Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin gözündə qanaxma olub

by Gozetci 19:26, 03 Oktyabr 2024
written by Gozetci

Ələsgər Məmmədli

“Məhkəmədən sonra yenidən təcridxanaya qaytarılan Ələsgər bəylə telefonla danışdım. Özü bildirdi ki, məhkəmə prosesi başlayana qədər onu qolları qandallı halda məhkəmə binasında bir otaqda saatlarla gözlədiblər”.

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə oktybrın 3-də onunla telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədli bir neçə gündür baş ağrısından əziyyət çəkib.

“Ağrıları azaltmaq üçün ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirdi”, o qeyd edib.

Qardaşının sözlərinə görə, oktyabrın 3-də məhkəmədə “konvoylar” tərəfindən pis rəftarla üzləşib.

“Üzləşdiyi pis rəftara görə qan təzyiqinin kəskin qalxması nəticəsində gözdaxili qanaxma baş verib. Gözlərindəki kiçik damarların partlaması nəticəsində subkonyunktival qansızma baş verib. Gözün ağ hissəsi tamamilə qanla örtülüb. Hazırda görməsində müəyyən problem yaranıb. Təcridxanada daimi göz həkimi olmadığına görə müayinə olunması mümkün deyil”, o əlavə edib.

Nəsimi Məmmədli qeyd edib ki, qardaşı Ələsgər Məmmədli heç bir dəlil-sübut olmadan 7 aydır həbsdə saxlanılır.

“O dedi ki, bu açıq-aşkar bir hüquq terrorudur. Mən hüquq terroruna məruz qalmışam. Qanunlara və hüquqa bu qədər etinasız, saymazyana münasibət dəhşətlidir. Məni girovluqdan azad edin. Ələsgər bəy qalxanabənzər vəzindəki böyümüş şişdən əziyyət çəkir. Rahat nəfəs almasında problemi var. Mütləq cərrahi əməliyyat olunmalıdır. Bununla yanaşı digər orqanlarında da təcili müalicəyə ehtiyac var. Xüsusilə də böyrəyində yaranmış daşlar arabir küt ağrılara səbəb olur. Məhkəmənin hakimi pis rəftara görə “konvoylara” şifahi irad bildirsə də, hər hansı qərar qəbul etməyib. Məhkəmə bildirib ki, səhhətindəki problemlərə görə müalicə almaq üçün məhkəməyə əlavə müraciət olunması lazımdır”, Nəsimi Məmmədli əlavə edib.

Öz növbəsində vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Ələsgər Məmmədlinin səhhəti pisləşməyə doğru gedir.

“Hər dəfə müalicə müəssisəsinə müayinə üçün aparılanda çətinlik çəkir, bu da onun səhhətinə təsir edir. Problemlər əvvəlki kimi qalır”, vəkil bildirib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Oktyabrın 3-də Xətai rayon məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 uzadıb.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Amerikanın Səsi 

19:26, 03 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç İnsan Hüquqları Evi Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların artdığını bildirir

by Gozetci 18:21, 03 Oktyabr 2024
written by Gozetci

Norveç İnsan Hüquqları Evi Fondu (HRHF) Varşava İnsan Ölçüsü Konfransında səsləndirdiyi bəyanatında Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqin artmasını pisləyb, hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsini davam edən repressiyaların açıq-aşkar nümunəsi adlandırıb.

Paneldə çıxış edən HRHF nümayəndəsi Deyv Elseroud ölkədə müstəqil səslərlə bağlı vəziyyətin pisləşdiyini qeyd edib.

“Azərbaycan tənqidi səslərin boğulması üzrə uzunmüddətli və yaxşı sənədləşdirilmiş tarixə malikdir”, Elseroud bildirib.

O qeyd edib ki, son bir il ərzində hakimiyyət repressiyaları gücləndirib, qalan müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına və mediaya qarşı sərt cinayət ittihamları irəli sürüb.

Elseroud Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri və Human Rights House Azerbaijan-ın üzvü Anar Məmmədlinin həbsini xüsusi qeyd edib.

Elseroudun sözlərinə görə, Anar Məmmədlinin saxlanılması Vyanada İnsan Ölçüsü üzrə görüşdə iştirakından və Azərbaycanda seçkiləri və insan hüquqlarının pozulmasını açıq şəkildə pisləməsindən sonra baş verib.

“Anarın saxlanılması və həbsdə qalması təcrid edilmiş şəkildə baş vermir”, Elseroad əlavə edib.

O həmçinin əlavə edib ki, 2023-cü ildən etibarən Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalif siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə qarşı repressiyaları gücləndirib.

Elseroud xəbərdarlıq edib ki, bu genişmiqyaslı repressiyalar, xüsusən COP29 və DTİHB-nin seçkiləri müşahidə missiyası tərəfindən rəqabətlilik və demokratik standartların olmaması ilə əlaqədar tənqidə məruz qalan növbədənkənar prezident və parlament seçkiləri ərəfəsində fərqli düşüncənin bütün formalarının və qanuni hüquq-müdafiə işinin aradan qaldırılması təhlükəsi yaradır.

HRHF nümayəndəsi Avropa İttifaqı və ABŞ rəsmilərinin həmin gün səsləndirdiyi bəyanatları da təsdiq edərək, onları Azərbaycanda insan hüquqları sahəsində vəziyyətə göstərdikləri diqqətə görə alqışlayıb.

O, iştirakçı dövlətləri Azərbaycanın İnsan Ölçüsü Konfransında iştirakının dəyərini nəzərdən keçirməyə çağırıb və COP29-dan əvvəl repressiv tədbirlərin aradan qaldırılması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün addımlar atmağı tələb edib.

Fondun bəyanatında Azərbaycanda insan hüquqları sahəsində vəziyyət və ölkədə vətəndaş cəmiyyəti üçün məkanın daralması ilə bağlı beynəlxalq narahatlığın artdığı vurğulanır.

Bu deyilənlərə rəsmi Bakı hələlik cavab verməyib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Hüquq-müdafiə təşkilatları ölkədə 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Amerikanın Səsi 

18:21, 03 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Nazirlər Komitəsinin sədri rəsmi Bakını öhdəliklərini yerinə yetirməyə və AŞPA ilə dialoqa çağırıb

by Gozetci 22:01, 02 Oktyabr 2024
written by Gozetci

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Qabrielius Landsberqis

“Azərbaycan bütün üzv dövlətlər kimi təşkilatın tamhüquqlu üzvüdür və Avropa Şurasının standartlarına əməl etmək öhdəliyinə malikdir”.

Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı bildirib.

O, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağanı “qəbuledilməz” adlandırıb.

“Mən Azərbaycan hakimiyyətini bu qərarı ləğv etməyə, Avropa Şurasının bütün təsisatları ilə düzgün qarşılıqlı fəaliyyəti və əməkdaşlığı davam etdirməyə, Azərbaycan nümayəndə heyətinin gələcək səlahiyyətlərilə bağlı Avropa Şurası Parlament Assambleyası rəhbərliyilə məsləhətləşmələrə dərhal qayıtmağa çağırıram”, Landsbergis bildirib.

O 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərindən məhrum edilməsinə toxunaraq “cari məsələlərin həlli üçün Avropa Şurası Parlament Assambleyası və Azərbaycan arasında açıq və inklüziv dialoqun” vacibliyini vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi, o cümlədən fevral ayında baş tutan prezident seçkilərinə qurumun dəvət edilməməsi ilə əlaqələndirib.

Bununla yanaşı, iyulun 3-də Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb.

Avqustun 25-də isə Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Amerikanın Səsi 

22:01, 02 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPA-da tənqid edilib

by Gozetci 21:19, 02 Oktyabr 2024
written by Gozetci

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 1-də baş tutan müzakirələrdə Azərbaycan hökuməti insan hüquqları pozuntularına, AŞPA ilə münasibətlərin gərginləşdirilməsinə görə tənqid hədəfi olub. Bir neçə deputat isə Azərbaycanla dialoqa çağırıb.

“COP29-a yaxınlaşdığımız bir vaxt təəssüf ki, son hadisələr yanlış istiqamətə işarə edir”, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen debatın açılış nitqində deyib.

Norveçli deputat Azərbaycanın 76 assambleya üzvünü “arzuolunmaz şəxs” elan etməsi, AŞPA-nı son parlament seçkilərinə dəvət etməməklə yanaşı, seçkilərinin demokratik standartlara cavab verməməsini narahatlıqları yenilədiyini vurğulayıb.

Liz Kristoffersen əlavə edib ki, 1 sentyabr seçkiləri müxalif səslərə qarşı davam edən repressiyalar mühitində baş tutub və bu xüsusda Toplum TV, Abzas Media və Kanal 13 jurnalistlərinin, vətəndaş cəmiyyəti nümayəndələri Anar Məmmədli və Akif Qurbanovun, hökumətin tənqidçisi, keçmiş diplomat Emin İbrahimovun, tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədovun, iqtisadçı Fərid Mehralızadənin həbsi barədə danışıb.

“Bütün bu hadisələr çox acınacaqlıdır, təzyiqlərin indiyədək görünməmiş səviyyədə olduğu görünür və Assambleya ilə, Avropa Şurası ilə əməkdaşlığı daha da çətinləşdirir”, Kristoffersen deyib.

“Biz dialoqa hazır olmalıyıq və hakimiyyət orqanlarının Avropa Şurasına daxil olarkən qəbul etdikləri fundamental dəyərləri qorumaq üçün addımlar atmasına dəstək verməliyik. Bununla belə, qarşılıqlı əməkdaşlığımızda və ölkədəki ümumi vəziyyətdə bir irəliləyiş yoxdursa, biz ayıq-sayıq olmalı, dəyərlərimizi qorumalıyıq”, norveçli deputat yekunda qeyd edib.

Parlament Assambleyasının müzakirədə çıxış edən üzvlərinin əksəriyyəti, o cümlədən iki ən böyük siyasi qrup – Sosialistlər, Demokratlar, Yaşıllar (SOC) və Avropa Xalq Partiyası (EPP) Azərbaycan hakimiyyətini insan hüquqları və demokratiyanın vəziyyətinə, siyasi təqiblərə və AŞPA ilə münasibətlərdə atdığı addımlara görə tənqid edib.

“Demokratiyada seçkilər xalqın iradəsini əks etdirmək üçündür. Bununla belə, Azərbaycanda seçkilər rejimin iqtidarı saxlamaq üçün alətə çevrilib”, SOC sözçüsü, isveçli deputat Azadeh Rohjan deyib.

İsveçrəli deputat Nik Quqqer Azərbaycanın AŞPA deputatlarını “arzuolunmaz şəxslər” elan etməsini pisləyib və EPP adından rəsmi Bakını öz siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.

“Biz birinci növbədə qara siyahının ləğvini, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağasının aradan qaldırılmasını, ikincisi, ayrı-seçkiliyə, siyasi təqiblərə və mətbuat azadlığına məhdudiyyətlərə son qoyulmasını tələb edirik. Bu, Azərbaycan hökumətinin bu qurumun dəyərlərinə və təkliflərinə müsbət münasibət göstərmək istəyinin real sübutu olardı”, Quqqer vurğulayıb.

Fransalı senator Klod Kern Cənubi Qafqazda ədalətli və davamlı sülhə nail olmaq üçün Ermənistanla aparılan danışıqlar prosesinə Azərbaycanın “davamlı isti və soyuq münasibəti” və rəsmi Bakının xüsusən də Yeni Kaledoniyada Fransaya qarşı ədavətli təşəbbüsləri barədə narahatlıq ifadə edib.

“Azərbaycan əslində nəyin arxasındadır? Hələ də Avropa Şurasının dəyərlərinə sadiqdirmi?”, Kern sorğulayıb və müzakirələrin Azərbaycanın demokratiya, qanunun aliliyi və insan hüquqların hörmət istiqamətinə yönləndirəcəyinə ümid etdiyini bildirib.

Vahid Avropa Solu qrupu adından danışan irlandiyalı deputat Pol Qavan qanuni öhdəliklərinin ciddi pozuntularına görə Azərbaycanın öhdəliklərinə əməl etmədiyi təqdirdə qurumdan kənarlaşdırılması ilə nəticələnə biləcək prosedur başlatmağa çağırıb.

Parlament Assambleyasının Serbiya, Türkiyə və İtaliyadan olan bir neçə üzvü, habelə Mühafizəkarlar siyasi qrupu adından danışan britaniyalı deputat Ser Kristofer Çop Azərbaycan hakimiyyəti ilə dialoqa çağırıb.

“Azərbaycandan olan həmkarlar olmadan bu mövzuda müzakirənin o qədər də mənası yoxdur”, serb deputat Bilyana Pantiç Pilya deyib.

Türk deputat Zeynep Yıldız da Azərbaycan olmadan müzakirələrin keçirilməsini ədalətsiz adlandırıb və “dialoq üçün demokratik və çoxtərəfli mühiti bərpa etmək” naminə Azərbaycanı yenidən AŞPA-ya dəvət etməli olduqlarını qeyd edib.

AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

Frank Şvabe: Azərbaycanın tənqidlərə cavabı daha çox insanı həbs etməsi olub

Almaniyalı deputat Frank Şvabe isə məsələnin Azərbaycan-Ermənistan münaqişəsi ilə əlaqəsinin olmadığını, Azərbaycanın Assambleyanın qaydalarına və dəyərlərinə hörmət etməli olduğunu, Bakının əməkdaşlıqdan imtinaya davam etdiyini, öhdəlikləri üzrə monitorinqə, seçkilərin müşahidəsinə imkan vermədiyini və üstəlik daha çox insanı siyasi motivlərlə həbs etdiyini vurğulayıb.

“Biz iki ölkə arasındakı münaqişəni müzakirə etmirik. Bunu hökumət, dırnaqarası Azərbaycan hökuməti demək istəyir. Xeyr, bu, onunla bağlı deyil. Nə də söhbət Azərbaycan xalqını tənqid etməkdən gedir. Onlar cəsarətli və dürüst insanlardır. Söhbət hökumət olmaq üçün legitimliyi olmayan hakimiyyətdən gedir, çünki gördüyümüz bütün seçkilər saxta seçkilərdir”, Şvabe ötən gün müzakirələr zamanı çıxışında deyib.

Almaniyalı deputat Azərbaycanın qurumun qaydalarına və dəyərlərinə hörmət edərsə, onları yenidən assambleyada görməkdən məmnun olacaqlarını bildirib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Cari debatlar proseduru üzrə keçirilən müzakirələrin sonunda heç bir sənəd qəbul edilməyib.

Amerikanın Səsi 

21:19, 02 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edəcək

by Gozetci 19:36, 30 Sentyabr 2024
written by Gozetci

AŞPA payız plenar iclası

 

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müzakirələr Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının gündəliyinə salınıb.

Bazar ertəsi başlayan sessiyanın ilk günündə keçirilən səsvermə ilə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusu cari debatlar proseduru üzrə gündəliyə salınıb.

Səsvermədən əvvəl Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Gürcü Arzusu partiyasından Givi Mikanadze Azərbaycanın nümayəndə heyətinin sessiyada iştirak etmədiyini əsas gətirərək mövzunun gündəliyə salınmasına qarşı çıxıb.

“Eyni zamanda nəzərə almalıyıq ki, bu yaxınlarda parlamentə yeni seçkilər keçirildi. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, bütün tərəflərin burada olması və iştirak etməsi, həmçinin yeni seçilmiş parlamentlə birbaşa əlaqə yaratmaq imkanlarının müzakirəsi vacibdir”, Mikanadze deyib.

AŞPA-nın Bürosu adından danışan rumıniyalı deputat Yulian Bulay isə qeyd edib ki, həm Prezident Komitəsində, həm də Büroda məsələ ilə bağlı yekdil qərar var.

Assambleya üzvlərindən 81-i mövzunun gündəliyə salınmasının lehinə, 33-ü əleyhinə səs verib, 5 deputat bitərəf qalıb.

Sessiyaya qatılmaq üçün Strasburqda olan “III Respublika Platforması”nın qurucu heyət üzvü Elman Fəttah qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin yanvar ayında dondurulmasından sonra ölkədə insan hüquqlarının vəziyyəti daha da pisləşib və vəziyyət belə davam edərsə, Azərbaycanın qurumdan kənarlaşdırılması gündəmə gələ bilər.

“Bir halda ki, Azərbaycan Avropa Şurası ilə bağlı hər hansı bir öhdəliyini yaxına buraxmır, buraxın böyük öhdəlikləri, hətta insan haqları ilə bağlı ən ibtidai öhdəlikləri, nəinki həbs olunmuşları azad edir, hətta yeni həbslər dalğasını daha da intesivləşdirir, bu halda proses Azərbaycanın Avropa Şurasından çıxarılması istiqamətinə davam edəcək”, Elman Fəttah deyib.

Mövzu ilk olaraq təcili debatlar proseduru üzrə irəli sürülsə də, sonradan müzakirələrin cari debatlar proseduru üzrə keçirilməsinə qərar verilib. Nəticə olaraq müzakirələrin sonunda hər hansı sənəd qəbul edilməyəcək.

AŞPA-dakı mənbələrdən Amerikanın Səsinə bildiriblər ki, AŞPA-nın Prezidenti, Baş katibi və siyasi qrupların liderlərinin yer aldığı AŞPA Prezident Komitəsi sonda bu qərara gəlib.

Müzakirələr AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersenin açılış nitqi ilə oktyabrın 1-də keçiriləcək.

AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Nümayəndə heyəti insan hüquqlarının vəziyyəti, qurumla əməkdaşlıqdan imtinaya dair səsləndirilən tənqidlərə toxunmayıb.

Növbəti aylarda Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin və həbslərin davam etməsindən narahatlıq ifadə edən AŞPA üzvləri, o cümlədən, Azərbaycan üzrə həmməruzəçi Liz Kristoffersen rəsmi Bakını siyasi məhbusları azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa və insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Amerikanın Səsi 

19:36, 30 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İnsan Hüquqları Evi Fondu BMT İnsan Hüquqları Şurasının sessiyasında Anar Məmmədlinin azad edilməsinə çağırıb

by Gozetci 16:33, 30 Sentyabr 2024
written by Gozetci

Anar Məmmədli

İnsan Hüquqları Evi Fondu (HRHF) BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyasında Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə və təqiblərə son qoyulmasına çağırıb.

BMT Baş katibinin insan hüquqları üzrə köməkçisi İlze Brand Kehrisin iştirakı ilə keçirilən müzakirələrdə çıxış edən HRHF nümayəndəsi Metyu Cons qeyd edib ki, Anar Məmmədli legitim insan hüquqları fəaliyyətinə görə əsassız həbsə qalıb.

“Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda Anar Məmmədlinin həbsi bu mühüm qlobal tədbirdə iştirak edən həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyəti subyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur”, Metyu Cons deyib.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert olan Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün (COP29 – Cimate of Justice Initiative) təsisçilərindəndir.

Bugünədək çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Anar Məmmədlini və ədalətsiz yerə həbs edilən hər kəsi azad etməyə çağırıb.

Azərbaycanda repressiyalara işıq tutmaq üçün başladılan Anar Məmmədli Kampaniyası çərçivəsində HRHF da daxil olmaqla 10-dan artıq tanınmış beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasını (AŞPA) Azərbaycanda davam edən repressiyalara cavab olaraq qəti addımlar atmağa çağırıb.

AŞPA-nın gələn həftə baş tutacaq payız sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.

Amerikanın Səsi 

16:33, 30 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib

by Gozetci 16:19, 30 Sentyabr 2024
written by Gozetci

Nazim Bəydəmirli

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Nazim Bəydəmirli zərərçəkmiş qismində tanınan Mürsəl İbrahimova 49 min 740 manat da təzminat ödəməlidir.

İqtisadçıya qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var, çünki Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.
Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.
Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə pul tələb edərək sonda istədiyini alıb.
Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: “Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.
O, özünü “ekologiya məhbusu” sayır.
Meydan TV
16:19, 30 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan nümayəndə heyətinin Assambleyaya qayıtması üçün şərtləri müəyyən etməyə çağırıblar

by Gozetci 12:11, 26 Sentyabr 2024
written by Gozetci

Avropa Şurası

Sentyabrın 25-də İnsan Hüquqları Evləri Fondu və daha on beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasını Azərbaycanda davam edən repressiyalara reaksiya verməyə çağırıb.

“2025-ci ilin yanvarında Azərbaycanın səlahiyyətlərinə dair səsvermə ərəfəsində Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyəti yenidən Assambleyaya qəbul edilməzdən əvvəl ölkənin cavab verməli olduğu dəqiq meyarları hazırlamalı və əməl olunmasını təmin etməlidir”, – 11 təşkilatın İnsan Hüquqları Evləri Fondunun saytında dərc olunmuş müraciətində deyilir.

2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan parlament nümayəndə heyətini səsvermə hüququndan məhrum etməklə bağlı qərarından sonra ölkə hökuməti  hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifətçi siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə təzyiqi artırıb, müraciətdə qeyd olunub.

“Azərbaycanın tənqidi səslərin yatırılması ilə bağlı uzun və yaxşı sənədləşdirilmiş tarixi olsa da, son bir ildə hakimiyyət müstəqil vətəndaş cəmiyyətinin və KİV-in qalan hissələrini təqib etməklə, əsassız, lakin ciddi cinayət ittihamları tətbiq etməklə repressiyaları sərtləşdirib. Onlarla fəal və KİV xadimi həbs olunub, əksəriyyəti qaçaqmalçılıq, dələduzluq, valyuta saxtakarlığı və ya narkotik maddə saxlanması ittihamları ilə həbs edilib. İşgəncələr geniş yayılıb və bir çox məhbus amansız rəftardan şikayətlənir”, – müraciət müəllifləri qeyd edirlər.

Repressiyalar, müstəqil qeyri-hökumət təşkilatları və media üçün olduqca məhdud hüquqi mühit Azərbaycanda özgəfikirliliyin bütün formalarını və hüquq-müdafiə fəaliyyətini məhv etməklə hədələyir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevral və sentyabr aylarında Avropa Şurası Parlament Assambleyası müşahidəçilərinin iştirakı olmadan keçirilmiş növbədənkənar prezident və parlament seçkilərini “rəqabətsiz və demokratik standartlara uyğun olmayan” kimi xarakterizə edib.

Avropa Şurası Parlament Assambleyasının üzvləri 2025-ci ildə Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin bərpası üçün aydın şərt kimi Azərbaycandan insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməsini tələb etməlidirlər.

Beynəlxalq təşkilatlar payız sessiyasında Avropa Şurası Parlament Assambleyasına bütün qanunsuz həbs olunanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyi, habelə onların mülki və siyasi hüquqlarının tam bərpa olunmasına və Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərin təqibinə son qoyulmasına nail olmağı tövsiyə ediblər.

Onlar həmçinin Azərbaycanın Avropa İnsan  Hüquqları Konvensiyasına riayət etməsilə bağlı rəsmi araşdırma təşkil etməyi, Azərbaycanın Avropa məhkəməsinin qərarlarının icrasına nəzarəti gücləndirməyi xahiş edirlər.

2025-ci ilin yanvarında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərinin bərpası üçün şərtlər bütün siyasi məhbusların azad edilməsi, onların işlərilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının dərhal icrası, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri və İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlığın bərpası, o cümlədən bütün saxlanma yerlərinə giriş imkanlarının təmin edilməsi, qeyri-hökumət təşkilatları, media və vətəndaş birliklərinin sərbəst fəaliyyəti üçün qanunvericilik məhdudiyyətlərinin ləğvi olmalıdır.

“Davam edən repressiyalar hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin 11-22 noyabr tarixlərində Bakıda COP29-da iştirak etməsilə bağlı ciddi narahatlıq doğurur. Vətəndaş cəmiyyətinin  konfransda iştirakı iqlim sahəsində də hüquqlara əməl olunmasının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır, müraciətdə deyilir. Sənədi İnsan Hüquqları Evləri Fondu, Jurnalistləri Müdafiəsi Komitəsi, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlığı, Freedom Now, Human Rights Watch,  Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, People in Need, Ümumdünya İşgəncələrə Qarşı təşkilat (OMCT) və “Azərbaycanda repressiyaların dayandırılması üzrə Anar Məmmədli kampaniyası” imzalayıblar.

Turan 

12:11, 26 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Bəxtiyar Haciyevin vəsatətlərini təmin etməyib

by Gozetci 21:02, 25 Sentyabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. İclasda Hacıyev dövlət ittihamçısı Eldar Həmzəyə yazılı etirazını təqdim edib.

O, bunu prokurorun Cinayət-Prosessual Məcəllənsinin tələblərini pozması və şahidə işin hələ məhkəmədə baxılmamış materialları üzrə sual verməsi ilə əsaslandırıb.

O deyib ki, bu prokurorun adı ABŞ Konqresinə təqdim edilmiş sanksiyalar siyahısında var, bu da onun siyasi motivli proseslərdə iştirak etməsi deməkdir.

Eldar Həmzə özü bildirib ki, ona qarşı sanksiya tətbiq edilməyib. Bundan başqa, dövlət ittihamçısı hesab edir ki, o, erməni separatçıların işi üzrə məhkəmədə prokuror olduğuna görə siyahıya salınıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Hacıyev növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyi haqqında vəsatət verib. O, bunu “prosesin süni şəkildə uzadılması”, “heç bir vəsatətin təmin edilməməsi”, məhkəmənin özünün isə “siyasi və sifarişli xarakter” daşıması ilə izah edib.

“Buna görə məhkəmənin obyektivliyindən söhbət gedə bilməz”, Hacıyev bildirib.

Prokuror vəsatətə etiraz edib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Hacıyev buna baxmayaraq, prosesdə iştirak etməyəcəyini bildirib.

Proses cinayət işinin sənədlərinin tədqiqi ilə davam etdirilib.

Növbəti məhkəmə iclasının vaxtı elan edilməyib və qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Amerikanın Səsi

21:02, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ruslan İzzətli İstintaq Təcridxanasında tibbi yardımdan imtina edilməsindən şikayət edir

by Gozetci 18:00, 25 Sentyabr 2024
written by Gozetci

Ruslan İzzətli

1 saylı Bakı İstintaq Təcridxanasında Toplum TV-nin işi üzrə həbs edilmiş III Respublika Platformasının və Demokratik Təşəbbüslər İnstitutunun idarə heyətinin üzvü Ruslan İzzətlinin səhhəti pisləşib. Bu barədə onun həyat yoldaşı Günel Manaflı bildirib.

Onun sözlərinə görə, bu ilin martında hələ həbsindən əvvəl həkimlər İzzətliyə öd kisəsində daşla əlaqədar cərrahi əməliyyat təyin etmişdilər. Lakin indiyədək ona bunun üçün şərait yaradılmayıb. Bundan başqa, son günlər onun arterial təzyiqi yüksəlməyə başlayıb, lakin ona heç bir tibbi yardım göstərilmir.

İzzətli İstintaq Təcridxanasının sanitariya hissəsinin baş həkimi ilə görüşmək istəyib, lakin o, görüşü rədd edib. Tibbi personal onun təzyiqini ölçməkdən belə imtina edir.

Həyat yoldaşı səhhətində ciddi problemlər olan insana yardım göstərməkdən imtina edən həkimlərin hərəkətlərini başa düşmədiyini bildirib.

Manaflı bildirib ki, Ruslan İzzətli ombudsman və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndələrinin ona təcili baş çəkməsini tələb edib.

* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib. İşin fiqurantları ittihamları qəbul etmirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıb.

Turan

18:00, 25 Sentyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia