Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
E-bülletenVətəndaş Cəmiyyəti

Bulletin – September

by Gozetci 17:43, 25 Sentyabr 2024
written by Gozetci

Anar Mammadli & Akif Gurbanov

Disabling Election Monitoring Institute

On September 1, snap parliamentary elections was held in Azerbaijan. This election bears many
similarities to previous ones. Like its predecessors, it is taking place in a non-democratic
environment and against a backdrop of human rights violations. However, there is a distinctive
feature that sets this election apart from previous ones in a negative sense: for the first time in
20 years, local election monitoring institutions in Azerbaijan have been completely excluded
from the election process.
In Azerbaijan, there are two main organizations recognized by independent and international
bodies that engage in local election monitoring. One of them is the Election Monitoring and
Democracy Studies Center (EMDS), led by political prisoner Anar Mammadli, who is currently
in prison. The other is the Institute for Democratic Initiatives (IDI), headed by political prisoner
Akif Gurbanov, who is also currently incarcerated.
The head of EMDS, Anar Mammadli, was detained on April 29. He has been charged under
Article 206.3.2 of the Criminal Code (smuggling committed by a group of persons in
collusion). The court ruled to impose a preventive detention measure on Anar Mammadli for a
period of 3 months and 28 days. On August 23, his detention was extended by another 3
months. Anar Mammadli denies the charges against him and considers his arrest to be
politically motivated.
Several international organizations, as well as the U.S. State Department and the U.S. Embassy
in Baku, have called on the Azerbaijani government to immediately release Anar Mammadli
and other detained individuals.

Follow the link to read the statement in more detail.

17:43, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bülleten – Sentyabr

by Gozetci 17:29, 25 Sentyabr 2024
written by Gozetci

Anar Məmmədli və Akif Qurbanov

AZƏRBAYCANDA YERLİ SEÇKİ MÜŞAHİDƏÇİLİK İNSTİTUTU SIRADAN ÇIXARILIB

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkinin əvvəlki seçkilərlə oxşarlığı çoxdur. Bu seçki də qeyri-demokratik mühitdə və insan haqlarının pozulması fonunda keçirildi. Amma bu seçkini əvvəlki seçkilərlə mənfi mənada fərqləndirən xüsusi bir cəhəti var. Son 20 ildə ilk dəfədir ki, Azərbaycanda yerli seçki müşahidəçilik institutları tamamilə seçkidən kənar saxlanılır.

Azərbaycanda yerli seçki müşahidəçiliyi ilə məşğul olan müstəqil və beynəlxalq qurumların qəbul etdiyi iki əsas təşkilat var. Onlardan biri hazırda həbsdə olan siyasi məhbus Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT), digəri isə hazırda həbsdə olan, siyasi məhbus Akif Qurbanovun rəhbərlik etdiyi Demokratik Təşəbbüslər İnstitutudur (DTİ).

SMDT-nin rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 23-də isə onun barəsində seçilən həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Anar Məmmədli ona qarşı irəli sürülün ittihamları qəbul etmir, həbsini siyasi motivli sayır. Qeyd edək ki, 2024-cü il növbədənkənar prezident seçkiləri ərəfisində hakimiyyətin nəzarəti altında olan mediada Anar Məmmədliyə qarşı qarayaxma kampaniyası aparılıb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

17:29, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Almaniyalı deputat Anar Məmmədlini azad etməyə çağırıb

by Gozetci 17:08, 25 Sentyabr 2024
written by Gozetci

Frank Şvabe

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Azərbaycanda həbs edilmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini azad etməyə çağırıb.

“Avropa Şurasıının Vatslav Havel mükafatının laureatı Anar Məmmədli yenə Azərbaycanda həbsdədir. O, dərhal azad edilməlidir. Heç bir ölkə Anar Məmmədlinin və bütün digər siyasi məhbusların dərhal azad edilməsini tələb etmədən COP29-a (noyabrda Bakıda keçiriləcək) gedə bilməz”, deyə o, X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Məmmədli bu ilin aprelində qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Bir çox beynəlxalq təşkilatlar Məmmədlini azad etməyə çağırıblar.
Turan
17:08, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda xüsusi karantin rejimi daha 3 ay uzadılıb

by Gozetci 16:24, 25 Sentyabr 2024
written by Gozetci

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il yanvarın 1-dək uzadılıb. Bu barədə Azərbaycanın Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.

Ümumilikdə Azərbaycanda xüsusi karantin rejimi COVID-19 pandemiyasının başlandığı zamandan, 2020-ci ilin martından tətbiq edilir.

Prezident İlham Əliyev bu il sentyabrın 23-də yeni seçilmiş VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında xüsusi karantin rejiminin uzadılması səbəbindən quru sərhədlərinin bağlanmasının təhlükəsizlik riskləri ilə bağlı olduğuna işarə edib.

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”, ölkə prezidenti qeyd edib.

Bununla yanaşı quru sərhədlərinin bağlı olması müxalifət və bir sıra müstəqil təhlilçilər tərəfindən tənqid edilir.

Siyasi şərhçi Elman Fəttah bir qədər əvvəl hökumətin quru sərhədləri milli təhlükəsizlik səbəbi ilə bağlı saxlamasını manipulyasiya hesab edib.

“Sərhədlərin mühafizəsi bütün ölkələrin icra etdiyi bir məsələdir. Heç bir təhlükə sərhəd keçid məntəqəsində pasportunu təqdim edib Azərbaycan ərazisinə keçmir. Mən inanmıram ki, indiyədək dünya siyasəti tarixində hansısa ölkə sərhəd keçid məntəqəsi ilə milli təhlükəsizlik məsələsini tələffüz etmiş olsun, yaxud tətbiq etmiş olsun. Bu baxımdan düşünürəm ki, bu, İlham Əliyevin şəxsi qərarıdır. Bunun nə ilə əlaqəli olduğunu əsaslandırmaq çətindir, çünki bu məsələnin hər hansı milli maraqla, milli təhlükəsizliklə yaxından-uzaqdan əlaqəsi yoxdur”, o, qeyd edib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.

Amerikanın Səsi 

16:24, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Anar Abdulla BŞBPİ-nə çağırılıb

by Gozetci 09:08, 25 Sentyabr 2024
written by Gozetci

İctimai fəal Anar Abdulla

Sentyabrın 24-də ictimai fəal Anar Abdulla Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə fəal “Facebook” hesabında məlumat verib:

“26 sentyabr saat 15:00-da şahid qismində ifadə vermək üçün BŞBPİ-yə dəvət olundum. Hansı cinayət işi ilə bağlı olduğu barədə məlumat verilmədi”.

2023-cü ilin noyabrında “Abzas Media”, 2024-cü ilin mart ayından isə “Toplum Tv”yə qarşı açılan cinayət işlərindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri BŞBPİ-də ifadə verməyə çağırılırlar.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

09:08, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

HRW COP29 öncəsi insan haqlarının müdafiəsinə çağırır

by Gozetci 19:57, 24 Sentyabr 2024
written by Gozetci

Human Rights Watch Azərbaycan hökumətinin tənqidi səslərə qarşı repressiyalarının müstəqil vətəndaş cəmiyyətinin BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında məzmunlu iştirakını sual altında qoyduğunu bildirir.

Beynəlxalq insan hüquqları təşkilatı COP29-la bağlı sentyabrın 24-də yaydığı məlumatında Azərbaycan hakimiyyətini ifadə və dinc toplaşma kimi əsas azadlıqları təmin etməyə, siyasi motivli ittihamlarla həbs edilmiş jurnalistləri və fəalları dərhal və qeyd-şərtsiz azad edərək vətəndaş cəmiyyətinin qlobal konfransda hərtərəfli və məzmunlu iştirakına şərait yaratmağa çağırıb.

“Artıq üçüncü ildir ki, COP söz və dinc toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətdə keçirilir. Azərbaycanda keçiriləcək COP29-da iştirak edən hökumətlər ədalətli və iddialı iqlim fəaliyyəti üçün müstəqil səslərin məzmunlu iştirakının vacib olmasına dair aydın mesaj verməyə hazır olmalıdırlar”, Human Rights Watch təşkilatının nümayəndəsi Mirto Tilianaki deyib.

Məlumatda bildirilir ki, Azərbaycandakı avtoritar hökumət tənqidi səslərə dözümsüz yanaşır, son aylar müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar həyata keçirib. Bu isə müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin, fəalların, insan hüquqları müdafiəçilərinin və jurnalistlərin COP29-da məzmunlu iştirakı ilə bağlı narahatlıq artırır.

“Azərbaycan hakimiyyətinin azad sözü boğmaq, dinc etirazları tez və çox vaxt vəhşicəsinə dağıtmaq, zərərli qanunlardan sui-istifadə edərək müstəqil qeyri-hökumət təşkilatlarını iflic etmək kimi çoxillik təcrübəsi var. Hakimiyyət uzun illərdir ki, hökuməti tənqid edənlərdən, xüsusən də korrupsiya və insan haqları pozuntularını ifşa edənlərdən onları həbs etməklə qisas alır”, HRW qeyd edir.

Təşkilat 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı etirazların çevik polis tərəfindən zorakılıqla yatırıldığını, ötən ilin iyununda tanınmış iqtisadçı, anti-korrupsiya fəalı Qubad İbadoğlunun, bu ilin aprelində isə tanınmış hüquq müdafiəçisi, COP29 – Ədalət Mühiti Təşəbbüsünün həmtəsisçisi Anar Məmmədlinin saxta ittihamlarla həbs edildiyini vurğulayıb.

HRW insan hüquqlarının vəziyyəti ilə yanaşı Azərbaycan hökumətinin enerji sahəsindəki siyasəti ilə bağlı narahatlıq ifadə edib.

Sənəddə vurğulanır ki, neft və qaz gəlirləri Azərbaycanın 2022-ci il dövlət büdcəsinin 52 faizini, ixrac gəlirlərinin isə təxminən 90 faizini təşkil edib. Apreldə COP29-a hazırlıqla bağlı yüksək səviyyəli görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev əsasən Avropa İttifaqı bazarının tələblərinə cavab olaraq qaz hasilatını genişləndirmək planlarını açıqlayıb.

“Hökumətlər Azərbaycana imkan verməməlidirlər ki, COP29-un ev sahibi kimi öz mövqeyindən istifadə edərək mədən yanacağı hasilatının genişlənməsinə təkan versin, iqlim böhranı ilə mübarizə və insan hüquqlarını qoruma səylərinə zərbə vursun”, Tilianaki əlavə edib.

Azərbaycan hökuməti noyabr ayında Bakıda keçiriləcək COP29-da “inklüziv nəticələr üçün inklüziv proses”ə sadiqliyini ifadə edib.

“COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq”, COP29 sədrliyi bəyan edib.

HRW qeyd edir ki, Azərbaycanın hakimiyyət orqanları mədən yanacaqları hasilatının mərhələli şəkildə dayandırılması və iqlim dəyişikliyi ilə mübarizənin digər əsas aspektləri haqqında inklüziv müzakirələrə imkan yaradan mühiti dəstəkləməklə bu öhdəliyi həyata keçirməlidir.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda jurnalist və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, bütün hüquq və azadlıqların qorunduğunu iddia edir.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir.

Amerikanın Səsi

19:57, 24 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq-müdafiə təşkilatı Azərbaycanda siyasi məhbusların yeni siyahısına 319 nəfərin adını daxil edib

by Gozetci 20:34, 23 Sentyabr 2024
written by Gozetci

Sentyabrın 23-də “Azərbaycanda siyasi məhbusların azadlığı naminə” İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.

Həsənov Amerikanın Səsinə bildirib ki, əvvəlki siyahı dərc edildikdən sonra ona “dindarlar” kateqoriyasına iki nəfərin – Alik Aslanov və Elşən Abbasovun adı çıxarılıb.

Bununla yanaşı, siyahıya 18 yeni siyasi məhbus əlavə olunub.

Xüsusən, narkotik haqqında iş üzrə mühakimə olunmuş Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışov, gənc iqtisadçı Fazil Qasımov, gənc tədqiqatçı alimlər Bəhruz Səmədov və İqbal Əbilov, həmçinin keçmiş diplomat Emin İbrahimov siyahıya daxil edilib. Bundan başqa, siyahıya daha 13 dindarın adı əlavə olunub.

Həsənovun sözlərinə görə, siyahıdakı 319 siyasi məhbus 10 qrupda təsnif edilib. İki yeni qrup əlavə təsis edilib.

Belə ki, “Milli azlıqlar” qrupuna bu yaxınlarda həbs edilmiş İqbal Əbilovla yanaşı, talış etnik azlığının daha əvvəl başqa kateqoriyalarda siyahıya daxil edilmiş daha iki nümayəndəsi – bloger Aslan Qurbanov və Ruslan Vahabov daxil edilib. “Müharibə əleyhinə fəallar” adlı yeni qrupa isə Bəhruz Səmədov və Emin İbrahimov aid edilib.

“Jurnalistlər və blogerlər” qrupunda 18 nəfər, “Hüquq müdafiəçiləri” qrupunda 3 nəfər, “Müxalif partiya və ictimai təşkilatların üzvləri” qrupunda 30 nəfər var.

“Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər” qrupunda əvvəlki kimi 5 nəfər, “”Tərtər işi” ilə əlaqədar həbs edilənlər” qrupunda 7 nəfər, “Gəncə işi” ilə əlaqədar həbs edilənlər” qrupunda 13 nəfər, “Ömürlük məhbuslar” qrupunda 11 nəfər var.

Ən çoxsaylı qrup “Dindarlar” qrupu olaraq qalır, burada artıq 227 siyasi məhbusun adı var.

Xatırladaq ki, bundan öncə bu il iyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların siyahısını açıqlayıb. Həmin siyahıya 303 nəfərin adı daxil edilmişdi.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları zamanı Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

“Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, mətbuat xidməti bildirib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

20:34, 23 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Demokratik Seçkilər üçün Avropa Platforması: Azərbaycanda son parlament seçkiləri çox məhdud şərtlər altında keçirilib

by Gozetci 12:47, 22 Sentyabr 2024
written by Gozetci

Demokratik Seçkilər üçün Avropa Platforması (EPDE) Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin çox məhdud şərtlər altında, ifadə, toplaşmaq, birləşmək və məlumat kimi əsas azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı şəraitdə baş tutduğunu bildirib.

“Əliyev rejimi repressiyaları gücləndirib, müstəqil mətbuatın fəaliyyətinə və seçkilərin vətəndaş monitorinqinə imkan verməyib. Seçkiləri müşahidə edən aparıcı qeyri-hökumət təşkilatının lideri, Vatslav Havel İnsan Haqları Mükafatının laureatı Anar Məmmədli 300-dək fəal, jurnalist və müxalif qurumların üzvləri ilə birlikdə növbəti dəfə qondarma ittihamlarla həbs edilib”, EPDE sentyabrın 20-də yaydığı bəyanatında vurğulayıb.

Seçkilərdə siyasi məqsədlərlə “saxta müşahidəçilər”dən istifadə edilməsinə qarşı mübarizədə ixtisaslaşan EPDE, Azərbaycan hakimiyyətinin əvvəlki seçkilərdə olduğu kimi yenidən saxta legitimlik hissi yaratmaq və geniş yayılmış seçki manipulyasiyasını gizlətmək üçün yüzlərlə saxta beynəlxalq müşahidəçi dəvət etdiyini qeyd edib.

Qurum bildirib ki, akkreditə olunmuş 598 beynəlxalq müşahidəçidən yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) 274 müşahidəçisi seçkilərin monitorinqi üzrə qəbul edilən beynəlxalq standartlara cavab verib.

“Saxta müşahidəçilər seçkiqabağı mərhələdə və səsvermə günü aşkar pozuntulara baxmayaraq, seçkilərin “yüksək standartlarını” tərifləyiblər”, bəyanatda qeyd edilir.

EPDE hazırda davam edən araşdırması nəticəsində 18-i Avropa İttifaqı və digər demokratik ölkələrin siyasətçiləri və rəsmiləri olmaqla 107 saxta müşahidəçini müəyyən etdiyini bildirib və “saxta müşahidəçilər”lə bağlı tam hesabatını yaxın zamanda dərc edəcəyini açıqlayıb.

Bəyanatda Azərbaycan hakimiyyəti əsas azadlıqları təmin etmək üçün addımlar atmağa, Anar Məmmədli və bütün siyasi məhbusların qeyd-şərtsiz və dərhal azad etməyə, Venesiya Komissiyası, ATƏT/DTİHB və yerli müşahidə təşkilatlarının tövsiyələrinə əməl etməyə çağırılıb.

EPDE Azərbaycanın Mərkəzi Seçki Komissiyasını gələcək seçki proseslərində şəffaflığın təmin edilməsi üçün konkret addımlar atmağa və bütün vətəndaşların seçki müşahidəsi hüququndan maneəsiz istifadə edə biləcəyi mühitin yaradılmasına çağırıb.

Qurum həmçinin beynəlxalq institutları, Avropa ölkələrinin milli və regional parlamentlərini öz üzvlərinin saxta seçki müşahidəsində iştirakına mane olacaq qanunlar və qaydalar təqdim etməyə çağırıb.

Cəmi 37 faizlə son 30 ilin ən aşağı seçici fəallığı qeydə alınan növbədənkənar seçkilərin elan edilən ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerini hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərin qazandığı bildirilir.

İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd ediblər.

Seçkiləri müşahidə edən ATƏT-in müşahidə missiyası sentyabrın 2-də yaydığı ilkin bəyanatında növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini qeyd edib.

Amerikanın Səsi 

12:47, 22 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin məhkəməsi mübahisə şəraitində davam edib

by Gozetci 20:42, 20 Sentyabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə prosesi səndələrə baxışla davam etdirlib. Bu zaman dövlət ittihamçısı ilə Hacıyev arasında mübahisə olub.

Belə ki, Bəxtiyar Hacıyevlə zərərçəkmiş kimi tanınan Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsindəki insidenti əks etdirən video nümayiş etdirilib.

Məhkəmə iclasında iştirak edən Zəfər Əhmədov “Amerikanın səsi”nə deyib ki, nümayiş zamanı Hacıyevə qarşı irəli sürülən ittihamı əks etdirən zorakılıq hadisəsi videoda əks olunmayıb.

“Bəxtiyar Hacıyev ittihamın əsassız olduğunu dedikdə dövlət ittihamçısı onun zaldan çıxarılması barədə vəsatət verib. Hakim sənədlərin tədqiqi mərhələsi olduğu üçün vəsatəti qismət təmin edib. Hacıyevi məhkəmə zalından çıxarmayıb, lakin ona yazılı xəbərdarlıq edib”, – hüquq müdafiəçisi qeyd edib.

Bəxtiyar Hacıyev deyib ki, növbəti məhkəmə iclasında iştirak etməyəcək.

Məhkəmə sentyabrın 25-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona qarşı həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham irəli sürülüb.

Həmin ilin noyabrda isə Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Turan 

20:42, 20 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Müsəlman Birliyi”nin fəalı Ağəli Yəhyayevi 7 il azadlıqdan məhrum edib

by Gozetci 16:43, 20 Sentyabr 2024
written by Gozetci

Ağəli Yəhyayev

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayevə hökm oxunub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Yəhyayev ittihamları rədd edərək işi uydurma adlandırıb. Bu barədə fəalın yaxınları bildiriblər.

Məhkəmə onu 7 il azadlıqdan məhrum edbi.

Hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Yəhyayev 31 avqust 2023-cü ildə saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik  maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Ağəli Yahyaev əvvəllər iki dəfə, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı cinayət təqibinə məruz qalıb.

Turan 

16:43, 20 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia