinin əsassız olaraq yubanmasını da diqqətə çatdırıb.

* Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü (Əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsini pozmaqda təqsirli bilinərək saxlanılıb.

Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edərək, onu uydurma adlandırıb.

Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyalarına dəstək verməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham Bəydəmirlinin güya 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə pul tələb etməsi ilə bağlıdır.

Hüquq müdafiəçiləri Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Turan 

15:03, 10 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımov 58-ci gündür aclıq aksiyasını davam etdirir

by Gozetci 13:50, 10 Avqust 2024
written by Gozetci

Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov 58-ci gündür aclıq aksiyasını davam etdirir. Bu barədə “Turan”a avqustun 10-da Penitensiar xidmətin müalicə müəssisəsində onunla görüşəndən sonra yaxınları məlumat verib.

“Aclıq aksiyası nəticəsində Fazilin bədəni taqətdən düşüb. Onun vəziyyəti ağırdır.

Mədə, böyrək və ürək ağrıları dözülməz hala gəlib. O qədər arıqlayıb ki, sanki bədəni əriyib yoxa çıxır. Eləcə də şiddətli baş ağrıları var. Amma ailəmizin xahişinə baxmayaraq, Fazil aclıq aksiyasını dayandırmaq istəmir. O, sona qədər ac qalacağını söylədi”, – deyə qardaşı Nazim Qasımov “Turan”a bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə N.Qasımovun cinayət işi üzrə hazırlıq iclası avqustun 15-nə təyin edilib.

* Fazil Qasımov 2023-cü il avqustun 7-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və AR Cinayət Məcəlləsinin 204.3.1 (mütəşəkkil dəstənin tərkibində saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirli bilinir.

İstintaq iddia edir ki, saxta pulu sonradan həbs edilən müxalif siyasətçi Qubad İbadoğluya məhz o verib.

Bu günlərdə Qasımov Baş prokurora, Ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bu ifadəni işgəncə altında verdiyini bildirib. O, İbadoğluya saxta pul vermədiyini, onunla FETÖ mövzularında (Türkiyədə terror təşkilatı kimi tanınan vaiz Fətullah Gülənin hərəkatı) heç vaxt müzakirə etmədiyini bildirərək bu ifadəsini geri götürüb.

İyunun 14-dən Qasımov istintaqın əvvəlindən əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirir.

Turan 

13:50, 10 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 10:23, 10 Avqust 2024
written by Gozetci

Tofiq Yaqublu

Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə onunla birlikdə ittiham olunan Elnur Məmmədov ifadə verib. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.

“Elnur Məmmədov suallara çətinliklə cavab verirdi. Hakim Elnur Nuriyev Elnur Məmmədovu yönləndirirdi ki, necə cavab versin. Axır ki, hakimin yardımı ilə Elnur Məmmədov suallara cavab verməkdən imtina etdi”, deyə, o bildirib.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir. Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır. Siyasətçi Elnur Məmmədovun yalan danışdığını, onunla heç bir sövdələşmə aparılmadığını deyir.

Daha sonra məhkəmədə Elşən Hüseynov ifadə verib. Nigar Həzinin sözlərinə görə, onun ifadəsini müstəntiq düz-qoş etdiyi üçün bir sözü ilə digəri düz tutmurdu:

“Hər cümləsindən yalan yağırdı. Ölkənin bütün dələduzları yığışıb Tofiq Yaqublunu dələduzluqda şərləmək üçün üzünə dururlar. Şərləmə işində qollarını çırmayıb canfəşanlıq edən müstəntiq də, hakim də, prokuror da, üzəduranlar da konkret olaraq bu işdə cinayət törədiblər. Əminəm ki, bunun müqabilində hakimiyyət onlara yaxşı mükafat verəcək”.

Növbəti məhkəmə prosesi avqustun 16-a təyin olunub.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylar iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq-müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

10:23, 10 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir

by Gozetci 19:55, 09 Avqust 2024
written by Gozetci

Avqustun 9-dan başlayaraq növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən təşviqat kampaniyası avqustun 31-dək davam edəcək.

Təşviqat üçün ölkə üzrə 3259 açıq, 1854 qapalı yer ayrılıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Bununla yanaşı, qanunvericiliyə görə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti, “Bakinski raboçi” qəzetidir.

Amma yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyasının seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınıb. Seçkilərdə iştirak edən müxalifətdə olan Müsavat Partiyasının 22, REAL Partiyasının isə 11 namizədi qeydə alınıb. Beləliklə adı çəkilən media vasitələrində yalnız Yeni Azərbaycan Partiyası pulsuz təşviqatla məşğul ola bilər. Bundan öncəki seçki praktikasına görə, Yeni Azərbaycan Partityası adətən pulsuz təşviqatdan yararlanmaqdan imtina edir.

Ölkə mediasında pullu təşviqata gəlincə, televiziyalarda bir saniyə təşviqat 20-30 manat, radioda isə 1 saniyə təşviqat 7-25 manatdır.

Deputatlığa namizədlərin pullu təşviqatını dərc etmək üçün 58 çap mediası MSK-ya müraciət edib. Belə ki, plakatların seçki platformasının çap medialarında dərci 1000 manatdan başlayaraq bir neçə min manatadək yüksəlir.

Növbədənkənar seçkilərdə 22 gün seçkiqabağı təşviqatın aparılması nəzərdə tutulub. Deputalığa namizədlər avqustdun 9-da təşviqat kampaniyasına başlayacaq və bu, avqustun 31-də başa çatacaq.

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, seçki bir yarışdır.

“Seçki öncəsi prosesdə bu yarış yoxdur. Siyasi partiyalar arasında milli səviyyədə yarış getmir. Gələk müstəqil namizədlərə. Müstəqil namizədlər 22 gündə bəlkə də yarış apara bilərlər. 22 günlük seçki kampaniyası çox məhduddur. Amma deyək ki, kiminsə müəyyən gəlirləri var və yaxud ianələr toplayaraq imicmeyker xidmətindən istifadə edir. Azərbaycanda bu xidmətdən də istifadə etsələr belə bu, seçki prosesinə təsir etməyəcək. Bunun əsas problemi seçkiöncəsi tərəflər üçün bərabər və ədalətli şəraitin yaradılmamasıdır”, o qeyd edib.

MSK-nin son məlumatına görə, 125 serçki dairəsi üzrə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Azərbaycan rəsmiləri bir qayda olaraq insan hüquqları ilə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 151-ci sırada yer alır. Yerli hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbusun olduğunu iddia edir.

Amerikanın Səsi 

19:55, 09 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Siyasi şərhçinin “Toplum işi” ilə bağlı Azərbaycandan çıxışına qadağa qoyulub

by Gozetci 18:02, 09 Avqust 2024
written by Gozetci

Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərlinin “Toplum işi” ilə bağlı ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə siyasi şərhçinin özü Amerikanın Səsinə məlumat verib.

Bir müddət əvvəl isə Şahin Cəfərli bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində ifadə verib.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

İyulun 3-də və 4-də isə “Toplum TV işi” üzrə təqsirləndirilən 7 nəfər barəsində həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

18:02, 09 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında şikayət verilib

by Gozetci 12:53, 09 Avqust 2024
written by Gozetci

Əli Kərimli

Avqustun 13-də Bakının Nəsimi Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası təyin edilib, Kərimli Facebook səhifəsində yazıb.

Turan-a Nəsimi Rayon Məhkəməsindən bildirilib ki, məhkəmə iclası Babək Pənahovun sədrliyi ilə təyin edilib.

Sadəcə, qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.

Kərimli Turan-ın müxbirilə söhbətində bildirib ki, heç kimi təhqir etməyib və böhtan atmayıb.

«Bu, repressiya maşınının növbəti saxtakarlığıdır. Onu deyim ki, heç bir cinayət işi, həbs təhlükəsi, hətta real həbs bizim azadlıq və ədalət uğrunda mübarizəmizi dayandırmayacaq”, – Kərimli qeyd edib.

“Elektron məhkəmə” portalında yazılıb ki, Kərimliyə qarşı şikayət Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə verilib ki, bu da pul cəriməsindən tutmuş 6 ayadək azadlıqdan məhrumetməyə qədər müxtəlif növ cəzanı nəzərdə tutur.

Əvvəllər də Kərimlini cinayət məsuliyyətinə cəlb etmək cəhdləri olub. 1994-cü ildə onu qanunsuz silah-sursat daşımaqda ittiham etməyə cəhd etmişdilər, 2006-cı ildən isə ona xarici  pasport vermirlər.

Avropa məhkəməsi Əli Kərimlinin xarici pasportdan məhrum edilməsini qanunsuz sayıb. Lakin Azərbaycan hakimiyyəti indiyədək bu qərara məhəl qoymur.

Turan 

12:53, 09 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam etdirilib

by Gozetci 09:32, 09 Avqust 2024
written by Gozetci

İlhamiz Quliyev

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şahidlərin dindirilməsi ilə davam etdirilib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Quliyev ittihamı qəbul etmir, narkotikin polis şöbəsində onun cibinə qoyulduğunu deyib.

Bu gün məhkəmədə şahid qismində tədqiqatçı Nicat Abdullayev ifadə verib. İlhamiz Quliyev narkotiki şahid qismində dindirlən şəxsin onun cibinə qoyduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb. O, bir daha qeyd edib ki, narkotiklə əlaqəsi yoxdur, ittiham uydurmadır, həbs olunan zaman ailəsinə xəbər verilməyib, öz istədiyi vəkillə təmin olunmayıb.

Məhkəmə digər iki şahidin dindirilməsi məqsədi ilə avqustun 22-dək təxirə salınıb.

İlhamiz Quliyev dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.

Amerikanın Səsi 

09:32, 09 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia