Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Hüquq müdafiə təşkilatı Azərbaycanda insan haqları və azadlıqlarının təmin edilmədiyini bildirir

by Gozetci 20:50, 27 Avqust 2024
written by Gozetci

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycanda insan haqları və azadlıqlarının təmin edilmədiyini, son bir ildə həbs olunan icimai-siyasi fəalların və jurnalistlərin sayının kəskin şəkildə artdığını bildirir.

“Azərbaycanın Konstitusiya ilə demokratik və hüquqi dövlət elan olunmasına baxmayaraq, əslində ölkədə qanunun aliliyi, insan hüquq və azadlıqları təmin edilmir, məhkəmə hakimiyyətinin müstəqilliyi yoxdur”, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin “Hüquqi Azərbaycan” adlı hesabatında qeyd edilir.

Sənəddə deyilir ki, son bir ildə – 31 iyul 2023-cü ildən 2024-cü ilin iyununadək ölkədə siyasi məhbusların sayı 100 nəfərdən çox artıb. Hazırda cəzaçəkmə yerlərində siyasi motivlərlə həbs olunan azı 303 nəfər saxlanılır.

“Siyasi məhbusların əksəriyyəti ənənəvi olaraq dindarlardır, lakin son bir ildə həbs olunan icimai-siyasi fəalların və jurnalistlərin sayı kəskin şəkildə artıb.

2023-cü ilin avqust ayından sədr Afiyəddin Məmmədov başda olmaqla “İşçi masası” alternativ Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri həbs edilib.

2023-cü ilin noyabrında jurnalistlərin həbs dalğası başlayıb. Hazırda həbsdə 20-dən çox jurnalist saxlanılır. Bunlar “Abzas Media”, “Toplum” TV, “Kanal-13” və digər internet – nəşrlərin jurnalistləridir. “Toplum” TV işi üzrə beş fəal da həbs olunub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov başda olmaqla, qurumun fəalları və jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2 (xarici valyuta qaçaqmalçılığı) maddəsilə həbs olunublar. İctimai fəallar və dindarlar Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddə alveri) təqiblərə məruz qalıblar”, sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, saxlanmalar və axtarışlar prosessual normaların pozulması ilə, şübhəlilərin seçdikləri vəkilləri dəvət etmədən aparılır.

“Məhkəmələr qətimkan tədbiri seçərkən təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı şikayətlərə məhəl qoymurlar. Cinayət-prosessual qanunvericilikdə 10-a yaxın müxtəlif qətimkan tədbirinin olmasına baxmayaraq, məhkəmələr bir qayda olaraq, jurnalistlərə, fəallara, dindarlara qarşı ən sərt qətimkan tədbirini – həbsi seçirlər. Hətta ciddi sağlamlıq problemləri olan şəxslər, məsələn, “Toplum” TV-nin təsisçisi, qalxanabənzər vəz xərçəngi olan Ələsgər Məmmədli, iflic olmuş fəal Famil Xəlilov, gözdən əlil, araşdırmaçı jurnalist Hafiz Babalı ilkin həbsə məruz qalıblar”.

Sənəddə deyilir ki, işin mahiyyəti üzrə məhkəmə istintaqı da obyektiv aparılmır, müdafiə tərəfinin əksər vəsatətləri təmin edilmir, jurnalistlərin videogörüntülər aparmasına imkan verilmir və bəzən proseslərə, ümumiyyətlə, onları buraxmırlar.

“Eyni zamanda, siyasi məhbuslara qarşı sərt olan hakimlər vəzifəli şəxslərə qarşı “humanist” olurlar. Belə ki, 4 yeni doğulmuş körpənin ölümünə səbəb olan yanğına görə məsuliyyət daşıyan Perinatal Mərkəzin rəhbərlərinə münasibətdə məhkəmə ev dustaqlığı şəklində həbs qətimkan tədbirilə kifayətlənib”.

Hüquq müdafiə təşkilatı bildirir ki, 2024-cü ilin mayında Azərbaycan prezidenti 154 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb, lakin bu qərar “heç bir siyasi məhbusa” şamil edilməyib.

“Şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma haqqında qanunvericilik normasından nadir hallarda siyasi məhbuslara qarşı istifadə olunur, halbuki, məhkəmələr keçmiş məmurlara qarşı bundan aktiv şəkildə istifadə edirlər”.

Hesabatda insan hüquqları sahəsində ixtisaslaşmış vəkillərə qarşı təzyiqlərə də diqqət yetirilib.

“Son illərdə Yalçın İmanov, Əlaif Həsənov (vəfat edib-red), Namizad Səfərov, Xalid Bağırov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Elçin Namazov və digər müdafiəçilər vəkillikdən kənarlaşdırılıb. 2021-ci ilin iyulunda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər qəbul edilib, belə ki, hakimlər vəkillərin prosesi qəsdən təxirə salınması ilə bağlı mülahizə irəli sürsələr, məhkəmələr onları 500 manata qədər cərimə etmək səlahiyyətinə malikdir”.

Sənəddə iddia edilir ki, Azərbaycan məhkəmələri Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını tətbiq etmir.

“Avropa Şurasının 2024-cü ilin aprelində açıqlanan yeni hesabatına görə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ən pis icra edən ölkələr siyahısına yenidən rəhbərlik edib. Ümumilikdə, məhkəmə sistemi Konstitusiyanın tələblərinə cavab vermir. Məhkəmələr siyasi hakimiyyətin göstərişi ilə hökm çıxarırlar. Məhkəmədə əsas rolu prokuror oynayır, məhkəmə yalnız prokurorun tələblərini təsdiqləyir, vəkillik institutunun rolu isə sıfıra endirilib. Ölkədəki siyasi məhbuslara (hazırda onların sayı 300-dən çoxdur) görə məsuliyyət məhkəmə sisteminin üzərinə düşür”, sənəddə qeyd edilir.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov məhkəmə sistemində köklü islahatlara ehtiyac duyulduğnu bildirib.

“Məhkəmə sistemində heç bir müsbət dəyişiklik baş vermir, əksinə, ölkədə siyasi məhbusların sayı sürətlə artır”, o qeyd edib.

Öz növbəsində, rəsmi Bakı ölkədə bütün insanların qanunvericilik qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bildirir. Ölkə rəhbərləri bütün fundamental hüequqların tam təmin edilyini, azad və ədalətli məhkəmə sisteminin qurulduğunu bəyan edir.

Bununla yanaşı, ölkədə insan hüquqlarının durumu və azadlıqlar beynəlxalq tənqidlərə ən çox məruz qalan sahələrdir.

Siyasi məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən təsis edilib.

Amerikanın Səsi 

20:50, 27 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəhruz Səmədovun apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 20:38, 27 Avqust 2024
written by Gozetci

Bəhruz Səmədov

Avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində politoloq Bəhruz Səmədovun həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Bu barədə AzadlıqRadiosuna Bəhruz Səmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, Bəhruz Səmədov özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyib.

“O, həmçinin qeyd etdi ki, saxladığı təcridxanada ona kitab verilmir, saxlandığı otaqda isə televizor yoxdur. B.Səmədovun sözlərinə görə, müəyyən saatlarda əyləşməyə icazə vermirlər və yalnız nənəsi ilə telefonla əlaqə saxlamağa icazə verilir”, — deyə yaxınları deyiblər.

Bəruz Səmədovun məhkəmədə dediklərinə, hələlik, Dövlət Təhlükəsizlik Xidməti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Avqustun 23-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs edilən Bəhruz Səmədov dövlətə xəyanətdə şübhəli sayılır.

AzadlıqRadiosu 

20:38, 27 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müstəqil tədqiqatçı Cavid Ağa saxlanıldıqdan sonra sərbəst buraxıldığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib

by Gozetci 19:24, 27 Avqust 2024
written by Gozetci

Cavid Ağa

Müstəqil tədqiqatçı, “Bakı Araşdırmalar İnstitutu”nun üzvü Cavid Ağa avqustun 27-də Azərbaycandan təhsil almaq üçün Litvaya gedərkən Bakı Beynəlxalq Aeroportunda saxlanıldıqdan təxminən 10 saat sonra Dövlət Təhlükəsizlik Xidmətindən sərbəst buraxılıb. Bu barədə Cavid Ağa özü məlumat verib.

Onun sözlərinə görə, o, avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan sülh fəalı Bəhruz Səmədovla bağlı ifadə verib.

“Bu səhər Litvaya təhsilə getməli idim, amma alınmadı. İstintaq davam etdiyi üçün əlavə məlumat verə bilmirəm. Onu deyə bilərəm ki, mənə qarşı zorakılıq olmadı və təhlükədə deyiləm”, Cavid Ağa sosial mediada bildirib.

Cavid Ağa qeyd edib ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bundan öncə atası Vəfa Ağayev Amerikanın Səsinə avqustun 27-də Cavid Ağanın Azərbaycandan təhsil almaq üçün Litvaya gedərkən Bakı Beynəlxalq Aeroportunda saxlanıldığını bildirib. Atasının sözlərinə görə, bu gün 06:50-də uçuşu var idi, lakin hava yollarından dostlarına verilən məlumata görə o, təyyarəyə minməyib.

“Pasport nəzarətindən keçməsi ilə bağlı bizə məlumat verməli idi, lakin biz ona zəng edəndə telefonunu məşğula atdılar və ondan sonra da ondan xəbər ala bilməmişik. Caviddən çox narahatıq” – deyə, atası bildirib.

Hüquq mühafizə orqanları jurnalistin harada olması ilə bağlı hələlik açıqlama verməyib.

Bundan öncə, avqustun 23-də sülh fəalı və yazar Səməd Şıxı Tbilisiyə gedərkən Bakı Beynəlxalq Aeroportunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Fəal avqustun 24-də sərbəst buraxılıb.

Xatırlatma

Avqustun 21-də isə siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Fəal bu ittihamları qəbul etmir və sülh mövqeyinə görə cəzalandırıldığını deyir.

Bəhruz Səmədov “OC Media” və “Bakı Araşdırmalar İnstitutu”nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır.

Cavid Ağa müstəqil tədqiqatçı, jurnalist, həmçinin “Bakı Araşdırmalar İnstitutu”nun üzvüdür .O, müharibə dövründə sülhpərvər mövqedən çıxış edirdi.

Amerikanın Səsi

19:24, 27 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiyəddin Məmmədovun işi üzrə prosesdə şahid ifadəsini dəyişib

by Gozetci 18:16, 27 Avqust 2024
written by Gozetci

Afiyəddin Məmmədov

Avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Həmkarlar İttifaqı fəalı Afiyəddin Məmmədovun işi üzrə prosesdə şahid Ramil Babayevin ifadələri dinlənilib.

O, insident günü hadisə yerində olduğunu bildirib.

Şahidin sözlərinə görə, yaxınlıqdan keçirdi və “səs-küy, təhqir” onun diqqətini çəkib.

Eyni zamanda, vəkilin sualını cavablandıran Babayev deyib ki, guya Məmmədovun zərərçəkmişə bıçaq zərbəsi endirdiyini özü görməyib.

Ancaq şahidin sözlərinə görə, oradakı adamlar ona deyiblər ki, “bıçaqlanma olub”.

Prokuror bildirib ki, Babayevin məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələr arasında ziddiyyət var.

Babayevin istintaqdakı ifadələri oxunub. Həmin vaxt o deyib ki, guya Məmmədovun bıçaq zərbəsi endirdiyini və sonra bıçağı yaxınlıqdakı zibil qutusuna atdığını görüb.

Vəkil Zibeydə Sadıqova məhkəmənin Babayevin prosesdə verdiyi bəyanatı nəzərə alması və istintaqdakı ifadələrini iş materiallarından çıxarması  barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Növbəti məhkəmə iclası sentyabrın 10-na təyin edilib.

* “İşçi masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədov sentyabrın 20-də naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra evinin yaxınlığında saxlanılıb. Məmmədovu hücum edən şəxsə bıçaqla xəsarət yetirməkdə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi – silahdan istifadə etməklə törədilmiş xuliqanlıq) və Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurmaq) ittiham ediblər.

Sonradan ittihamlar Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli şəkildə qəsdən sağlamlığa ciddi ziyan vurmaq) və 228.4-cü  (silahların qanunsuz dövriyyəsi) maddələrilə sərtləşdirilib. Onu 11 ilə qədər həbs təhlükəsi gözləyir. Hüquq müdafiəçiləri Afiyəddin Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Amerikanın Səsi

18:16, 27 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qardaşı: ‘Ələsgər Məmmədliyə cərrahi əməliyyat lazımdır’

by Gozetci 17:31, 26 Avqust 2024
written by Gozetci

Ələsgər Məmmədli

Qardaşı Nəsimi Məmmədli bildirir ki, həbsdə olan “Toplum” internet televiziyasının təsisçisi Ələsgər Məmmədliyə cərrahi əməliyyat lazımdır.

N.Məmmədli deyir ki, bu gün, avqustun 26-da Ə.Məmmədli ilə telefonla danışıb: “Boğulma halları qalıb və bu məsələdə heç bir pozitiv dinamika yoxdur. Qalxanabənzər vəzində olan şiş cərrahi əməliyyatla götürülməlidir. Amma indiki şəraitdə bu, təəssüf ki, məqsədəuyğun deyil”.

Onun sözlərinə görə, həmin şişin olması qardaşının səhhətinə ciddi ziyan vurur: “Qan təzyiqi yenə gah yuxarı qalxır, gah aşağı enir, qardaşım başağrısından əziyyət çəkir”.

Qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları bundan əvvəl də bir neçə dəfə Ə.Məmmədlinin səhhətindən narahat olduqlarını açıqlayıblar.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

AzadlıqRadiosu

17:31, 26 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Səməd Şıxı saxlanılıb

by Gozetci 21:59, 23 Avqust 2024
written by Gozetci

Səməd Şıxı

Ötən gün saxlanılan gənc yazıçı və ictimai fəal Səməd Şıxı sərbəst buraxılıb.

Bu barədə onun dostları məlumat verib.

Eyni zamanda,  Şıxının Facebook səhifəsində onun adından aşağıdakı yazı dərc edilib:

«Mən dünən Bəhruz Səmədovun işi ilə əlaqədar DTX-yə dəvət olunmuşdum. Şahid qismində ifadə verdim. İfadəmdə Bəhruz Səmədovu tanıdığımı, onunla ünsiyyətimin olduğunu bildirdim. Bəzi məsələlər şorusuldu, məndə cavabımda Bəhruz Səmədovun məni xaricdə müəyyən ermənilərlə görüşdürdüyünü və bütün maliyyə xərclərinin qarşıladığını söylədim. Suallar əsasən müəyyən ermənilərlə bağlı idi. Açığı hər hansı təzyiqlə üzləşmədim, bildirildiki nəticəsindən asılı olaraq qərar qəbul ediləcək.

Mənimlə bağlı narahatlıq keçirən dostlarıma təşəkkürümü bildirərəm».

*  *  *

Yazıçı, ictimai fəal Səməd Şıxı avqustun 23-də saxlanıldığı deyilir.

Bu barədə Turana onun dostları məlumat verib.

Məlumata görə, S.Şıxı Tiflisə gedərkən saxlanılıb: “Səməd sərhəd nəzarətindən keçib, amma yarım saatdan sonra bizə saxlanıldığını yazıb. Daha sonra ona zəng çatmadı”.

Turan 

21:59, 23 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” nüfuzlu “Azad Media” mükafatına layiq görülüb

by Gozetci 19:00, 23 Avqust 2024
written by Gozetci

“Abzas Media” müstəqil nəşri qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə, 2024-cü il üzrə “Azad Media” mükafatına (“Free Media Awards”) layiq görülüb.

Norveç və Almaniyada fəaliyyət göstərən “The Fritt Ord Foundation” və “ZEIT Stiftung Bucerius” fondları tərəfindən verilən bu mükafat, əsasən, post-sovet məkanında təhdidlərə baxmayaraq, fəaliyyətinə davam edən müstəqil jurnalistlərə və media qurumlarına təqdim olunur.

Mükafat komitəsinin yaydığı press-relizdə qeyd edilib ki, 2016-cı ildə bir qrup gənc fəal və jurnalist tərəfindən yaradılan “Abzas Media” qısa zamanda sosial mediada geniş auditoriya toplayıb.

Sayt son dövrdə xüsusilə hökumətin yol verdiyi korrupsiya hallarına dair araşdırmaları ilə məşhurlaşıb, Qarabağda yenidənqurma işləri ilə bağlı dövlət satınalmalarına diqqət çəkib.

““Abzas Media” Azərbaycanda insan haqlarının pozuntusu hallarını ortaya çıxarır, eyni zamanda məhkəmə işləri, həssas qrupların mübarizələri və müxalifət haqqında reportajlar hazırlayarkən ardıcıl olaraq jurnalist prinsiplərinə sadiq qalır”, –  deyə press-relizdə qeyd edilib.

Məlumatın davamında 2023-cü ildə Azərbaycan hökumətinin “Abzas Media”nın altı jurnalistini həbs edərək repressiyaya məruz qoyduğu, onlara qarşı “qaçaqmalçılıq” və “ölkəyə qeyri-qanuni yolla pul gətirmə” maddələri ilə ittiham irəli sürüldüyü vurğulanıb.

“Avqust ayında nəşrin həbsdə olan əməkdaşlarına qarşı daha 7 ittiham irəli sürülüb, indi onları 12 ilə qədər həbs gözləyir. “Abzas Media” ilə əməkdaşlıq edən şəxslər məhdudlaşdırıcı tədbirlərə məruz qalıb, araşdırmalarda iştirak edənlərdən bəzilərinə isə ölkəni tərk etmək qadağası qoyulub”, – deyə sənəddə qeyd edilib.

Press-relizdə vurğulanıb ki, 2023-cü ilin noyabrında “Forbidden Stories” Konsorsiumunda bir araya gələn 15 tanınmış media qurumu “Abzas Media”nın yarımçıq qalan araşdırmalarını davam etdirmək uğrunda birləşiblər.

2024-cü ilin fevralında həbsdə olan redaksiya heyəti azərbaycanlı araşdırmaçı jurnalist Leyla Mustafayevanı “Abzas Media”nın müvəqqəti baş redaktoru təyin edib. Bu qərardan sonra mühacirətdə olan jurnalistlərdən və “Abzas Media”dan ibarət yeni araşdırma qrupu platformanın fəaliyyətini Azərbaycandan kənarda davam etdirəcəyini açıqlayıb.

“Azad Media” mükafatının builki digər laureatları Ukraynanın “Bihus.Info” nəşri, gürcüstanlı jurnalist Nastasia Arabuli, belarusiyalı jurnalist Larisa Şirakova, rusiyalı jurnalist və redaktor Mixail Afanasyevdir. Macarıstandan bu mükafata ilk dəfə bu il jurnalist və redaktor Sabolç Panyi layiq görülüb.

Hər bir laureata verilən mükafat məbləği 15 min avro təşkil edir.

Mükafatlandırma mərasimi bu ilin sentyabrında Osloda yerləşən Nobel İnstitutunda təşkil olunacaq. Daha əvvəllər bu mükafata Azərbaycandan Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi, Əziz Kərimov və Hafiz Babalı layiq görülüblər.

Bu, repressiyalardan sonra “Abzas Media”ya təqdim olunan sayca ikinci mükafatdır. Nəşr həm də 2024-cü ilin martında müstəqil jurnalistikaya və insan haqlarının müdafiəsinə verdiyi töhvələrə görə, “People In Need” Təşkilatının təsis etdiyi nüfuzlu “Homo Homini” Qlobal İnsan Haqları Mükafatına layiq görülüb.

AbzasMedia

19:00, 23 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Politoloq Bəhruz Səmədov 4 ay həbs edildi

by Gozetci 18:26, 23 Avqust 2024
written by Gozetci

Bəhruz Səmədov

Bu gün, avqustun 23-də Sabail rayon Məhkəməsində iki gün əvvəl saxlanan politoloq Bəhruz Səmədov haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
O, cinayət məcəlləsinin 274-ci maddəsi ( Dövlətə xəyanət) ittiham edilir.
Həmin maddə ilə şəxsə 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası verilə bilər.
Vəkil Zibeyde Sadqova deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Bəhruz Səmədov məhkəmədə özünü təqsirli bilməyib və ona qarşı təzyiqlərin olduğunu bildirib.
Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsi bu şikayətlə bağlı prokurorluğa müraciət edilməsi barədə qərar qəbul edib.
AzadlıqRadiosu
18:26, 23 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Hafiz Babalını ev dustaqlığına keçirməkdən imtina edib

by Gozetci 15:48, 22 Avqust 2024
written by Gozetci

Hafiz Babalı

Bu gün Bakının Xətai Rayon Məhkəməsi müdafiə tərəfin araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib.

Jurnalistin vəkili Rəşad Əliyevin Turan-a verdiyi məlumata görə, müdafiə tərəfi vəsatəti ibtidai istintaqın başa çatmaq üzrə olması və jurnalisti  həbsdə saxlamağın mənasız olması ilə əsaslandırıb.

Digər tərəfdən, Babalının səhhətində ciddi problemlər var, o, gözdən əlildir. Bundan başqa, həbsdən sonra Babalının ayaqlarında venaların varikoz genişlənməsi xəstəliyi kəskinləşib.

Babalı əvvəlki qaçaqmalçılıq ittihamları kimi, yeni ittihamları da təkzib edir və həbsini peşəkar jurnalist fəaliyyəti və korrupsiya faktlarını araşdırması ilə əlaqələndirir.

Babalı bildirib ki, onun Abzas Media ilə əlaqəsi müstəsna olaraq öz araşdırmalarının dərc edilməsi ilə bağlı olub.

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Babalı 2023-cü ilin dekabr – 2024-cü ilin yanvar aylarında “Abzas Media-nın işi” üzrə həbs edilən altı jurnalist və mətbuat işçisindən biridir.

Əvvəlcə onların hamısına qarşı CM-in 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb.

16-19 avqust tarixlərində jurnalistlərə qarşı CM-in 192.3.2 (qanunsuz sahibkarlıq,  xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193.1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), həmçinin 213.2.1-ci (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlarla 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Jurnalistlər bütün ittihamları təkzib ediblər, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqibə məruz qaldıqlarını bildiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və müstəqil KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.

Hüquq müdafiəçiləri “Abzas Media-nın işi” üzrə həbs edilənləri siyasi məhbus kimi tanıyır.

Turan 

15:48, 22 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yaxınları ictimai fəal Bəhruz Səmədovun saxlandığını güman edirlər

by Gozetci 14:51, 22 Avqust 2024
written by Gozetci

Bəhruz Səmədov

İctimai fəal Bəhruz Səmədovun saxlandığı güman olunur.

Bu barədə onun nənəsi Zibeydə Osmanova məlumat verib. Onun sözlərinə görə, dünən, avqustun 21-də saat 16-da Bəhruz Səmədov evdən çıxıb:

“O, dostu ilə dənizə getmək məqsədilə evdən çıxdı. Təxminən 30 dəqiqədən sonra (Bakıda) evə dörd-beş nəfər gəldi. Onlar özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər, deyiblər ki, Bəhruzdan narkotiklə bağlı şikayət var”.

Fəalın nənəsi evdə axtarış aparıldığını bildirir:

“Bəhruzun kompüterini, pasportunu, diplomlarını, tərcümə etdiyi kitabını götürüblər. Bu gün, avqustun 22-də mənə özünü vəkil Vəfa kimi təqdim edən bir xanım zəng vurub dedi ki, Bəhruzu dövlətə xəyanətdə ittiham edirlər”.

Nənəsi həm narkotiklə, həm də dövlətə xəyanət ilə bağlı deyilənləri qəbul etmir.

Nənəsinin açıqlamasına, hələlik, DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Üstəlik, deyilən vəkilin kimliyini də dəqiqləşdirmək, onun özü ilə danışmaq cəhdləri nəticə verməyib.

Bəhruz Səmədov politoloqdur. O, Praqadakı Karlov Universitetinin doktorantıdır.

Bəhruz Səmədov Qərb kütləvi informasiya vasitələri və müxtəlif analitik nəşrlərdə Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi məqalələr dərc edib. O, “OC Media” və bakuresearchinstitute.org saytının müəllifidir. Özünün müharibə əleyhinə çağırışları ilə seçilib.

AzadlıqRadiosu 

14:51, 22 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia