Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Abzas Media-nın işi üzrə ibtidai istintaq başa çatıb

by Gozetci 18:29, 09 Sentyabr 2024
written by Gozetci

Bu gün Abzas Media-nın işi üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalıya ibtidai istintaqın yekunlaşdığı açıqlanıb. Bu barədə jurnalistin yaxınları məlumat verib.

Elə bu gün işin digər fiqurantlarına istintaqın yekunlaşdığı haqqında məlumat verilib. İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaqlar. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

* Babalı 2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə həbs edilən altı jurnalist və mətbuat işçisindən (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov) biri idi. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar – CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:29, 09 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımov 88 gündür aclıq edir

by Gozetci 16:49, 09 Sentyabr 2024
written by Gozetci

Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov Bakı İstintaq Təcridxanasında qanunsuz həbsinə etiraz əlaməti olaraq 88 gündür aclıq edir. Bu barədə Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkən qardaşı Nazim Qasımov bildirib.

“Qardaşımın durumu acınacaqlıdır. O, hər an həyatını itirə bilər. Yalvarışlarımıza baxmayaraq, inadından dönmür. Çəkisi 67 kiloqramdan 35 kiloqramadək düşüb. Dəhşətli ağrılardan qıvrılır. Qorxunc ağrıların sifətinə çökmüş cizgiləri, onun iniltiləri ürəyimi parçalayır. Saçları tam ağarıb, beli bükülüb”, deyə Qasımov qeyd edib.

Onun sözlərinə görə, müalicə müəssisəsində Fazil Qasımovun vəkilləri ilə danışıqlarına qulaq asılır. “Yazdığı müraciətlər, vəsatətlər də senzuraya məruz qalır. Nəzarətçilər onun yazdılarını oxuyur və lazım bilmədiklərini əlindən alırlar”, deyə Nazim Qasımov qardaşına istinadən bildirib.

Öz növbəsində, vəkil Telman Qasımov Turan-a Fazil Qasımovun durumunun çox ağır olduğunu təsdiq edib. “Onun arterial təzyiqi 50/30 nisbətinə düşür”, deyə o bildirib.

Penitensiar Xidmət F.Qasımovun aclıq etməsi və vəziyyəti haqqında məlumatlarla bağlı şərh vermir.

*  Fazil Qasımov 7 avqust 2023-cü il tarixində Türkiyədə saxlanılıb, Azərbaycana gətirilib və ona qarşı CM-in 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq onun sonradan həbs edilən müxalif siyasətçi Qubad İbadoğluna saxta pul verdiyini iddia edir.

Qasımov baş prokurora, ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müzakirəsində bildirib ki, etirafedici ifadələri işgəncə altında verdiyini, İbadoğluna saxta pul vermədiyini, heç vaxt onunla FETÖ (Türkiyədə terrorçu təşkilat kimi tanınan hərəkat) mövzusunda müzakirələr aparmadığını bildirib.

İyunun 14-dən etibarən Qasımov əsassız cinayət təqibinə etiraz əlaməti olaraq aclıq edir. İyulun 26-da vəziyyətinin pisləşməsi ilə əlaqədar Qasımov İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Turan 

16:49, 09 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İstintaq Təcridxanasında Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

by Gozetci 16:02, 09 Sentyabr 2024
written by Gozetci

Ələsgər Məmmədli

Ötən həftənin sonlarında İstintaq Təcridxanasında müayinə zamanı Toplum TV nəşrinin təsisçisi Ələsgər Məmmədlinin böyrəyində daş aşkar edilib, bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.

“Mədəaltı vəzin genişlənməsi sabit olaraq qalır. Özəl həkim tərəfindən qalxanabənzər vəzin təkrar müayinəsi zamanı 23,5 və 15 mm ölçüsündəki düyünlərin daha da böyüməsi aşkar edilməyib. Eyni zamanda, Ələsgərin boğulma halları və baş ağrıları davam edir. Görməsi zəifləyib, son böyrəyində isə daş aşkar edilib”, deyə qardaşı bildirib.

“İstintaq Təcridxanasında saxlandığı yarım il ərzində Əsgərli ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Qalxanabənzər vəzin şişi, böyrək daşı, əsəb sisteminin pozuntusu, hipertoniya kimi ciddi xəstəliklərlə onu həbsdə saxlamağın nə mənası olduğu aydın deyil”, deyə Məmmədli bildirib.

Penitensiar Xidmətin və istintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.

* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri həbs edilənləri siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.

16:02, 09 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Deputatlığa namizəd Vəfa Nağıyevə Neftçalada saxlandıqdan 4 saat sonra Bakıda sərbəst buraxılıb

by Gozetci 09:35, 08 Sentyabr 2024
written by Gozetci

Deputatlığa namizəd Vəfə Nağıyevə Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirərkən.

Neftçalada təxminən 19:00 radələrində saxlanılan Vəfa Nağıyeva, Seymur Abbas və Şəhla Kərimli təxminən 23:00 radələrində Bakıda sərbəst buraxılıblar. Mülki geyimli polislər onları Neftçaladan Bakının Əhmədli ərazisinə gətiriblər. Bu barədə Vəfa Nağıyevanın özü məlumat verib.

***

Sentyabrın 6-da Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirən zaman deputatlığa namizəd Vəfa Nağıyevə polis əməkdaşları tərəfindən saxlanılıb. Nağıyeva ilə bərabər onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərimli də saxlanılıb.

Saxlanılanların hara aparıldığı məlum deyil. Neftçala Rayon Polis Şöbəsindən saxlanılanların orada olmadığı deyilir.

Vəfa Nağıyevə sentyabrın 6-da Neftçala DSK-sı önündə çadır qurmağa cəhd edib. Deputatlığa namizəd 1 sentyabr parlament seçkilərində pozuntulara etiraz etdiyini, nəticələrin saxtalaşdırıldığını bildirib. O, DSK-dan onun suallarına cavab vermələrini tələb edib.

Vəfa Nağıyeva 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olub. Onun seçkidə əsas rəqibi Vətəndaş Həmrəyliyi Partiyasından Tənzilə Rüstəmxanlı idi. İlkin nəticələrə görə MSK Rüstəmxanlını seçkinin qalib elan etsə də, Nağıyeva rəqibinin seçkiləri saxtakarlıq yoluyla udduğunu iddia edir.

Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, qeydə alınmış namizədin hüquqi təminatlarından biri olan toxunulmazlıq təminatı Seçki Məcəlləsinin 70.4-cü maddəsinə əsasən müəyyən edilir. Hüquqşünasın sözlərinə görə, toxunulmazlıq təminatına əsasən qeydə alınmış namizəd kimi Vəfa Nağıyeva seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək müvafiq prokurorun (bu halda Neftçala Rayon Prokuroru) razılığı olmadan namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

“Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir”, deyə Rəhimli qeyd edib.

Hüquqşünas bildirib ki, bu gün Vəfa Nağıyevanın 70 saylı Neftçala Dairə Seçki Komissiyasının qarşısında həmin seçki dairəsində baş verən pozuntulara görə etiraz aksiyası keçirməsi Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən edilmiş sərbəst toplaşmaq azadlığının sferasına aiddir:

“Bu baxımdan seçkilərin nəticələrinə dinc yolla DSK-nın binasının qarşısında etiraz etmək cinayət sayıla bilməz və cinayət törədərkən yaxalanma hesab edilə bilməz. Bu baxımdan Neftçala Rayon Polis Şöbəsi tərəfindən Vəfa Nağıyevanın tutulması ilə bağlı yol verdiyi hərəkətlər qanunsuzdur. Bundan əlavə, Vəfa Nağıyevanın tutulması üçün prokuror razılığı alınıb-alınmadığı da bəlli deyil. Hətta belə razılıq alınmış olsa belə DSK-nın qarşısında etiraz aksiyası keçirmək heç bir halda cinayət əməli yaxud inzibati xəta kimi qiymətləndirilə bilməz”.

Rəhimli qeyd edib ki, hüquq normalarına əsasən Vəfa Nağıyevanın Neftçala Rayon Polis Şöbəsi tərəfindən DSK-nın qarşısında təşkil etdiyi etiraza görə tutulması həm onun qeydə alınmış namizəd kimi Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş toxunulmazlıq təminatıdır pozuntusudur, həm də Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən sərbəst toplaşmaq azadlığı hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

“Eləcə də, göstərilənlərə əsasən Vəfa Nağıyevanın seçki üzrə vəkilinin tutulması da hüquqaziddir. Hadisəni işıqlandıran jurnalistin tutulması isə Konstitusiyanın 47-ci və 50-ci maddələri ilə təmin edilən media azadlığı hüququnun pozuntusunu təşkil edir. Burada tutulma dedikdə polis tərəfindən faktiki olaraq saxlanılma başa düşülür. Hətta polis bundan sonra Vəfa Nağıyeva və digərlərini azad etsə belə, artıq onları faktiki olaraq saxlamaqla qeyd edilən hüquq pozuntularına yol verib”, deyə, hüquqşünas bildirib.

Amerikanın Səsi 

09:35, 08 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Abzas Media”nın jurnalistlərinin həbs müddəti yenidən uzadıldı

by Gozetci 14:29, 07 Sentyabr 2024
written by Gozetci

Sentyabrın 7-də Xətai Rayon Məhkəməsi Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızının və bu nəşrin jurnalisti Nərgiz Absalamovanın ilkin həbs müddətini üç ay uzadıb.

Məhkəmənin qərarına görə, onlar sentyabrın 20-nə qədər həbsdə qalmalıdır, bu barədə jurnalistlərin vəkilləri bildirib.

Vəkillər bu qərarlardan apellyasiya şikayəti verəcəklər.

* * *

Bakının Xətai Rayon Məhkəməsi Abzas Media-nın işi üzrə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətini üç ay uzadıb.

Bu barədə onun vəkili Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasını əsassız hesab edir. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Babalı ona qarşı irəli sürülən ittihamları qəbul etmir və jurnalist tədqiqatlarına görə təqib edildiyini bildirir.

Bu gün Abzas Media-nın direktoru Ülvi Həsənlinin də ilkin həbs müddəti üç ay uzadılıb. O da irəli sürülən ittihamları qəbul etmir.

*  Babalı və Həsənli 2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə həbs edilən altı jurnalist və mətbuat işçisi arasında idi. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar – CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Turan 

14:29, 07 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublu ona qarşı ittihamların saxtalaşdırıldığını bildirib

by Gozetci 09:22, 07 Sentyabr 2024
written by Gozetci

Tofiq Yaqublu

Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ifadəsi dinlənilib. O, ittihamları rədd edib.

Yaqublu bildirib ki, bu işdə əli olan digər şəxsin və zərərçəkmiş Elşən Hüseynovun Şengen vizası müqabilində ona pul verdikləri ifadələri yalandır.

O deyib ki, bunu sübut etmək üçün mobil antena məlumatlarından istifadə etməklə Yaqublunun və adıçəkilən şəxslərin yerini yoxlamaq kifayətdir və məlum olacaq ki, guya “pul köçürmələri” həyata keçirilən zaman onlar şəhərin müxtəlif yerlərində olublar.

“Ümumiyyətlə, mənə pul veriblərsə, niyə sonradan geri tələb etməyiblər? Onların mənə zəngləri, telefon yazışmaları ilə bağlı heç bir sübut yoxdur”, Yaqublu əlavə edib.

Məhkəmə zamanı Yaqublu hakim Elnur Nağıyevlə mübahisə edib.

Buna səbəb hakimin Yaqublunun qızı və kürəkəni Nigar Həzi və Seymur Həzinin məhkəmə zalına buraxmaması olub.

Yaqublu bildirib ki, bu halda o da prosesdə iştirakdan imtina edir.

Növbəti məhkəmə iclası sentyabrın 13-nə təyin edilib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

09:22, 07 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Abzas Media” işi üzrə həbsdə olan jurnalist və iqtisadçının həbs müddətini uzadıb

by Gozetci 17:09, 06 Sentyabr 2024
written by Gozetci

Elnarə Qasımova və Fərid Mehralızadə

Sentyabrın 6-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin həbs müddətinin uzadılması barədə istintaq orqanının təqdimatını təmin edib.

Vəkil Günay İsmayılova Amerikanın Səsinə bildirib ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə məhkəmə Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddətini noyabrın 13-dək uzadıb.

Həmçinin vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, məhkəmə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Fərid Mehralızadənin həbs müddətini dekabrın 19-dək uzadıb.

Müdafiə tərəfi hər iki şəxsin həbs müddətinin uzadılması barədə qərarı əsassız hesab edir və Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirib.

Jurnalist Elnarə Qasımova məhkəmədə bildirib ki, jurnalist fəaliyyətinə görə həbs olunub, o, irəli sürülən ittihamı rədd edir.

Mehralızadə “Abzas Media” nəşrinin işi üzrə həbs edilib. Lakin o, ittihamları rədd edib və bildirib ki, bu nəşrlə heç bir əlaqəsi yoxdur, sadəcə, ekspert olaraq bu nəşrdə, eləcə də bir çox başqa nəşrlərdə şərhlər verib.

Elnarə Qasımova yanvarın 15-də Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham üzrə həbs edilib. O 2023-cü ilin noyabrında -2024-cü ilin yanvarında “Abzas Media işi” üzrə həbs olunmuş altı jurnalist və media işçisindən biridir. Sonradan, iyunun 1-də bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

Əvvəlcə onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Lakin avqustun 16-19-da daha ağır ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması), 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq), 320.1-ci və 320.2-ci (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə), 213.2.1-ci (vergidən qrup şəklində yayınma) maddələri.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar.

Elnarə Qasımova və Fərid Mehralızadə hüquq müdafiəçiləri tərədindən siyasi məhbus kimi tanınıb.

17:09, 06 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Nicat İbrahimi ölkədən xaricə buraxmayıblar

by Gozetci 16:12, 06 Sentyabr 2024
written by Gozetci

Nicat İbrahim

Sentyabrın 6-da ictimai fəal Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi İbrahimin ölkədən xaricə çıxışına qadağa qoyub.

Bu barədə Amerikanın Səsinə Nicat İbrahimin özü məlumat verib.

“Ailəmlə birgə Kişinyova gedirik. İndi ailə üzvlərim sərhədi keçib, amma sərhəd xidməti 2020-ci ilin iyunundan mənim ölkədən çıxışıma Daxili İşlər Nazirliyinin “stop” qoyduğunu bildirir. Belə ki, 2020-ci ildə etiraz aksiyası keçirən zaman məni koronovirus yaymaq ittihamı ilə 15 ay həbs etdilər. Həbs müddətim bitdi. Azadlığa buraxıldım. Daxili İşlər Nazirliyinin ölkədən çıxışıma “stop” qərarı qalırdı. Lakin, Səbail Rayon Məhkəməsinə şikayət etdim. Məhkəmə Daxili İşlər Nazirliyinin “stop” qərarını qanunsuz hesab edərək ləğv etdi (O sosial şəbəkələrdə məhkəmənin qərarının fotosurətini yayıb). Ondan sonra mən ölkədən xaricə getdim. Lakin indi yenidən deyirlər Daxili İşlər Nzirliyi “stop” qoyub. Daxili İşlər Nazirliyinə zəng edirəm cavab vermirlər. İndi təyyarəyə minik başlayıb, lakin məni sərhədi keçməyə imkan vermirlər”, o qeyd edib.

Nicat İbrahim ölkədən buraxılmasına “stop” qoyulmasını siyasi sifariş hesab edir.

“Bu mənim ictimai fəaliyyətimlə bağlıdır. Mən qanunsuzluqlara qarşıyam və sosial şəbəkə profillərimdə bunu kəskin tənqid edirəm. Bu səbəbdən 2008-ci ildən başlayaraq təzyiqlərlə qarşı-qarşıyayam. Ölkədən çıxışıma qadağa qoyulması da bununla bağlıdır”, o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyi bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicad İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Amerikanın Səsi

16:12, 06 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dövlət Departamenti: Azərbaycanda parlament seçkiləri ilə bağlı ATƏT missiyasının narahatlıqlarını bölüşürük

by Gozetci 18:00, 05 Sentyabr 2024
written by Gozetci

Metyu Miller

Birləşmiş Ştatlar ATƏT-in müşahidə missiyasının Azərbaycanda 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq missiyasının Azərbaycanda 1 sentyabr parlament seçkiləri ilə bağlı müşahidə və narahatlıqlarını bölüşürük”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü baş tutan mətbuat konfransında Turan agentliyinin sualına cavab olaraq qeyd edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini vurğulayıb.

ATƏT müşahidəçilərinin sentyabrın 2-də yaydığı ilkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.

“Biz Azərbaycanı ATƏT-in əvvəlki, eləcə də qarşıdan gələn tövsiyələrini yerinə yetirməyə, Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz xalqının fundamental azadlıqlardan istifadə etməsinə şərait yaratmağa çağırırıq”, Metyu Miller deyib.

Daha əvvəl Avropa İttifaqı (Aİ) da Azərbaycanda son parlament seçkilərinin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə baş tutduğunu qeyd edərək Azərbaycan hakimiyyətini ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırıb.

Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.

Rəsmi Bakı isə tənqidləri qərəzli hesab edir və seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirir.

“ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı əvvəlcədən müəyyən edilmiş mənfi münasibətini təkrarlayan Aİ sözçüsü tərəfindən bu cür subyektiv iddia və qərəzli siyasi mülahizə etibarsızdır. Seçkilər ölkə Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Aİ nümayəndəsinin bəyanatına cavab olaraq deyib.

Cəmi 37 faizlə son 30 ilin ən aşağı seçici fəallığı qeydə alınan növbədənkənar seçkilərin elan edilən ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerini hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərin qazandığı bildirilir.

İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd edirlər.

Amerikanın Səsi 

18:00, 05 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Bəhruz Səmədovun mənzilində qanunsuz axtarış aparılması ilə bağlı şikayətini təmin etməyib

by Gozetci 15:42, 05 Sentyabr 2024
written by Gozetci

Bəhruz Səmədov

Sentyabrın 5-də Bakının Səbail Rayon Məhkəməsi tədqiqatçı Bəhruz Səmədovun mənzilində axtarış aparılması ilə bağlı şikayətini təmin etməyib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Səmədov məhkəmə zalına aparılarkən “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı!” şüarları səsləndirib.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, Səmədovun mənzilində məhkəmə qərarı olmadan axtarış aparılıb. Müdafiə tərəfi məhkəmədən axtarış protokolunu qanunsuz hesab etməyi və müsadirə edilmiş əşyaları qaytarmağı xahiş edib. Lakin məhkəmə şikayəti təmin etməyib. Vəkil apellyasiya şikayəti verəcək.

Avqustun 21-də Səmədovun mənzilində axtarış zamanı onun kompüterləri, telefonları, sertifikatları və kitabları müsadirə edilib.

Səmədov avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib.

Aİ və bir sıra beynəlxalq QHT-lər pasifist baxışları ilə məşhur olan Səmədovun təqibini pisləyib. O, həmçinin Qərb KİV-lərində və analitik nəşrlərdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidi məqalələr və şərhlər dərc etməsi ilə məşhurdur. Səmədov OC Media  nəşrinin və https://bakuresearchinstitute.org/ müəllifidir.

Turan

15:42, 05 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia