Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Jurnalist Nərgiz Absalamovaya yeni 7 ağır maddə irəli sürülüb

by Gozetci 18:17, 16 Avqust 2024
written by Gozetci

Nərgiz Absalamova

Bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da çoxsaylı ağır maddələr irəli sürüləcəyi gözlənilir 

Avqustun 16-da “Abzas Media işi” üzrə cəlb olunmuş jurnalist Nərgiz Absalamovaya qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb.

Bu barədə məlumatı jurnalistin vəkili Şəhla Hümbətova yayıb.

“Nərgiz Absalamovaya qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, – deyə vəkil qeyd edib.

Abzas Media-nın əldə etdiyi məlumata görə, bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da yeni ittihamlar irəli sürüləcək.

Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsində dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media”nın rəhbərliyi də daxil olmaqla ümumilikdə 6 əməkdaşı ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”da yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.

Abzas Media

18:17, 16 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Britaniya deputatları Azərbaycanı həbsdə olan Qubad İbadoğlunu azad etməyə çağırıblar

by Gozetci 13:03, 16 Avqust 2024
written by Gozetci

Qubad İbadoğlu

Britaniya deputatları Azərbaycanı saxta pul saxlamaq ittihamı ilə həbsdə olan iqtisadçı alim Qubad İbadoğlunu azad etməyə çağırıblar, xəbəri theguardian.com yayıb. Hüquq müdafiə qrupları və siyasi xadimlər ittihamların siyasi motivli olduğunu iddia edirlər, belə ki, İbadoğlu Azərbaycan hökumətinin məşhur tənqidçisidir.

Alim 2024-cü il iyulun sonlarında Bakıda həbs olunub. Onun saxlanılması beynəlxalq narahatlıq doğurub, Britaniya qanunvericiləri isə həbsdə saxlanıldığı müddətdə onun sağlamlığı və rifahı ilə bağlı narahatlıqlara istinad edərək, onun dərhal azad edilməsi haqqında çağırışlara qoşulublar.

Leyboristlər Partiyasından Hilari Benn də daxil olmaqla, deputatlar Böyük Britaniya hökumətini ədalətli və şəffaf prosesi təmin etmək üçün Azərbaycana diplomatik təzyiq göstərməyə çağırıblar. İbadoğlunun ailəsi və tərəfdarları da onun həbsinin Azərbaycanda fərqli düşüncəyə qarşı genişmiqyaslı repressiyanın tərkib hissəsi olduğunu bildirərək, onun azad edilməsi haqqında xahişlə müraciət ediblər.

İbadoğlunun həbsinin siyasi motivli olmadığını, konkret qanun pozuntuları ilə bağlı olduğunu bəyan edən Azərbaycan hökuməti hələlik artan beynəlxalq təzyiqlərə münasibət bildirməyib.

Turan 

13:03, 16 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fiziki məhdudiyyəti olan ictimai fəal həbsxanada aclığa başlayıb

by Gozetci 12:28, 16 Avqust 2024
written by Gozetci

Famil Xəlilov

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilov avqustun 15-dən aclığa başlayıb. O, qanunsuz həbsinə və fiziki imkanları məhdud olduğu üçün əziyyət çəkdiyinə etiraz edir.

Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, avqustun 15-də Famil Xəlilovun aclığa başlaması ilə bağlı rəsmi müraciəti təcridxana rəhbərliyinə təqdim edilib.

“Famil qidadan tam imtina edib, yalnız su qəbul edir. Onun durumu çox ağırdır, dözülməzdir. Özünə qulluq edə bilmir. Famil təcridxananın tibb-sanitar hissəsində saxlanılır, lakin orada ona qulluq edən otaq yoldaşları da yorulub. Ona baxa bilmirlər. Hesab edirik ki, Familin aclıq etməsi müvafiq orqanların Familin işinə humanitar qaydada baxması üçün hərəkətə başlanılmasıa səbəb ola bilər”, deyə vəkil qeyd edib.

Famil Xəlilov iflic olduğundan hərəkət məhdudiyyəti var və ona baxan sosial işçi təyin edilməyib.

Penitensiar Xidmət Famil Xəlilovla bağlı sorğuya hələ cavab verməyib.

İyulun 26-da Famil Xəliova qarşı qaldırılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda müdafiə tərəfi və Xəlilov cinayət işi ilə tanış olur.

Vəkil Fəxrəddin Mehdiyev Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətinin təmin edilməməsindən təəssüflənir.

“Famil Xəlilov iflicdir. Təcridxana şəraitində saxlanılması onun üçün çox çətindir. Qolları iflic olduğundan özü sərbəst qida, su qəbul edə bilmir, yuyuna bilmir. Sanitar qovşaq şəraitində saxlanılır. Ona yalnız kamera yoldaşları kömək edir. Hərəkət edərkən müavizinətini saxlaya bilmədiyindən əllərini parça ilə bağlayırlar”, deyə vəkil qeyd edib.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Turan

 

 

12:28, 16 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tbilisi Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib

by Gozetci 12:05, 16 Avqust 2024
written by Gozetci

Əfqan Sadıqov

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsi ekstradisiya məqsədi ilə həbs edilmiş AzelTV saytının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayəti qəbuledilməz hesab edib.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu barədə “Gürcüstanın Hüquqları” təşkilatı məlumat yayıb.

“Hesab edirik ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin yeni halı, yəni Sadıqovun Gürcüstandan beynəlxalq sığınacaq istəməsini nəzərə almaması təşviş doğurur. Hansı ki, jurnalistin Gürcüstandan sığınacaq istəməsi ekstradisiya prosesini dayandırır”, deyə “Gürcüstanın hüquqları” təşkilatı qeyd edir.

Təşkilatın vəkilləri Əfqan Sadıqovun ekstradisiyası üçün 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın ləğv edilməsini tələb edib və məhkəməyə alternativ olaraq 2000 lari məbləğində girov təklif edib.

Müraciətə Əfqan Sadıqovun Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən Gürcüstandan beynəlxalq sığınacaq istəməsi ilə bağlı bəyanatı əlavə edilib.

Sadıqov avqustun 3-də Tbilisi Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Əfqan Sadıqov axtarışda olduğunu və Azərbaycanda barəsində cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib. İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycan tərəfinin müraciəti əsasında həyata keçirilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, başasının külli miqdarda əmlakını ələ keçirmə, dəfələrlə təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur, deyə məlumatda qeyd edilir.

Həbsdən əvvəl o, iyulun 18-də ailəsi ilə birlikdə Türkiyəyə getmək istəyib. Sərhədçilər buna icazə verməyib, ona həyat yoldaşı və uşaqlarının Türkiyəyə gedə biləcəyini, Əfqan Sadıqovun isə yalnız Azərbaycana qayıda biləcəyini bildiriblər.

“Azərbaycanda Əfqan Sadıqova qarşı iş 2024-cü il mayın 9-da başlanıb. Mayın 13-də Azərbaycan tərəfi kömək üçün Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib”, deyə hüquq müdafiə təşkilatı bildirir.

Turan

12:05, 16 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Fazil Qasımov məhkəmədə təhdidlərə məruz qaldığını bildirib

by Gozetci 20:02, 15 Avqust 2024
written by Gozetci

Fazil Qasımov

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəmə iclası keçirilib.

Məhkəmədə vəkil Rövşanə Rəhimli vəsatət verərək bildirib ki, müvəkkili 63 gündür aclıq aksiyası keçirir, ona görə də onun səhhətində problemlər yaranıb. O, məhkəmədən Qasımovun ev dustaqlığına buraxılmasını xahiş edib. Qasımov digər vəsatətində cinayət işi üzrə Qubad İbadoğlu ilə birlikdə ittiham olunduqları üçün işə bir icraatda baxılamasını istəyib, həmçinin o, başqa bir vəsatətində cinayət işinə xitam verilməsini də xahiş edib.

Məhkəmə Qasımovun vəsatətlərini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmədə iştirak edən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov bildirib ki, Qasımovun səhhətində ciddi problemlər var:

“Bu gün Fazil Qasımovu məhkəmədə gördüm. 63 gündür aclıq edən Qasımov o qədər çəki itirib ki, sanki onun bədəni dəri və sümükdəın ibarətdir. O, hazırkı isti havada qalın qış idman geyimində idi, amma üşüyürdü, titrəyirdi. Səsi çox zəifləyib. O sanki paltarının içində itmişdi”.

Hüquq müdafiəçisinin sözlərinəg görə, Qasımova qarşı humanitar münasibət olmalıdır.

“Çünki onun həyatı və sağlamlığı sual altınadıdr. Fazil Qasımov dedi ki, ona təzyiqlər olunub, iqtisadçı Qubad İbadoğlunun üzünə durmasını və saxta ifadələrə qol çəkməsi ilə bağlı təhdid olunub” – deyə, o bildirib.

Hüquq müdafiəçisi Fazil Qasımovun məhkəmədə verdiyi bəyanata da diqqət çəkib:

“Qasımov məhkəmə heyətinin diqqətinə çatdırdı ki, istintaqdan əlavə ona 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən təhdidlər olub. O dedi ki, təcridxananın rəhbərliyi Qasımovu təhdid edib ki, istintaqla əməkdaşlıq etməsə cinsi zorakılığa məruz qalacaq. Məhkəmə müşavirəyə gedəndə mən Qasımovdan sual etdim ki, 1 saylı İstintaq Təcridxanasının rəhbəri Elnur İsmayılov da təhdiddə iştirak edibmi? O bunu təsdiqlədi”.

Növbəti məhkəmə prosesi avqustun 29-a təyin olunub.

Penitensiar Xidmət Amerikanın Səsinin Fazil Qasımovun təcridxanada təhdidə məruz qalması ilə bağlı dedikləri barədə sorğusuna hələ cavab verməyib.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-ə İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

Amerikanın Səsi 

20:02, 15 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın şikayətini təmin etməyib

by Gozetci 17:10, 15 Avqust 2024
written by Gozetci

Elnarə Qasımova

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın barəsində həbs müddətinin daha 1 ay 7 gün uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini təmin etməyib. Prosesə Cavid Hüseyn sədrlik edib.

Vəkil Günay İsmayılova bildirib ki, məhkəmədə Elnarə Qasımova deyib ki, onun həbsi “Abzas Media” nəşrinin korrupsiya araşdırmaları ilə bağlıdır.

Lakin hakim bunu nəzərə almayıb.

Xatırladaq ki, ilk dəfə Elnarə Qasımova ötən il noyabrın 20-də xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Avqustun 10-da hakim Rafael Sadıqovun sədrliyilə Xətai Rayon Məhkəməsi Elnarə Qasımovanın ilkin həbs müddətini daha 1 ay 7 gün uzadıb.

Turan

17:10, 15 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkiltatının məruzəçisi Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin təqib edilməsindən narahatdır

by Gozetci 16:18, 15 Avqust 2024
written by Gozetci

Meri Loulor

Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Meri Loulor Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin saxlanılmasının və məhkəmə təqiblərinin davam etməsilə bağlı ciddi narahatlığını bildirib.

“Son aylarda Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı həbs  və cinayət işlərinin həyəcanverici dalğasının şahidi oldum və bu məsələləri hökumət qarşısında qaldırdım”, – Loulorun 15 avqust tarixli bəyanatında deyilir.

Loulorun qaldırdığı işlər sırasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, “Abzas Media”nın jurnalistləri Ülvi Həsənli,  Sevinc Abbasova (Vaqifgızı), Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin dəvət olunmuş jurnalist Hafiz Babalının işləri var.

Onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığında ittiham ediblər. Onları səkkiz ilə qədər həbs təhlükəsi gözləyir.

“Antikorrupsiya araşdırmaları, seçkilərin  müstəqil monitorinqi və insan hüquqlarının beynəlxalq müdafiəsi insan hüquqları üzrə qanuni işdir”, – Loulor deyib. “Bu işə və ifadə azadlığının həyata keçirilməsinə görə cəza insan hüquqlarının açıq şəkildə pozulmasıdır”.

Xüsusi məruzəçi “Abzas Media”nın ofisindən və həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin evlərindən elektron cihazların və sənədlərin götürülməsilə bağlı həyəcan təbili çalıb. Belə ki, bu, antikorrupsiya araşdırmalarında onların mənbələrini potensial olaraq təhlükə altına qoyur.

Məmmədlinin və valideynlərinin də mənzilində axtarış order olmadan aparılıb. Hakimiyyət həbs olunanların vəkilləri, bəzi hallarda isə ailələrilə ünsiyyətini məhdudlaşdırıb. Həbs olunanların qohumlarının bank hesabları dondurulub.

Loulor  deyib ki, o, Ülvi Həsənli və Sevinc Abbasova, eləcə də Nərgiz Absalamova ilə amansız rəftarın araşdırılması ilə bağlı yenilənmiş məlumat istəyib.

“Altı ildən çoxdur ki,  Azərbaycanın Məmmədlinin işində ədaləti bərpa edə bilməməsi ölkədə effektiv hüquqi müdafiə vasitələrinin olmadığını göstərir və hüquq müdafiəçilərinin hüquqlarının pozulmasının təkrarlana biləcəyilə bağlı narahatlıq yaradır”, – məruzəçi deyib.

O bildirib ki, Azərbaycan hökumətilə əlaqə saxlayıb, lakin alınan cavab onu qane etməyib.

“Mən hökumətin “Abzas Media”nın əməkdaşlarının hüquqlarının pozulması barədə fikirləri yalan adlandırmasından narahatam. Məhkəmə prosesinə müdaxilə etmək istəmirəm, amma hökuməti araşdırmanın insan hüquqları öhdəliklərinə tam uyğun olmasını təmin etməyə çağırıram.

Azərbaycanda bütün hüquq müdafiəçiləri və jurnalistlər hədə-qorxu və təqib olmadan sərbəst və təhlükəsiz şəraitdə çalışa bilməlidirlər”, – o qeyd edib.

Turan

16:18, 15 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İstintaq təcridxanasında Ələsgər Məmmədlinin notarius xidmətləri hüququndan istifadə etməsinə imkan verilmir

by Gozetci 17:43, 13 Avqust 2024
written by Gozetci

Ələsgər Məmmədli

 

Ələsgər Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur. Bu barədə Turan agentliyinə “Toplum” TV-nin təsisçisinin qardaşı Nəsimi Məmmədli bildirib.

“Ələsgərin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb. Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir”, – o deyib.

“Asan İmza” elektron imzası və Ələsgərin şəxsiyyət vəsiqəsi istintaq orqanı tərəfindən götürülüb. Bu, vergi hesabatını təqdim etməyə imkan vermir. Ələsgər yeni “Asan İmza” almaq üçün yaxınlarına etibarnamə verməlidir.

“Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notarius buraxmırlar”, –  Nəsimi Məmmədli deyib.

Etibarnamə həm də Ələsgər Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır və ailə maddi çətinlik çəkir.

Həftə ərzində vəkillər Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırmağı planlaşdırırlar.

*Martın 6-8-də ‘Toplum’ TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

“Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb.

İyunun 14-də Xətai məhkəməsi onun özəl klinikada tibbi müayinə olunması barədə vəsatəti təmin edib.

Turan

17:43, 13 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmədə Həmkarlar İttifaqı fəalına qarşı zorakılıq

by Gozetci 17:04, 13 Avqust 2024
written by Gozetci

Afiyəddin Məmmədov

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Həmkarlar İttifaqı fəalı Afiyəddin Məmmədov ona qarşı pis rəftardan şikayət edib. O deyib ki,  səhər saat 10.00-da onu məhkəməyə aparıblar və günün ikinci yarısına qədər “boks”da ac saxlayıblar.

Bundan sonra hakim şahidlərin gəlmədiyini və dinləmələrin təxirə salındığını elan edib. Lakin Məmmədov deyib ki, onun vəsatəti var. Hakim vəsatəti dinləməkdən imtina etdikdə Məmmədov zala müraciət edərək bildirib ki, Ədliyyə Nazirliyi ona məhkəmə prosesində kostyum geyinməyi qadağan edir. Buna etiraz edən Məmmədov məhkəməyə çılpaq gələcəyini bildirib və  köynəyini çıxartmaq istərkən məhkəmə konvoyları onu saxlayıblar və güc tətbiq edərək zaldan çıxarıblar.

Növbəti məhkəmə iclası avqustun 27-nə təyin edilib.

* İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının  rəhbəri Afiyəddin Məmmədov sentyabrın 20-də naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra öz evinin yaxınlığında saxlanılıb. Məmmədovu hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi – silahdan istifadə etməklə törədilmiş xuliqanlıq və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaqda) ittiham ediblər. Sonradan ittiham 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır ziyan vurmaq) və 228.4 (silahların qanunsuz dövriyyəsi) maddələrilə sərtləşdirilib. Onu 11 ilə qədər həbs cəzası gözləyir. Hüquq müdafiəçiləri Afiyəddin Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan 

17:04, 13 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçiləri Birləşmiş Millətlər Təşkilatını avtoritar ölkələrdə iqlim konfransları keçirməməyə çağırıblar

by Gozetci 15:07, 13 Avqust 2024
written by Gozetci

Beynəlxalq qeyri-hökumət təşkilatları qrupunun nümayəndələri və siyasi mühacirətdə olan azərbaycanlı fəallar Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyinə açıq məktub göndərərək avtoritar ölkələrdə iqlim sammitlərinin keçirilməməsinə çağırıblar.

“Biz, qeyri-hökumət təşkilatlarının qlobal koalisiyası olaraq, Birləşmiş Millətlər Təşkilatının konfranslarının keçirlməsində  repressiv hökumətlərə imtiyaz verilməsinə etiraz edirik”, – müraciətdə deyilir.

Əsasən, onlar qeyd edirlər ki, Azərbaycana COP29-u 2024-cü ilin noyabrında qəbul etmək imtiyazı verildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər artıb, məqsəd onun tamamən aradan qaldırılmasıdır.

Bundan əvvəl analoji repressiv tədbirlər COP27 ərəfəsində Misirdə və COP28 ərəfəsində Birləşmiş Ərəb Əmirliklərində olub.

COP29-un Bakıda keçirilməsi artıq hüquq müdafiəçiləri və jurnalistlər arasında yüzlərlə həbsə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyi ev sahibi olan tərəflərin insan hüquqları sahəsində beynəlxalq hüquqa riayət etməsini, bu forumdan senzura üçün və vətəndaş cəmiyyətinin fəallığının  və təbliğatının  yatırılması üçün bəhanə kimi istifadə etməməsini təmin etməlidir.

“Bir neçə ildir ki, azərbaycanlı jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları KİV-in qeydiyyatı üçün ciddi tələblər, xarici maliyyələşmənin qadağan edilməsi, fikrin ifadə edilməsi və birləşmə  azadlığının məhdudlaşdırılması kimi ciddi məhdudiyyətlərlə üzləşiblər.

Repressiv tədbirlərin fiziki və iqtisadi təhdidlərlə yanaşı sərtləşdirilməsi KİV və vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətini demək olar ki, mümkünsüz edir”, – müraciətdə deyilir.

2024-cü ilin iyul ayına olan vəziyyətə görə, Azərbaycanda siyasi məhbusların siyahısı ən azı 306 nəfərdir, müraciət müəllifləri qeyd edirlər.

Azərbaycanlı keçmiş diplomat Emin İbrahimovun və gənc etnoqraf-alim İqbal Əbilovun  həbsi COP29 öncəsi Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı ciddi beynəlxalq narahatlıq yaradıb.

Üstəlik, Azərbaycan hökuməti öz məhbusları üçün həddən artıq məhdudlaşdırıcı tədbirlərdən istifadə edir: əlil hüquq müdafiəçisi və blogger Famil Xəlilov saxta narkotik qaçaqmalçılığı ittihamı ilə həbsdə olarkən onun həyatı və sağlamlığı təhlükə altındadır. Digər narahatedici hal isə əsassız cinayət təqibinə və işgəncələrə etiraz olaraq 14 iyun 2024-cü il tarixində aclıq aksiyasına başlayan iqtisadçı Fasil Qasımovun səhhətinə ağır zərər vurması ilə bağlıdır.

Amnesty İnternational təşkilatının məlumatına görə, 29 aprel 2024-cü ildə tanınmış hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri və Azərbaycanda Ədalət Mühakiməsi Təşəbbüsünün həmtəsisçisi Anar Məmmədli həbs edilib.

“Biz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyini gələcək COP-ların keçirilməsi barədə sazişləri açıq etməyə və onların insan hüquqları sahəsində beynəlxalq hüquqa (o cümlədən söz və toplaşmaq azadlığının müdafiəsi yolu ilə) uyğunluğunu təmin etməyə çağırırıq”, – müraciətdə deyilir.

Müraciət imzalanıb: Femena; Fars körfəzi İnsan Hüquqları Mərkəzi  (GCHR); İnsan Hüquqları Klubu (Azərbaycan); Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (Azərbaycan); İnsan Hüquqları İnstitutu, Beynəlxalq İnsan Hüquqları Federasiyası; Əməkçi miqrantların səsi; İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT, İnsan Hüquqları Rəsədxanası çərçivəsində) imzalayıblar.

Ətrflı:https://www.gc4hr.org/call-to-stop-hosting-conference-of-parties-cop-annual-climate-summits-in-authoritarian-countries/

 

15:07, 13 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia