Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
Uncategorized

Osman Nərimanoğlu həbsxanada aclıq elan edib

by Gozetci 18:01, 20 Noyabr 2024
written by Gozetci

Osman Nərimanoğlu

Həbs cəzası çəkən demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu noyabrın 19-da Şəki penitensiar kompleksində aclıq elan edib. O, cinayət təqibinə və Azərbaycan baş prokurorunun onun şikayətlərinə məhəl qoymamasına etiraz edir, bu barədə Nərimanoğlunun həyat yoldaşı Arzu Rzayeva bildirib.

Onun sözlərinə görə, Nərimanoğlu aclıq elan etdikdən sonra karserə salınıb. O, onsuz da bir çox xəstəliklərdən əziyyət çəkən həyat yoldaşının aclıq etməsi ilə əlaqədar onun sağlamlığı ilə bağlı narahatlığını bildirib.

* Osman Nərimanoğlu pul tələb etmə ittihamı ilə həbs olunub. O, həbs edildikdən sonra ona qarşı ittihamların yalan olduğunu və saytda korrupsiya əməlləri haqqında materiallar dərc edilən Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.

25 yanvar 2024-cü il tarixində məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb, noyabrın 6-da isə Ali Məhkəmə hökmü təsdiq edib. Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:01, 20 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Anar Məmmədli məhkəmədə: “Həbsim siyasi sifarişdir və ictimai-siyasi fəaliyyətimlə bağlıdır”

by Gozetci 15:10, 20 Noyabr 2024
written by Gozetci

Anar Məmmədli

Noyarın 20-də Xətai rayon məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar  Məmmədlinin həbsinin ikinci dəfə uzadılması ilə bağlı məhkəmə baxışı keçirilib.

Məhkəmədə Anar Məmmədli bildirib ki, onun barəsində olan cinayət işi ictimai siyasi mövqeyi ilə bağlıdır və Azərbaycan hakimiyyətinin siyasi sifarişidir.

Məmmədli bildirib ki, o, 2021-2023-cü illərdə xarici ölkələrə səfərlər edib və bu zaman gömrük bəyannamələri verib və həmin bəyannamələr qanuni şəkildə olub. Bu zaman onun üzərində qanunsuz pul və digər əşyalar aşkar edilməyib. Məmmədli ittiham olunduğu cinayətləri qəti şəkildə rədd edərək bildirib ki, onun həbsi COP29 ərəfəsində ölkənin quru sərhədlərinin açılmasını və siyasi məhusların azad edilməsini tələb etməsi ilə bağlıdır.

Ərizəçinin vəkilləri də məhkəmədə çıxış edərək həbs qətimkan tədbirinin seçilməsinin və onun artıq ikinci dəfə uzadılmasının heç bir əsaslı səbəb və sübutlara söykənmədiyini və hüquq mühafizə orqanlarının vəsatət və təqdimatının qanunsuz olduğunu bildiriblər.

Ərizəçinin vəkilləri həbs qətimkan tədbirinin uzadılması barədə qərardan apellyasiya şikayəti veriblər.

Vəkillər şikayətdə həbs qətimkan tədbirinin uzadılması barədə qərarın daxili qanunvericiliyin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin çoxsaylı pozuntuları ilə qəbul edildiyini ətraflı şəkildə məhkəməyə təqdim ediblər. Şikayətdə Azərbaycan qanunvericiliyinin və AİHM presedent hüququnun müvafiq standartlarının, həmçinin məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin həbs qətimkan tədbirinin seçilməsi məsələlərini tənzimləyən 157.1 və 157.5-ci maddələrinin kobud şəkildə pozulduğu, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının olmadığı göstərilib.

Çoxsaylı qanun pozuntuları ilə bərabər şikayətdə qeyd edilir ki, məhkəmə işə “təqsirləndirilirsə, şəxsi həbs etmək lazımdır” baxış bucağından yox, azadlıq hüquqi prizmasından yanaşmalıdır. Eyni zamanda, hakimin həbs barədə qərarı təqsirlilik barədə məsələni əvvəlcədən həll etməməli və təqsirsizlik prezumpsiyası hüququna xələl gətirməməlidir. Vəkillər bildiriblər ki, Anar Məmmədli həbs edilərkən məhkəmə qərarının ilkin əsasının hələ də Məmmədlinin törətməkdə təqsirləndirdiyi cinayətin ağırlıq dərəcəsi ilə əlaqələndirildiyi və bu halın Məmmədlinin təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

15:10, 20 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntuları

İqbal Əbilov barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılıb

by Gozetci 19:59, 19 Noyabr 2024
written by Gozetci

İqbal Əbilov

 

Noyabrın 19-da Səbail Rayon Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilov barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay uzadıb. Bu barədə onun vəkili Rövşanə Rəhimova məlumat verib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Əbilovun həbsdə saxlanılmasını və cinayət məsuliyyətinə cəlb olunmasını əsassız hesab edir.

“İqbal Əbilov özü də ona qarşı irəli sürülən ittihamları rədd edir. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. İttiham tərəfi vəsatəti işin mürəkkəbliyi, Əbilovun Azərbaycanda daimi yaşayış yerinin olmaması və istintaq orqanlarından qaçıb gizlənə bilmə ehtimalı həmçinin istintaqa hər hansısa təsir göstərə biləcəyi ilə əsaslandırdı. Biz də buna etiraz etdik, lakin təəssüf ki, bu, nəticəyə təsir göstərmədi.”, deyə, vəkil qeyd edib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb.

Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir.

Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir.

İqbal Əbilov eyni zamanda “Talış Milli Akademiyası Xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Amerikanın Səsi 

19:59, 19 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntuları

Keçmiş diplomat Emin İbrahimovun həbs müddəti daha 2 ay uzadılıb

by Gozetci 16:44, 19 Noyabr 2024
written by Gozetci

Emin İbrahimov

Bu gün Bakının Nizami Rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimovun ilkin həbs müddətini daha 2 ay uzadıb, Turan-a onun vəkili Aqil Layıc bildirib.
Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir. Vəkilin sözlərinə görə, İbrahimovun barəsində istintaq hərəkətləri aparılmayıb. Guya keçmiş diplomatın bıçaqladığı iddia edilən şəxslə üzləşmə olmayıb.
Məhkəmə zamanı İbrahimov bildirib ki, hüquq sistemindən ədalət gözləmir, çünki ekspertiza onun heç vaxt görmədiyi bıçaqda ona aid barmaq izlərini “aşkarlayıb”.
Müdafiə tərəfi İbrahimovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verəcək.
* Emin İbrahimov iyulun 22-də saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə sağlamlığa qəsdən ağır ziyan vurmaq) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham olunur. Bu maddələr üzrə onu 11 ilə qədər həbs təhlükəsi gözləyir.
İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. İbrahimov etiraz əlaməti olaraq aclıq elan edib. O əmindir ki, həbsin əsl səbəbi hakimiyyətin tənqid edilməsidir.
16:44, 19 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntuları

Fərid Mehralızadənin apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 12:40, 19 Noyabr 2024
written by Gozetci

Fərid Mehralızadə

Noyabrın 18-də iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin apellyasiya şikayətinə baxılıb.
Şikayət Xətai rayon Məhkəməsinin bundan əvvəl müdafiə tərəfinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətinin təmin olunmaması barədə qərarından olub.
Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib və Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova bildirib ki, Fərid Mehralızadənin bu məhkəmə prosesindən xüsusi bir gözləntisi yox idi:
“Fərid də məhkəmə çıxışında bildirdi ki, ədalətli qərar gözləmir, necə ki həbsi ədalətsizdir, bu qərar da elədir”.
Bu il mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
AzadlıqRadiosu
12:40, 19 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntuları

İmran Əliyevin şikayəti təmin edilməyib, həbs müddəti uzadılıb

by Gozetci 09:39, 19 Noyabr 2024
written by Gozetci

İmran Əliyev

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində meclis.info platformasının rəhbəri İmran Əliyevin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə əlaqədar vəsatətin Xətai rayon Məhkəməsində təmin olunmaması ilə bağlı qərardan şikayətə baxılıb. Apellyasiya məhkəməsi vəsatəti təmin etməyib. Xətai rayon Məhkəməsi bundan əvvəl onu ev dustaqlığına buraxmaqdan imtina etmişdi.

Noyabrın 18-də Xətai rayon Məhkəməsində İmran Əliyevin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatət isə təmin edilib. Yaxınlarının sözlərinə görə, məhkəmə İmran Əliyevin həbs müddətini daha 3 ay uzadıb.
Onlar habelə qeyd ediblər ki, o, məhkəməyə gətirilərkən halsız olduğunu, səhhətində problem yarandığını bildirib:
“O, 15 kilo arıqladığını və belindəki kəskin ağrılara görə yeriməkdə çətinlik çəkdiyini ifadə edib”.
Yaxınlarının vurğulamasına görə, İmran Əliyev müayinə və müalicə edilmədiyini deyir.
Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
meclis.info platformasının rəhbəri İmran Əliyev bu il aprelin 18-də həbs olunub. O, qaçaqmalçılıqda ittiham edilir. Amma ittihamı qəbul etmir. Onun həbs müddəti buna qədər bir neçə dəfə uzadılıb.
AzadlıqRadiosu
09:39, 19 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftar

Yaxınları jurnalistlərin həbsdə təzyiqlə üzləşdiklərini deyirlər

by Gozetci 19:20, 17 Noyabr 2024
written by Gozetci

Noyabrın 16-da ailəsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan “Abzas Media” nəşrinin redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.

Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb:

“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb…Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımivanın da əlində zədə olduğu deyilir. Yəni, hər üç məhbus jurnalistə də xəsarət yetirildiyi bildirilir”.

Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: “Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar”.

Ailəsinin vurğulamasına görə, Sevinc Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: “Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı “nəfəsliyi açın” deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb “nə olub” deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb”.

Elə həmin vaxtda “Abzas Media” işi üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova və Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşbbüsləri isə nəticə verməyib.

Bütün bu açıqlamalara, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

“Abzas Media” işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

AzadlıqRadiosu

19:20, 17 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

AŞPA məruzəçisi Anar Məmmədli və Qubad İbadoğluna tibbi yardımın təmin edilməsinə çağırır

by Gozetci 10:08, 17 Noyabr 2024
written by Gozetci

Liz Kristoffersen, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli və akademik Qubad İbadoğluna zəruri tibbi yardımın təmin edilməsinə, fəallara və jurnalistlərə qarşı qondarma ittihamlara xitam verilməsinə çağırıb.

“Mən yenidən hakimiyyəti cənab Məmmədli və İbadoğluna, eləcə də fəaliyyətlərinə görə həbsdə olan digər hüquq müdafiəçilərinə, jurnalistlərə, alimlərə, vətəndaş cəmiyyəti və siyasi fəallara qarşı bütün qondarma ittihamlara xitam verməyə və onları gecikmədən azad etməyə çağırıram”, Liz Kristoffersen deyib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri, AŞPA-nın Vatslav Havel mükafatı laureatı Anar Məmmədli aprelin 29-da mülkigeyimli polis əməkdaşları tərəfindən saxlanılıb və növbəti gün barəsində “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Norveçli deputat noyabrın 15-də yaydığı bəyanatında Anar Məmmədlinin 30 apreldən bəri davam edən və “insan haqları fəaliyyəti ilə bağlı olduğu güman edilən” həbsi ilə bağlı narahatlığını yeniləyib.

AŞPA məruzəçisi qeyd edib ki, o vaxtdan bəri Məmmədlinin həbs müddəti uzadılıb və təqsirli bilinərsə, səkkiz ilə qədər həbs cəzası ilə üzləşə bilər.

“Cənab Məmmədlinin səhhəti həbs olunduqdan sonra ciddi şəkildə pisləşib. Onun təcili olaraq müvafiq tibbi müayinədən keçməsinə ehtiyacı olsa da, indiyədək bundan imtina edilib. Səhhətindəki problemlər həll olunmazsa, fiziki və psixi sağlamlığına düzəlməz təsirləri ola bilər. Ona görə də mən hakimiyyəti cənab Məmmədlinin dərhal və keyfiyyətli tibbi müayinədən keçirilməsini və müvafiq müalicənin göstərilməsini təmin etməyə çağırıram”, Kristoffersen vurğulayıb.

AŞPA məruzəçisi həmçinin akademik, anti-korrupsiya eksperti Qubad İbadoğlunun səhhəti ilə bağlı narahatlıq ifadə edib və ona qarşı səyahət qadağasının aradan qaldırılmasına çağırıb.

“Doktor İbadoğlu həbsdə olduğu müddətdə daha da ağırlaşan və təcili ürək əməliyyatı tələb edən ağır kardioloji xəstəlikdən əziyyət çəkirdi və bu əməliyyatı indi ancaq xarici həkimlər edə bilər. Buna görə də hakimiyyətə Doktor İbadoğlunu müvafiq müalicə almaq üçün xaricə getməyə və ya bu müalicəni təmin etmək üçün xarici tibb həkimlərinin ölkəyə daxil olmasına icazə verməyə çağırıram”, bəyanatda qeyd edilir.

2023-cü ilin iyulun 23-də saxlanılan Qubad İbadoğlu, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu deyib.

Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

İbadoğlu Avropa Parlamentinin bu ilki Saxarov Düşüncə Azadlığı mükafatına namizədlərdən biri olub. Ona qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə dair bugünədək çoxsaylı beynəlxalq çağırışlar edilib.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları bir qayda olaraq qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.

Rəsmi Bakı daha əvvəl jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Amerikanın Səsi

10:08, 17 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Uncategorized

Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlarını elan edib

by Gozetci 09:16, 15 Noyabr 2024
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı bir neçə yeni qərarını elan edib. Məhkəmə Vəkillər Kollegiyasından xaric edilən vəkilin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin hüquqlarının pozulduğunu aşkarlayıb.

Vəkil Əfqan Məmmədovun işi onun 2013-cü ildə Vəkillər Kollegiaysı üzvlüyündən xaric edilməsi ilə bağlıdır.

Aihmaz.org saytının məlumatına görə, Əfqan Məmmədov başqa bir vəkili korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə də istintaq orqanlarına vəkil orderi satmaqda ittiham edib və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət edib. Bundan sonra ona qarşı intizam işi qaldırılıb.

Məmmədov Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq intizam icraatında şəxsən iştirak etməkdən imtina edib. Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkil peşə etikası ilə bir araya sığmadığı rəyinə gəlib və milli məhkəmələr də eyni nəticəni hasil edib.

AİHM-ə şikayətində Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi iddia edirdi ki, ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması hüquqları pozub. O, həmçinin Konvensiyanın 46-cı maddəsinə əsaslanaraq Avropa Məhkəməsindən vəkilliyə bərpa olunmasını təmin etməsini istəyirdi.

AİHM bu işdə ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 5 min, xərc və məsrəflərə görə 1000 avro ödənilməlidir.

Ərizəçinin kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb.

“Dövlətlər tərəf olduqları istənilən iş üzrə Məhkəmənin yekun qərarlarına riayət etmək öhdəliyi götürüblər, bu öhdəliyin icrasına Nazirlər Komitəsi nəzarət edir. Hazırkı işdə ərizəçinin əvvəlki vəziyyətinə bərpa olunmasına nail olmaq üçün Nazirlər Komitəsi görüləcək xüsusi tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşı mövqeyə malikdir. Beləliklə, cavabdeh dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətini nəzərə alaraq, digərləri ilə yanaşı, onun peşəkar fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin görülməsinə nəzarət olunması Nazirlər Komitəsinə həvalə edilməlidir”, Avropa Məhkəməsi qərarında vurğulayıb.

Strasburq Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayəti üzrə də qərarını elan edib.

“Kərimli və digərləri Azərbaycana qarşı” məhkəmə işi 2018-ci ilin dekabr ayında Bakıdakı Hüseyn Cavid parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağlıdır.

Vəkil Fariz Namazlının təmsil etdiyi ərizəçilər – Əli Kərimli, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Salimov Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq AİHM-ə dinc toplantıların keçirilməsinin qadağan edilməsindən və digər məhdudiyyətlərin qanunsuzluğundan şikayət etmişdilər.

“Avropa Məhkəməsi Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq hüququnun pozulması nəticəsinə gəlib və hesab edib ki, hazırkı işdə ərizəçilərin sərbəst toplaşmaq azadlığı hüququna olan müdaxilə ya Konvensiyanın “qanunun keyfiyyəti” tələblərinə cavab verməyən hüquqi müddəalara əsaslanıb, ya da “demokratik cəmiyyətdə zəruri olmayıb””, Fariz Namazlı bildirib.

Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 1500, xərc və məsrəflərə görə 250 avro ödənilməlidir.

Qərar çıxarılan digər bir iş isə “Yaqublu və başqaları Azərbaycana qarşı” işidir. Bu məhkəmə işi dinc aksiya iştirakçısı olan müxalif siyasi partiya nümayəndələrinə qanunsuz və qeyri-mütənasib tədbirlərin tətbiqi iddiaları ilə bağlı idi.

Konvensiyanın 5-ci, 6-cı və 11-ci maddələrinə əsaslanan ərizəçilər barələrindəki inzibati icraatın qurama, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət etmişdilər.

Ərizələrin kommunikasiyası zamanı AİHM-ə təktərəfli bəyannamə təqdim edən hökumət iddia olunan pozuntuları etiraf edərək, ərizəçilərə təzminat ödəməyi təklif edib.

AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Tofiq Yaqubluya (1-ci ərizə) 3500, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu (2-ci ərizə), Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Hər ərizəyə görə həmçinin, 225 avro hüquqi xərclər əvəzi ödənilməlidir. Ərizəçiləri Strasburq məhkəməsində vəkil Nemət Kərimli təmsil edib.

“Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı” məhkəmə işində isə hər iki ərizəçi inzibati qaydada saxlanılmış, daha sonra məhkum edilmişdilər.

Yerli məhkəmələr ərizəçilərin barələrindəki inzibati icratın qanunsuzluğu ilə bağlı iddialarını rədd etmişdilər. Onlar AİHM qarşısında hər hansı inzibati xətaya yol vermədiklərini, şərlənib həbs olunduqlarını, məhkəmələrin qərarlarının heç bir əsas olmadan onları məhkum etdiyini iddia edirdilər.

Digər iddiaları mahiyyəti üzrə araşdırmağa ehtiyac görməyən AİHM ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Qərara əsasən, vəkillər Zibeydə Sadıqova və Nemət Kərimlinin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.

Nəhayət, noyabrın 14-də AİHM “Rzalı Azərbaycana qarşı” işi üzrə də qərarını elan edib.

Məhkəmə işi ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsi ilə bağlıdır.

İşin hallarına görə, ərizəçi Facebook-da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub”. O, arxasınca gələn polislərlə bölməyə getməməklə “polislərin əmrinə tabe olmamaqda” ittiham olunurdu.

Cəlilabad Rayon Məhkəməsi 12 iyul 2018-ci il tarixdə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahkar bilib və ona 20 sutkalıq inzibati həbs cəzası verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanan ərizəçi ölkədaxili icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət etmişdi.

Bu ərizənin kommunikasiyası zamanı tərəflər dostca razılaşıblar. Razılaşmaya əsaslanan qərardada görə, hökumət vəkil Əlibaba Rzayevin təmsil etdiyi ərizəçiyə 2500 avro məbləğində təzminat ödəməlidir.

Amerikanın Səsi 

09:16, 15 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Abzas Media”-nın direktoru Ülvi Həsənli ev dustaqlığına buraxılmayıb

by Gozetci 18:25, 08 Noyabr 2024
written by Gozetci

Ülvi Həsənli

Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” -nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, dinləmələr iş gününün sonunda baş tutub və yerli vaxtla saat 19.15-də başlayıb.

Buna səbəb Ülvi Həsənlinin prosesə onlayn qoşulmaqdan imtina etməsi olub.

O, məhkəmədə şəxsi iştirakında israr edib.

Eyni zamanda, məhkəmə bu barədə Ülvi Həsənlinin vəkilinə məlumat verməyib və o, prosesə gələ bilməyib və onlayn rejimdə iştirak edib.

“Təqsirləndirilən prosesdə şəxsən iştirak etməlidir, çünki vəsatət təmin olunarsa, o, dərhal azadlığa buraxılmalıdır. Bu o deməkdir ki, məhkəmə təqsirləndirilən şəxsin iştirakını təmin etmədən artıq vəsatətin təmin edilməməsi barədə qərar çıxarır”, – Sadıqova bildirib.

O qeyd edib ki, son vaxtlar, ümumiyyətlə, “Abzas Media” işi üzrə həbs olunanlar məhkəməyə gətirilmir.

Ev dustaqlığına buraxılması barədə vəsatətə gəlincə, bu, istintaqın artıq yekunlaşması, vəkilin və Həsənlinin özünün iş materialları ilə tanış olması ilə əsaslandırılıb.

Sonda məhkəmə vəsatəti rədd edib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

“İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

18:25, 08 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia