Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan jurnalistin etibarnamə verməsinə şərait yaradılmadığı bildirilir

by Gozetci 19:52, 04 Sentyabr 2024
written by Gozetci

Müşfiq Cabbar

Həbsdə olan jurnalist Müşfiq Cabbar istintaq təcridxanasında hüquqlarının məhdudlaşdırılmasından məhkəməyə şikayət verib.

Vəkil Nazim Musayev Amerikanın Səsinə bildirib ki, istintaq həbsdə olan Toplum TV-nin jurnalisti Müşviq Cabbarın notariat hərəkətləri etmək, xüsusən də yaxınlarına etibarnamə vermək hüquqlarını məhdudlaşdırıb.

Etibarnaməyə ehtiyac Cabbarın həbs olunmazdan əvvəl xaricdə hərracdan avtomobil alması ilə bağlıdır. Avtomobil Azərbaycana gətirilərkən jurnalist həbs edilib. May ayından avtomobil gömrükdə saxlanılır və parkinq üçün ödəniş alınır. Avtomobilin gömrük rəsmiləşdirilməsindən keçməsi üçün jurnalist yaxınlarına etibarnamə verməlidir. Lakin istintaq təcridxanasının rəhbərliyi müstəntiqin qadağasını əsas gətirərək bundan imtina edir.

Vəkil Musayev müstəntiqə notariusun Cabbarın yanına gəlməsi üçün vəsatət verib. Lakin müstəntiq vəsatətə baxılmasını “təxirə salıb”. Müdafiəçi müstəntiqin qərarını qanunsuz hesab edir.

“Avtomobilin cinayət işi ilə heç bir əlaqəsi yoxdur”, Musayev qeyd edib.

Sentyabrın 3-də Bakının Xətai Məhkəməsi vəkilin müstəntiqin qərarından və Cabbarın hüquqlarının məhdudlaşdırılmasından şikayətinə baxmağa başlayıb. Jurnalistin özü məhkəməyə gətirilmədiyi üçün vəkil onun şəxsən iştirakını xahiş edib. Hakim vəsatəti təmin edib və növbəti iclası sentyabrın 9-na təyin edib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. 7 nəfər həbs edilib, ikisi polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri bu iş üzrə təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıb, beynəlxalq təşkilatlar isə onları azad etməyə çağırıb.

Amerikanın Səsi 

19:52, 04 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistlərə Ədalət Fondu: 2023-cü ilin sonundan müstəqil və tənqidçi media və jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb

by Gozetci 18:57, 04 Sentyabr 2024
written by Gozetci

Sentyabrın 4-də Jurnalistlərə Ədalət Fondu (Justice for Journalists Foundation – JFJ) 2023-cü ildə Azərbaycan və Gürcüstanda jurnalistlərin hüquqlarının pozulmasına dair hesabat dərc edib.
Hesabatdakı məlumatlar açıq mənbələrə istinadən hazırlanıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanda 2023-cü il üçün araşdırma zamanı media işçilərinə, vətəndaş jurnalistlərə, ənənəvi və onlayn nəşrlərin redaksiyalarına, fəallara qarşı hücum/təhdidlə bağlı 147 hadisə müəyyən edilərək təhlil edilib.

“2023-cü ilin sonundan müstəqil və tənqidçi media və jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb.

Nəticədə 20-dən çox jurnalist və media işçisi Azərbaycanda həbsdədir, müstəqil onlayn medianın əksəriyyəti bağlanıb və plüralizmin istənilən forması ciddi təhlükə altındadır”, hesabatda qeyd olunub.

Jurnalistlərə Ədalət Fondun hesabatında bildirilir ki, hökumət həmçinin xaricdəki tənqidçilərini susdurmağa çalışıb.

“2024-cü ilin avqustunda Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov həbs edilib və onun Azərbaycana ekstradisiyası tələb olunub. O, təhdid yoluyla tələb etməkdə ittiham olunur. Sadıqov Azərbaycanda ağır repressiyalarla üzləşib və əvvəllər də öz ölkəsində həbsdə olub”, hesabatda deyilir.

Hesabatda Azərbaycanda qəbul edlmiş “Media haqqında” yeni qanuna da toxunulub.

“2022-ci ildə qəbul edilmiş yeni “Medi haqqında”qanun tam şəkildə tətbiq edilib. Mövcud KİV-lərin ən azı 10 faizi yeni Media Reyestrinə daxil edilib və onların əksəriyyəti faktiki olaraq qeyri-qanuni olub.

Həmçini qeyd edilir ki, ictimai aksiyalar zamanı jurnalist və media orqanlarına hücumlar davam edib və bu hücumların heç biri araşdırılmayıb.

Hesabatda qeyd edilir ki, məhkəmə və ya iqtisadi vasitələrdən istifadə etməklə hücumlar Azərbaycanda mediayaya təzyiq göstərməyin əsas metodu olaraq qalır.

Bundan başqa Jurnalistlərə Ədalət Fondu statistika təqdim edərək, vurğulayır ki, 2023-cü ildə 12 qeyri-fiziki hücum qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə iki dəfə azalma deməkdir.

“Bu hücumların əsas hədəfi müstəqil və müxalif media qurumları və jurnalistlər olub. Kiberhücumlar və haker cəhdləri təzyiqin əsas formaları arasında idi”, hesabatda deyilir.

Qeyd edilir ki, dindirmələr, axtarışlar, müsadirələr və məhkəmə çəkişmələri əsas təzyiq üsulları olub və bu kateqoriyada 50 insident qeydə alınıb.

“2023-cü ildə Azərbaycanda KİV işçilərinə qarşı 19 fiziki hücum qeydə alınıb. Bu insidentlərin əksəriyyəti jurnalistlər kütləvi etirazları və toplantıları işıqlandırarkən baş verib. Qeydə alınan hücumların hamısı hakimiyyət nümayəndələri tərəfindən törədilib”, hesabatda deyilir.

Bu hesabata Azərbaycan hakimiyyəti rəsmi açıqlama verməyib.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin saxlanılması və ittiham olunmasından ciddi narahatlığını bildirib.

Rəsmi Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.

Amerikanın Səsi 

18:57, 04 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəfa Nağı növbədənkənar parlament seçkilərinin nəticələrindən şikayət edib

by Gozetci 18:04, 04 Sentyabr 2024
written by Gozetci

Vəfa Nağı

Sentyabrın 4-də 70 saylı Neftçala seçki dairəsindən namizəd, ictimai fəal Vəfa Nağı bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayəti  dairə seçki komissiyasına təqdim edib. Bu barədə o, bugünkü mətbuat konfransında bildirib.

Vəfa Nağı bildirib ki, seçki kampaniyası başlayandan digər namizəd – Vətəndaş Həmrəyliyi Partiyası rəhbərinin xanımı Tənzilə Rüstəmxanlının nümayəndələri tərəfindən ciddi problemlər və maneələrlə üzləşiblər.

“Onun adamları təşviqat kampaniyası boyunca afişalarımızı cırdılar. Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına şikayətlərimizə baxılmadı” , – Nağı deyib.

“İnzibati resursdan Rüstəmxanlının xeyrinə istifadə olundu, onun seçicilərlə görüşlərinə dövlət qurumlarının, büdcə sahəsinin əməkdaşları göndərildi. Yerli hakimiyyət mənimlə görüşməmək üçün əhaliyə təzyiq göstərdi”, – namizəd qeyd edib.

Səsvermə günü hər yerdə saxtakarlıq – topa bülletenlərin atılması, “karusellər” və müşahidəçilərə təzyiqlər baş verib.

Evdə səs vermək “istəyənlərin” sayı çox olub, Nağı qeyd edib. “Seçki qutularını daşıyanların seçicilərə bülletenlərdə Tənzilə Rüstəmxanlının xeyrinə olan qrafanı qeyd etmələrini göstərdiklərini əks etdirən video- sübutlarımız var”, – Nağı deyib.

Vəfa Nağının nümayəndəsi, hüquqşünas Xalid Bağırov seçkilərdə fəallığın süni şəkildə şişirdilməsinə diqqəti çəkib. Belə ki, bir məntəqədə Rüstəmxanlıya 66, Nağıya 51 səs verilib. Digər məntəqədə Nağı 92, Rüstəmxanlı 40 səs toplayıb. Başqa bir məntəqədə isə Nağı 140, Rüstəmxanlı 112 səs toplayıb. Lakin Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Rüstəmxanlı 5806, Nağı isə 3122 səs toplayıb.

Hüquqşünas  deyib ki, demək olar ki, əhalinin olmadığı 2-ci Mayak seçki məntəqəsində iştirak 72 faiz səviyyəsində göstərilib. Bu da Rüstəmxanlının lehinə səsləri artırmaq üçün edilib.

Vəfa Nağı bildirib ki,  seçkilərin nəticələrinə sonadək etiraz edəcək və hüquqları bərpa edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Turan

18:04, 04 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bulletin – August

by Gozetci 20:01, 29 Avqust 2024
written by Gozetci

Fariz Namazli

Attorney involved in the defense of political prisoners detained and interrogated

Fariz Namazli, an attorney specializing in the defense of human rights and representing dozens of political prisoners, was detained on August 31 at around 9 PM Baku time while at a café with friends. He was taken to the State Security Service and interrogated as a witness for over three hours. After his detention became public, he was released.

On September 1, the attorney confirmed through his social media account that he had been questioned as a witness in a criminal case at the State Security Service (SSS). He added that he could not provide any information regarding the criminal case he was questioned about.

Fariz Namazli stated that although he was questioned as a witness, he was taken in the same manner as they would take suspects.

According to Fariz Namazli, being detained after working hours without any prior summons and having his phone confiscated is equivalent to being arrested.

Fariz Namazli told local media that if it was necessary to question him as a witness, they could have invited him to the State Security Service (SSS) during working hours with prior notice. “They detained me, took my phone. During that time, my phone was with SSS officers. Although I was questioned as a witness, I was taken like a suspect. What happened to me is, in fact, equivalent to being detained,” he noted.

Follow the link to read the statement in more detail.

20:01, 29 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bülleten – Avqust

by Gozetci 19:58, 29 Avqust 2024
written by Gozetci

Fariz Namazlı

Siyasi məhbusların müdafiəsi ilə məşğul olan vəkil saxlanlaraq dindirilib

İnsan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış və onlarla siyasi məhbusun vəkili olan vəkil Fariz Namazlı avqustun 31-də Bakı vaxtı ilə saat 21 radələrində dostlarıyla kafedə olduğu zaman saxlanılıb, Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb və 3 saatdan artıq orada şahid qismində dindirilib. Onun saxlanılması ictimailəşəndən sonra o, sərbəst buraxılıb.[1]

Sentyabrın 1-də vəkilin özü sosial media hesabında açıqlama yayaraq DTX-da sorğulanan bir cinayət işi üzrə şahid qismində dindirildirildiyini təsdiqləyib və əlavə edib ki, dindirildiyi cinayət işi barədə hər hansı bilgi verə bilməyəcək.

Fariz Namazlı bildirib ki, o şahid qismində dindirilsə də, onu şübhəli şəxsləri apardıqları kimi aparıblar.

Fariz Namazlının fikrincə, öncədən heç bir çağırış olmadan, iş vaxtından sonra saxlanılması, telefonunun əlindən alınması tutulmağa bərabərdir.

Fariz Namazlı yerli mediaya deyib ki,  əgər onu şahid kimi dindirilməyimə zərurət vardısa, iş vaxtında, öncədən onu məlumatlandırmaqla DTX-ya dəvət edə bilərdilər. “Məni tutub aparıblar, telefonumu götürüblər. O müddətdə telefonum DTX əməkdaşlarında olub. Mən şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam. Mənə qarşı baş verənlər, əslində, tutulmağa bərabərdir”, o qeyd edib.

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

19:58, 29 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ATƏT-in Parlament Assambleyası Azərbaycanda seçkiləri izləmək üçün 60-dan çox müşahidəçi göndərir

by Gozetci 20:02, 28 Avqust 2024
written by Gozetci

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 60-dan çox müşahidəçi göndərir.

ATƏT PA-nın mətbuat xidməti məlumat verir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi irlandiyalı deputat Maykl Krid, ATƏT PA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinə rəhbəri isə çexiyalı deputat Lusi Potuçkova olacaq.

Müşahidəçilər seçki administrasiyasının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, namizədlər, partiya nümayəndələri və ekspertlər seçkiqabağı vəziyyətlə bağlı görüşlər keçirəcək, seçki günü Azərbaycanın bir sıra bölgələrinə səfər edəcəklər.

İrlandiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Maykl Krid seçki ilə bağlı qərəzsiz və hərtərəfli qiymətləndirmə verməyə sadiq olduqlarını qeyd edib.

“Yeganə məqsədimiz demokratik standartların və dəyərlərin qorunmasına, həmçinin Azərbaycan xalqı üçün ədalətli və şəffaf seçki prosesinin keçirilməsinə dəstək olmaqdır”, Krid deyib.

ATƏT PA ilə yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (ATƏT/DTİHB) 227 nəfərin parlament seçkilərini izləyəcəyi bildirilir.

“Biz bu seçkilərin demokratik prinsiplərə uyğun olub-olmaması, azad səsvermə prosedururunun, ədalətli təşviqat mühitinin və medianın əlçatanlığını təmin edilib-edilməsi, nəticələrin dəqiq məlumatlandırılmasını izləmək üçün ATƏT/DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, Çexiya parlamentinin üzvü Lusi Potuçkova vurğulayıb.

Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Amerikanın Səsi

20:02, 28 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədovun nənəsi etiraz aksiyasını keçirib

by Gozetci 19:55, 28 Avqust 2024
written by Gozetci

Bəhruz Səmədov

Həbsdə olan politoloq Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova Ombudsman Aparatının qarşısında etiraz aksiyasını keçirib. Zibeydə Osmanova Ombudsman Səbinə Əliyeva görüş tələb edib.

O, əlində Bəhruz Səmədovun şəklini tutaraq bildirib ki, nəvəsi günahsızdır və heç bir əsas olmadan həbs olunub: “Bəhruzla mən nə telefonla əlaqə saxlaya bilmirəm, nə də mənə onunla görüşməyə icazə verirlər. Heç bir günahı olmayan nəvəm Bəhruz niyə tutulub? Səbəbi nədir? Onu bilmək istəyirəm. Mənə onun günahını desinlər. Məni onunla görüşdürsünlər”.

Zibeydə Osmanova qeyd edib ki, nəvəsi sülh istəyən bir gəncdir: “Sülh istəyən gəncləri tutmalıdırlar? Mən ona görə gəlib tələb edirəm ki, nəvəmdən bu zülmü götürsünlər”.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan B.Səmədova kitabları göndərmək istəsə də, buna imkan yaradılmadı:

“Mənim nəvəmi kitabdan, telefondan, televizordan niyə məhrum ediblər? Tək-tənha saxlayırlar. Biz aydınlaşdırsınlar bunu və mənə onunla görüş versinlər”.

Ombudsman Aparatının əməkdaşları Zibeydə Osmanovanı qəbula dəvət ediblər.

Qəbuldan sonra Z.Osmanova dedi ki, ərizə yazdı, həmin ərizədə də nəvəsinin günahsız olduğunu qeyd edib: “Mənim ombudsmandan yeganə xahişim odur ki, həqiqətin yanında olsunlar və mənim nəvəmə yardım etsinlər. Nəvəm Bəhruz Vətənə xəyanət etməyib, o ancaq sülh istəyir”.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən və Ombudsman Aparatından öyrənmək mümkün olmayıb.

Turan 

19:55, 28 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan keçmiş deputatın sağlamlıq durumu ilə bağlı qərar qəbul edib

by Gozetci 19:05, 28 Avqust 2024
written by Gozetci

Avqustun 27-də Avropa İnsan Hüquqları Məhkəməsi Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Azərbaycan hökumətinə həbsdə olan Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevin sağlamlıq vəziyyətinin stasionar müalicəyə və ya ambulator müalicəyə və ya hər hansı təcili tibbi müdaxiləyə (məsələn, ürək cərrahiyyəsi) ehtiyac olub-olmadığını müəyyən etmək üçün əlavə hərtərəfli müayinələrdən keçirmək və bununla bağlı məhkəməyə məlumat vermək göstərişi verib.

Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

“Əlavə müayinələrin nəticələri, ərizəçinin sağlamlıq vəziyyəti və göstərilən müalicə haqqında, həmçinin səhhəti ilə bağlı yeniliklər barədə Azərbaycan höküməti məhkəməyə məlumat verməlidir. Eyni zamanda Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən onun işinə prioritet qaydada baxılması qərara alınıb”, vəkil qeyd edib.

Bir müddət əvvəl isə Abdullayevin digər vəkili Şəhla Hümbətova bildirib ki, onun istintaq təcridxanasında səhhəti ciddi şəkildə pisləşsə də, effektiv tibbi yardım göstərilmir.

Vəkilin sözlərinə görə, avqustun əvvəlində həkimlər Abdullayevə sol mədəciyin hipertrofiyası, ürəyin arxa divarında çat ehtimalı, ürəyin sol ön hissəsinin blokadası diaqnozu qoyub.

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Abdullayevin cinayət işi üzrə hazıqlıq iclası olub. Məhkəmədə müdafiə tərəfi vəsatət qaldırıb ki, Abdullayevin seçdiyi mülki klinikada tibbi müayinədən keçməsi təmin edilsin.

Vəsatət qismən yerinə yetirilib. Abdullayev 1 gün müddətinə həbsxana xəstəxanasına aparılıb, orada vizual müayinə olunub və ertəsi gün 1 nömrəli Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb.

Bu il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkilin sözlərinə görə, Abdullayev əvvəlki ittihamlar kimi yeni ittihamı da qəbul etmir.

Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci illərdəki fəaliyyətini araşdırıb.

Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və yerli mediada onun müxalifətin etirazlarına qarşı sərt mövqe tutduğu barədə məlumatlar yayılıb.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Hüseyn Abdullayevin “Susma” adlı marşının sosial şəbəkələrdə geniş müzakirələr doğurmasından sonra ona və ailəsinə qarşı təzyiqlərin olduğunu iddia edib.

Ona qarşı vergi ittihamı ilə cinayət işi açılması da tənqidi mahnılarının yayılmasından sonraya təsadüf edir.

Nəhayət keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustun 24-28-də Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə 48/2020 saylı qərar çıxarıb.

Qərarda qeyd olunur ki, Abdullayevin Türkiyədən (oğurlanması) gətirilməsi, Azərbaycanda cinayət təqibinə məruz qalması qanunsuzdur.

Bununla yanaşı, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.

Amerikanın Səsi 

19:05, 28 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Dövlət Departamenti Bəhruz Səmədovun həbsinə münasibət bildirib

by Gozetci 17:57, 28 Avqust 2024
written by Gozetci

ABŞ Dövlət Departamenti Azərbaycanda gənc alim Bəhruz Səmədovun həbsini “narahatlıqla izləyir”

Bu barədə Dövlət Deparatmentinin nümayəndəsi Turan agentliyinə bildirib.

“Bəhruz Səmədovun həbsini narahatlıqla izləyirik. Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və siyasi müxalifətin üzvlərinə qarşı davam edən repressiyalara görə dərin narahatlıq hissi keçiririk”, Dövlət Departamentinin nümayəndəsi Turanın sorğusuna cavabda bildirib.

“Fikri ifadə etmək azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər buna görə təqibə məruz qalmamalıdır”, Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Praqada Karlov Universitetinin 28 yaşlı doktorantı Səmədov ötən həftə Bakıda saxlanılıb.

Avqustun 23-də məhkəmə onu dövlətə xəyanət ittihamı ilə dörd ay müddətinə həbs edib.

O, bu ittihamı təkzib edir. “Mən yalnız sülh istəyirdim, ölkəmi satmamışam”, Səmədov məhkəmədə bildirib.

Təqsirli bilinsə, onu ömürlük həbs cəzası gözləyir.

Amerikanın Səsi

17:57, 28 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 15:18, 28 Avqust 2024
written by Gozetci

Anar Məmmədli

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli barədə seçdiyi həbs qətimkan tədbiri qərarından verilən şikayəti təmin etməyib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
* SMDT rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib. Avqustun 22-də isə həbs müddəti daha 3 ay uzadılıb.
Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları rədd edir.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb.
15:18, 28 Avqust 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia