Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə İmran Əliyevi ev dustaqlığına buraxmayıb

by Gozetci 10:07, 08 Noyabr 2024
written by Gozetci

İmran Əliyev

Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsi “Məclis.info” saytının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

İmran Əliyev iclasa gətirilməyib, o, məhkəmə iclasına online qoşulub.

Saytın rəhbəri aprelin 18-də Bakı Beynəlxalq Aeroportunda saxlanılıb.

İmran Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytında “Abzas Media” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilib. Məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Amerikanın Səsi 

10:07, 08 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbiri bir daha uzadılıb

by Gozetci 09:29, 08 Noyabr 2024
written by Gozetci

Elnarə Qasımova

Noyabrın 7-də “Abzas Media işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay 7 gün uzadılıb.

Vəkil Günay İsmayılovanın sözlərinə görə, qərar Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb, məhkəmə isə onlayn qaydada keçirilib.

Müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib, lakin məhkəmə vəsatəti təmin etməyib.

Jurnalist Elnarə Qasımova bu ilin yanvarında həbs edildikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri dəfələrlə uzadılıb.

“Abzas Media” işi ilə bağlı nə baş verib?

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.

İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da “Abzas Media işi” üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

“İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

09:29, 08 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini AzadlıqRadiosunun jurnalistini azad etməyə çağırıb

by Gozetci 19:59, 07 Noyabr 2024
written by Gozetci

Fərid Mehralızadə

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadəni dərhal azad etməyə çağırıb.

Fərid Mehralızadə mayın 30-da mülki geyimli polislər tərəfindən saxlanılıb və iyunun 1-də onun barəsində Abzas Media, Toplum TV jurnalistlərinin işində olduğu kimi “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Mehralızadə həbsinin qanunsuz olduğunu deyib.

“Azərbaycan BMT-nin iqlim dəyişikliyi konfransı COP29-a ev sahibliyi etməyə hazırlaşarkən ən azı 15 jurnalisti uzunmüddətli həbs cəzası gözləyir. Fərid Mehralızadənin işi bir daha göstərir ki, tənqidi fikirdə olanların ölkədəki amansız repressiyalara qurbanı olması nə dərəcədə absurdcasına asandır”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said deyib.

İnsan haqları təşkilatları 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 ərəfəsində Azərbaycan hakimiyyətinin ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini qeyd edir.

Human Rights Watch, Amnesty International və digər bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları COP29-da iştirak edəcək dövlət başçılarını və digər nümayəndəlikləri Azərbaycandan insan hüquqları öhdəlikləri ilə bağlı hesabatlılıq tələb etməyə çağırıblar.

“Azərbaycan hökuməti COP29-dan əvvəl Mehralızadə və digər haqsız yerə həbs edilmiş jurnalistləri azad etməsə, beynəlxalq qınaqla üzləşməlidir”, Gülnoza Said əlavə edib.

Sentyabrın 6-da həbs müddəti dekabrın 19-dək uzadılan Fərid Mehralızadəyə qarşı “qaçaqmalçılıq” ittihamından əlavə “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ittihamlar da irəli sürülüb. Təqsirli bilinərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırıb və onun işləri təhlükəsizlik səbəbi ilə mənbə göstərilmədən dərc edilib.

Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, Fərid Mehralızadənin jurnalist fəaliyyətinə və müstəqil mediaya verdiyi müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunduğunu düşünür.

AzadlıqRadiosu oktyabrın 30-da yaydığı bəyanatında Mehralızadəyə qarşı ittihamları saxta adlandırıb və onun dərhal azad edilməsinə çağırıb.

“Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Biz onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, AzadlıqRadiosunun prezidenti Stiven Kapus vurğulayıb.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Amerikanın Səsi 

19:59, 07 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

RSF və CPJ jurnalist Polad Aslanovun səhhətindən narahatdır

by Gozetci 18:43, 07 Noyabr 2024
written by Gozetci

Polad Aslanov

Sərhədsiz Reportyorlar (RSF) Xəbərman.com saytının rəhbəri, Polad Aslanovun səhhətindən narahatdır.

Sərhədsiz Reportyorlar bəyantında deyir ki, jurnalistin hüquqlarının pozulmasına etiraz olaraq başlatdığı aclıq aksiyasının ikinci həftəsində səhhəti pisləşir.

“Hakimiyyət artıq tamamilə özbaşına şəkildə məhkum olunmuş Polad Aslanovu hədəf alır. RSF jurnalistin həyatını riskə atan qeyri-insani rəftarı pisləyir və Bakını ona tibbi yardım göstərməyə və fevralın 15-də keçiriləcək məhkəmədə mahiyyəti üzrə ədalətli mühakiməni təmin etməyə çağırır”, Şərqi Avropa və Mərkəzi Asiya nümayəndəliyinin rəhbəri Jeanne Cavelier deyib.

Öz növbəsində Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) Polad Aslanovun səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.

“Azərbaycanda həbsdə olan jurnalist Polad Aslanov aclıq aksiyasına başladıqdan sonra “cəza kamerasına salınıb. Gələn həftə Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində CPJ Aslanov və həbsdə olan digər 13 azərbaycanlı jurnalistin azadlığa buraxılması üçün çağırışları davam etdirir”, məlumatda deyilir.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə – Cinayət Məccələsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.

Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

18:43, 07 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə jurnalisti həbsdə saxlayıb

by Gozetci 21:02, 06 Noyabr 2024
written by Gozetci

Osman Nərimanoğlu

 

Noyabrın 6-da Azərbaycan Ali Məhkəməsi demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) pul tələb etmə ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayəti təmin etməyib.

Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə deyib ki, Ali Məhkəmə hökmü dəyişiklik etmədən qüvvədə saxlayıb.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə pul tələb etmə ittihamı ilə həbs olunub. O, ittihamın yalan olduğunu və barələrində korrupsiya əməlləri haqqında yazılar dərc etdiyi yerli Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.

Bu il yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də isə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

21:02, 06 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Human Rights Watch Avropa liderlərini Azərbaycan höküməti ilə siyasi həbsləri müzakirəyə çağırıb

by Gozetci 20:59, 06 Noyabr 2024
written by Gozetci

 

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin 29-cu illik İqlim Dəyişikliyi Konfransında iştirak edən Avropa İttifaqı liderləri siyasi motivlərlə həbs edilənlərin işlərini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirə etməli və onların azadlığa buraxılmasına çalışmalıdır.

Bu barədə noyabrın 6-da Human Rights Watch daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, son iki ildə Azərbaycan hökuməti tənqidçilərinə hücumu gücləndirib.

Təşkilatlar hesab edir ki, Avropa İttifaqı (Aİ) hazırda COP29-un yaratdığı nadir beynəlxalq fürsətdən yararlanaraq açıq danışmalı, ölkədəki vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları müdafiəçiləri üçün konkret yaxşılaşmaya nail olmalıdır.

İnsan haqları təşkilatları qeyd edir ki, Azərbaycan hökuməti tənqidçilərini siyasi motivli həbslər, saxta kriminal ittihamlarla hədəfə alır. Eləcə də qeyri-hökumət təşkilatlarına qarşı xeyli məhdudlaşdırıcı qanunları işə salır.

“Avropa İttifaqı Azərbaycanla iqtisadi və siyasi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğun olaraq konkret insan hüquqları öhdəliklərini ehtiva etməsini təmin etməlidir”, bəyanatda deyilir.

Bəyanatda qeyd deyilir ki, ölkənin dövlət büdcəsinin mədən yanacağından asılılığı, 2022-ci ildə imzalanmış Aİ-Azərbaycan Anlaşma Memorandumunun siyasi təsir üçün ciddi alətdir.

İnsan haqları qurumları Azərbaycanda son iki ildə iqtisadçı, antikorrupsiya eksperti Qubad İbadoğlunun, insan haqları fəalı Anar Məmmədlinin, eləcə də azı 11 müstəqil jurnalist və media işçisinin müxtəlif saxta ittihamlarla saxlandığını bildirir.

Bəyanatda deyilir ki, Aİ liderləri Azərbaycan hakimiyyəti qarşısında siyasi motivlərlə saxlananların işlərini qaldırmalıdırlar. İbadoğlu, Məmmədli, media eksperti Ələsgər Məmmədli, jurnalist Hafiz Babalı, iqtisadçı Fazil Qasımov, siyasi fəal Famil Xəlilov kimi müalicəyə ehtiyacı olanların işinə xüsusi önəm verilməlidir. Eləcə də təcridxanada işgəncə və pis rəftar iddialarını ictimailəşdirəndən sonra təhdid olunduğu bildirilən “AbzasMedia” direktoru Ülvi Həsənlinin işi qabardılmalıdır.

Təşkilatlar hesab edir ki, Aİ liderləri Azərbaycanda olarkən siyasi dəstək nümayişi kimi insan haqları müdafiəçiləri, jurnalistlər, müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşməlidir. Sənəddə həmçinin Avropa İttifaqı liderləri təcili tibbi yardıma ehtiyacı olan şəxslərə üstünlük verilməklə yuxarıda adları çəkilən şəxslərin azadlığa buraxılmasına, müstəqil mediaya və vətəndaş cəmiyyətinə dəstəyini açıq şəkildə ifadə etməyə, hakimiyyəti qeyri-qanuni həbs olunanların hamısını qeyd-şərtsiz azad etməyə və QHT-lərlə bağlı repressiv qanunların ləğv edilməsinə nail olmağa çağırılır.

Bəyanatı “Amnesty International”, Jurnalistləri Müdafiə Komitəsi, Avropa Jurnalistlər Federasiyası, “Freedom Now” və digər qurumlar imzalayıb.

Son bir ildə saxlanan jurnalist və fəallar əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Onlar isə ittihamları qanunsuz hesab edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Rəsmi Bakı bu bəyanata hələlik münasibət bildirməyib. Amma Azərbaycan höküməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini iddia edir. Bununla yanaşı, yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda 319 nəfər siyasi iddialarla həbsdədir.

Amerikanın Səsi 

20:59, 06 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Polad Aslanovun cəza kamerasına salındığı bildirilir

by Gozetci 20:33, 06 Noyabr 2024
written by Gozetci

Polad Aslanov

“Xeberman.com” saytının rəhbəri Polad Aslanovun 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra cəza kamerasına (“karser”) salındığı bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova məlumat yayıb.

“Noyabrın 5-də axşam Penitensiar Xidmətdən mənə bildirdilər ki, Polad “karser”ə salınıb. Onlar bunu Poladın aclıq etməsi və təcrid edilməli olması ilə izah ediblər, sanitariya hissəsində yer olmadığına görə isə onun karserə salındığını bildiriblər. Əslində onu sadəcə olaraq cəzalandırıblar”, deyə Aslanova bildirib.

Noyabrın 6-da səhər o, həyat yoldaşının vəziyyətini öyrənmək üçün Cəzaçəkmə Müəssisəsinə gəlib. Onun sözlərinə görə, ona əri ilə görüşə, telefon söhbətinə icazə verilməyib.

Jurnalist Polad Aslanov noyabrın 4-də “siyasi məhbuslara azadlıq” tələbi ilə aclıq elan edib. Bundan sonra o, 1 saylı Cəzaçəkmə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Həyat yoldaşı bildirib ki, həmin Cəzaçəkmə Müəssisəsində şərait daha pisdir.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə – Cinayət Məccələsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.

Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

20:33, 06 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımov quru aclığa keçəcəyini bildirib

by Gozetci 12:27, 06 Noyabr 2024
written by Gozetci

Fazil Qasımov

İstanbul Universitetinin dioktorantı, 146 gündür həbsxanada aclıq edən Fazil Qasımov quru aclığa keçəcəyini bildirib.

Bu barədə onun ailəsi noyabrın 5-də Fazil Qasımov ilə telefon danışığından sonra “Amerikanın səsi”nə bildirib.
“Fazilin ailəsi ilə telefon danışığına iki həftə idi məhdudiyyət qoyulmuşdu. Bu gün vəkil Rövşanə Rəhimli Ombudsman Aparatı ilə telefon bağlantısından sonra Fazil evə zəng etdi. Səhhətinin ağır olduğunu bildirdi. Dedi ki, ona qarşı qeyri-qanuni açılan cinayət işinə xitam verilməsi ilə bağlı hakim Mahirə Kərimovaya verdiyi vəsatət təmin olunmasa quru aclığa keçəcək”, – ailə üzvü “Amerikanın səsi”nə deyib.
Fazil Qasımovun növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.
Xatırladaq ki, siyasi məhbus kimi tanınan şəxslərin demək olar ki, hamısının noyabrda olacaq məhkəmələri Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar təxirə salınıb.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən səhhəti kəskin pisləşdiyindən iyulun 26-na keçən gecə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
12:27, 06 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bulletin – October

by Gozetci 17:33, 05 Noyabr 2024
written by Gozetci

Zamin Salayev & Polad Aslanov

Political prisoners started a hunger strike ahead of COP29

The head of the Salyan district organization of the Azerbaijan Popular Front Party (APFP), political prisoner Zamin Salayev, began a hunger strike on October 30 at the Penitentiary Service’s medical facility where he is being held. He is protesting the failure to release individuals recognized as political prisoners ahead of the COP29 conference.

Due to his severe health condition, he was transferred to the Penitentiary Service’s medical facility.

His family reported that Zamin Salayev has serious heart and liver problems. He experiences shortness of breath, is unable to breathe properly, his legs are swollen, and he cannot walk.

Zamin Salayev was detained on February 7, 2023.

He was found guilty under Article 221.3 of the Criminal Code (hooliganism – use of weapons or items used as weapons to apply force to the victim). On May 22, 2023, the Garadagh District Court, presided over by Judge Rufan Mursalov, sentenced Zamin Salayev to 4 years of imprisonment.

Salayev believes his imprisonment was orchestrated and has previously gone on a hunger strike in protest of the court’s verdict.

The imprisoned head of the Xeberman.com website, journalist Polad Aslanov, has also begun a hunger strike at Baku Prison No. 1, demanding the release of political prisoners ahead of the COP29 conference. Two other inmates held at the same prison, Vali Yagubov and Ramal Huseynov, have joined Aslanov’s hunger strike.[1]

After Polad Aslanov declared a hunger strike, he was transferred from Prison No. 1 to Prison No. 15.[2] His wife stated that the conditions in that prison are worse.

[1] https://turan.az/en/politics/polad-aslanov-starts-hunger-strike-demanding-release-of-political-prisoners-786509

 

[2] https://turan.az/en/politics/polad-aslanov-forcibly-transferred-to-penitentiary-service-hospital-786558

Follow the link to read the statement in more detail.

17:33, 05 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
E-bülletenVətəndaş Cəmiyyəti

Bülleten – Oktyabr

by Gozetci 17:23, 05 Noyabr 2024
written by Gozetci

Zamin Salayev və Polad Aslanov

 

Siyasi məhbuslar COP29 öncəsi aclığa başlayıblar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, siyasi məhbus Zamin Salayev oktyabrın 30-da saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəndə aclığa başlayıb[1]. O COP29 konfransı ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmamasına etiraz edib.

Onun səhhəti ağır olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Ailəsi bildirib ki, Zamin Salayevin ürəyində və qara ciyərində ciddi problemlər var. Təngənəfəs olur, nəfəs ala bilmir, ayaqları şişib, yeriyə bilmir.

Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilinib. 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və bundan öncə məhkəmə hökmünə etiraz olaraq aclıq edib.

Xeberman.com saytının həbsdə olan rəhbəri, jurnalist Polad Aslanov da COP29 konfransı ərəfəsində siyasi məhbusların azad edilməsi tələbilə Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Həmin Cəzaçəkmə Müəssisəsində saxlanılan daha iki məhbus – Vəli Yaqubov və Ramal Hüseynov Polad Aslanovun aclıq aksiyasına qoşulublar.[2]

[1] https://www.amerikaninsesi.org/a/7845909.html

 

[2] https://turan.az/en/politics/polad-aslanov-starts-hunger-strike-demanding-release-of-political-prisoners-786509

Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiz

17:23, 05 Noyabr 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia