Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Famil Xəlilov həbsxanada 71 gündür aclıq edir

by Gozetci 15:14, 23 Oktyabr 2024
written by Gozetci

Famil Xəlilov

Həbsxanada 71 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun səhhəti ağır olaraq qalır. Bu barədə onun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib.

“Familin ayaqları tutulub. Mədəsi su qəbul etmir, mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Dedi ki, bədənin demək olar ki, bütün nahiyələri sızıldayır. Mənim və uşaqlarımızın yalvarışla aclığı dayandırmasını xahiş etməsinə baxmayaraq, Famil aclığı sonadək davam etdirəcəyini bildirdi. Dedi ki, ev dustaqlığına buraxılsa bəlkə də aclığı dayandıra bilər”, deyə o qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Lakin, bir qayda olaraq, qurumdan bütün məhbusların hüquqlarının və qanuni maraqlarının qanuna uyğun şəkildə təmin edildiyini iddia edirlər.

* Famil Xəlilov – qolları iflic olan əlil mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə saxlanılıb. Fəal barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Xəlilovun yaxınların onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Turan 

15:14, 23 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırır

by Gozetci 09:05, 23 Oktyabr 2024
written by Gozetci

Avropa Parlamentinin Sosial Demokratlar və Yaşıllar qrupları, Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində Azərbaycanda Qubad İbadoğlunun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasına çağırıb. Sosial Demokratlar “X” sosial şəbəkəsində yayımladıqları açıqlamada Azərbaycanı noyabrda keçirilməsi planlaşdırılan konfransdan öncə pisləşən insan haqları vəziyyətini həll etməyə çağırıblar.

“Biz Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu və digər bütün siyasi məhbusları dərhal azad etməyə çağırırıq,” – deyə qrup bildirib. Onlar vurğulayıblar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır. Açıqlamada həmçinin, bu şərtlər təmin olunana qədər Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırılıb.

Yaşıllar qrupu da İbadoğlunun azadlığa buraxılmasını tələb edən media açıqlaması yayıb. İbadoğlu Azərbaycanın dövlət neft və qaz sənayesinin əsas tənqidçisi və tanınmış iqtisadçıdır və hazırda ev həbsində saxlanılır. Qrup onu fikir azadlığı üzrə Saxarov Mükafatına namizəd göstərib.

Avropa Parlamentinin üzvü və Azərbaycan üzrə kölgə məruzəçisi Sergey Lagodinski Azərbaycan hökumətini fosil yanacaq gəlirlərindən asılılıqda və müxalifətə qarşı təzyiqlərdə ittiham edib. “Azərbaycanda müxalifət fəalları, jurnalistlər və insan haqları müdafiəçiləri üçün vəziyyət fəlakətlidir,” – deyə o bildirib və BMT iqlim konfransı öncəsi vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə diqqət çəkib.

Yaşıllar qrupunun digər üzvü, Avropa Parlamentinin deputatı Markéta Qreqorova da bu çağırışları təkrarlayaraq, COP29-da iştirak edəcək Aİ nümayəndə heyətini Azərbaycanın insan haqları vəziyyətini qınamağa çağırıb. “Biz Bakıda keçiriləcək COP29 konfransı öncəsi Azərbaycan müxalifətinin mübarizəsini tanımalı və dəstəkləməliyik,” – deyə o əlavə edib.

Qətnamə üzrə səsvermə cümə axşamı, 24 oktyabr tarixində keçiriləcək. 2024-cü il Saxarov Mükafatının verilməsi ilə bağlı qərar həmin gün plenar iclasda elan olunacaq.

Turan 

09:05, 23 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan jurnalist Əziz Orucovun səhhəti ağırlaşıb

by Gozetci 19:13, 22 Oktyabr 2024
written by Gozetci

Əziz Orucov

Həbsdə olan Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun səhhəti yenidən pisləşib.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Lamiyyə Orucova bildirib.

“Əzizin nevroloji problemləri yenidən baş qaldırıb. Sol əlində əsmələr var. Əlini sabit saxlaya bilmir. Demək olar ki, yatmır, bu da qan təzyiqinin gün ərzində yüksək olmasına səbəb olur. Bütün günü 180 təzyiqlə keçirmək nə deməkdir? Təzyiqin yüksək olmasında böyrək faktoru da var. Əziz xroniki börək çatızmalığından əziyyət çəkir”, o qeyd edib.

Onun sözlərinə görə, jurnalist həm də bir aya yaxındır sistit xəstəliyinə (sidik kisəsinin selikli qişasının iltihabı-red) yoluxub.

“O, ciddi müayinə olunub, müalicə təyin edilməlidir. Təcridxana şəraitində isə onu müayinə edəcək aparat və ixtisaslaşmış həkimlər yoxdur. Ona dərmanlar yazmışdılar. Həmin dərmanların qəbulundan sonra vəziyyəti daha da ağırlaşıb. Sidik ifrazı zamanı qanamaları və kəskin ağrıları olur. Əgər vaxtında düzgün müalicə olunmazsa, fəsadları ağır olacaq. Təcili həkim müainəsinə və müalicəyə ehtiyac var”, Lamiyə Orucova Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Penitensiar Xidmətin Müalicə müəssisəsindən Əziz Orucovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

19:13, 22 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Nicat İbrahimin apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 09:15, 22 Oktyabr 2024
written by Gozetci

Nicat İbrahim

Oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə ictimai fəal Nicat İbrahim barədə Nəsimi Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirindən verilən şikayəti təmin etməyib. Məhkəmə fəlalı həbsdə saxlayıb.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Nicat İbrahim artıq 18 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.

Vəkil məhkəmədə Nicat İbrahimin kiməsə xəsarət yetirməsini sübut edən dəlillərin təqdim edilməsi barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib.

“Məhkəmədə vəsatət verdim ki, Nicat yanacaqdoldurma məntəqəsində kimisə bışaqlamaqda günahlandırılır. Bu halı əks etdirən video görüntülər təqdim edilsin. Bu zaman müstəntiq bildirdi ki, video görüntülərin alınması ilə bağlı tapşırıq verib. Mən məhkəmədə dedim ki, video görüntülər indiyədək alınmalı idi. Çünki hadisə oktyabrın 5-də olub. İndi deyəcəklər ki, video görüntü silinib. Müstəniq dedi ki, yanacaqdoldurma məntəqəsinin sərt yaddaş diski var, video görüntülər orada saxlanılır. Müstəntiq həmçinin dedi ki, video görüntülərin alınması ilə bağlı tapşırıq versə də hələ video görüntülər göndərilməyib. Mən məhkəmə heyətinə dedim ki, yeganə sübut video görüntü olar. Video görüntü təqdim edilməlidir ki, Nicatın kimisə bıçaqlaması sübut olunsun. Video görüntünü də qəsdən almırlar. Müdafiəçi kimi video görüntülərin alınmasının vacibliyi ilə bağlı bütün strukturlara müraciət etmişəm. Mənə hələ də cavab vermilər. İndi bir aydan sonra deyəcəklər video görüntülər silinib”, Sadıqova qeyd edib.

İctimai fəal Nicat İbrahim barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 9-da Nəsimi rayon Məhkəməsi fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.

Bundan sonra Nicat İbrahim Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edib. Deyib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var.

“Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə, Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandıracaq. Onun həbsinin səbəbi budur. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqəsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar”, vəkil Sadıqova qeyd edib.

İttiham sübut olunsa, Nicat İbrahimi 8 ilədək həbs gözləyir.

Nicat İbrahimin hazırda Moldovada olan həyat yoldaşı Pərvin İbrahim bildirib ki, sentyabrın 9-da Nicat İbrahim Nəsimi Rayon Polis İdarəsində ittihamı qəbul etmədiyi üçün fiziki zorakılığa məruz qalıb.

“O, etiraz olaraq polis idarəsində stolun üzərində olan kağız kəsmək üçün istifadə edilən alətlə boğazını kəsməklə intihara cəhd edib. Halı pisləşdiyindən həkimə aparıblar. Boğazının kəsilmiş nahiyəsinə 17 tikiş qoyublar. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Nicat barədə həbs qətimkan tədbiri seçib və onu Kürdəxanı həbsxanasına (1 saylı Bakı İstintaq Təcridxanası-red) aparıblar”, Pərvin İbrahim Amerikanın Səsinə deyib.

Pərvin İbrahim bildirib ki, həyat yoldaşının intihar həddinə çatdırılması ilə bağlı Ombudsmana müraciət edib.

Öz növbəsində Ombudsman Aparatı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, müraciətə baxılıb.

“Bildirmək istərdik ki, səlahiyyətlərimiz çərçivəsində Nicat İbrahimin hüquqlarının təmini istiqamətində zəruri addımlar atılır. Nicat İbrahimin həyat yoldaşı və vəkili tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərdə əks olunmuş məsələlər Azərbaycan Respublikası Baş Prokurorluğu qarşısında qaldırılmış, müraciətdə qeyd edilmiş halların yoxlanılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Bu barədə vəkilə ilkin cavab göndərilmiş, nəticəsi barədə isə ətraflı məlumat veriləcəkdir. Məsələ diqqətdə saxlanılır”, Ombudsamn Aparatı Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Daxili İşlər Nazirliyi isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq bildirir ki, saxlanılan şəxslər özünü müdafiə məqsədi ilə daimi yanlış məlumatlar yayır.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov, jurnalist Rza Səfərsoy da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Amerikanın Səsi 

09:15, 22 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalının inzibati həbsə məhkum edildiyi bildirilir

by Gozetci 19:22, 19 Oktyabr 2024
written by Gozetci

Tehran Abdullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Tehran Abdullayev oktyabrın 15-də saxlanılıb. AXCP fəalının saxlanılmasından yalnız 3 gün sonra xəbər tutub.

AXCP-nin məlumatına görə, indiyədək Tehran Abdullayevlə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Tehran Abdullayev oktyabrın 15-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib.

“Hələ Tehran Abdullayevlə görüşə bilməmişəm. Güman edirəm ki, onunla oktyabrın 21-də görüşəcəm. Bu səbəbdən həbsinin dəqiq səbəbləri ilə bağlı hələ bir söz deyə bilmirəm. Güman edirəm ki, o siyasi fəaliyyətinə görə polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir”, vəkil qeyd edib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Amerikanın Səsi 

19:22, 19 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun məhkəməsi davam edir

by Gozetci 09:32, 19 Oktyabr 2024
written by Gozetci

Tofiq Yaqublu

Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ötən iclasda Yaqublunun vəkilləri Demokratik Qüvvələrin Milli Şurasının üzvləri, müxalifət fəalları, habelə siyasətçinin həyat yoldaşı Maya Yaqublunun əlavə şahid kimi məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti qismən təmin edərək əlavə 4 şahidin məhkəməyə çağırılması barədə qərar qəbul edib.

Bugünkü məhkəmə prosesində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesində müdafiə tərəfinin iki şahidi dinlənilib.

Siyasətçinin xanımı Maya Yaqublu şahid qismində ifadə verib. Maya Yaqublu məhkəmədə qeyd edib ki, axtarış protokolundakı məlumatlar saxtalaşdırılıb.

Sonra müxalifətçi fəal Kənan Basqal ifadə verib.

Basqal bildirib ki, həmin gün Yaqublu ilə birlikdə Pirşağı qəsəbəsinə Demokratik Qüvvələrin Milli Şurasının ilcasına gedib.

Növbəti məhkəmə iclasının vaxtı elan edilməyib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

09:32, 19 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev cinayət işinin siyasi motivli olduğunu bildirib

by Gozetci 20:17, 18 Oktyabr 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

Turanın məlumatına görə, bugünkü məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinin davamı olub.

Bəxtiyar Hacıyev işin “siyasi sifariş” olduğunu yenidən təkrarlayıb və işdə “maliyyə cinayətləri” və “pulların yuyulması” kimi təqdim olunan bəzi detallara aydınlıq gətirib.

Onun sözlərinə görə, tələbələrin xaricə göndərilməsi üçün hesaba köçürülən vəsait NBC Bankda olub. Sonradan Azərbaycanda bu bank bağlanıb və Əmanətlərin Sığortalanması Agentliyi bu vəsaiti Beynəlxalq Banka köçürüb. Beynəlxalq Bankda mənimsəmələr olduğundan, əmanətçilərin etimadından istifadə etməyib, Hacıyev bütün vəsaiti Respublika Bankına köçürüb.

Bundan əlavə, istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Hacıyevin Azərbaycan hökumətindən aldığı şəxsi vəsaiti bloklayıb.

“Bu vəsaitlər qanunidir və pulların yuyulmasından və ya oğurlanmasından söhbət gedə bilməz, Hacıyev deyib. O, iclasların həftənin bütün iş günlərində keçirilməsi üçün prosesin sürətləndirilməsi barədə vəsatət qaldırıb.

Hakim vəsatətə baxılacağını vəd edib və növbəti iclası oktyabrın 25-nə təyin edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Amerikanın Səsi 

20:17, 18 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Anar Məmmədlinin səhhəti pisləşir

by Gozetci 14:43, 16 Oktyabr 2024
written by Gozetci

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru, hazırda həbsdə olan   Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir. Bu barədə  vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də  1 saylı Bakı İstintaq Təcridxanasında  hüquq müdafiəçisi  Anar Məmmədli ilə görüşüb.

Vəkil deyir ki, Anar Məmmədlinin belində, boğazında  ağrılar var.  Eyni zamanda baş hərlənməsindən də əziyyət çəkir.

“Anar Məmmədlinin səhhəti gün-gündən pisləşir. Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”,- vəkil qeyd edib.

Elçin Sadıqov deyib ki, yaxın zamanlarda Anar Məmmədlinin həbsinin ev dustaqlığı ilə  əvəz edilməsi ilə bağlı məhkəməyə  müraciət ediləcək.

Bununla belə,  vəkil  Anar Məmmədlinin barəsində istintaq  hərəkətlərinin aparılmadığını deyir.

Vəkilin dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verilməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.

Öz növbəsində, Penitensiar Xidmət Anar Məmmədlinin vəkilinin dediklərinə hələ münasibət bildirməyib.

*Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ səfirliyi Azərbaycan hökumətini Anar Məmmədlini və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edirlər, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.

Turan

14:43, 16 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Praqada keçirilən beynəlxalq konfransda azərbaycanlı siyasi məhbuslarla bağlı stendlər qoyulub

by Gozetci 18:07, 15 Oktyabr 2024
written by Gozetci

Praqada keçirilən ikigünlük “Forum 2000” konfransında oktyabrın 13-də üzərində azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub.

Abzas Medianın məlumatına görə, konfransa təqdim olunan stendlərdə talış hüquqları tədqiqatçısı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, “Toplum TV işi” üzrə və “Abzas Media işi” üzrə saxlanılanlar və digərləri barədə məlumatlar yer alıb.

“Forum 2000” demokratik dəyərlərin, insan hüquqlarının, vətəndaş cəmiyyətinin və dini tolerantlığın təşviqi məqsədilə hər il keçirilən ənənəvi konfransdır.

Məlumata görə, bu il keçirilən konfransda insan hüquqları və siyasi azadlıqlar uğrunda davam edən mübarizəyə xüsusi diqqət yetirilib.

Təşkilatçılar Azərbaycanda siyasi məhbuslara həsr olunmuş sərgi təşkil ediblər. Sərgi 11 paneldən ibarətdir və bu panellər Azərbaycan vətəndaş cəmiyyətinə qarşı baş verən son basqıların miqyasını və ciddiliyini vizual olaraq göstərir.

“Forum 2000” demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti və dini tolerantlıq kimi qlobal məsələlərə dair açıq dialoq qurmaq üçün beynəlxalq bir platformadır. 1996-cı ildə Vaslav Havel, Eli Vizel və Yohey Sasakava tərəfindən qurulmuş bu platforma qlobal sülhə və demokratik idarəetməyə təhdid olan çağırışlarla mübarizə aparmaq üçün dünyanın tanınmış fikir adamlarını və liderlərini bir araya gətirməkdə davam edir.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Hüquq-müdafiə təşkilatları ölkədə 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Amerikanın Səsi 

18:07, 15 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalistin təzyiqə məruz qaldığı bildirilir

by Gozetci 17:04, 11 Oktyabr 2024
written by Gozetci

Əli Zeynal

 

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunan Əli Zeynalın Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə məlumatı “Toplum TV” vəkil Fariz Namazlıya istinadən yayıb:

“Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs edilənlərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb. Vəkilin dediyinə görə, 12:30-da başlayacaq prosesə Əli Zeynal 11:10-dan gətirilib. O, əlləri qandallı şəkildə və ayaq üstdə 2 saata yaxın saxlanılıb”.

Məlumatda qeyd olunur ki, buna səbəb Əli Zeynalın ötən həftə Xətai Rayon Məhkəməsindəki çıxışı ehtimal olunur.

“Məhkəmə zamanı Əli Zeynal həbsinin birbaşa İlham Əliyevin sifarişi olduğunu, məhkəmədə ədalətin yox, sifarişin olduğunu bildirmişdi”, deyə “Toplum Tv”nin yaydığı məlumatda qeyd olunub.

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə tutulanların həbs müddətlərinin növbəti dəfə uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb. İttiham tərəfi təqsirləndirilən şəxslərin həbs müddətinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarlarının dəyişdirilməməsini istəyib. Məhkəmə saxlanılanların şikayətini təmin edilməyib. Onların hər biri yenə də həbsdə saxlanılıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi

17:04, 11 Oktyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia